Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

Düzdür, misal üçün, Sistem rəhbərlərindən biri (əslində, İosif Stalindən sonra ikinci rəhbər) – 

Georgi Malenkov XIX partiya qurultayına hesabat məruzəsində ədəbiyyatdan danışarkən, 

deyirdi ki, “bizə sovet Qoqolları və Şedrinləri lazımdır”, ancaq bu, Sistemin riyakarlığından 

başqa bir şey deyildi. Sosrealizm elə həmin Sistemin təhriki (və təpkisi!) ilə “sovet Qoqollarının 

və Şedrinlərinin” yaranmasına qarşı mübarizə aparırdı. Yaxud, Sistemin əsas tribunası – 

“Pravda” qəzeti baş məqaləsində patetika ilə (saxta partiya patetikası ilə) nasirlərə, şairlərə, 

dramaturqlara və tənqidçilərə müraciət edirdi: “Həqiqəti yazın!” (“Pravda”, 30 noyabr 1952) və 

bu konteksdəki həqiqət də həyat yox, üfürülmüş şar kimi havaya qaldırılmış həmin idilliya idi. 

Mühüm əhəmiyyətli naqis cəhətlərdən biri də bu oldu ki, sosrealizm ədəbi metodunun 

müddəaları nəticəsində ədəbiyyatşünaslığımızın inkişafında birtərəflilik meydana çıxdı, yəni 

ədəbiyyatımızın və ümumiyyətlə, ictimai fikrimizin tarixi bir sıra məqamlarda ayrı-seçkiliyə 

məruz qaldı (misal üçün, “Molla Nəsrəddin” və “Molla Nəsrəddin” məktəbi” öyrənildi və təbliğ 

edildi – bu, özü-

özlüyündə son dərəcə mühüm bir hadisə idi! – ancaq “Füyüzat” və “Füyüzat” 

məktəbi” subyektiv tənqidin obyektinə çevrildi, obyektiv elmi tədqiq və təhlildən kənarda qaldı), 

ədəbi-bədii irsimizin, klassiklərimizin öyrənilməsi və öyrədilməsi ilə bağlı böyük işlər görüldüsə 

də, bir sıra hallarda vulqar-sosioloji nəticələr əsas götürüldü (misal üçün, “Dədə Qorqud” 

müəyyən dövrdə sinfi münasibətlər baxımından (!) qiymətləndirildi, Nizami, Füzuli az qala 

ateist, Vaqif isə tənqidi realizmin banisi kimi təqdim olundu). 

Mən “Molla Nəsrəddin” və “Füyüzat” jurnallarının adlarını çəkdim, ancaq sosrealizmlə bağlı 

prinsipial və səciyyəvi xarakter daşıdığı üçün, süni surətdə yaradılmış bu “qarşı-qarşıya qoymaq” 

təmayülü üzərində qısaca dayanmaq istəyirəm.  

Azərbaycan ədəbiyyatşünaslığında (əslində, o dövrkü ictimai elmlərin, demək olar ki, bütün 

sahələrində) tamam stereotipləşmiş belə bir təmayül hökm sürürdü: iki antaqonist qütbdə 

dayanmış ədəbi məktəblər kimi “Molla Nəsrəddin” ilə “Füyuzat” qarşı-qarşıya qoyulurdu və 

“Füyüzat” mütləq şəkildə tənqid edilirdi. Bəzən tamam eybəcər bir mənzərə yaranırdı: “Molla 

Nəsrəddin”ə yüksək qiymət “Füyüzat”ın tənqidi hesabına verilirdi və bura orasını da əlavə etsək 

ki, bu birtərəfli mülahizələrin çoxu biləvasitə “Füyüzat”ı oxumadan (bəzən hətta “Molla 

Nəsrəddin”i də oxumadan!) söylənirdi, o zaman əsl elmi fariseyliyin şahidi olarıq. 

“Molla Nəsrəddin”in Azərbaycan ədəbiyyatının və jurnalistikasının, geniş mənada isə 

Azərbaycan ictimai fikrinin inkişafında oynadığı çox böyük rol mübahisə obyekti deyil, bu, 

tarixi həqiqətdir. Ancaq, aydın məsələdir, bu o demək deyil ki, metodoloji baxımdan tamamilə 

qəbuledilməz mövqe tutaraq, “Füyüzat”ın oynadığı rolun üzərinə qadağa qoyulmalıdır və o 

“burjua məfkurəsinin ifadəçisi” kimi yanlız tənqid olunmalıdır. 

Bəli, bu iki jurnal arasındakı müxtəliflik göz qabağındadır, ancaq əslində, həmin müxtəliflik 

ədəbi irsdə bədii-estetik zənginlik göstəricisidir. Bəli, dilə münasibətlə bağlı həmin müxtəliflikdə 

qütbləşmə var idi, ancaq bu yerdə də mübahisəli bir cəhət yoxdur – nöqtəni “Molla Nəsrəddin”in 

xeyrinə rəsmi-inzibati ideologiya yox, tarix qoydu. 

Baxın, bu, “Füyüzat” şairi Məhəmməd Hadinin məşhur misralarıdır: 

 

Oxumaqçün nə qədər dadü  



fəqan etdimsə, 

Olmadı zərrə əsərbəxş bu istimdadım. 

Dağa dersən eşidir, sonra verir  

əks-səda, 

Daşa dönmüşlərə əks eyləmədi fəryadım. 

 

Bu isə “Molla Nəsrəddin” şairi  



Mirzə Ələkbər Sabirin dedikləridir: 

 

Eyləmərəm rəhm onun gözdən  



axan yaşına, 

Baxsın özündən böyük öz qoçu qardaşına, 

 

11 



Ölsə də verməm riza şapqa qoya başına, 

Kafir ola bir nəfər, oxutmuram, əl çəkin! 

Eyləməyin dəngəsər, oxutmuram,  

əl çəkin! 

 

Eyni əqidə, eyni məslək deyilmi? Eyni vətəndaş yanğısı bir-birini tamamlamırmı? Və hər iki 



məktəb arasında yüzlərlə bu tipli analogiya mövcuddur. 

“Molla Nəsrəddin” daha artıq dərəcədə həyati, “Füyüzat” isə daha artıq dərəcədə elitardır. 

Xalqın arzu və istəklərinin ifadəsi, onun gələcəyi baxımından da, elmə, maarifə münasibət, 

cəhalət və nadanlığa qarşı mübarizə baxımından da mövqelər üst-üstə düşür. Nüanslar var, 

fərqlər var, ancaq mahiyyət – eynidir. “Molla Nəsrəddin”in mündəricatı bir az sol tərəfdən baxışı 

ifadə edir, “Füyüzat”ın mündəricatı isə bir az sağ tərəfdən baxışı ifadə edir, ancaq həmin 

mündəricatın daxili kütləsi eynidir. 

Sosrealizm doqmalarının ədəbiyyatşünaslığımıza tətbiqi bu sahəni sinxron tədqiqatdan 

uzaqlaşdırdı. 

Və nəhayət, bir vacib məsələnin də üzərində dayanmaq istəyirəm: sosrealizm bir tərəfdən 

sənətdə “kitç” hadisəsini burjua təfəkkürünün təzahürü, kapitalist cəmiyyətinin oxucular 

qarşısındakı riyakarlığı kimi qələmə verirdi, o biri tərəfdən isə var gücü ilə sənəti, o cümlədən də 

ədəbiyyatı kütləviləşdirirdi. “Sənət xalq üçündür” şüarının arxasında, əslində, həqiqi deyil, saxta 

həyatı sənətə gətirmək cəhdi dayanırdı. Saxta həyat – yəni saxta təmtəraq, saxta pafos, saxta 

nikbinlik, saxta qüssə; o saxta təmtəraq, pafos, nikbinlik, qüssə ki, oxucunu ələ alsın, onu 

reallıqdan uzaq bir aləmə aparsın, onun ruh yüksəkliyinə, coşğun sevincinə, yaxud da göz 

yaşlarına səbəb olsun. Ədəbiyyatımızın sosrealizmdən sonrakı təcrübəsi də göstərir ki, belə bir 

“sosrealizm saxtakarlığı” bu və ya digər dərəcədə onun, yəni Azərbaycan ədəbiyyatının 

mündəricatında qalmaqdadır. Eyni zamanda – və əsas problem də budur! – oxucuların da bədii 

ədəbiyyat tələbatında belə bir maraq özünü göstərməkdədir.  

Mən əsas hesab etdiyim itkilər üzərində dayandım, qalan çatışmazlıqlar da, düşünürəm ki, bu və 

ya digər dərəcədə həmin itkilərlə bağlıdır. 

İndi isə, gəlin, qazandıqlarımıza baxaq. 

Bir sıra ədəbi janrlar var ki, onlar sosrealizmə qədər Azərbaycan ədəbiyyatında yox idi, vardısa 

da, formalaşmamışdı, “özününküləşdirilməmişdi”, ibtidai şəkildə idi. Misal üçün, roman janrını 

götürək. Bizim bir sıra ədəbiyyatşünaslarımız milli roman janrımızın tarixini Nizaminin 

poemalarından başlayır, bəziləri “Rəşid bəy və Səadət xanım”ı (İsmayıl bəy Qutqaşınlı), başqa 

bir qism “Ki

tab yüklü eşşək”i (Əbdülrəhim Ağa Talıbov) milli romanımızın ilk nümunəsi kimi 

qəbul edir və s. 

Ancaq həqiqət bundan ibarətdir ki, məhz sosrealizm roman janrını Azərbaycan ədəbiyyatının 

milli faktına çevirdi. 

Hətta “Şikayətnamə”dən (M.Füzuli), “Kitabi-Əsgəriyyə”dən (A.Bakıxanov), “Aldanmış 

kəvakib”dən (M.F.Axundzadə) sonra Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy 

Haqverdiyevin gözəl nümunələrini yaratdıqları hekayə janrının özünün belə, tam şəkildə 

formalaşması, estetik mənada ətə-qana dolması, ədəbiyyatımızın aparıcı janrlarından birinə 

çevrilməsi sosrealizmin sayəsində mümkün oldu. “Su ərizəsi” (Süleman Rəhimov), “Rəqiblər” 

(Mehdi Hüseyn), “Qırçı və qırmızı çiçək” (İlyas Əfəndiyev), “Plyajda” (İsa Hüseynov), “Xəzan 

yarpaqları” (Salam Qədirzadə), “Arabaçı” (Sabir Əhmədov), “Foto “Fantaziya” (Yusif 

Səmədoğlu), “Ürək yaman şeydir” (Əkrəm Əylisli), “Keçən ilin son gecəsi” (Anar) və s. kimi 

hekayələr yalnız istisna olaraq bir-iki yazıçının yaradıcılığını yox, ümumiyyətlə, bədii-estetik 

anlayış kimi Azərbaycan hekayəsini xarakterizə edirdi.  

Maraqlı bir cəhət odur ki, əslində, bu hekayələrin bir qismi sosrealizm çərçivələrindən kənara 

çıxırdı, qalan qismi, ümumiyyətlə, həmin çərçivələrdən kənarda yazılmışdı, ancaq sosrealizm 

müddəaları onların qarşısına sədd çəkmədi (bəlkə də, “çəkə bilmədi” desəm, daha dəqiq olar), 

onları qəbul etdi, hətta nümunə göstərdi və beləliklə də, Azərbaycan hekayəsi ədəbiyyatımızın 

güclü bir qolu kimi meydana çıxdı. 

 

12 




Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə