Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

ədəbiyyata “sinfi münasibət” bəsləyirdilərsə, Cəlil Məmmədquluzadə yaradıcılığında “xırda 

burjua ünsürləri”, yaxud Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında “proletar inqilabının 

mahiyyətini” axtarırdılarsa, “altmışıncılar” klassik irsi, xüsusən Cəlil Məmmədquluzadə 

yaradıcılığını, ictimai fikrimizdəki “Molla Nəsrəddin” hadisəsini bədii-estetik və vətəndaşlıq 

mənasında əxs etməyi bacardı və bu onların yaradıcılığını bir tərəfdən, yuxarıda dediyim kimi

milliləşdirdisə, o biri tərəfdən isə onlar həmin milliliyi özlərinin bədii-estetik axtarışlarından 

doğan müasir bədii-estetik səviyyədə ifadə edə bimədikləri üçün heç vəchlə milli məhdudiyyətə 

qapanmadılar. 

Klassik və çağdaş dünya ədəbiyyatı və nəzəri-estetik fikrinin təcrübəsi də öyrənilərək

“altmışıncılar”ın yaradıcılığında keyfiyyət yeniliyinin inkişaf etməsi, novatorluğun formadan 

məzmuna, yəni əsərin bədii mündəricatına keçməsi üçün münbit zəmin yaratdı.  

Sistemə qarşı bədii-estetik müxaliflik, hətta, belə demək olarsa, bədii-estetik kin-küdurət, bədii-

estetik düşmənçilik (!) “altmışıncıların” yaradıcılığının mayasına hopmuşdu və onlar yalnız 

istedadın təhtəlşüur gücü ilə yox, həm də şüurlu olaraq sosrealizm çərçivələrindən çıxmaq 

istəyirdilər. Paradoks isə bunda idi ki, sosrealizm partiya və komsomol mətbuatında, müxtəlif 

səviyyəli rəsmi iclaslarda vulqar-sosioloji hücumlarla ciddi müqavimət göstərsə də, bu gün 

əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış o illərdə “ədəbi obıvatellərin”, məhdud düşüncə 

sahiblərinin çayxana səviyyəsindəki söz-söhbətlərindən, nadan “ədəbi qeybətlərindən”, şayiə və 

böhtanlarda

n istifadə etsə də, bu yeni prosesin qarşısını ala bilmədi.  

Yeri düşmüşkən, orasını da deyim ki, sosrealizm bir ədəbi metod kimi iflasa uğradı, ədəbiyyat və 

ümumiyyətlə, sənət tarixinin növbəti səhifəsinə çevrildi, amma həmin primitiv çayxana 

söhbətləri, “ədəbi qeybətlər”, obıvatel mülahizələri, şayiə və böhtalar yaşayır və nə qədər ki, 

sənət yaşayır, onlar da Kaşey ölməzliyi ilə həmişə yaşayacaq, çünki sənətin öz missiyası olduğu 

kimi, sənətətrafı qaraguruh dedi-qodunun da öz missiyası var. 

Ancaq biz mövz

umuza qayıdaq. 

“Altmışıncılar”ın yaradıcılığı təbiəti etibarilə sosrealizmə yad idi, ancaq eyni zamanda, görünür, 

gözlənilməz idi və bu faktor sosrealizmdə bir şaşqınlıq əmələ gətirmişdi. Əlbəttə, burada o cəhət 

də az rol oynamadı ki, Leonid Brejnev zamanında (1964-1982; L.Brejnevin vəfatından sonra 

sovet funksionerləri və tarixçiləri bunu durğunluq dövrü adlandırırdı) – “altmışıncılar”ın 

formalaşdığı vaxt – sosrealizm xeyli dərəcədə zəifləmişdi və bu da, təbii ki, bədiiyyatın, o 

cümlədən də Azərbaycan ədəbiyyatının xeyrinə idi. 

Sistem SSRİ miqyasında bir tərəfdən dissidentləri (A.Soljenitsin, V.Aksyonov, V.Nekrasov, 

A.Qladilin, A.Sinyavski, Y.Daniel və b.) təqib və ölkədən sürgün edirdi, o biri tərəfdən isə 

sosrealizm zəiflədiyi üçün, onun nəzəri-estetik prinsiplərinə müxalif olan ədəbiyyat nəinki 

yaranır, həm də vulqar-sosioloji, ortodoks-partiyalı tənqidə baxmayaraq (bəlkə də elə məhz buna 

görə!) geniş şöhrət qazanırdı (elə həmin rus ədəbiyyatında Y.Trifonov, V.Rasputin, 

Y.Yevtuşenko, V.Belov, A.Voznesenski, B.Axmadulina və b.; Azərbaycan ədəbiyyatında 

“altmışıncılar”). 

Aydın məsələdir ki, Fikrət Sadıq, Yusif Səmədoğlu, Fikrət Qoca, Əkrəm Əylisli, Anar, İsi 

Məlikzadə, İsa İsmayılzadə, Vaqif Nəsib, Vaqif Səmədoğlu, Sabir Süleymanov, Ələkbər 

Salahzadə, Fərman Kərimzadə, Arif Abdullazadə, Çingiz Ələkbərzadə və b. “altmışıncılar” eyni 

yüksək səviyyədə yazmırdı, onların da yaradıcılığında bədii differensiallıq var idi, ancaq məsələ 

burasında idi ki, həmin yaradıcılıq bir küll halında yuxarıda göstərdiyim cəhətləri özündə əks 

etdirirdi. Yəqin elə buna görə də, “altmışıncılar” zaman baxımından get-gedə miqyas genişliyi 

əldə etdi: ədəbi tənqiddə tez-tez təsadüf etmək olar ki, 1950-ci illərdə yaradıcılığa başlamış Əli 

Kərim, yaxud Sabir Əhmədli də, 70-ci illərdə potensial imkanları üzə çıxmış Ramiz Rövşən, 

Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, 

Vaqif Bayatlı Önər, Seyran Səxavət, Dilsuz, Şahmar da “altmışıncılar”ın nümayəndələri hesab 

edilir. Hətta mən ara-sıra ayrı-ayrı məqalələrdə daha sonralar ədəbiyyata gəlmiş Kamal Abdulla, 

Afaq Məsud, Əli Əmirli, Vaqif Bəhmənli, Sadıq Elcanlı və b.-nın da adlarının “altmışıncılar” 

sırasında çəkilməsinə rast gəlirəm. Güman edirəm ki, indiki kontekstdə ədəbi tənqid və ədəbi 

ictimaiyyət tərəfindən zaman miqyasının bu cür “genişləndirilməsi” bədii keyfiyyətlə bağlıdır və 

 

17 



“altmışıncılar”ın məhz bədii-estetik hadisə olduqlarının göstəricisidir; deməli Azərbaycan 

ədəbiyyatında “altmışıncılar” ənənəsi yaranmış və sabitləşmişdir. 

İnsanları “mənfi” və “müsbət” deyə iki qütbə bölməmək, yalançı həyat “idilliyasını” heç vəchlə 

qəbul etməyib, həyatı bütün mürəkkəbliyi, qayğıları, problemləri ilə birlikdə ədəbiyyatın 

predmetinə çevirmək, müstəqimliyi, birbaşalığı əvəz edən psixoloji detalların, ştrixlərin, 

çalarların vasitəsilə deyilməyənin deyiləndən artıq olmasını əldə etmək, adidə qeyri-adiliyi 

görmək, ən sadə, “nəzərə çarpmayan” (!) insanı belə bədii-psixoloji analizin obyektinə çevirmək, 

siyasi mənada qaraya şirə, ağa ləkə qatmamaq, siyasi (və bədii!) konyukturaya uymamaq 

“altmışıncılar”ın ən yaxşı əsərləri ilə nail olduqları ümumi cəhətlər, əsas xüsusiyyətlər idi. Bu 

bədii-estetik prinsiplər, dediyim kimi, sosrealizmin mahiyyətinə yad idi, ancaq məhz həmin 

prinsiplər “altmışıncılar”ın özünüifadəsi üçün doğma şərait yaradırdı.  

Həmin prinsiplər “altmışıncılar”ın yaradıcılığı sayəsində artıq Azərbaycan ədəbiyyatında istisna 

xarakteri daşımadı, əksinə, aparıcı qüvvəyə çevrildi və bu işdə tənqidimizin klassiki Yaşar 

Qarayev başda olmaqla “altmışıncılar”ın ədəbi tənqidi (Şamil Salmanov, Arif Hacıyev, Akif 

Hüseynov, Xeyrulla Məmmədov, Həsən Quliyev və b., bir az sonra yaradıcılığa başlamış Aydın 

Məmmədov, Vaqif Yusifli, Kamil Vəliyev, Vilayət Quliyev, Kamal Abdulla, İsa Həbibbəyli, 

Nizaməddin Şəmsizadə, Niyazi Mehdi, Nadir Cabbarov, İlham Rəhimli, Məryəm Əlizadə, 

Cahangir Məmmədov, Şirindil Alışanov, Rəhim Əliyev, Tofiq Hüseynov və b.) ciddi rol oynadı. 

Eyni zamanda, “altmışıncılar”ın yaradıcılığı özlərindən əvvəlki nəsillərin bir sıra nüfuzlu 

nümayəndələrinin ədəbiyyata, sənətə baxışında da bir yenilik, təzəlik yaratdı və onların da 

mətbuatda “altmışıncılar”ın yaradıcılığı haqqında sanballı söz deyərək, bu yaradıcılığın yalnız 

ədəbi təsdiqində yox, həm də ictimai təsdiqində mühüm xidmətləri oldu.  

Onların ruhuna minnətdarlıq hisslərimin ifadəsi olaraq, misalı özümdən gətirmək istəyirəm. 

Mənim ilk kitablarımdan tutmuş sosrealizm dövrünün sonlarına kimi çap olunan əsərlərim 

haqqında Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, 

Əziz Mirəhmədov, Şəmsəddin Abbasov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Yəhya 

Məmmədov, Mehdi Məmmədov, Bəxtiyar Vahabzadə və başqa ağsaqqal ədiblərimiz, görkəmli 

qələm sahiblərimiz xüsusi məqalələr yazmışdı və əlbəttə, onların mətbuatda (sosrealizm 

dövr

ündə bütün mətbuat, əslində, partiya mətbuatı idi) dedikləri söz mənim yaradıcılığımın 



ictimai təsdiqinə, bununla da nəşriyyatların, jurnalların, radio və televiziyanın, kinostudiyanın 

qapılarının mənim üzümə açılmasına təsir etdi, eyni zamanda, bizdən sonrakı nəsillərin istedadlı 

nümayəndələrinin kitablarının nəşrinə, ilk yazılarının çapına kömək edə bilməyim üçün imkan 

yaratdı (Mövlud Süleymanlının, Vaqif Bayatlı Önərin, Vaqif Yusiflinin, Kamil Vəliyevin, 

Kamal Abdullanın, Rəhim Əliyevin, Saday Budaqlının, Fəxri Uğurlunun, Rafiq Tağının, Adil 

Mirseyidin və b. Azərbaycan, yaxud rus dilində ilk kitablarının redaktəsi, ön sözlər, ilk mətbu 

yazılarının oxuculara təqdimatı və s.).  

Ümumilikdə isə nüfuzlu yaşlı nəsl nümayəndələrinin bu cür obyektiv məqalələrin meydana 

çıxması “altmışıncılar”ın yaradıcılığının ədəbi prosesin aparıcı istiqamətinə çevrilməsində 

əhəmiyyətli hadisə oldu. 

“Altmışıncılar”la bağlı bir cəhəti də qeyd etmək istəyirəm: bir az obrazlı şəkildə desəm, onlar 

gəmidə oturub, gəmiçi ilə dava etməyi bacardılar. 

Sovet İttifaqında “Qlavlit” deyilən bədnam bir senzura var idi və məsələ burasında idi ki, bu 

senzura sovet dönəmində yazan yazıçıların böyük hissəsinin iç dünyasına daxil olmuşdu, 

kimisini ədəbiyyatdan küsdürmüşdü, kimisini vicdanının əleyhinə yazmağa məcbur etmişdi, 

kimisi də tam şəkildə bu daxili senzuraya təslim olmuşdu.  

“Altmışıncılar”ın istedadı bu daxili senzura ilə bədii-estetik mübarizədə qalib gəldi, onlar 

həqiqəti yazdı və bu həqiqət yalnız ictimai məna kəsb etmirdi, bəlkə də daha artıq dərəcədə 

insani məna kəsb edirdi. Yuxarıda dediyim kimi, insanı bir-birinə zidd “mənfi” və “müsbət” 

qütblərdə təsvirdən qaçmaq, “mənfi”də “müsbət”i, “müsbət”də isə “mənfi”ni görə bilmək, yəni 

insanı mürəkkəb, ziddiyyətli bir varlıq kimi qəbul etmək, cəmiyyətdə tutduğu yerdən və 

mövqedən asılı olmayaraq, onun psixolojisinin dərinlərinə varmaq, dünənə qədər ədəbiyyatda 

yalnız gülüş hədəfi olan personajların prototiplərinə yeni nəzərlərlə baxaraq, onlarda tamam yeni 

 

18 




insani keyfiyyətlər kəşf etmək – bütün bunlar əvvəlki dövr yazıçı və şairlərinin yaradıcılığında 

istisna xarakteri daşıyırdısa, məhz bu cəhətlər “altmışıncılar”ın ən istedadlı nümayəndələrinin 

yaradıcılığını səciyyələndirdi. 

“Altmışıncılar” sosrealizmin əsas prinsiplərindən biri, hətta birincisi olan “formaca milli, 

məzmunca sosialist” anlayışını söz ilə yox, əsərləri ilə rədd etdi və “formaca da milli, məzmunca 

da milli” ədəbiyyat yaratdı. Əlamətdar cəhət isə bu oldu ki, belə bir forma və məzmun milliliyi 

milli məhdudluğa gətirib çıxarmadı, əksinə, “altmışıncılar”ın yaradıcılığı “bəşəriyə aparan yol 

millidən keçir” konsepsiyasının effektli bədii illüstrasiyasına çevrildi. Bu bədii-estetik (həm də 

dövrün kontekstində siyasi-ictimai!) hadisə, yəni “altmışıncılar”ın ədəbiyyata gəlməsi 

Azərbaycan ədəbiyyatında bir küll halında keyfiyyət dəyişikliyinə səbəb oldu və bunun da 

nəticəsində yeni oxucu zövqü formalaşmağa başladı. Əvvəlki dövrlərdə ədəbiyyatımızın uğurları 

(həmin uğurlar da, əlbəttə, öz-özlüyündə çox qiymətli idi) ayrı-ayrı əsərlərlə, ayrı-ayrı yazıçıların 

adlarıyla bağlı idisə, “altmışıncılar”ın uğurları və onların ədəbiyyatda gördükləri iş fərdlərlə 

yanaşı, ümuminin uğuru, ümuminin gördüyü iş idi. 

Onlar sosrealizm çərçivələrində yazmaq məhkumluğunu qəbul etmədi və onların bədii əsərləri 

uğurundan, yaxud uğursuzluğundan asılı olmayraq, bu çərçivələrdən kənarda yarandı. Buna görə 

də “altmışıncılar”ın yazıları ilə daxili aləmləri arasında yaradıcılığın psixologiyası baxımından 

çox mühüm amil olan diskamfort yox idi. 

“Altmışıncılar”ın aparıcı nümayəndələrinin intellektual potensialı onların istedadını 

tamamlayırdı və onlar ən yüksək partiya tribunalarında belə öz mövqelərini müdafiə etməyi 

bacardılar, həmin yüksək instansiyaları özləri ilə hesablaşmağa məcbur etdilər. 

 

Yəqin burada o cəhət də mühüm rol oynadı ki, həmin aparıcı nümayəndələr çox az zamanda 



məşhurlaşdı və böyük oxucu dəstəyi qazandı. Onların əsərləri böyük tirajlarla çap olundu, onlar 

həm bədii əsərləri, həm də aktual nəzəri-estetik məqalələri ilə, Orta Asiyadan tutmuş Sibirəcən, 

Pr

ibaltikadan tutmuş Qafqazacan müxtəlif ədəbi toplantılardakı effektli iştirakları və çıxışları ilə 



Ümumittifaq (söhbət 250 milyonluq bir auditoriyadan gedir!) ədəbi prosesində aktiv iştirak etdi. 

Onların imzası 1970-80-ci illərin, o vaxtın təbiri ilə desək, mərkəzi mətbuatında, yəni rus dilində 

milyon tirajlarla çap olunan “Literaturnaya qazeta”, “Yunost”, “Drujba narodov” “Voprosı 

literaturı”, “Literaturnoye obozreniye” və s. kimi nüfuzlu ədəbi orqanlarda yer aldı, nüfuz 

qazandı və bu, artıq yalnız “altmışıncılar”ın yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ciddi 

uğuru idi. Həm də bütün bunlara sosrealizm konyukturası yox, istedad nail olmuşdu və 

sosrealizm, artıq neçənci dəfə dediyim kimi, bununla barışmaq məcburiyyətində qalmışdı. 

Bir cəhəti də qeyd etmək istəyirəm. 

Ədəbiyyat yarandığı gündən etibarən bu və ya digər formada ədəbi təsir də mövcud olub. 

“Altmışıncılar”ın mühüm xüsusiyyətlərindən biri onların mütaliə dairəsinin genişliyi idi, böyük 

rus ədəbiyyatı, klassik və müasir dünya ədəbiyyatı onlara milli ədəbiyyat qədər yaxın və hətta 

doğma idi. Ümumiyyətlə, deməliyəm ki, keçən əsrin 60-cı illərində Sovet İttifaqında kitab öz 

nüfuzunun, hörmətinin zirvəsində idi. Moskvada, yaxud Bakıda yalnız ərzaq dükanlarında deyil, 

kitab mağazalarında da böyük növbələr düzülürdü. Kitab oxumaq, ədəbi jurnalları mütaliə etmək 

az qala təşrifata çevrilmişdi.  

Ancaq belə bir vaxtda da sosrealizmin eybəcər xüsusiyyətlərindən biri kitab ilə həyatı qarşı-

qarşıya qoymaq idi. Sosrealizmin ən populyar çağırışlarından biri “Həyatı öyrənmək lazımdır!”- 

idi və bu şüar kontekstində həyat – zavodda, fabrikdə, neft, yaxud da maşınqayırma trestində, 

pambıq tarlasında, silos tədarükündə və s.-də istehsalat prosesi kimi nəzərdə tutuluru. 

“Altmışıncılar”ın bədii-intellektual təfəkküründə isə kitab ilə həyat arasında üzvi bir vəhdət var 

idi və kitab ilə həyat qəti surətdə bir-birinə “rəqib” deyildi. “Altmışıncılar” üçün kitabın qiyməti 

onun həyatiliyində idi və güman edirəm ki, belə bir vəhdət onların özünütəsdiqində əhəmiyyətli 

rol oynadı. 

Mən yuxarıda dedim ki, “altmışıncılar” yeni oxucu zövqünü formalaşdırdı və bu, əslində, 

qarşılıqlı bir hadisə idi: həmin yeni oxucu zövqü də “altmışıncılar”ın yazılarını, hərgah belə 

demək olarsa, nəzarətdə saxlayırdı. Azərbaycanda gedən bu proses Ümumittifaq prosesinin bir 

 

19 



hissəsi idi və nəzərə alsaq ki, bizim “altmışıncılar”ın əsərləri SSRİ miqyasında da rus dilində 

milyon tirajlarla çap və nəşr olunurdu, o zaman həmin “nəzarətdə” rusdilli oxucuların da effektli 

payı, təsiri var idi. Olsun ki, bu təsir təhtəlşüur xarakter daşıyırdı, ancaq hətta bugünün gözü ilə 

də o uzaq illərə baxarkən, o vaxt yazı masasının üstündəki ağ vərəqə qonan yaradıcılıq 

stimulundakı o təsiri şəxsən mən çox aşkar görürəm. 

Nəhayət, bir məsələnin da üzərində dayanmaq istəyirəm: sosrealizm müddəalarına qarşı ədəbi 

müxaliflik “altmışıncılar” arasında məhrəm bir ünsiyyət yaratmışdı və bu ünsiyyət də onların 

özünütəsdiqlərində və yaradıcılıqlarında az rol oynamadı. Onlar bir-birini müdafiə etməyi 

bacardı və bir-birinin ilk oxucuları oldu. Həmin illərdə, misal üçün, mənim yazılarımın – 

makinadan yenicə çıxış qrankaların ilk oxucuları Yaşar Qarayev və Yusif Səmədoğlu, Anar və 

Əkrəm Əylisli olurdu və mən də onların hələ çap olunmamış yeni yazılarının ilk oxucularından 

biri idim. Bizim yazdıqlarımızın da, bir-birimizə söylədiyimiz təqdir və təkdirlərimizin də 

sosrealizmə heç bir dəxliyyatı yox idi. 

Sosrealizm, dediyim kimi, “altmışıncılar”a dözməyə məhkum idi və dözdü. 

 

lll 


 

Beləliklə, biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının inkişafına vurduğu zərərdən 

qətiyyən sərf-nəzər etməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli 

və bu boşluqları doldurmağa çalışmalıyıq. 

Eyni zamanda, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı bu ədəbiyyatın tarixində 

çox m


ühüm və prinsipial bir mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-

nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq. 

Sosrealizm ziddiyyətləri və bu ziddiyyətlərə obyektiv elmi nəzər – mövqe belə olmalıdır. 

 

14 – 21 avqust, 2010 



 

 

20 



Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə