Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

sahillərdə”, İmran Qasımov və Həsən Seyidbəyli) və b. kimi obrazlar belə bir nəticə çıxarmaq 

üçün münbit zəmin yaradır ki, sosrealizmin özü filoloji-estetik hadisədən xeyli artıq dərəcədə 

ictimai-

sosioloji hadisədir. Sosrealizm Sistemin qorunub saxlanmasında effektli bədii rol oynaya 

bilmədi, ancaq cəmiyyətin ümumi inkişafında onun ciddi xidmətləri oldu. 

Mən mövzumuzun kontekstində “Aydın”, “Od gəlini”, “1905-ci ildə”, “Dönüş” kimi klassik 

pyeslərin müəllifi, səhnəmizə təkrarsız obrazlar silsiləsi gətirmiş, XX əsr Azərbaycan 

ədəbiyyatında son dərəcə istedadlı bir fiqur olan Cəfər Cabbarlının iki pyesindən bəhs etdim və 

burada bir vacib məsələyə toxunmaq istəyirəm. Sosrealizm nümunəsi olan “Sevil”, “Almas”, 

“Yaşar” kimi əsərlərin bu gün bədii-ideoloji yönünü dəyişdirməyə çalışmaq meylinə mən 

qətiyyən ciddi yanaşmıram. Əslində, belə bir süni təbəddülat mümkün də deyil və mən vaxtı ilə 

Cəfər Cabbarlı haqqında yazdığım geniş essedə bu barədə bəhs etmişəm (bax: Şəxsiyyət və 

istedad, Bakı, 2000). 

Bu yaxınlarda tanınmış rejissorlardan biri ilə söhbətim əsnasında məlum oldu ki, o, “Almas”a 

yeni quruluş vermək istəyir, çünki bu gün həmin əsərə “tamamilə yeni gözlə” (onun ifadəsidir) 

baxmaq lazımdır və İmamyarı, məktəb direktoru Mirzə Salmanı “müsbət” planda vermək istəyir. 

Güman edirəm ki (və rejissor dostumuza da bunu dedim), Cəfər Cabbarlını bu cür “yenidən 

oxumağa”, ona belə bir “tamamilə yeni gözlə” baxmağa qətiyyən ehtiyac yoxdur və bu “yeni 

göz” də, əslində, sənətin yox, yeni konyukturanın gözüdür: dünən konyuktura Alması bədii 

cəhətdən qurudub səhnəyə çıxarırdı, bu gün isə konyuktura bədii cəhətdən zəngin bir obraz 

(“mənfi” obraz!) olan İmamyarı “müsbət” görür. Konyukturanın bədii-estetik mündəricatı elədir 

ki, onun “müsbət”i də, “mənfi”si də sənətdən daha artıq zamanla bağlıdır, buna görə də 

bədiyyatın yox, zamanın faktıdır. 

“Almas”ı bu gün də olduğu kimi səhnəyə qoymaq lazımdır və bu tamaşa, elə bilirəm ki, dövrün 

xarakterini, psixoloji səciyyəsini – o cəhətləri ki, tarix onları adi söz ilə ifadə edə bilməyəcək – 

açmaq və göstərmək üçün tutarlı bədii sənəd ola bilər – bu, artıq rejissorun istedadından və 

dünyagörüşünün genişliyindən asılıdır. 

“Sevil”in, “Almas”ın təcrübəsi göstərir ki, sosrealizm tarixin sınağından çıxa bilməsə də, onun 

çərçivələri daxilində elə əsərlər də yaranıb ki (“Zəngəzur”, Əyyub Abbasov; “Gələcək gün”, 

Mirzə İbrahimov və s.), onların üzərindən qətiyyən xətt çəkmək olmaz. Sosrealizmin özünü 

qəbul etməmək, onun daxilindəki uğurları qiymətləndirməməyə gətirib çıxarmamalıdır. 

Belə bir yanlış metodoloji prinsiplə yanaşsaq, onda gərək bu gün, misal üçün, fransız 

ədəbiyyatında sentimentalizmin yaratdığı “Manon Lesko”dan, yaxud rus ədəbiyyatında “Bədbəxt 

Liza” kimi xrestomatik əsərlərdən imtina etmiş olaydıq.  

Düzdür, bu analogiyada nüanslar var: sentimentalizm sırf bədii-estetik hadisə idi, sosrealizm isə 

bədiiyyatda siyasi-inzibati hadisədir. Sentimentalizm təbii axtarışların nəticəsi kimi meydana 

çıxdı, sosrealizm isə inzibati yolla ədəbiyyata tətbiq edildi; sentimentalizm mərhələ yaradıb 

keçmişdə qaldı, sosrealizm isə iflasa uğradı, bədii məğlubiyyətə düçar oldu. 

Anca

q bütün bunlarla bərabər, Sevillərin və Mehmanların, Bayramların (“Səhər) və Firudinlərin 



(“Gələcək gün”) cəmiyyətin inkişafında oynadığı rol sosrealizmi məxsusiləşdirir, onu 

ədəbiyyatın tarixi boyu bir-birini əvəzləyən, yaxud da müştərək inkişaf edən (xüsusən XX əsrdə) 

ədəbi cərəyan və metodlardan fərqləndirir. Başqa ədəbi metodlara, cərəyanlara münasibətdəki 

əsas meyar bədiilikdirsə, sosrealizmə münasibətdə sosioloji-ideoloji amillər irəli çıxır. Bunu 

qəbul edib-etməmək olar, amma bunu qiymətləndirməmək və bundan sərf-nəzər etmək olmaz. 

Mən qəti əminəm ki, misal üçün, Səməd Vurğunun Stalin haqqında şeirləri, 26-lar haqqında 

poeması, Mikayıl Müşfiqin Stalin haqqında poeması, yaxud Süleyman Rüstəmin dövrün 

kontekstində bir çox “ideyalı” (yəni partiyalı) şeirləri, yaxud da Rəsul Rzanın “Lenin” poeması 

bu şairləri həqiqətən sevən, onlara həqiqi ehtiramla yanaşan ədəbiyyatçılar, naşirlər, redaktorlar 

tərəfindən “gizlədilməməlidir”. Bu sənətkarlar, artıq dediyim kimi, XX əsr Azərbaycan 

ədəbiyyatında ciddi yeri olan və həmişə də olacaq qələm sahibləridir. Onlar “37”-nin qorxunc 

aurası altında, hakim ideologiyanın tərkib hissəsi olan rus şovinizm təzahürünün tüğyan etdiyi 

bir vaxtda (İosif Stalin Papadan daha artıq katolik idi!) yaradıcı insanları ana dilində yazmağa 

səsləyən “Vaqif” kimi əsərin, yaxud “Yenə o bağ olaydı...” tipli təkrarsız lirikanın (Müşfiqin 

 




lirikası yalnız sosrealizm dövrünün yox, ümumiyyətlə, XX əsr Azərbaycan lirikasının zirvəsi 

idi), yaxud milli vətəndaş bədii təfəkkürünün ifadəsi olan “Cənub şeirləri”nin, yaxud da 

sosrealizm çərçivələrindən kənarda yazılmış və heç vəchlə bu çərçivələrə sığmayan “Qızıl gül 

olmayaydı...”, “Rənglər” kimi poeziya nümunələrinin müəllifləridir və belə bir “gizləmə 

əməliyyatına” qətiyyən ehtiyac yoxdur. 

Bir anlıq təsəvvür edək ki, Xaqaninin Axsitana yazdığı: 

Şah əvvəlinci Mehdidir, sani Süleyman olsun həm, 

İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm. 

Olmuş fələk şahın qulu, camı günəş meylə dolu, 

Keyvan-


qılınc, nüsrət-yolu, Bəhram-peykan olsun həm. 

Və s. 


 

– misra


ları katiblər, təzkirəçilər tərəfindən ört-basdır edilərək, gizlədilərək, gəlib bizə çatmayıb, 

o zaman nə qazanırıq? Belə olsaydı, ədəbiyyatımız da, ədəbiyyatşünaslıq elmimiz də tarixilik 

baxımından itgiyə məruz qalardı və aydındır ki, bu fikirləri söyləyərkən, mən, sadəcə, 

ədəbiyyatımızın maraqlarını güdür və tarixi obyektivliyi nəzərdə tuturam. 

Digər tərəfdən, həmin misraların qorunub saxlanmasından, gəlib bizə çatmasından böyük Xaqani 

bu gün nə itirir?  

Hərgah “Mədain xarabalıqları” varsa, Xaqani heç nə itirmir. 

Eyni fikir sosrealizm dövründə sonrakı nəsillərin nümayəndələri, misal üçün, Bəxtiyar 

Vahabzadənin Lenin haqqında poemasına, yaxud Tofiq Bayramın partiya bileti haqqında şeirinə 

və bu tipdən olan başqa yazılara da şamildir. Bir var bütün yaradıcılığın boyu balaca Valodyadan 

tutmuş Vladimir İliçin vəfatına qədər Lenin haqqında sönük şeirlər yazasan, bir də var ki, 

sənətkar (sənətkar!) sidq-ürəkdən inanaraq, yaxud da başqa yazılarını “Qlavlit”in əlindən qoparıb 

paravoz kimi çəkib aparmaq xətrinə (söhbət sənətkardan gedirsə, hər halda, bu da sənətin 

ifadəsidir) bu tipli mövzulara müraciət edir.  

Yaddan çıxarmayaq ki, Sistem ilə sosrealizm arasında üzvi bir vəhdət var idi. Sistem Anna 

Axmatovaya şeir yazdıraraq sosrealizmin dili ilə: “Stalin hardadır, orda azadlıq var!” (“Qde 

Stalin, tam svoboda!”)- 

dedirdirdi, Mixail Bulqakova Koba haqqında pyes yazdırırdı və biz 

sosrealizm çərçivələrinə sığışmayan başqa böyük yazıçıların, şairlərin yaradıcılığında bu tipli 

nümunələrə az rast gəlmirik. 

Yaxud, dediyim həmin “sidq-ürəkdən inam”ı götürək.  

Mən yuxarıda Pavel Korçagindən danışdım və şəxsən məndə heç bir şübhə yoxdur ki, onu, yəni 

sidq-

ürəkdən gələn inamı iflic olmuş, kor bir insanın merkantil mülahizələri, riyakarlığı yox, 



həqiqi inamı, fanatizmi yaradıb. Baxın, Nikolay Ostrovski Lenin ordeni ilə təltif edilir və rəhbərə 

belə bir məktub yazır: “Sevimli yoldaş Stalin! Mən ölkənin böyük rəhbərinə və müəlliminə, 

mənim üçün əziz insana bir neçə ürək sözlərimi demək istəyirəm: mən düşmənə başqa silahla 

zərbə vuracağam. O silahla ki, onunla məni Lenin-Stalin partiyası silahlandırıb.” Bu kor, iflic 

insan dostuna yazdığı məktublarından birində isə deyir: “Partiyadan kənar belə böyük, belə 

intəhasız həyatda necə yaşamaq olar?” Bu sözlər Nikolay Ostrovskinin ürəyindən gəlir və elə 

buna görə də hörmətə layiqdir. Məhz bu sarsılmaz əqidə, bu mövqe ona “Polad necə bərkidi”ni 

yazdırıb. Sadəcə olaraq, bədii əsəri əqidə, mövqe yox, istedad yazır. 

Mehdi Hüseyn yaradıcılığının ilk dövrlərində “Kin”, “Fəryad” kimi bədii cəhətdən, olsun ki, 

yüksək səviyyəyə çatmayan, ancaq hər halda tam surətdə sosrealizmin də bəhrəsi olmayan kiçik 

romanlar (povestlər) yazdı, ancaq sosializm ideyalarına ürəkdən gələn inamı sonralar onun 

“Abşeron”, “Qara daşlar” kimi əsərlərini meydana çıxartdı və onu sosrealizm klassiki etdi. 

Sönük yazılar, onsuz da, illərin sınağından çıxmayacaq. Misal üçün, sosrealizm bəhrəsi olan 

“Pəri xala və Lenin” (Mirzə İboahimov) povesti yalnız mövzusuna görə yox, bədii qadirsizliyinə, 

süni fabulasına görə öz-özünə çıxıb gedəcək, ancaq həmin müəllifin yenə də sosrealizm bəhrəsi 

olan “Gələcək gün” romanı qalacaq, çünki burada sosrealizm imkan verib ki, milli mənlik, milli 

azadlıq ideyaları ədəbiyyata gətirilsin. 

 




Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə