9
əlehissəlam – ilə görüşdüm. Mənə: «Ey Muhəmməd! Ümmətinə məndən
salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və
ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai Və
Bihəmdihi, Lə İləhə İlləllahu, Vallahu Əkbər» sözləridir»
27
. Rəsulullah -
sallallahu aleyhi və səlləm - buyurdu: «Kim
Subhənəllahil Azimi Və
Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər»
28
.
Əhli Sünnə - Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına
da inanırlar. Allah Cənnət və Cəhənnəmi, məxluqatını yaratmadan əvvəl
var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır.
Cənnət əhli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə
Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın
lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə
girərlər. «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan
mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca
gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar.
Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər
hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
«Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət
kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108).
«Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da
deyillər». (əl-Hicr 48). Bu əlbətdə bizim ruzimizdir. O, bitməz-
tükənməzdir». (Sad 54) və s. ayələrdə Allah həm Cənnətin əbədiliyini,
həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla
bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk
ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).
Cəhənnəm haqqında: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah
bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən
deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox
asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi
gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də
yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar
üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir
hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir
olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölmünə hökm
olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir
kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdiril-
məyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-
27
Tirmizi 3458.
28
Səhih Tirmizi 3/160, Həkim 1/501, əl-Albani «Səhihul Cəmi» 5/531.
10
Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını,
onların orada əbədi qalacaqları bildirilir.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram.
Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan
qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur!
Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O
şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü
xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə
hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et».
(əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - sallallahu
aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər
onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
CƏHƏNNƏMİN VƏSFİ
«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan
qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın
onlara verdiyi əmrlərə asi olmayan buyurduqlarını yerinə yetirən daş
qəlbli və çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6). «…Onlar
Cəhənnəm odunun yanacağıdırlar». (Ali İmaran 10). «O, gün biz
Cəhənnəmi kafirlərin gözü qarşısına gətirərik». (əl-Kəhf 100). «(Ey
müşriklər! Qiyamət günü) Siz o, Cəhənnəmi mütləq görəcəksiniz! Bəli siz
onu mütləq öz gözünüzlə görəcəksiniz!». (ət-Təkəsur 6.7). «Onların
üstlərində və altlarında oddan sipər vardır. Allah öz bəndələrini
bununla qorxudur. Ey bəndələrim! Məndən qorxun». (əz-Zumər 16).
«Onları zillət basar…Onların üzü sanki gecənin zülmət parçaları ilə
örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər. Özləri də orada əbədi
qalacaqlar». (Yunus 27). «Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir:
«Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu
bilməyəydim! Kaş o, (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç
bir fayda vermədi». (əl-Haqqa 25-29). «Onlar deyəcəklər: «Ey
Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz
günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır! (Onlara) Bu
ona görədir ki, (dünyada) yalnız Allah çağrıldığı zaman inkar edir, Ona
şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan
Allahındır!». (əl-Mumin 11.12). «İnsanları onlara əzab gələcəyi günlə
qorxut. O, gün zalimlər: «Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz sənin
dəvətini qəbul edər və Peyğəmbərlərə tabe olarıq» – deyərlər. Bəs
əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz».