CəNNƏt və CƏHƏNNƏM



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75146
1   2   3   4   5   6   7   8   9   ...   41

 



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Siz  Cənnət  əhlinin  4/1-siz.  Siz 

Cənnət  əhlinin  3/1-siz.  Siz  Cənnət  əhlinin  yarısısınız...”

17

.  İbn  Abbas  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm - buyurdu: «Biz (düyaya gəlməkdə) ümmətlərin ən sonuncusuyuq. 

Eyni  zamanda  hesabları  hər  kəsdən  öncə  çəkilənlərik»

18

.  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Cənnət  –  mən  girənə  qədər  digər 

Peyğəmbərlərə, Ümmətim girənə qədər digər ümmətlərə haramdır”

19

.  


Bu  ümmət  yerdən  ilk  öncə  çıxarılacaq,  məhşərdə  ən  yüksək  yerə  ilk 

olaraq  duran  ümmətdir,  Ərşin  gölgəsinə  ilk  öncə  gələn,  aralarında 

hesabları  ilk  çəkiləcək  olan  ümmətdir,  sıratı  ilk  keçən,  Cənnətə  də  ilk 

girən  ümmətdir,  Cənnət  –  Muhəmməd  -  sallallahu  aleyhi  və  səlləm  - 

girənə  qədər  digər  Peyğəmbərlərə,  ümməti  girənə  qədər  digər  ümmətlərə 

haramdır. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  “Mənim  yanıma  Cəbrail  

əleyhissəlam - gəlib əlimdən tutdu və ümmətimin girəcəyi qapını göstərdi. 

Əbu  Bəkr:  “Ya  Rəsulullah!  İstərdim  səninlə  bərabər  olum”.  Peyğəmbər: 

“Ey Əbu Bəkr!  Ümmətimdən Cənnətə  ilk  olaraq girən  kişi sənsən”  deyə 

buyurdu


20

.  


Cənnət  Və  Cəhənnəmin  Mövcud  Olması:

 

Əhli  Sünnə  Cənnət  və 



Cəhənnəmin  yaradılmış  olduqlarına  və  indi  də  var  olduqlarına  inanırlar. 

«Rəbbinizin  məğfirətinə  və  genişliyi  göylər  və  yer  üzü  qədər  olan, 

müttəqilər  üçün  hazırlanmış  Cənnətə  tələsin».  (Ali-İmran  133).  «(Ey 

insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, 

Allaha  və  onun  peyğəmbərinə  iman  gətirənlərdən  ötrü  hazırlanmış 

Cənnətə  nail  olmaq  üçün  bir-birinizdən  qabağa  düşməyə  çalışın.  Bu 

Allahın  dilədiyi  kimsəyə  əta  etdiyi  lütf,  mərhəmətidir.  Allah  çox  böyük 

mərhəmət,  kərəm  sahibidir».  (əl-Hədid  21).  And  olsun  ki,  (Muhəmməd 

əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) 

görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, 

şəhidlər  və  müttəqilər  məskəni  olan)  Məva  cənnəti  onun  yanındadır”. 

(ən-Nəcm  13-15).  Aişə  –  radıyallahu  anhə  –  rəvayət  edir  ki,  günəş 

tutuldu.  Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «…Mən  vəd 

olunduğunuz  hər  şeyi  gördüm.  Hətta  irəliyə  doğru  getməyə  başladığımı 

gördüyünüz vaxt Cənnətdən bir salxım almaq istədim (Başaqa rəvayətdə: 

Əgər  o,  salxımı  dərə  bilsəydim  dünya  durduqca  ondan  yeyərdiniz  (heç 

                                                        

17

 İbn Kəsir 1/404, Mücmuaz Zəvaid 10/403, Əhməd 3/383.  



18

 İbn Məcə «Zuhd». 

19

 Daraqutni “əl-Əfrad”, İbn Kəsir 1/404.  



20

 Əbu Davud 4652.  




 

qurtarmazdı).  Məni  geriyə  çəkildiyimi  gördüyünüz  vaxt  Cəhənnəmi 



gördüm. Bu gün kimi ömrümdə qorxulu bir mənzərə görməmişdim…»

21



Abdullah  b.  Amr  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  

sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «Muhəmmədin  canı  əlində  olan 

Allaha  and  olsun  ki,  Cənnət  o  qədər  yaxınlaşdı,  o  qədər  yaxınlaşdı  ki, 

əlimi  açsaydım  meyvələri  (yemişləri)  əlimə  gələrdi.  Cəhənnəm  də  o, 

dərəcədə  yaxınlaşdı  ki,  ondan  sizə  də  zərər  gələr  qorxusuyla  qorunmağa 

başladım”

22

.  Ənəs  b.  Məlik  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Rəsulullah  -  sallallahu  aleyhi  və  səlləm  –  bizimlə  namaz  qılarkən 

buyurdu:  «Ey  insanlar!  Mən  sizin  imamınızam.  Məndən  öncə  rukuya  və 

səcdəyə  getməyin,  başlarınızı  qaldırmayın.  Çünki  mən  sizi  önümdən  və 

arxamdan görürəm. Canım əlində olana and olsun ki, mənim gördüyümü 

görsəydiniz  az  gülər,  çox  ağlayardınız”.  Onlar:  “Nə  gördün  Ya 

Rəsulullah!”  dedilər.  Peyğəmbər:  “Cənnət  və  Cəhənnəmi”  deyə 

buyurdu

23

.  



Həmçinin  -  Adəm  –  əleyhissəlam  –  və  zövcəsinə  qadağan  olunmuş 

ağacdan  yeməkləri,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  Merac 

səfərində  Cənnət  və  Cəhənnəmi  görməsi  onların  olduğuna  dəlalət  edir. 

Cəhənnəm  haqqında:  «Kafirlər  üçün  hazırlanmış  oddan  həzər  edin». 



(Ali-İmran  131).  «Həqiqətən  Cəhənnəm  pusqudur.  O,  azğınların 

məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu:  «Mənə  Cənnət  göstərildi  və  oranın  əhalisinin  çox  hissəsini 

fəqirlərin  olduğunu  gördüm.  Mənə  Cəhənnəm  göstərildi  və  oranın 

əhalisinin çoxunun qadınlar olduğunu gördüm»

24

. İbn Ömər – radıyallahu 



anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 

«Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər-axşam ona qalacağı yer 

göstərilir.  Cənnət  əhlindəndirsə  Cənnət,  Cəhənnəm  əhlindəndirsə 

Cəhənnəm əhli arasındakı yeri göstərilir və ona: Qiyamət günü Allah səni 

ora  göndərincəyə  qədər  sənin  yerin  budur»  deyilir

25

.  Kəb  b.  Məlik  – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  -  sallallahu  aleyhi  və 

səlləm - buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta 

ki,  Uca  Allah  Qiyamət  günündə  onu  təkrar  cəsədinə  geri  göndərincəyə 

qədər»

26

.  İbn  Məsud  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Rəsulullah  



sallallahu  aleyhi  və  səlləm  -  buyurdu:  «İsraya  getdiyim  gecə  İbrahim  – 

                                                        

21

 Buxari 1212, Müsllim 901. 



22

 Əhməd 2/159, Əbu Davud 1194, Nəsəi 3/138.  

23

 Müslim 426.  



24

 Buxari, Müslim.  

25

 Buxari, Müslim 5110.  



26

 Muvatta 1/240, Tirmizi 1641, Nəsəi 4/108, İbn Məcə 1449, Musnəd 3/455,456, 6/386. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə