27
aleyhi - deyir ki: “Dünyanın bütün zəncirləri bir yerə toplansa ayədə zikr
edilən bir halqaya belə çatmaz”.
CƏHƏNNƏMLİKLƏRİN DÖŞƏYİ
“Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə
örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!”.
(əl-Əraf 41). Muhəmməd b. Kəb, Dahhaq, əs-Suddi və s. Dedilər ki:
“Mihad – döşək, Gavaş – isə yorğandır”. Vəhb b. Munəbbih –
rahmətullahi aleyhi - deyir ki: “Atəş əhli – Cəhənnəmdə yaşayan
insanlardır, onlar nə sakinləşirlər, nə yatarlar, nə ölürlər, atəşin üzərində
yeriyər, oturar, içəcəkləri Cəhənnəm əhlinin yaralarından axan su,
yeyəcəkləri atəş zəqqumu, döşəkləri və yorğanları atəşdən, paltarları atəş
və qatrandandır. Cəhənnəm əhli bir ucu Cəhənnəm gözətçilərinin əlində
olan zəncirlərə bağlıdırlar, gözətçilər onları üzü və beli üstə sürükləyərlər.
İrinləri Cəhənnəmdə olan quyulara axar və onların içəcəyidir”. Vəhb
bunları söylədikdən sonra o, qədər ağladı ki, ürəyi getdi
74
.
CƏHƏNNƏMİN TOPPUZLARI
“Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.
(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq
istədikcə, yenidən ora qaytarılar və (onlara): “Dadın atəşin əzabını!”
(deyilər). (əl-Həcc 21-22). Əbu Səid –
radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmliklərə
(əzab üçün) təhsis edilən dəmir toppuzlardan biri yerə qoyulacaq olarsa
(dünyaya düşsə) bütün cinlər və insanlar toplansalar belə onu yerindən
qaldıra bilməzlər»
75
. Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdəki dəmir
toppuzlardan biri ilə bir dağa vursalar o, dağı parçalıyar və toz halına
salar»
76
.
CƏHƏNNƏMİN DAŞLARI
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan
qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər),
xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan,
buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən)
və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”. (ət-Təhrim 6). “Madam
ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər
üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit
74
İbn Əbi Dunyə.
75
Əhməd 3/29.
76
Əhməd 3/29.
28
daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-Bəqərə
24).
Rabi b. Ənəs – rahmətullahi aleyhi - başda olmaqla bir qrup alimlər
Daşların – Allahdan qeyri tapınan bütlər olduğunu söyləmişlər.
“(Ey
Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm
yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı
olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar”. (əl-
Ənbiya 98-99).
Mamər, Səid b. Cərir – rahmətullahi aleyhi - rəvayət edir
ki: “Bizə çatan xəbərlərdən kafir Qiyamət günü qəbrindən dirildikdə
şeytanıyla bir olacaqdır. Allah onları atəşə salana qədər bu şeytan ondan
ayrılmaz. Bu vaxt kafir: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa,
Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.
(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda
olduqlarını güman edərlər! Nəhayət, o, (Qiyamət günü) hüzurumuza
gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin
aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis
yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz
birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!”. (əz-Zuxruf 36-
39)”.
“Cəhənnəm də azğınlara göstərilər. Və onlara belə deyərlər:
“İbadət etdikləriniz (bütlər) haradadır? Allahdan başqa (ibadət
etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir
köməkləri çatarmı?” Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə)
oraya (Cəhənnəmə) atılarlar! İblisin bütün əsgərləri də (ora sürüklənib
salınarlar). Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub
deyərlər: “Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!
Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi
yalnız günahkarlar azdırdı”. (əş-Şuəra 91-99). Müfəssirlərin çoxuna görə
daşlardan qəsd kükürd daşlarıdır. Lakin bu daşlarda beş özəllik vardır:
Tez yanar, pis qoxuludur, çox tüstülər, vücuda yapışar və kül olduğu
zaman əriyib axar. Mücahid – rahmətullahi aleyhi - deyir ki: “Leşdən
daha pis qoxan bir daşdır”.
CƏHƏNNƏMİN İLANLARI VƏ ƏQRƏBLƏRİ
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cəhənnəmdə elə
bir ilanlar var ki, qalınlıqları dəvənin boynu kimidir, onlardan biri
sancdığı zaman acısı 40 bahar davam edər. Atəşdə elə bir əqrəblər var ki,
qatır kimidir. Onlardan biri sancdığı zaman acısı 40 il davam edər”
77
.
Mucahid, Yəzid b. Şəcərə – rahmətullahi aleyhi - yoluyla rəvayət edir ki:
“Cəhənnəmdə dəniz sahilləri kimi sahillər və o sahillərdə quyular, (o,
77
Həkim.