Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

üzündən  və  davranışından  hiss  edirdim  ki, 
təklifim  ürəyincə  deyil.  Görünür  mənimlə 
birlikdə  görünmək  istəmirdi.  Bəhanə  tapıb 
sağollaşdım.  Bundan  artığını  bacarmazdım. 
Axı dediyinə görə onun çox sevdiyi əri və öz 
dediyi kimi xoşbəxt bir ailəsi var… 
  
Amma  niyə  əri  ola-ola  gecənin  yarısına  qə-
dər  mənə  vaxt  ayırmalı  idi?  Niyə  dostum 
olmağa, yanımda olmağa  çalışmalı idi? Yox, 
mən bacarmırdım. Qaçmalı idim, özü də çox 
sürətlə  və  dayanmadan.  Qalmağım,  bu 
münasibətləri  davam  etdirməyim  imkanım 
xaricində idi. Ona aşiq olduğumu demişdim. 
Hər şeyi bilirdi… 
  
Hətta  mənə  elə  gəlir  ki,  məni  tez  bir  za-
manda  ovsunlayacağına  əminlik  vardı  on-
da… 
  
Feyzbuku,  skaypı  dondurub  aradan  çıxdım. 
Yox,  içimdə  yeni  bir  fırtınanın,  ümidsizliyin 
və  acizliyin  yaranmasına  izin  verə  bilməz-
dim. 
  
Deyirəm axı, ağlım hisslərimə qalib gəlməyə 
başlayıb son zamanlar. 
  
Onu da düşünürdüm… 
  
Hiss  edirdim  ki,  yenə  də  əvvəllər  olduğu 
kimi saf və qarşısıalınmaz hisslərin qucağın-
da çırpınıram. 
91
 
 


  
İsti yuvasının dağılmağına səbəb ola bilməz-
dim. Mən getməli idim və getdim də… 
  
Virtual  aləmlə  bütün  əlaqələrimi  kəsib  özü-
mə çəkildim… 
  
İndi ara-sıra ağrılar məni əldən salmağa cəhd 
edir. Mən isə qədərimə boyun əyib, siqareti-
mi  tüstülədirəm.  Hərdən  özümə  lənət  oxu-
maq isə köhnə peşəmdir. 
  
Nəhayət  ki,  anlamışam,  evli  qadınlara  aşiq 
olmaq əzabdan başqa bir şey deyil… 
 
92
 
 


 
beş 
 
Əlvida, kədər! 
 
Zaman o zaman idi ki, yanlış qadınlara aşiq 
olub,  kədərli  dostlarla  oturub,  ucuz  içkilər 
içirdik.  Həyat  olduqca  kədərli,  günlər  bir-
birindən  hüznlü  keçirdi.  Başıma  çəkdiyim 
hər badədən sonra bir peşmançılıq bürüyür-
dü məni. 
 
İçməsəm, keçərmi? Keçməsə içimmi? 
İçirdim keçmirdi. Keçmirdi içirdim... 
 
Hər  dəfə  sonuncu  badədən  sonra  bir  tövbə 
duası süzülürdü sərxoş dodaqlarımdan. 
Amma sabahısı yuxudan əzgin, darmadağın 
ruh halıyla qalxıb  qaçırdım “poxmel” açma-
ğa... 
 
 Soyuducuda  heç  nə  olmasa  da  “başı  qırmı-
zı” boylanardı qəmli-qəmli... 
 
 Oxuduğum  kitablarda  ən  kədərli  cümlələri 
axtarıb  altını  cızdığım,  sonra  qarşısına    bir 
“(c)”  yazıb  facebookda  paylaşdığım  vaxtlar-
dı.  Kədərli-kədərli  fikirlər  doğulurdu  sərxoş 
beynimdə. Xülasə adımızın “kədər”lə yanaşı 
çəkildiyi vaxtlardı... 
 
93
 
 


Ruhumu  o  dərəcədə  bu  mərəzə  təslim 
etmişdim  ki,  Cem  Yılmaza  da  gülə  bilmir-
dim. 
 
Ümumiyyətlə  kədərli  və  bezgin  bir  ruh  ha-
lıyla günü-günə satırdım. 
 
Bütün  pozitivləri  özümə  qadağan  etmişdim. 
“Şair  olan  qəm  də  yeyər”  misralarını  həyat 
devizimə  çevirib,  kədər  bayrağını  evin  bal-
konundan asmışdım. 
 
Nə  isə,  uzatmayım.  Bütün  sadaladıqlarım 
bir-iki ilin söhbətidir. 
 
O zaman “kədər” və “darıxmaq” sözü leksi-
konumdan,  intihar  gündəmimdən  düşmür-
dü... 
 
Çox  sonradan  başa  düşdüm  ki,  mən  sadəcə 
psixoloqa gedib, ikicə ay konsultasiyada işti-
rak  etməklə  bu  mərəzdən  xilas  ola  bilərəm-
miş... 
 
Getmədim. Çünki, ikinci ixtisasım psixologi-
yaya  yaxındır  və  mənə  elə  gəlirdi  ki,  psixo-
loqun mənə deyəcəyi şeyləri bilirəm... 
 
Getmədim. Çünki, qaramat  xoşuma gəlirdi. 
 
 Getmədim. Ona görə ki, gedənlərə ağlamaq, 
ağlayanda rahatlamaq, rahatlayanda yatmaq 
olurdu... 
94
 
 


 
 Qəfil dəyişməyə başladı ruh halım... 
 
Hər şey adiləşdi... 
 
Gülməyi öyrəndim... 
 
İndi  mənə  gülməli  görünür  bir  qadının  get-
məyinə  ağlamaq,  bir  dost  xəyanətindən  sar-
sılmaq... 
 
İnsan gedər... 
 
İnsan  xəyanət edər... 
 
İnsan sadiq olmaz ki... Etibar göstərməz ki... 
 
İçmək,  siqaret  tüstüsündən  göz-gözü  gör-
məyən PUB-larda, barlarda veyllənmək, tez-
tez  aşiq  olub    yuxusuz  gecələr  keçirmək  nə 
qədər mənasızmış... 
 
Bütün  bunları  yazmaq,  ətrafdakıları  da  bu 
vay-şüvənlə bezdirmək yersizmiş... 
 
Bütün bunlar nəyə lazımmış? Niyə işığa yox, 
qaranlığa  can  atırdım?  Niyə  içirdim,  kədər-
lənirdim, aşiq olurdum, üzülürdüm, depres-
siyaya  düşürdüm?    Niyə  səhhətimi  bərbad 
hala  salıb,  sonra  onun  da  üzüntüsünü  yaşa-
yırdım? 
 
Bilmirəm... 
95
 
 


 
 ...Günlərin birində danışdığım lətifəyə ürək-
dən  şaqqanaq  çəkən  oğlumun  gözlərinin 
içindəki  parıltı  üstümə  sıçradı.  Bütün  bədə-
nim, əzalarım, ruhum həmin işığa büründü. 
Bu  dünyada  xoşbəxt  olmaq  üçün  mənə  çox 
az şey lazımmış... 
 
Dünən dağ kimi gördüyüm problemlər toza 
dönüb səpələndi... 
 
 ...İndi bütün problemlər vız gəlir. Həyatdan 
gözləntilərimi  minimuma  endirib  o  işığa 
bürünmək  üçün  hər  gün  iş  vaxtı  bitən  kimi 
oğlumun  və  dünyamıza  yenicə  qədəm 
basmış balaca mələyimin – qızımın  hüzuru-
na qaçıram... 
 
Bu yazını niyə yazdım? 
 
Bilmirəm... 
 
Təkcə  kədəri  yox,  sevinci  də  paylaşmaq  la-
zımdır. Üzünüzdə gülüş olsun! 
 
 
 
96
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə