Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

 
 
73
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
esselər 
 
74
 
 


 
Bir 
 
Nənə, məni bağışla 
 
Dünyada  məni  hamıdan  çox  və  təmənnasız 
sevən  insanı-nənəmi  itirdim.  Gözümü  açan-
dan, ağlım kəsəndən nənəmi narahat, qayğılı 
görmüşəm. Hamı üçün, hər kəs üçün narahat 
olmağı vardı nur üzlü nənəmin. Əzizlərinin, 
doğmalarının  qayğısı  onu  bir  an  da  tərk  et-
mirdi... 
  
...Nənəm əlil idi. Gəzəndə bir ayağını çəkirdi. 
Atamın  altı  yaşı  olanda  dünyasını  dəyişən 
babamın  üçüncü  həyat  yoldaşı  idi.  Babam-
dan 25 yaş kiçik imiş ərə gedəndə. Cəmi 30-
31  yaşında  dul  qalmışdı  üç  uşaqla.  Üstü 
torpaqla  örtülmüş,  yağış  yağanda  divarları 
yosun bağlayan bir otaqlı daxmada üç yetim 
böyütmüşdü. 
  
Biz  hələ  kiril  əlifbasında  oxuyanda  nənəm 
latın  əlifbası  ilə,  əyri-üyrü  xətlərlə  ancaq 
adını  yaza  bilirdi.  Amma  oxumağa,  təhsilə 
çox  önəm  verirdi.  Atamı  min  bir  əziyyətlə 
oxutmuşdu.  Min  bir  əziyyətlə  o  torpaq  dax-
manın yerində ev tikib, qızlarını ərə  vermiş, 
atamı evləndirmişdi. Ən böyük arzusu məni 
də atam kimi müəllim görmək idi... 
  
75
 
 


...Yeni tikilən evi şənləndirən ilk nəvəsi mən 
olduğum üçün onun həyatında yerim tamam 
başqaydı... 
 Mən  əsgərlikdə  olanda  hər  gün  gizli-gizli 
ağlayırmış.  Xoşladığım,  sevdiyim  yeməklər 
bişiriləndə bir bəhanə tapıb hamının iştahası-
nı küsdürürmüş: “Cəlil qərib yerdədir, onun 
xoşladığı yeməyi niyə bişirmisiniz?”  
  
...Tələbəlik  illərimin  dadı-duzu  idi  nənəm. 
Valideynlərim  cibimə  nə  qədər  pul  qoyur-
qoysun,  nənəmin  hamıdan  gizlicə  ovcuma 
sıxışdırdığı 3-5 manat mənə Hatəmin xəzinə-
si kimi qiymətli görünürdü... 
  
...Oxuya  bilməsə  də  yazılarım  çap  olunan 
qəzetləri səliqə ilə yastığının altında saxlayır-
dı. Kitablarımı öpüb, evin ən görməli yerinə 
qoyurdu... 
  
...Toyumda  xəstələnmişdi.  Bakıya,  məclisə 
gələ  bilmədi. Toyun  səhəri günü  qucaqlayıb 
gileyləndim.  “Başqa  vaxt  deyirsən  ki,  sən 
mənim  birdənəmsən,  səni  çox  istəyirəm. 
Niyə  toyuma  gəlmədin,  niyə  xeyir-dua 
vermədin, ay nənə? ” Heç nə demədi. Susdu. 
  
Amma məndən sonra ailə quran beş nəvəsi-
nin heç birinin toyuna getmədi... 
  
...Evliliyimin ilk aylarında  onun təqaüd kar-
tıyla dolandım. Evə alınan konfetdən, şirniy-
yatdan, bağçadakı meyvələrdən mütləq payı-
76
 
 


mı  saxlayardı.  Və  onun  saxladığı,  ayırdığı 
pay bir başqa dadardı... 
  
Qulaqları  yaxşı  eşitmədiyi  üçün  evdəki 
söhbətlərə  qəribə,  maraqlı  reaksiyalar  verir-
di.  Məni  isə  pıçıltımdan,  baxışımdan  anla-
yırdı... 
  
...Sonuncu  bayram  tətilində  yanındaydım. 
Xəstələnmişdi. Rahat nəfəs ala bilmir, dayan-
madan  öskürürdü.  Amma  mən  söhbətə  tu-
tanda  halı  yaxşılaşır,  uzun-uzun  öyüd  nəsi-
hət  verirdi.  Zarafata  salıb  valideynlərimin 
qeybətini də elədim. Deyib-güldük... 
  
O qədər qayğıkeş idi ki... 
  
Nəvazişləri  yadıma  düşdükcə  boğazım  dü-
yünlənir, boğuluram. 
  
Atama,  bibilərimə  təskinlik  vermək  istədim, 
olmadı.  Bacarmadım.  Əvəzində  atam  qolu-
ma  girdi:  “Bir  az  toxtaq  ol.  Nənənin  də  ən 
böyük  arzusu  son  mənzilə  sizlərin-nəvələri-
nin çiynində getmək idi.” 
  
...Qəfildən  nənəmin  nə  isə  xahiş  edəndə, 
məni  sakitləşdirəndə  istifadə  etdiyi  fikri  xa-
tırladım. “Çiynində gedim, ay bala...” 
  
...Tabutunu yerdən qaldıranda anladım yox-
luğunu. Nəvazişlə üstümə yorğan çəkən nə-
nəmin üstünə buz kimi torpaq atdım... 
77
 
 


  
Hansısa dostum yazmışdı ki, nənələr dünya-
dan  köçəndə  nəvələr  böyüyür.  Nənəmin 
ölüm xəbərini aldığım andan bütün ruhumla 
böyüdüyümü hiss elədim... 
  
...İndi  məni  kim  danlayacaq?  Kim  boynuma 
qol  salacaq  sənin  kimi?  Kitablarımı,  şəkil-
lərimi kim öpüb əzizləyəcək, nənə? 
  
...  Əllərim  titrəyə-titrəyə,  yanaqlarım  islana-
islana bu yazını yaza bilirəmsə, soyuqdu tor-
pağın üzü... 
  
Bilirəm,  narahat  ruhun  hardasa  uzaqlardan, 
ucalıqlardan  mənə  baxır  və  gileylənir  sağlı-
ğındakı kimi: 
  
“Ay bala, bu zibilin (kompüterin) qabağında 
az otur. Oturanda kürəyinə bir şey at. Bir də, 
qurban olaram, o zəhrimarı az çək...” 
  
Bilirəm,  bilirəm  ki,  olduğun  yerdə  də  mən-
dən nigaransan... 
  
Nigaran ruhun köməyim olsun, nənə... 
  
Sənin  istədiyin  kimi  qayğıkeş,  qohumcanlı, 
ağıllı  uşaq  ola  bilmədiyim  üçün,  məni  ba-
ğışla... 
 
 
78
 
 


 
İki 
 
Anamın əlləri 
 
Beş yaşlı oğlum qucağımda oturub dil boğa-
za qoymadan anasını tərifləyir: “Ata, anamın 
əlləri  elə  qəşəngdir  ki...”.  Gözlərimi  yumub 
onun  anasını  tərifləməyinə  qulaq  asıram: 
”Mənim anam...” O danışdıqca mən də onun 
fikirlərinə qüvvət verirəm, “quzum, anaların 
əlləri qəşəng olur...” 
  
Birdən  susur  və  boynumu  qucaqlayıb  qula-
ğıma pıçıldayır: 
  
- Ata, mənim nənəm sənin anadır, hə? 
  
- Elədi quzum. 
  
-  Ata,  nənəmin  əlləri  elə  möhkəmdir  ki,  elə 
qaradır, elə qocadır ki...” 
  
*** 
  
Oğlumun sözləri məni əməlli başlı silkələyir. 
Beş yaşlı uşağa nənəsinin əllərinin niyə sərt, 
qabarlı,  qoca  olduğunu  necə  izah  edim?  
Gəncliyini,  ömrünün  ən  yaxşı  vaxtlarını  öv-
ladlarına və şagirdlərinə həsr eləmiş müəllim 
anamın  sərt,  dərsi  cadar-cadar  əlləri  gözü-
mün qabağına gəlir. Görüşəndə saçlarıma tu-
mar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı 
79
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə