Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

əllər gözümün önündə canlanır... Odun doğ-
rayan, ot biçən, alaq təmizləyən, inək sağan, 
təndir  qalayan,  çörək  yapan  o  əllər,  mənim 
klaviaturaya alışmış yumşaq əllərimdən fərq-
li  olaraq  sərt,  qabarlı  əllər  yadıma  düşür 
gecənin  bir  vaxtı...  Müəllim  anamın,  şair 
anamın susuz torpaq kimi cadar-cadar olmuş 
əlləri... 
  
Əllərimi  oğlumdan  gizləməyə  çalışıram. 
Utanıram əllərimdən... 
  
Anam  texnikanın  bu  qədər  inkişaf  etdiyi 
vaxtda da hərdən mənə uzun-uzun məktub-
lar yazır... Cadar-cadar olmuş, oğlumun “elə 
möhkəmdir ki...” dediyi əlləri ilə mənə şeirli, 
duyğulu  məktublar  yazır  anam...  Oxuduğu 
saysız  kitablar,  yetişdirdiyi  minlərlə  şagird, 
yazdığı  şeirlər,  nəvələri  üçün  düzüb-
qoşduğu nağıllar, laylalar yadıma düşür... 
  
Yayın  istisində  üşüyürəm.  Boğazımdakı  kə-
dəri udub, doluxsunuram... 
  
*** 
  
Kənd  həyatının  öz  çətinlikləri  var  və  kənd 
qadınları daha fədakar, daha qayğıkeş, daha 
duyğusaldır...  Ağlım  kəsəndən  anamın  dır-
naqları  manikür  görməyib...  Atam  şəhərdə 
işlədiyi üçün anam həm kişi işinə, həm qadın 
işinə  qaçıb...  Yer  belləyib,  bostan  suvarıb, 
tərəvəz əkib, meyvə yığıb, odun doğrayıb... 
80
 
 


  
Bir dəfə də olsun yeməyimizi gecikdirməyib, 
paltarımız ütüsüz olmayıb... 
  
Heç  vaxt  bizdən tez yatmayıb,  bizdən sonra 
oyanmayıb... 
  
Bir  dəfə  də  olsun  məktəbə  qarnımız  ac,  pal-
tarımız çirkli getməmişik... 
  
Biz  xəstələnəndə  qeybdən  zoğal  mürəbbəsi, 
itburnu,  kəklikotu,  qarğadalı  saçağı  peyda 
olub həmişə... 
  
Heç  vaxt  atamla  aramızın  açılmasına,  ata-
mızdan narazı qalmağımıza imkan verməyib 
və həmişə atamı o qədər sevib ki, bütün ailə 
bunu hiss eləyib. 
  
Uşaq kimi nazıyla oynayıb atamın... 
  
İndi  də  hamı-qudaları,  kürəkəni,  gəlinləri, 
nəvələri anamın atama olan sevgisinə qibtəy-
lə yanaşır... 
  
*** 
  
...Anam  qocalır  və  mən  bunu  sonuncu  dəfə 
anamın  əllərinə  baxanda,  o  torpaq  qoxulu, 
süd qoxulu, çörək qoxulu əllərindən öpəndə 
hiss elədim... 
  
81
 
 


 
*** 
  
...Tələbə yoldaşım Hüseynin anası dünyasını 
dəyişəndə bərk sarsılmışdım və dərk eləmiş-
dim  ki,  analar  əbədi  deyil.  24  yaşım  vardı, 
yüzlərlə  kitab  oxumuşdum,  tələbəydim,  rə-
van  nitqim  vardı  amma  Hüseynə  təskinlik 
verməyə söz tapa bilməmişdim... 
  
Yanında  oturub  onunla  birlikdə  susmuş-
dum... 
  
O gün başa düşmüşdüm ki, anası dünyadan 
köçənlərə  təskinlik  vermək  üçün  söz 
axtarmaq mənasız işdir... 
  
*** 
 Anamın  əlləri  bu  gecə  yuxuma  girmişdi... 
Saçlarımı qarışdırdı, tumar çəkdi... 
Bərk-bərk yapışdım... 
Öpdüm, üzümə söykədim... 
Oğlumun sözləri yadıma düşdü, ağlamaq is-
tədim... 
Bərk-bərk  yapışdım  cadar-cadar  olmuş  əllə-
rindən... 
Yalvardım...  anamın  əllərinə  yalvardım  ki, 
qocalmasın... 
*** 
  
Dünyada  bəlkə  də  ən  ədalətsiz  hadisə  ana 
əllərinin qocalmasıdır... 
 
82
 
 


 
üç 
 
Saat...  
qadın... 
darıxmaq... 
 
...O  gecə  zibillikdən  tapdığım  krossvordu 
yazmaq  üçün  özümlə  evə  apardım.  Stolun 
üstündəki siqaret qutularının və içki şüşələri-
nin  arasında  balaca  bir  yer  düzəldib,  ciddi-
cəhdlə  krossvord  yazmağa  girişdim.  Gecə 
saat üçdü... 
  
*** 
  
...O  gün  işə  getmək  üçün  avtobusa  mindim, 
salam  verdim.  Sürücü  telefonla  danışırdı, 
üzümə  belə  baxmadı.  Lap  öndə  oturmuş 
qızcığaz  üzümə  baxıb  dodaqlarını  qəribə 
şəkildə  büzdü,  “salamın  başına  dəysin” 
ədasıyla saçlarını gözlərinin üstündən çəkdi. 
  
Qırmızı  şalvarlı  yeniyetmə  gözlərini  yumub 
özünü  yuxululuğa  vurmuşdu,  birdən  qalxıb 
kiməsə  yer  verməli  olar  deyə  o  da  gözünü 
açmadı.  Hicaba  bürünmüş  yaşlı  qadın  na-
məhrəmlərin ona toxunmaması üçün şişman 
gövdəsini  oturacağın  ən  uzaq  küncünə 
sıxışdırmaqla məşğuldu. 
  
Təqaüd  kartını əlində bərk-bərk sıxmış yaşlı 
kişi  ümumiyyətlə  nə  dediyimi  anlamadı. 
83
 
 


Kitab  oxuyan  tələbə  qız  gözünün  ucuyla 
məni süzüb başını yellədi. Avtobus yerindən 
tərpəndi. Səhər saat ondu... 
  
*** 
  
O  gün  havanın  isti  olmasına  baxmayaraq 
avtobusdan  düşüb  bir  siqaret  yandırdım. 
Məncə  səkkiz  saatlıq  iş  günlərini  ləğv 
etməyin  vaxtı  çoxdan  yetişib.  Bütün  əmək 
müqavilələri,  sığortalar  ləğv  edilməlidir. 
İnsanların  niyə  rahat  həyatı,  evi,  avtomobili 
və  sağlamlıq  sığortası  olmalıdır  ki?  Əgər 
dostlar  kirayə  mənzillərdən  tabutumuzu 
çıxaracaqlarsa,  nə  ehtiyac  var  uzun-uzun  iş 
günlərinə? 
  
Ofisə  girdim,  bilgisayarımı  işə  saldım.  Saata 
baxmağa həvəsim olmadı... 
  
*** 
  
O  gün  səhərədən-axşama  kağız-kuğuzlar 
arasında  eşələndim.  Naharı  çayla  yola  ver-
dim,  çünki  ay  yeni  başlasa  da  pulum  bit-
mişdi.  Pulsuzluğa  nifrət  edirəm.  İnsan  pul-
suz  qaldığı  üçün  daha  çox  işləməyə  məcbur 
olur.  Hə,  bir  də  banklardan  zəhləm  gedir. 
Paytaxtda  evim  və  qeydiyyatım  olmadığı 
üçün mənə kredit vermirlər. 
  
Axşam  iş  masamın  üzərindəki  kağızları 
toplayıb qapıdan çıxanda dostum zəng elədi. 
84
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə