Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

97 
 
bəbləri ordudakı nizam-intizamsızlıq, rüşvət və “dedovşina” 
idi.  Dostu  bu    qısa  hekayədə  ordunun  vəziyyətinə  işıq  tut-
muşdu. 
 
“...Vəziyyət çətin olduğu üçün, hamı yüngül və rahat yer 
arzulayırdı.  Zabitlər  üçün  çayxanaya  göndəriləndə  sevincimdən 
uçurdum. Zabit çayxanasında işləməyimdən narazı olan bir adam 
var  idi:  tağım  komandirim-sallaqbığ  gizir.  Həm  bu  yerə  görə  pul 
qopara  bilməmişdi,  həm  də  rəislərdən  xəlvət  görüşdüyü  sevgilisi 
çayçı  Cəmiləni  mənə  qısqanırdı.  Cəmilə  39-40  yaşlarında,  gözəl-
göyçək  qadın  idi.  Zabitlərin  çoxusuyla  yatsa  da  bizim  tağım  ko-
mandiri onu sevirdi. Həm də ciddi-ciddi sevirdi.  Bəzən onun ya-
nında gecəliyirdi. Cəmilə o qədər də sakit qadın deyildi. Hərdən xo-
şuna  gələn  əsgərləri  şəhərin  mərkəzindəki  evinə  dəvət  edir,  yaxşı 
pul  alırdı.  Amma  məni  də  çox  istəyirdi.  Hərdən  ona  şeir  oxu-
mağım, romantik  əhvalatlar uydurub danışmağım  çox xoşuna gə-
lirdi.  Cəmilə  ilə  eyni  otaqda  oturmağım,  onun  sevimlisi  olmağım 
tağım  komandirimi  cırnadırdı.  Döyülməyə,  əziyyətlərə  dözsəm  də 
gizirin  hər  addımbaşı  məni  sıxışdırmasından,  dalbadal  gecə  növ-
bələrinə göndərməsindən əsəblərim tarıma çəkilmişdi. Gizirlə düş-
mənçiliyin  dərinləşdiyi  günlərin  birində  Cəmilə  məni  evinə  dəvət 
elədi.  Həmin  gün  hava  qaralanda  aradan  çıxdım  və  gözəl  Cəmilə 
gecəni səhərə qədər əsgərliyin ağrı-acısını canımdan çıxardı.  
...Yaz günəşinin yandırıcı istisində, başımda əleyhqaz sta-
dionda  qaçanda  anladım  ki,  böyük  səhv  etmişəm.  O  gün  dərk  elə-
dim  ki,  bu  dünyada  heç  bir  həzzi  doyunca,  iztirabsız  yaşamaq 
mümkün  deyil.  Daha  dünya  dağılsa  da,  gizirlə  münasibətlərimiz 
düzələn deyildi.  
 
Axşam sıraya düzülüb yeməyə gedəndə gizir məzələnməyə 
başladı. “Professora görə döyüşə!”- deyə komanda verir, bütün ta-


98 
 
ğıma mənə görə süründürürdü. Kazarmada  ən azı yüz dəfə “Yat-
Qalx”  komandası  əsgərlərin  canını  boğazına  yığırdı.  Səhər 
“Qalx!”  komandasından  sonra  gizir  tağıma  o  qədər  əziyyət  ver-
mişdi ki, hamı qulağım eşidə-eşidə məni söyürdü. 
Gizirlə  haqq-hesab  çəkməyə  qərar  verməyim  bir  an  çəkdi. 
Dəmir  parçasını  götürüb  gücüm  gəldikcə  təpəsinə  çırpdım.  Tös-
mərək  gizir  kökündən  kəsilmiş  ağac  kimi  yerə  uzandı.  Hava  işıq-
lananda giziri tibb məntəqəsinə, məni də qərargah rəisinin otağına 
apardılar. Cinayət işi açacaqdılar. Səfehcəsinə düşünürdüm ki, bir 
yolum var o da intihar etmək.  
Kazarmanın  arxasında  keçdim.  Siqaretimi  yandırıb  əlim-
dəki ülgücü sol biləyimə çəkdim...” 
 
“Dəhşətdir”  –  Orxan  fikirləşdi.  Nicat  orduda  düz 
dörd  dəfə  intihara  cəhd  edib.  Hər  cəhddə  şiddət,  “de-
dovşina” və zabit özbaşnalığının izləri var. Cəhdlər artıq “is-
terik aksentləşmiş şəxsiyyət” diaqnozuna uyğun gəlir. Bu di-
aqnozu məhz hərbi xidmət zamanı qoyublar. Mənə elə gəlir 
ki, Nicatın intihar cəhdlərini diqqətlə araşdırıb, ordudakı in-
tiharlarla bağlı müəyyən fikirə gəlmək olar. Zamanında mət-
buatda  çap  olunan  bu  yazılar  nədənsə  heç  kəsin  diqqətini 
çəkməyib. 
 
Orxan  qara  cildli  dəftərə  tələsik  qeydlər  edib,  örtdü. 
Ayağa  qalxıb  otaqda  var-gəl  etməyə  başladı.  Olduqca  çətin 
bir işin altına girmişdi.  
 
İşə  salmışam  yazıq  həkimi.  İndi  yüz  faiz  məni  ta-
nıdığı günə nifrin yağdırır. Müvəffəqiyyət qazana bilməsi isə 
sual altında idi. Daha doğrusu qəfildən peyda olduğu bu ro-
manda  uğur  qazanmağı  məndən  asılıydı.    Deyəsən  geri  çə-


99 
 
kilməyəcəkdi.  Axı,  mən  onu  təsadüfi  seçməmişəm...  Ya  şai-
rin  qatilini,  ya  da  intihar  səbəbini  tapacaqdı.  Onu  da  qeyd 
edim  ki,  Elxanın  romanı  üçün  Nicatın  qətlə  yetirildiyini  sü-
but etmək onun məqsədlərinə aid deyildi.  
 
Elxanı  romanın  bu  yerində  qəsdən  süjetdən  uzaq-
laşdırıram. İstəsəm onu adi tikintidə işə qoyaram, amma qoy gedib 
başqa  işlərlə  məşğul  olsun.  Yumşalsam,  bəlkə  ona  başqa  məş-
ğuliyyət  tapdım.  Sadəcə  doktorun  əziyyət  çəkməsini  vicdanım  qə-
bul  etmir.  Kefimə  düşsə  Elxan  üçün  yaxşı  bir  xalaşka  da  tapdım 
bəlkə. Özüm ölüm hə, öz əlimdə deyil? 
 
Qoy  doktorun  yeganə  məqsədi  bu  dağınıq  faktlar 
arasında  çabalaya-çabalaya  ölümə  gedən  yolu  axtarıb  tap-
maq olsun... 
 
 
 
 
 
 
 
 
 
 
 
 


100 
 
16 
 
“Biz ölümü gözə aldığımız üçün, 
 hərbi xidmətə gedənlərdənik.” 
 
əsgər gündəliyindən... 
 
Orxan dostunun hərbi  xidmət boyunca yaşadıqlarını 
yadından çıxara bilmirdi. İki-üç gün dostunun sonuncu alın-
mayan  intihar  cəhdi  haqqında  yazdığı  yazını  oxumağa  hə-
vəsi olmadı. Orduda baş verən vəhşiliklər və əsgər ölümləri 
bir-bir gözünün önündən keçirdi. Könüldən də bir xəbər çıx-
madığı  üçün,  saatlarla  ordu,  öldürülən  əsgərlər,  çarəsiz  va-
lideynlər  haqqında  düşünürdü.  Hər  şey  bu  qədər  sadə 
olmamalı  idi.  Müharibə  şəraitində  olan  bir  ölkədə  əsgər  in-
tiharları, döyülürək, güllələnərək öldürülən əsgərlər vicdanlı 
vətəndaş  kimi  onu  narahat  edirdi.  Doktor  ölkəsini  çox  se-
virdi.  Az  qala  hər  gün  eşitdiyi  əsgər  ölümləri  gecələr  yu-
xusuna girirdi. “Bəlkə də orduya psixoloq lazımdır” – Orxan 
düşündü.  Tez  də  xatırladı  ki,  ölkədə  təhsilin  vəziyyəti  çox 
pisdir. Savadlı psixoloq tapmaq, onları orduyla işləməyə razı 
salmaq da zülmdür. Bu cür davam etsə düşmən qarşısına çı-
xaracaq əsgər tapılmayacaq. Hamıda orduya nifrət yaranır. 
Ümumiyyətlə  ölkədə  baş  verən  hadisələri  düşün-
dükcə ruhdan düşürdü. Dostunun intihar etməsinə səbəb də 
bu ölkə deyildimi? Məsələn, indi fəlsəfi bir romanın persona-
jı  kimi  kef  edə  bilərdi.  Bəxtindən  mənim  də  bu  cür  ağır  işə 
girişməməyim, onu gətirib salmışdı intihar söhbətlərinin içi-
nə. 
Yaşamağa,  sevməyə  səsləyən  bir  insan  nə  üçün  inti-
har  etsin?  Yaşatsaydıq  bəlkə  də  ədəbiyyatımıza,  mədəniy-


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə