Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

104 
 
dırdığı siqareti sona qədər sümürüb, pəncərədən aşağı atdı. 
Sonra uzun müddət həyətdə közərən işığa gözünü dikib saç-
larını qarışdırdı. Yenidən yazı masasına dönüb, Nicatın yaz-
dıqlarını oxumağa başladı. 
 
“...İçimdəki  yazmaq  həvəsi  gündən-günə  artırdı.  Özümü 
təsdiq  üçün  bütün  imkanlardan  istifadə  edir,  bacarığımı  lazımsız, 
bəzən də mənasız işlərə sərf edirdim. Əyalətdə ilk tərcümə jurnalını 
təsis edib cəmi bir nömrəsini nəşr etdirdim. Qəzet təsis edib 10 ay 
ona  rəhbərlik  elədim.  Hazırlıq  kursunda  müəllimlik,  un  də-
yirmanında  fəhləlik,  reklam  firmasında  koordinatorluq,  məhşur 
folklorşünas  alimin  yanında  tərcüməçiliklə  məşğul  oldum.  İki  nə-
fərə namizədlik işi yazdım, qısa müddət universitetdə çalışdım. 
Övladımı  sağlam  və  xoşbəxt  böyütmək  üçün  bütün  gü-
cümü  səfərbər  etdim.  Kirayədə  yaşamağıma  baxmayaraq  buradakı 
həmyaşıdlarımdan  xeyli  yaxşı  dolanırdım.  İçkini  və  digər  zərərli 
vərdişləri buraxmışdım. İbadət eləməsəm də dostlarımın əksəriyyəti 
Məşədi, Kərbəlayi, Hacı idi. Titullu dindarların yanında böyük nü-
fuzum  vardı.  Yaxşı  qazansam  da,  işlərim  yolunda  getsə  də,  gecə-
gündüz Bakıya köçüb, orda yaşamağı arzulayırdım. Bakı xilas ola-
cağım  yer  idi.  Arzulamadığım  işlərdən  yalnız  Bakıda  xilas  ola  bi-
lərdim.  Qızım  böyüdükcə  Bakıya  köçmək  üçün  ciddi  planlar  qu-
rurdum. Qızımın iki yaşı tamam olmağa bir neçə gün qalmış, ye-
nicə açdığım ofisi bağlayıb kəndə, ordan da Bakıya gəldim. 
 
Əlimdə  olan  azacıq  pulla  Bakıda  yaşayan  qardaşımla  bə-
rabər ev kirayələdim. Gəncədə tələbəçiliyimin müəyyən vaxtını bir-
likdə  keçirdiyim  dostum  məni  qohumlarının  mətbəəsində  işə  dü-
zəltdi.  Bir  ay  reklam  meneceri  vəzifəsində  çalışandan  sonra,  maaş 
ala  bilmədiyim  üçün  işdən  uzaqlaşdım.  Televiziyalardan  biri  mü-
sabiqə elan etmişdi. Dostların köməyi ilə müsabiqədə iştirak etdim. 


105 
 
İlk dəfə idi ki, işlərim belə sürətlə yoluna düşürdü. Qısa müddətdən 
sonra televiziyada çalışmağa başladım. Bir müddət stajor olaraq ça-
lışdıqdan  sonra,  televiziyanın  bədii  rəhbəri  məni  rəsmi  olaraq  işə 
qəbul etdiyini bildirdi. Mənə yaxşı imkanlar yaradacağı vəd olun-
muşdu. Uzun müddət Bakıda olsam da, hələ də ailəmi yanıma gə-
tirməyə imkanım yox idi. Həyat yoldaşım məni boşanacağı ilə təh-
did edir, mən isə övladım  üçün darıxa-darıxa həyatla savaşırdım. 
İki ay televiziyadan maaş ala bilmədim. 
İki  aydan  sonra  gördüyüm  işin  çətinliyinə  baxmayaraq 
mənə  çox  cüzi  maaş  təyin  etdilər.  Elə-belə,  siqaret  pulu...  Gecə-
gündüz  işləməyimə  baxmayaraq  aldığım  maaş  ailəmi  Bakıya  gə-
tirmək üçün kifayət etmirdi. Bakıya gələndən 4 ay sonra həyat yol-
daşım  boşanmaq  üçün  məhkəməyə  ərizə  verib,  mənim  yaşam  sə-
bəbimlə – qızımla bütün əlaqələrimi kəsdi. 
Aldığım cüzi maaş siqaretə də  çatmırdı. Artıq həyatın çə-
tinlikləri  və  iradəmin  zəifliyi  məni  rəsmən  içki  düşkünü  eləmişdi. 
Maaşımın  artacağını  gözlədiyim  ərəfədə  məhkəmədən  üç  dəfə  ça-
ğırış gəldi. Bakıya köçməyimin 6 ayı tamam olanda boşandım. Da-
ha doğrusu tərk edildim... Rəsmi sənədlər, məhkəmə qərarları, döv-
lətin  qanunları  mənə  heç  zaman  ciddi  görünməyib.  Önəmli  olan 
insani  münasibətlərdir.  Kişiylə  qadın  arasında  sevgi  və  sayğı  ya 
var,  ya  da  yoxdur.  Heç  bir  məhkəmə,  heç  bir  qərar  buna  təsir  edə 
bilməz... 
Boşanmağımız  üçün  göstərilən  üç  səbəbdən  biri  im-
kansızlıq, biri isə evsizlik idi. Dəlicəsinə bağlandığım qızımdan ay-
rı qalmaq, onun uşaqlığına həsrət qalmağım məni darmadağın etdi. 
Tükənmişdim. Yorulmuşdum. Bezmişdim.  
Günlərin  birində  televiziyada  ssenari  müəllifi  olduğum 
proqram bağlandı. Televiziya rəhbərliyi məni işlə təmin etmək əvə-
zinə  işdən  çıxarmağa  üstünlük  verdi.  Səbəbsiz-filansız  atdılar  ba-
yıra. Əlimdən nə gələrdi ki? 


106 
 
Televiziyada  çalışdığım  günləri  indi  də  xatırlayanda  əzab 
çəkirəm.  Cüzi  maaşa  səhərdən  axşamacan  işləmək,  rayon-rayon, 
kənd-kənd  gəzmək,  lazımlı-lazımsız  kitablar  oxumaq,  səviyyəsiz 
rəhbərlərdən söz götürmək gündəlik həyat normasına  çevrilmişdi. 
Son aylar övladımdan ayrı qalmağım, hər gün artan borclarım mə-
ni elə hala salmışdı ki, ancaq ölməyi arzulayırdım. Çantamda gəz-
dirdiyim  sirkə  turşusunu  dəfələrlə  içib  intihar  eləmək  istəsəm  də, 
qızımın gözləri məni rahat buraxmırdı.  
Hər dəfə şüşənin ağzını açmaq istəyəndə, qızımın günahsız 
və məsum gözləri məni bu işdən çəkindirirdi. İşdən çıxarılandan iki 
gün  sonra  məndə  elə  bir  hiss  yarandı  ki,  artıq  heç  kəsə  lazım  de-
yiləm.  Hər  səhər  evdən  çıxanda  çantamı  yoxlayır,  sirkə  tur-
şusunun  yerində  olub-olmamağını  yoxlayırdım.  Sonra  evdən  çı-
xırdım.  Qəribə  hissdir  ölümü  arzulaya-arzulaya  gündəlik  həyata 
davam etmək. Bəlkə də bu boyda ümidsizliyimin içində xırdaca bir 
ümid  vardı.  Bəlkə  də  özümdən  xəbərsiz  o  əlçatmaz  ümidə  tu-
tunmuşdum... 
 
Şəhərin kənarında kirayə yaşadığım gecəqonduda saatlarla 
uzanıb tavana baxır, övladımı, onun gözlərini düşünürdüm. Borc-
larım gündən-günə artırdı. Taleyin qarğışına tuş gəlmiş bəbəxt bir 
adamdım... 
...Bütün  çətinliklərə  baxmayaraq  yenidən  sevmək  üçün 
özümdə  güc  tapmışdım.  Hamıdan  uzaqlaşıb  intihara  qərar  ver-
diyim günlərin birində sevdiyim qadının telefonun o başından gə-
lən titrək səsi məni fikrimdən daşındırmışdı. “Özünü öldürsən səni 
heç  vaxt  bağışlamayacam”,  -  demişdi.  Yaşamaq  üçün  övladım  və 
sevdiyim qadın ən böyük səbəbim olsa da, heç biri yanımda deyildi. 
Heç  birinə  əlim  çatmırdı.  Təkdim.  Təklənmişdim.  Böyük  bir  boş-
luqda, iynə ucu boyda bir ümidə tutunub yaşayırdım... 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə