Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

89 
 
bəsləyirdi. Geylərə də, lezbilərə də həssaslıqla yanaşır, bəzən 
onlara  pulsuz  psixoloji  yardım  edir,  qayğılarına  qalırdı.  Bü-
tün bunlara baxmayaraq Könülün yaşadıqlarını çox dəhşətli 
və anormal hesab edirdi. 
 
Bu  qədər  gərginlikdə  söhbəti  davam  etdirməyi  düz-
gün hesab etmədi. Ofisiantı çağırıb hesabı istədi. Hesabı ödə-
yib kafedən çıxdılar və Orxan Könülü evə qədər maşınla gə-
tirdi.  Könül  onunla  vidalaşanda,  gözlərində  ağır  kədər,  iza-
holunmaz hüzn vardı. Bir neçə gün sonra yenidən görüşmək 
üçün vədələşib, ayrıldılar. Orxan Könülü tanıdığı gündən bu 
yana ilk dəfə onun gözlərinə baxanda kövrəldi. 
 
 
 
 
 


90 
 
14 
 
Həqiqi dostluqdan başqa
bütün münasibətlər müvəqqətidir. 
 
Rollan 
 
Orxan  iş  masasının  arxasında  əyləşib,  qaynar  kofeni 
ləzzətlə qurtumlayırdı. Qarşısındakı kompüterdə Nicatın bir 
neçə il öncə saytların birinə yazdığı intihar hekayələrini nə-
zərdən  keçirir,  onun  ölümlə  nəticələnən  son  cəhdi  ilə  uğur-
suz  cəhdləri  arasında  əlaqə  qurmağa  çalışırdı.  Qeyd  dəftər-
çəsini çıxarıb Nicatın xəstəliyi ilə bağlı yazdıqlarına yenidən 
nəzər  saldı.  Yazdığı  reseptləri  bir daha  gözdən  keçirtdi.  Ni-
catın  bu  qədər  intiharameyilli  olmasını  anlaya  bilmirdi.  “İs-
terik  aksentləşmiş  şəxsiyyət”-  deməli  onu  həddindən  artıq 
əsəbiləşdirmək,  necə  deyərlər,    incitmək  olmazdı.  Bu  di-
aqnoz qoyulan xəstə ya tez, ya gec - hökmən intihar edir. 
...Əslində bütün bunlar roman üçün yaxşı mövzudur. 
Birini  öldürürsən  və  intihara  meyilli  olduğu  üçün  ölümünə 
əsaslar  tapırsan.  Onu  xəstələrindən  ayırıb,  gətirib  atmışam 
bu  qarmaqarışıq  əhvalatın  içinə.  Yazıq  indi  məni  söyə-söyə 
bu hadisələrin içində başını itirib... 
Nicatın intihar cəhdlərinə səbəb olan hadisələr müx-
təlif  və  qəribə  idi.  O  yenidən  yazılanları  gözdən  keçirməyə 
başladı. 
 
“...İlk dəfə intihara cəhd edəndə 14 yaşım var idi. Uzaq dağ 
kəndində  kasıb  müəllim  ailəsində  yaşayırdım.  Problemlər,  sı-
xıntılar evdə söz-söhbəti dərinləşdirmişdi. Özümdən on yaş böyük 
biologiya  müəlliməmi  sevirdim  və  buna  görə  atam  məktəbimi 


91 
 
dəyişməyə məcbur olmuşdu. Ailəmizdəki sıxıntılardan əlavə, məni 
həyatımın  ilk  qadınından,  mənə  seksin  nə  olduğunu  anladan,  ilk 
dəfə  kişi-qadın  münasibətlərinin  gizlinlərini  öyrəndiyim  müəlli-
məmdən  ayrılmışdım.  Yeniyetməlik  sevgisinin,  bağlılığının  necə 
güclü,  necə  dözülməz  olduğunu  yaşayanlar  yaxşı  bilir.  Digər  bir 
tərəfdən atamla anam boşanmağa qərar vermiş, hətta otaqlarını da 
ayırmışdılar.  Mən  nənəmlə  otaqda  qalırdım.  Bütün  ya-
şadıqlarımdan sonra hər şey bir anda gözümdən düşmüşdü”. 
 
Orxan uzun müddət müalicə etdiyi pasiyentinin qar-
maqarışıq  həyatını  oxuduqca,  xəyalında  canlandırmağa  ça-
lışırdı. 14 yaşında özündən on yaş böyük qadına aşiq olmaq, 
valideyn  münasibətlərindəki  gərginlik...  Bu  olduqca  ciddi 
sarsıntıdır.  Amma  intihara  səbəb  olacaq  qədər  ciddi  deyil. 
Yəqin  ki,  səbəb  tamam  başqadır.  Bütün  bu  söhbətlərə  görə 
intihara  haqq  qazandırmaq,  ölüm  söhbətini  bunlarla  bağ-
lamaq olmazdı. 
 
“...Artıq  bir  ay  idi  ki,  qadın  təması  görmürdüm.  Həmin 
məsum  gün,  dərsdən  çıxıb  evə  gələndə  yolumu  dəyirmandan  sal-
dım.  Kəndimizin  həmişə  dəyirmana  yığışıb  dartan  cayıllarından 
bir az “ot” istədim. Yaşım az olsa da hörmətimi saxlıyırdılar. Özü-
mə görə hörmətim, çəkim vardı. Sonuncu dəfə pulsuz “ot” verdik-
lərini xatırladıb gələn dəfə pulla gəlməyimi tapşırdılar.  
Evdə hər kəs öz işində idi. 
 Atam yenidən anamla mübahisə etməyə başlayanda evdən 
çıxdım.  Evimizin  arxasındakı  nəhəng  gövdəli  şabalıd  ağacının  al-
tında  oturub  evdən  xəlvətcə  götürdüyüm  almazı  dizimin  üstünə 
qoydum.  “Ot”u  “Winston”a  doldurub  yandırdım.  Tütün  qa-
rışdırdığım  otun  acı  tüstüsünü    ciyərlərimə  çəkdim.  Beynim  du-


92 
 
manlandıqca qərarım möhkəmlənirdi. Ölmək istəyirdim!  Sağ əlim-
də par-par parıldayan iti almazı sürətlə sol biləyimə çəkdim... 
...Qan axdıqca bədənim halsızlaşır, gözlərim qaralır, məni 
yuxu aparırdı. Başımı şabalıd ağacının nəhəng gövdəsinə söykəyib 
özümü içimdəki boşluğa buraxdım. Üşüyürdüm… 
Gözlərimi  açanda  nənəm  başımın  üstündə  ağlayır,  anam 
əlində  qana  bulaşmış  dəsmala  baxıb  hönkürürdü.  Qolumu  sarıyıb 
məni evə gətirdilər. Həmin gün anamla-atam barışıb öz otaqlarına 
çəkiləndə qolumdakı yaraların daha çox acıdığını hiss elədim. 
Bir həftə sonra mən müəlliməmlə əvvəllər oxuduğum mək-
təbdə,  biologiya  kabinetində  qapını  arxadan  bağlayıb  sevişirdim. 
Sol  biləyimdəki  dəhşətli  ağrını  müəlliməmin  çəkdiyi  tumar  unut-
durmuşdu. Və o gündən allahla ilk yol ayrıcımız başlamışdı…” 
 
Orxan  Nicatın  ilk  intihar  cəhdinin  səbəblərini  analiz 
etməyə  çalışırdı.  14  yaşlı  yeniyetmənin  seksə  olan  düşkün-
lüyü, narkotikə meyli, ata-anası arasındakı münasibətləri qə-
ribə  şəkildə  analiz  etməsi...  Bütün  bunlar  o  qədər  də  inan-
dırıcı deyildi. Orxan uzun müddət qarşısındakı kitabları və-
rəqlədi.  Bu  cəhdlə  intihar  faktı  arasında  əlaqə  qurmağa  ça-
lışdı.  Siqaret  yandırıb  pəncərənin  önündə  dayandı.  Vali-
deynləri  çoxdan  yatmışdı.  Onları  narahat  etməmək  üçün 
ayağının ucunda mətbəxə keçib, külqabını götürdü. Siqareti 
sonuna qədər sümürüb külqabında söndürdü. Pəncərəni ör-
tüb  yerinə  qayıtdı  və  qalın,  qara  cildli  qeyd  dəftərini  açdı. 
Dəftərin birinci səhifəsinə qara qələmlə, böyük hərflərlə “Nİ-
CAT  ASLAN”  yazılmışdı.  Dəftərin  təxminən  20-25  sə-
hifəsində personajın intiharı ilə bağlı qeydlər vardı.  
 
Orxan qırmızı qələmi götürüb Nicatın ilk intihar cəh-
di haqqında düşüncələrini yazdı: 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə