11
- Bilirsən, Henri, məni nəsə narahat edir. Axı itlər o
gələn qonağa niyə hücum etmədilər? O balığı çırpışdıran
qonağı deyirəm e...
- Yuxulu səs gəldi:
- Bili, sən lap dəymədüşər olmusan. Əvvəllər belə
deyildin. Az danış, yat, səhər onsuz da durub deyəcəksən
ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə
narahatsan...
Onlar ağır-ağır nəfəs alaraq bir yorğan altında yanaşı
yatmışdılar, Ocaq öləzimişdi və işıldayan gözlərin dairəsi
adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha
da yaxınlaşırdı.
İtlər bir-birlərinə sığınmışdılar. İşıldayan gözlərdən biri
onlara lap yaxınlaşanda qorxa-qorxa hürüşməyə
başladılar. Sonra elə bərkdən hürdülər ki, Bili yuxudan
ayıldı, dostunu oyatmasın deyə ehtiyatla yorğanının
altından çıxdı və ocağa quru çör-çöp atdı. Alov qalxıb
ətrafı işıqlandırdı və gözlərin dairəsi o saat geri çəkildi.
Bili bir yerə yığışmış itləri nəzərdən keçirtdi, gözlərini
ovuşdurub bir az da diqqətlə baxdı və təzədən yorğanın
altına girdi.
- Henri, - dostunu səslədi. - Hey, Henri!
Henri ayılaraq zarıldadı, soruşdu:
- Nə var yenə?
downloaded from KitabYurdu.org
12
- Heç nə. İtlər yenə yeddi dənə olublar. İndicə saydım.
Henri bu xəbəri deyinə-deyinə qarşıladı və tez də yuxuya
gedib xoruldadı.
Səhər birinci Henri durdu və dostunu da oyatdı. Saat
altı olsa da, havanın işıqlanmasma hələ üç saat qalırdı.
Henri ala-toranlıqda səhər yeməyi hazırlamağa başladı,
Bili isə yeri yığıb şeyləri kirşəyə qoydu.
- Bura bax, Henri. Sən nə deyirdin? Neçə itimiz var?
- Altı.
- Eh, düz demədin...
- Nədi, yenə yeddi olub?
- Yox, beş dənədi. Biri yoxdur.
Henri hiddətlə çımxırdı:
- Lənət sənə, şeytan! - Sonra əlindəki yemək qablarını
kənara tullayaraq itləri saymağa başladı.
- Düzdü, Bili. Fətti qaçıb.
- Aradan elə çıxıb ki, heç xəbərimiz olmayıb. Tap
görüm necə tapırsan.
- İşlər korlandı, - Henri dedi. - Diri-diri yeyiblər onu.
- Yəqin o vəhşilər Fəttini parçalayanda yazıq çox
zingildəyib.
- Fətti elə həmişə səfehləyirdi, - Bili dedi.
- Ən ağılsız it də bilə-bilə ölümə getməz...
Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir
downloaded from KitabYurdu.org
13
olduğunu götür-qoy etdi.
- Bunlar ağıllıdı, belə hoqqa çıxarmazlar.
Bili də köksünü ötürdü:
- Bunları dəyənəklə də ocaqdan uzaqlaşdıra bilməzsən.
Ürəyimə dammışdı ki, Fəttinin başında nəsə var.
Şimal yollarında ölən itlər haqqında adətən belə vida
sözləri deyirdilər. Bu sözlər çoxlu başqa itlərin, hətta
insanların ölümündən sonra deyilən vida sözlərindən heç
də fərqlənmirdi.
DİŞİ CANAVAR
Səhər yeməyindən sonra Henri və Bili olan-qalanlarını
kirşəyə yığıb bu cəfakeş ocağı tərk edərək, qaranlıq yolla
irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükurpədici ulartı
eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı.
Qızılaxtaranlar dinməzcə gedirdilər. Düz saat doqquzda
hava işıqlandı.
Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı.
Üfüqdə günəşlə şimal ölkəsi arasında sədd çəkilmişdi.
Çəhrayı rəng itdi. Günəşin solğun bənizi təxminən üç saat
ətrafı işıqlandırdı. Sonra o da söndü və kimsəsiz, sakit
şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi.
Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o
ulartı lap yaxından eşidilməyə başladı.
Bəzən bu səs elə yaxından gəlirdi ki, itlər qorxudan
downloaded from KitabYurdu.org
14
yerlərində titrəyirdilər.
Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü.
Bili və Henri qoşqunu düzəldirdilər. Bili dedi:
-
Yaxşı ki, girlərinə ov keçib, bizi sakit buraxarlar...
-
Day demə, onların ulartısı adamın canına üşütmə
salır.
Sonra qızılaxtaranlar növbəti düşərgəyə çatanacan
susdular.
Henri ocağın üstündə pıqhapıqla qaynayan soya
qazanına buz qırıntıları atırdı. Birdən arxadan qulaqbatırıcı
səs gəldi. Billin qıyya çəkinəsi ilə Henrinin dik atılması bir
oldu. Henri qarın üstüylə qaçan və qaranlıqda gözdən itən
hansı heyvanınsa naməlum kölgəsini gördü. Bili itlərin
arasındaydı. Bir əlində dəyənək, o birində quru balıq tuta-
raq meyit kimi qurumuşdu.
- Axır ki, yarısını qopartdı! - Bili qışqırdı. - Amma necə
lazımdı payını da aldı. Zingiltini eşitmədin?
Henri soruşdu:
- Axı nəydi o?
- Baş açmadım. Deyə bilərəm ki, bütün itlər kimi onun
da ayaqları dişləri, dərisi vardı.
- Əhliləşdirilmiş canavardı bəlkə?
- Canavar olduğunu deyə bilmərəm, amma düz yemək
vaxtı peyda olursa, demək əsl əhliləşdirilmiş heyvandı.
downloaded from KitabYurdu.org
15
Bu gecə dostlar şam yeməyindən sonra tabutun üstündə
oturub qəlyan çəkərkən gördülər ki, işıldayan gözlərin
halqası yavaş-yavaş daralır.
- Nolaydı, girlərinə sığın dəstəsi keçəydi, bizi sakit
buraxaydılar, — Bili dedi.
Henri söyüş söydü, sonra onlar düz iyirmi dəqiqə
beləcə oturub danışmadılar. Henri gözlərini alova
zilləmişdi, Bili isə tonqaldan bir az aralı, qaranlıqda
işıldayan gözlərin halqasına baxırdı.
- Mək-Terriyə çatsaydıq nə olardı... - Bili köks ötürdü.
- Sən Allah, bəsdi ağladın, zıqqıldama, - Henri
dözmədi. Mədən qıcqırıb sənin, ona görə zıqqıldayırsan.
Soda iç, o saat keçəcək, onda mən də səninlə darıxmaram.
Səhər Henrini yuxudan Billin biabırçı söyüşləri oyatdı.
O, dirsəklənib baxanda, Bili tonqalın böyründə, itlərin
arasında durub hirsindən yumruğunu yellədirdi.
- Hey! - Henri qışqırdı: - Noolub?
- Froq qaçıb.
- Ola bilməz...
- Deyirəm qaçıb da...
Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Diqqətlə
onları saydı, şimalı lənətləyən Bili kimi o da söyməyə
başladı.
- Froq qoşquda ən güclü it idi, - deyə Bili sözünü
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |