34
Canavarlar yemək süfrəsinin başına yığılmış uşaqlara
bənzəyirdilər. İşarə verilən kimi yeməyə daraşacaqdılar.
Və o dadlı, yeməli şey Henri idi! O da belə düşünürdü:
“Görəsən, bunlar əməliyyata nə vaxt başlayacaqlar?..”
Henri ocağa çör-çöp yığa-yığa düşünürdü. İndi o öz
canının dərdinə qalmışdı. Can şirin şeydi axı. Henri
əzələlərini yoxlamaq məqsədilə oynatdı, barmaqlarının
sirli quruluşuna xəlvəti bir maraqla tamaşa etdi. Sonra
onları şaqqıldatdı; əvvəlcə bir-bir, sonra da hamısını
birdən. O, gah barmaqlarını dartdı, gah da bükdü. Dırnaq-
larının düzülüşünə də göz yetirdi. Bundan sonra isə
barmaqlarının uclarını gah bərkdən, gah da yavaşca
cımcıqlayaraq əsəblərini yoxladı, məftunluqla öz canını,
bütün orqanizminin zərifliyinə inandı. Sonra ürkək-ürkək
ocağın başına yaxınlaşan canavarlara baxdı... Henrinin
beynində elə bil qəfildən şimşək çaxdı: sən demə bu acgöz,
yırtıcı vəhşilərin sinov getdiyi şey onun möhtəşəm bədəni,
şirin canı əslində dovşan və yaxud sığın əti kimi bir
şeymiş...
O, mürgüdən dəhşət içində ayıldı, qarşısında sarışın bir
dişi canavar gördü. Vəhşi, tonqaldan təxminən altı fut
aralıda durmuşdu, qızmış gözləriylə adamı yeyirdi.
Sahibinin ayaqlarına qısılmış itlər dişlərini qıcıyır,
mırıldanırdılar. Amma dişi canavarın vecinə deyildi. O,
downloaded from KitabYurdu.org
35
adama şəhvətlə baxırdı və beləcə insanla yırtıcı arasında
“baxış müharibəsi’’ xeyli davam etdi.
Canavarın görkəmində quduzluq yox idi. Amma onun
gözləri!.. Aman Allah, bu yırtıcının gözündən şimşək
çaxırdı. Henri onun üçün canlı ərzaq idi və bu canlı, yeməli
şeyin görünüşü canavarın ağzının suyunu axıdırdı. Onun
ağzının suyu ağ qarın üstünə damcılasa da, naməlum bir
iştahla ağız-burnunu yalayırdı.
Henrinin canına dəli bir qorxu düşmüşdü. O, cəld
közərmiş odun parçası götürdü, amma elə bu vaxt dişi
canavar geri çəkildi: görünür, canavar buna öyrəşmişdi. O
vəngildədi, dişlərini qıcırdaraq ağartdı. Gözlərində yanan
aclıq ehtirası quduz bir qızğınlıqla əvəz olundu. Henri
karıxdı. Barmaqları közərmiş odun parçasından elə bərk
yapışmışdı ki, özündən asılı olmayaraq tonqaldan
aralanmışdı. Elə bu vaxt bu arıq barmaqlarının didik-didik
olunacağı gözlərinin önünə gəldi.
Henri indiyə kimi canını bu qədər istəməmişdi. Onun
həyatı təhlükə altmdaydı.
Henri bütün gecəni özünü közərmiş odun parçalarıyla
canavarlardan qorudu. O, hərdən yuxuya məğlub olurdu,
bununla belə, yenə itlərin zingiltisinə, mırıltısına oyanırdı.
Səhər açıldı. Amma budəfəki gün işığı canavarları qova
bilmədi. Henri sürünün dağılıb getməsini nahaq
downloaded from KitabYurdu.org
36
gözləmişdi. Vəhşilər yenə də tonqalı üzük qaşı kimi
dövrəyə almışdılar və Henriyə elə həyasız arxayınçılıqla
baxırdılar ki... Səyyahın bədəni qorxudan üşüdü, buna
baxmayaraq, gün işığı onu ürəkləndirmişdi.
Henri alovun müdafiəsi altından çıxıb yola düzəlmək
istəyirdi ki, cürətli canavarlardan biri sürünün arasından
çıxıb onun üstünə sıçradı. Amma canavar hesabı düz
aparmamışdı, hədəfi boşa çıxdı. Əlbəttə, Henri cəld
tərpənməsəydi, bəlkə də başqa cür olacaqdı. Canavarın
dişləri onun ombasının bir neçə santimetrliyində bir-birinə
dəyib şaq- qıldadı. Bu dəfə bütün sürü onun üstünə cumdu.
Yanan, odlu çubuqlar olmasaydı, yəqin ki, canavarlar
Henriyə daraşacaqdılar.
Henri hətta günün günorta çağında da tonqaldan
aralanıb odun qırmağa gedə bilmədi. Kirşənin iyirmicə
addımlığında çoxlu quru küknar ağacları vardı. Henri
ocağı bu ağacların yanına itələmək üçün yarım gün vaxt
itirdi. O, közərən çubuqları əlində tuta-tuta özünü canavar-
lardan qoruyurdu. Ağaclığa çatanda ətrafa göz gəzdirdi.
Çör-çöpün daha çox olduğu yeri axtardı.
Bu gecə də əvvəlki gecələrin eyni idi. Fərq bircə bunda
idi ki, Henri tamam yuxuya məğlub olmuşdu. İtlərin
mırıltısı, zingiltisi artıq onu oyada bilmirdi. İtlər ard-arası
kəsilmədən zingildəyirdilər. Henrinin yorğun, yatmış
downloaded from KitabYurdu.org
37
beyni bu səslərin əks-sədasını eşidə bilməzdi.
Birdən elə bil kimsə ona zərbə endirdi və o, dik atıldı.
Dişi canavar lap yaxında durmuşdu. Henri dərhal yanan
çubuğu onun açılmış cə- hənginə soxdu. Dişi canavar geri
sıçradı, ağrıdan uladı. Henrinin burnuna isə yanmış tük,
bişmiş ət iyi dəydi, Bu mənzərə Henriyə ləzzət verdi.
Sonra vəhşinin başını əsdirə-əsdirə onun lap böyründə
qeyzlə nərildədiyini gördü.
Bu dəfə yatmamışdan qabaq Henri közərən küknar
budaqlarının bir ucunu sağ əlinə bağladı. Elə təzəcə
gözlərini yummuşdu ki, əli yandı və yanmış yerin ağrısı
onu ayıltdı. Beləcə, bir neçə saat davam etdi. Henri
ayılanda həmin çubuqlarla canavarları qovur, ocağa
təzədən çör-çöp atır və məşəldən yenə əlinə bağlayırdı.
Hər şey yaxşı gedirdi; amma bir dəfə Henri məşəli əlinə
pis bağladı və yuxuya gedəndən sonra məşəl əlindən
düşdü.
O, yuxu görürdü: Mək-Qerri fortu. İsti, rahat yer. O,
fortun rəisi ilə kart oynayır. Sonra yuxuda gördü ki,
canavarlar fortu dövrəyə alıblar. Onlar düz fort qapılarının
ağzında ulayır, Henri isə hərdənbir rəislə birlikdə kartı
kənara tullayıb canavar ulartısına qulaq verir və onların
içəri girmək cəhdlərinə gülürdü. Sonra (nə qəribə yuxu
görürdü, aman
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |