21
- Bu gecə onları ayrı-ayrı bağlayacağam!
Heç yüz addım getməmişdilər ki, Henri dayandı, əyilib
nəyisə xizəyin altından götürdü. Qaranlıqda bu əşyanı
yaxşı görə bilmədi, amma tanıdı və onu arxaya tulladı.
Əşya kirşəyə dəyib, arxadan gələn Billin qabağına düşdü.
- Götür, lazımın olar. - Henri qışqırdı.
Bili ah çəkdi. Xalta qınğıydı. Spankerdən yalnız bu
qalmışdı. Dedi:
- Axırına çıxıblar! yüz faiz!
- Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar
acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi
də gözlərinə təpəcəklər.
Henri qeyzlə güldü:
- Düzdü, canavarlar mənim dalımca heç vaxt
düşməyiblər. Amma başıma daha pis müsibətlər gəlib.
Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins
vəhşilərdən lap onu gəlsin. Bili, elə bilirsən sənin lələşini
məhv etmək asandı?
- Noolar, baxarıq, baxarıq... - dostu mızıldandı. -
Yaxşı, Mək- Qerriyə çatanda görərsən...
- Heç ümidim yoxdu.
Sənin kefin pisdi, ona görə belə deyirsən! - Henri
qətiyyətlə bildirdi. - Vallah, sənə nəşə lazımdı. Qoy Mok-
Qcmyo çataq, səninçün eləsini doldurum ki...
downloaded from KitabYurdu.org
22
Bili etiraz əlamoti olaraq nəsə mızıldandı. Sonra susdu
və xeyli danışmadı.
Bu gün də əvvəlki günlər kimi etdi.
Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub
tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş
Günəşin işiydi. Beləliklə, cansıxıcı gün başlandı.
Təxminən üç saatdan sonra yenə amansız gecə onu
udacaqdı.
Günəş üfüqdən boylanan vaxtı Bili kirşədən tüfəngi
götürüb dedi:
- Sən dayanma, Henri. Mən bir gedim görüm orda
neynirlər.
Henri qışqırdı:
- Uzağa getmə, Bili! Patronun azdı. Başına hava gəlib,
nədi, səni tikə-tikə edərlər...
- Aha, indi də sən zarıldadın! - Bili dedi.
Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra
qaranlıq səhrada gözdən itəıı dostunun dalınca narahat-
narahat boylandı.
Bir saat sonra Bili kəsə yolla qayıtdı:
- Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq
istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar. İntəhası bir
az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını
da əldən buraxmaq istəmirlər. Henri dedi:
downloaded from KitabYurdu.org
23
- Səncə, onlar nə fikirləşirlər? Yəni biz tələyə
düşmüşük, oradan çıxa bilmərik?
Bili bu sözlərə məhəl qoymadı.
- Mən bəzilərini gördüm. Çox arıqdılar. Yəqin xeyli
vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən
başqa. Sürü böyük sürüdü, üç dənə it onların qarnını
doydurar? Əriyib çöpə dönüblər. Bir dəri, bir sümük,
vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır. Bir
sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə
keçsə dağıdacaqlar.
Bir azdan Henri (indi o, kirşənin dalınca gedirdi)
yavaşdan fit çaldı.
Bili geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb
keçdikləri döngənin arxa tərefıylə möhkəm əzələli, arıq,
tükü pırtlaşıq bir canavar, qarı iyləyə-iyləyə, yüngülcə
sürüşə-sürüşə qaçırdı. Adamlar dayananda o da ayaq
saxladı, ağzım sallayıb yerdən gələn iyi acgözlüklə burun
deşiklərinə çəkdi.
- Odur, dişi canavardır, - Bili dedi.
İtlər qarın üstündə uzanmışdı. Bili onların yanından
ötüb dostuna yaxınlaşdı. İkisi də bu qəribə heyvana
diqqətlə baxırdı. Bu vəhşi neçə gün idi ki, onların izinə
düşmüşdü və qoşqunun yarısını həzm-rabcdon keçirmişdi.
Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O,
downloaded from KitabYurdu.org
24
beləcə təxminən yüz addım kirşəyə tərəf gəldi, sonra
küknar ağaclarının yanında durdu, ağzını göyə tutdu.
Bumu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara
diqqətlə göz qoymağa başladı. Bu baxışlarda nəsə bir
həsrət gizlənmişdi. Bu, elə bil, həsrətli it baxışlarını
xatırladırdı, amma bu baxışlarda itə xas olan sədaqət yox
idi. Bu həsrət aclıqdan doğmuşdu, canavar cəhəngi kimi
zalım, şaxta kimi amansız idi.
Canavara nisbətən bu vəhşi yekeydi. Düzdür, yerişi
canavar yerişiydi. Və görünür, o öz əcdadlarını təmsil edən
ən iri nümayəndələrdən idi.
Henri ovçu gözüylə baxıb dedi:
- Hündürlüyü iki fut olar. Başından quyruğuna qədər,
yəqin ki, beş futdur.
- Hə, - Bili cavab verdi. - Rəngi də canavar rəngi deyil.
Sarışın canavar görməmişəm. Amma bununku, deyəsən,
qırmızımtıl-qəhvəyi rəngə çalır.
Bili yanılırdı. Heyvanın tükləri xalis canavar tükləriydi.
Arasından ağ ləkələr də gözə dəyirdi. Başını isə
qırmızımtıl tüklər örtmüşdü. Və bu ağımtıl, qırmızımtıl,
sarımtıl rənglər gah itir, gah da gözə dəyir, adamı
çaşdırırdı.
- Əsl qoşqu itidir! Özü də yekəsindən, - Bili dedi - Bir
bax, quyruğunu gör necə bulayır.
downloaded from KitabYurdu.org
25
-
Ey, Layka, - Bili çağırdı. - Yaxın gəl görüm. Adm
nədir sənin?
- Heç bir damcı da qorxmur! Henri güldü.
Bili hündürdən qışqırdı və canavarı yumruğu ilə
hədələdi. Amma heyvan qorxub eləmədi, bir az
ehtiyatlandı. O, adamlara yenə amansız acgözlüklə, oğrun
ehtirasla baxırdı. Onun qarşısında canlı vardı və o, acından
ölürdü. Azca cəsarəti çatsaydı, adamları parçalayıb
yeyərdi. Bili qeyri-ixtiyari səsini yavaşıtdı:
- Bura bax, Henri. Bizim üçcə patronumuz var. Amma
bir heyvanı ki, öldürə bilərik. Burda, axı, güllə boşa
çıxmaz. Heyif itlərdən, elə bil heç yox idilər. Yox, buna
son qoymaq lazımdı. Hə, nə deyirsən?
Henri razılıqla başını tərpətdi. Bili ehtiyatla tüfəngi
kirşodən götürdü, çiyninə qaldırmaq istəyirdi ki, dişi
canavar cığırdan o tərəfə sıçrayıb götürüldü və küknar
ağacları arasında gizləndi. Dostlar bir- birinə baxdılar.
Henri uzun fit çaldı.
- Eh, heç ağlıma gəlmirdi, - deyə Bili tüfəngi yerinə
qoydu. - İtlərin yeməyinin üstünə çıxan çoxbilmiş canavar,
əlbəttə, tüfəngi də tanıyar. Vallah, Henri, bizim bütün
bədbəxtliyimiz bu dişi canavarla bağlıdır. O, qansızdı,
itlərimizin üçünü aparıb, mağıl indi altı itimiz vardı. Yox,
mən ona çatacam. Belə açıqlıqda onu öldürmək olar? Çox
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |