CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   77   78   79   80   81   82   83   84   85

 
 
274 
 
 
Hazırlıq mərhələsi 
Hazırlıq mərhələsinə mövzunun seçilməsi və öyrənilməsi, vəsai-
tin  proqramının  (prospektinin)  hazırlanması,ədəbiyyatın  meydana 
çıxarılması əməliyyatları daxildir. 
Mövzunun seçilməsi və öyrənilməsi 
Biblioqraf mövzunu seçərkən k/x-nın profilinə, oxucu təlabatına, 
mövzunun əsas istiqamətlərinə, onun aktuallığına diqqət verməlidir. Hər 
şeydən  əvvəl  tərtibatçı  mövzuya  aid  problemlərin  mahiyyətindən  baş 
çıxarmalıdır. Mövzuya aid olan tanınmış alimlərin əsərlərinə, konfrans 
materiallarına, çıxan yeni ədəbiyyatla tanış olmalıdır. 
Plan-prospektin hazırlanması 
Plan-prospektdə  vəsaitin  oxucu  istiqamətini  dəqiqləşdirmək la-
zımdır.  Göstəricinin  hansı  oxucu  qrupu  üçün  olduğu  göstərilməlidir. 
Oxucu və məqsəd istiqamətinə görə ədəbiyyatın seçilməsi prinsipləri 
də qeyd edilməlidir. Proqramda (planda) biblioqrafik yazımn quruluşu, 
yəni  biblioqrafik  təsvir,  referatın  verilməsi,  eləcə  də  annotasiyanın 
xarakterik – məlumat,ümumi, tövsiyyə, qrup, analitik olması haqqında 
xüsusi qeyd olmalıdır. 
Ha
zırlıq mərhələsi
Əsas mərhələ
Analitik                                      Sintetik
Yekun mərhələsi


 
 
275 
Biblioqrafik vəsaitin proqramında aşağıdakı məsələlər öz əksini 
tapmalıdır: 

 
 mövzunun aktuallığı 

 
 oxucu və məqsəd istiqaməti 

 
 materialların meydana çıxarılması mənbələri 

 
 məzmun quruluşu (təsnifat sistemi, bölmə və yarımbölmələr və 
onların daxili quruluşu qaydası) 

 
 oxucu və məqsəd istiqaməti 

 
 materialların meydana çıxarılması mənbələri 

 
 məzmun quruluşu (təsnifat sistemi, bölmə və yarımbölmələr və 
onların daxili quruluşu qaydası) 

 
 annotasiyanın  xarakteri  (məlumat,  tövsiyyə,  qrup,  analitik, 
ümumi) 

 
 elmi-məlumat aparatı aparatı (giriş, müqəddimə, köməkçi, ixti-
sasların  siyahısı,  materialın  meydana  çıxarılması  mənbələrinin  siya-
hısı, bilavasitə nəzərdən keçirilən dövri nəşrlərin siyahısı) 
Mövzuya aid sənədlərin aydınlaşdırılması və üzə çıxarılması 
Biblioqraf mövzunun öyrənilməsi və vəsaitin plan proqramı tərtib 
edilməsi  ilə  bir  vaxtda  ədəbiyyatı  meydana  çıxarmağa  başlayır. 
Biblioqrafik  mənbə  kimi  kataloq  və  kartotekadan,  dövlət  biblioqrafiya 
orqanları nəşirlərindən, elmi və referativ jurnallardan istifadə edilir. 
Həmçinin hələlik “biblioqrafik vəsaititlərin təsnifat sistemi”ndə 
hələ  öz  əksini  tapmamış  və  yeni  olan  “qar  topası”  üsulu  olduqca  sə-
mərəlidir.  Məs:  biblioqraf  elmi  məqaləni  təsvir  edərkən  həmin  mə-
qalədə  verilən  isnadları  qeydə  alır  və  bu  məsələyə  aid  ədəbiyyatın 
meydana çıxmasında əlavə rolunu oynayır. 
 
Əsas mərhələ 
 
Əsas mərhələ sənədlər haqqında hekayədir. 
Əsas mərhələnin analitik hissəsi 


 
 
276 
Burada  plan  prospektə  uyğun  olaraq  sənədlər  haqqında  biblio-
qrafik yazıları hazırlamaq lazımdır. Burada hər sənədlə işləmək lazım-
dır. Ədəbiyyatın içindən ən lazımlıları seçmək lazımdır. Biblioqrafik 
təsvirin standarta uyğun olması yoxlanmalıdır. 
(Biblioqrafik  təsvir  DÖST  7.1-2003  «Biblioqrafik  yazı.  Biblio-
qrafik təsvir. Ümumi tələblər və tərtibi qaydaları»na uyğun olmalıdır.) 
Annotasiya, yaxud referat yazmaq, sənədlərin indeksləşdirməsi, 
predmetləşdirməsi analitik hissəyə aiddir. 
Əsas mərhələnin sintetik hissəsi 
Sintetik hissəsədə görülən işi ümümiləşdirmək lazımdır. Vəsaitin 
strukturunu yoxlamaq lazımdır(aydınlaşdırılan və öyrənilən sənədlərin 
seçilməsi).Qeyd etmək lazımdır ki,vəsaitin daha tamlığinı təmin etmək 
məqsədi  ilə  hazır  biblioqrafik  nəşrlərdən  istifadə  etməyə  çalışmaq 
lazımdır.Qruplaşdırılmış biblioqrafik yazıları yoxlamaq lazımdır. Hər 
bir  sənəd  öz  yerini  tutmalıdır.  Biblioqrafik  yazıları  nömrələmək 
lazımdır. 
Qruplaşdırma oxucular üçün vəsaitdə özünə lazım olan material-
ların tapılmasında yol göstəricidir. 
Qruplaşdırma  əsasən  3  formada  olur:  formal,  məzmuna  görə, 
tövsiyə. 
Yekun mərhələsi 
 
Yekun hissədə biblioqrafik vəsaitə köməkçi aparatın hazırlanması, 
redaktə və biblioqrafik vəsaitin müəyyən formaya salınması aiddir. 
Bu  zaman  vəsaitə  giriş,  oxucuya  müraciət,  köməkçi  göstərici 
tərtib etmək lazımdır. Köməkçi göstəriciyə aidir: 

 
 Müəllif göstəricisi 

 
 Predmet göstərici 

 
 Coğrafi göstərici 

 
 Sistemli və s. 
Biblioqrafik  vəsaitdə  materialların  düzülüşü,  xronologiya  haq-
qında məlumat verilməlidir.İstifadə edilən ədəbiyyat haqqında məlu-
mat verilməlidir. 
Sonda  redaktə  və  göstəricinin  formaya  salınması  lazımdır.  Titul 
vərəqi və titul vərəqinin arxası yazılmalıdır və indeks göstərilməlidir. 


 
 
277 
Hazırlanmış  biblioqrafik  vəsaitin  bədii  cəhətdən  keyfiyyətli 
olması oxucularda maraq yaradır.  
 
İstifadə edilən ədəbiyyat 
 
        Коршунов О.П. Библиографоведение : учебник / О.П. Коршунов, Н.К. 
Леликова,  Т.Ф.  Лиховид  ;  под  общ.  ред.  О.П.  Коршунова.  –  Санкт-
Петербург : Профессия, 2014. – 288 с. 
 
www.glossary.ru/cgi-bin/gl_sch2.cgi?RBohroujwg(owuigtol 
https://ru.wikipedia.org/wiki/Библиографический_указатель 
 
                                            
    Biblioqrafik  göstəricinin  hazırlanmsı  /  tərt.  Y.  Z.  Sadıqlı.  -  Bakı  : 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. – 28 s. - ryl.az@mail.ru. 
        
 
 
Cəfər Cabbarlı adına Respublika  Gənclər Kitabxanası 
                           (Biblioqrafiya) 
 
1.  Abdullayeva,  Nigar.  "Azərbaycanda  ilk  dəfə  olaraq  Respublika 
Gənclər  Kitabxanasında  İctimai  Hüquqi  İnformasiya  Mərkəzi  yaradılıb"  /  N. 
Abdullayeva // Palitra. - 2012.-1 fevral. - № 12. - S. 10. 
2. Abdullayeva, Nigar. Kitabxanalarımız gənc nəslin mənəvi inkişafında 
fəal rol oynamalıdır / N. Abdullayeva // Palitra. - 2014.-10 aprel. - № 60. - S. 11. 
3. Abdullayeva, Nigar. Tahir Sadıqov: "Respublika Gənclər Kitabxanası 
ölkəmizdə  sovet  hakimiyyəti  bərqərar  olandan  az  sonra  yaranmış  ilk 
kitabxanalardan  biridir"  :  "Cəfər  Cabbarlı  adına  Respublika  Gənclər 
Kitabxanasında oxuculara xidmət sisteminin modernləşdirilməsi məqsədilə yeni 
informasiya  texnologiyasının  tətbiqi  sahəsində  çox  işlər  görülüb"  /  N. 
Abdullayeva // Palitra. - 2012.-24 yanvar. - № 8. - S. 11. 
Ағазадə  Һ.  Ҝəнҹлəрин  һəрби-вəтəнпəрвəрлик  тəрбијəсиндə 
мусигинин  ролу  :  методики  төвсијə  /  Һ.  Ағазадə  ;  ред.  А.  Гасымов  ; 
Азəрбајҹан  Республикасы  Мəдəнијјəт  Назирлији,  Ҹ.Ҹаббарлы  адына 
Республика Ҝəнҹлəр Китабханасы. - Бакы : [н.ј.], 1996. - 20 с. 
4. AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə