CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

 
 
246 
 
Sacının hər biri sahmara donər. 
Bəlkə də qadına bunlar xos deyil
Axı, nəvazisdir onun təməli. 
Fikirli olanda sinəm bos deyil, 
Konlumə fıkirlər dolur deməli... 
 
Oğru olmaq istəyirəm 
Qoy polislər eşitməsin, 
Qorxulu bir sirr deyirəm: 
Çoxdandır ki, bir arzum var,   
Oğru olmaq istəyirəm!… 
İnsanların arasından 
Əqidəsiz adamları, 
Vicdanını pula satan 
nadanları 
Oğurlamaq istəyirəm! 
Bu torpağın gündən-günə 
Niyə artır dərdi-səri… 
Dövlətlərin arasından sərhədləri 
Oğurlamaq istəyirəm! 
Axı, nə iş görmüşəm ki, 
Oğurluq da işdi barı. 
Mən anamın sifətinə 
Vaxtsız düşmüş qırışları 
Oğurlamaq istəyirəm!… 
 
Birisini yıxmaq üçün 
İkisinin ülfətini, 
İnsanların ürəyindən 
Hər kinini, nifrətini, 
Yalanını bundan ona, 
Ondan buna satanları, 
İki sevən arasından 


 
 
247 
O üçüncü adamları 
Oğurlamaq istəyirəm! 
Araz axır… 
O taydan da insan baxır, 
Bu taydan da insan baxır, 
Necə milyon gözüyaşlı əzizimi, 
O həsrətli Təbrizimi 
Oğurlamaq istəyirəm! 
İndi necə dövlətlər 
Məzlumların ah-zarinı, 
Yad torpaqda yatıb qalan, 
Əsrlərin arxasından 
Qollarını çatıb qalan 
Kərbəladan Füzulinin, 
Hələbdənsə Nəsiminin məzarını 
Oğurlamaq istəyirəm! 
Nə gizlədək, bilir hami 
Tonqal çatıb yandırırlar 
bu cahanı. 
Qəlbim deyir: 
 
“Bir azəri məsəlini yadına sal: 
“Oğrudan-oğruya halal…” 
Prometey oğurlayib 
İnsanlara verən odu 
Oğurlamaq istəyirəm! 
Lap qəzəbi tutsa belə 
Yerin mənə, göyün mənə 
Nə deyirsiz, deyin mənə 
 
Allahdan istəyim 
 
Diz çöküb qarşında dua edirəm. 
Ucalardan uca bilirəm səni. 


 
 
248 
Saxla öz yanında ruhumu,Allah, 
 
Bir də bu dünyaya gətirmə məni. 
Sirli röyalarım dağılacaqsa, 
Arzum gözlərimdə boğulacaqsa, 
Əzabım mənimlə doğulacaqsa, 
Bir də bu dünyaya gətirmə məni 
Namərdi mərdinən cox olacaqsa 
Alim ac, gədalar tox 
olacaqsa. 
Yaranmışlar bir gün yox olacaqsa 
Bir də bu dünyaya gətirmə məni. 
Bu yalan dünyanın tərs aynası var, 
Sevincə bənzəyən cox bəlası var 
Təkrar görməyimin nə mənası var? 
Bir də bu dünyaya gətirmə məni 
Gördüm bu dünyanı,quru qəfəsdir, 
Sən bizə verdiyin ibrətli dərsdir. 
Bir dəfə peşman olmuşam,Bəsdir! 
Bir də bu dünyaya gətirmə məni... 
 
Sən demə təzədən sevmək olarmış 
 
Sən demə təzədən sevmək olarmış, 
Tale də təzədən gülə bilərmiş, 
Küsüb gözüyaşlı gedən məhəbbət 
Peşiman-peşiman dönə bilərmiş. 
 
Ürək bulud kimi boşalırsa da 
Demək bulud kimi təzədən dolur. 
Sonuncu şöləsi titrəyən şamdan 
Ayrı bir şamı da yandırmaq olur. 
 
Sən demə təzədən sevmək olarmış, 


 
 
249 
Köhnə yaraları vaxt, zaman silir, 
Kəsilən budaqla ölən ağaclar 
Təzə pöhrələrlə dirilə bilir. 
 
Ağlaya-ağlaya dünyaya gəlib 
Biz ana südüylə gülməmişikmi?! 
Hər axşam sapsarı batan günəşi 
Hər səhər təzə-tər görməmişikmi? 
 
Sən demə təzədən sevmək olarmış, 
Sevgi fürsət deyil quş kimi uça. 
Nə də kölgədir ki, 
Qaçasan qova, 
Ya da sən qovasan 
O səndən qaça... 
Çıxarsan qəlbindən ötən sevgini, 
Bir gün də tənhalıq sıxacaq səni. 
Kiməsə etdiyin yaxşılıq kimi 
Məhəbbət qarşına çıxacaq sənin. 
 
İlk sevgi yuvadan düşən quşcuğaz, 
Körpə qanadları pöhrələnməyib. 
Məcnunun ahıyla uçan məhəbbət 
Min hiylə əliylə yerə enməyib... 
Mən ki görməmişəm sevgini susan, 
Məhəbbət zirvədə bəslənən qarmış. 
Kim deyir bir dəfə sevilir insan
Sən demə hər zaman sevmək olarmış.  
 
 
 
 
 
 
 
 
İyun 20, 2011 
 
İndi gedəcəyəm 
 
İndi gedəcəyəm, tək qalacaqsan, 
Sıxacaq bu çılpaq divarlar səni. 


 
 
250 
Özün öz evində mənə qonaqsan, 
Bir azdan kədərlər qovarlar səni… 
Çağırma! 
Özünə qayıdar səsin, 
 
Səsin divarlarda sürüşəcəkdir. 
Çırpınıb içində bu daş qəfəsin, 
Xəyalən əksimlə görüşəcəkdir. 
Güzgü yaddaşımda nə qalacaq ki?! 
Xumarlı gözlərmi, pərişan telmi? 
Yalandan gözünü yumacaqsan ki, 
Yatasan… 
Tərslikdən yuxun da gəlmir. 
Boş qalan stulda görünər yerim, 
Otağın bir həsrət adası olar. 
Pillələri döyən ayaq səslərim 
Ürək döyüntünün sədası olar. 
Sükut qanadını üstünə sərib, 
Boşalan ürəyin dolacaq yenə. 
Külqabı içində baş-başa verib 
Ölü siqaretlər qalacaq sənə… 
Elə qəmli baxma! 
İzin ver gedim, 
Sənin biçin yerin, zəmin deyiləm. 
Yalın ayağımla həmdəmin idim, 
Geyindim… 
Mən artıq sənin deyiləm... 
 
Bəhanəsiz get 
 
Getmək istəyirsən, bəhanəsiz get 
Oyatma mürgülü xatirələri. 
Səsin həmin səsdir, baxışın ögey, 
Gedirsən səsin də yad olsun, barı. 


 
 
251 
Sən dəniz qoynuna tullanmış çiçək, 
Üstünə dalğalar atılacaqdır. 
Saxta məhəbbətin saxta sənəd tək, 
Nə vaxtsa, üstündə tutulacaqdır. 
Yollar tək döşənib ayaqlarına, 
Sənə yalvarımmı? Bu mümkün deyil 
Qoymaram qəlbim tək vüqarım sına, 
Alçalıb yaşamaq ömür-gün deyil... 
Demirəm, sən uca bir dağsan, əyil, 
Demirəm,qalıbdır əlacım sənə. 
Nə səndə məhəbbət qara pul deyil, 
Nə mən dilənçiyəm, əl açım sənə. 
Getmək istəyirsən, o yol, o da sən
Bir cüt göz baxacaq arxanca sənin. 
Getdinmi, geriyə dönmək istəsən, 
Tikanlı yastığa dönəcək yerin. 
Getmək istəyirsən, nə danış, nə din, 
Yox ol xəyal kimi dumanda, çəndə. 
Nəyimi sevmişdin, deyə bilmədin, 
İndisə, yüz eyib görürsən məndə. 
 
17 октября – день памяти поэта 
 
25 сентября 1946 года родился в Газахском районе Азербай-
джана известный азербайджанский поэт Нусрет Кесеменли. 
Н.Кесеменли в 1966 году поступил на факультет журнали-
стики  Азербайджанского Государственного Университета (ныне 
БГУ), работал в газете «Бакы». 
Поэт, вошедший в литературу в 60-е годы прошлого века, счи-
тается самым ярким представителем 70-х годов, прошлого столетия. 
Его  бесчисленные  стихотворения,  полные  любви,  молодости,  мира 
ощущений получили широкую славу среди молодежи. 
С 1981 по 1984 год был председателем Комитета Профсоюза 
в Союзе писателей Азербайджана. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə