273
Sənədlərin biblioqrafiyalaşdırılmasında əsas istiqamətlərdən biri
biblioqrafik göstəricinin hazırlanmsı prosesidir. Biblioqrafik göstərici
biblioqrafik məhsulun əsas növlərindən biridir.
«DÖST 7.0-99 İnformasiya-kitabxana fəaliyyəti, biblioqrafi-
ya.Termin və təyinedicilər» standartında deyilir:
«Biblioqrafik göstərici çoxlu sayda biblioqrafik yazıların məc-
musundan ibarətdir».
Biblioqrafik vəsait bu məqsədlərlə tərtib edilir:
elmi işə kömək
istehsalat fəaliyyətinə kömək
təhsilə və şəxsi təhsilə, pedaqoji və təbliğat işinə kömək
ixtisası artırmaq və s.
Biblioqrafik fəaliyyətin prosesi olan biblioqrafiyalaşdırma
biblioqrafik məlumatın hazırlanmasıdır.
Biblioqraf mövzunu seçərkən kitabxananın profilinə, oxucu
təlabatına, mövzunun əsas istiqamətlərinə, onun aktuallığına diqqət
yetirməlidir.
Vəsaitin mövzusu bir və ya bir neçə aspektlərdə işlənə bilər: nə-
zəri, təcrübi, tarixi. Biblioqraf bəzən ədəbiyyatı tam, bəzən də seçmə
yolla seçib toplayır. Ədəbiyyatın tamlığı biblioqrafik vəsaitin məqsəd
istiqamətlərindən birbaşa asılıdır. Ədəbiyyatın seçilməsi xronoloji
əlamət də ola bilər.
Retrospentiv biblioqrafik göstəricilərin tərtibində xronologiyaya
xüsusi diqqət verilir. Tövsiyyə biblioqarafik vəsaitlərdə əsas məqsəd
ən yeni, qiymətli, aktual ədəbiyyatı seçmək lazımdır. Məlumatın
köhnəlməsinin orta həddini nəzərə alsaq bu son illərin ədəbiyyatı
olmalıdır. Əgər ədəbiyyat yoxsa çoxdan nəşr olunmuş ədəbiyyatı da
daxil etmək olar.
Tövsiyyə vəsaitlərin tərtibində xnoloji hədd
retrospektiv,
cari və
elmi-köməkçi vəsaitin tərtibindəki qədər çox ciddi qoyulmur.
Çari biblioqrafik məlumat mənbələrini,dövri və ardı davam edən
nəşirləri əks xronoloji ardıcıllıqla nəzərdən keçirmək lazımdır.
Biblioqrafik vəsaitin hazırlanması 3 əsas mərhələdən ibarətdir: