CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

 
 
23 
Yaradıcılığının ilk dövrü. Lirik və satirik şeirləri. Hekayələri və 
ilk dram əsərləri. 
Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, si-
yasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər ara-
sındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-
siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik 
ki,  Cabbarlının  ədəbi  fəaliyyəti  Azərbaycanda,  xüsusən  Bakıda 
kapitalizm  münasibətlərinin  sürətlə  inkişaf  etdiyi  burjua  və  mülkədar 
Azərbaycanının  fəhlə-kəndli  sovet  respublikasına  çevrildiyi  illərdə 
keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa 
da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur. 
Azərbaycan  demokratik-realist  klassik  ədəbiyyatına,  zəngin  xalq 
yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov 
realizmindən  qidalanırdı.  Mirzə  Fətəli  Axundovun  maarifçi-demokratik 
fikirlərini,  həyatla  dərindən  bağlı  olanrealizmini  Cabbarlı  ümumiyyətlə 
Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq 
yolu hesab edirdi. 
Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəh-
mətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəli-
yə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi. Qeyd edildiyi 
kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci 
ildə  "Həqiqəti-Əfkar"  qəzetində  dərc  olunmuşdu.  1915-ci  il  aprel 
ayının  3-də  "Məktəb"  jurnalının  6-cı  nömrəsində  onun  "Bahar"  adlı 
şeiri nəşr olunmuşdur. 
"Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş ya-
yılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbar-
lının  yaradıcılığa  başlamasında  "Məktəb"  jurnalının  da  müəyyən  rolu 
olmuşdur.  1915-ci  ildə  "Qurtuluş"  jurnalı  tərəfindən  elan  edilmiş  mü-
sabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birin-
cilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik 
abunəsi ilə mükafatlandırılmışdır. 
Gənc  Cabbarlı  hələ  uşaq  yaşlarından  insanların  ağır  vəziyyətini, 
cəmiyyətin  yoxsullara və  varlılara bölündüyünü  görür, birincilərin ağır, 
məşəqqətli  həyat  içərisində  yaşamasını  müşahidə  edir  və  bütün  bunları 


 
 
24 
qələmə  almağa,  onlara  öz  münasibətini  bildirməyə  çalışır.  Ayrı-ayrı 
ailələrin ağır  vəziyyəti  onu  düşündürür.  O,  düşündüklərini  "Boranlı  qış 
gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazır-
laşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir. 
Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədi-
bin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. 
Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir 
ruhu  duyulmaqdadır.  XX  əsrin  əvvəllərində  Azərbaycanda  yetişən 
realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının 
qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu 
böyük satirikin təsiri altında yazmışdır. 
Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir ol-
maq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. 
Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası 
məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi. 
Cabbarlı öz satirik şeirlərini sadə, aydın yazmağa, fikrini real və 
canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan 
bacarıqla istifadə etməyə müvəffəq olur. Aşağıdakı parçalar buna  ən 
yaxşı misal ola bilər: 
"Qızıma"  adlı  satirasında  qızlarını  cəhalətdə  saxlayan  köhnə 
fikirli atalar tənqid edilmişlər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızı-
ma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil 
edilmişdir. 
Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şeir-
lərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şeir-
lərində qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir. 
"Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər 
deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə 
dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, 
qadınların  hələ  də  ibtidai  hüquqlardan  məhrum  olduğundan  bəhs 
edirdi.  Bəzən  şairin  tənqid  atəşi  ictimai,  siyasi  məsələlərə  doğru 
yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir. 
Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeir-
lərində  də  kapitalizm  şəraitində  qadına  münasibət  məsələsi mühüm  yer 


 
 
25 
tutur. Yazıçı satirik şeirlərində pis kişinin qadına, naxələf övladın anaya 
və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid 
edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır. 
İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yaz-
mışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 
1916-cı  il  tarixi  vardır.  "Mənsur  və  Sitarə"  hekayəsinin  əlyazma 
nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix 
yoxdur.  Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla 
təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və  ya 1916-cı ilin 
ortalarında yazılmışdır. 
Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu 
əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif 
bu  əsərlərində  də  cəmiyyətdəki  ədalətsizlikdən  bəhs  edir.  Gördüyü 
zülmə  və  haqsızlıqlara  soyuqqanlı  baxa  bilməyən  gənc  yazıçı  öz 
həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır. 
C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dra-
maturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və 
teatr  xadimi  kimi  tanınmışdır.  Xalqın  tərəqqisinin  ana  xəttini  mə-
dəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl 
səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində 
də fəaliyyət göstərmişdir. 
C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə 
yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 
dekabr  1915-ci  ildə  yazılmışdır.  Müəllif  bu  əsərində  cəmiyyətdəki 
ədalətsizlikdən  bəhs  edir,  gördüyü  haqsızlıqlara  qəzəb  və  nifrətini  bil-
dirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən 
nadanlığın,  cəhalətin  və  avamlığın  bir-birini  təmiz  məhəbbətlə  sevən 
gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir. 
"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra 
yazıçı  "Solğun  çiçəklər"  əsərini  yazmışdır.  Əsər  1915-ci  ildə  ya-
zılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmiş-
dir.  Yazıçı  "Solğun  çiçəklər"də  yaşadığı  burjua-mülkədar  cəmiyyə-
tinin  ziddiyyətlərini  əsas  götürərək,  onu  bir  ailə  daxilində  verməyə 
çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə