CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   2   3   4   5   6   7   8   9   ...   85

 
 
14 
faciəni ağrı ilə, vətən sevgisi ilə, bədii formada açan vətənpərvərlik ru-
hunda çəkilmiş Ceyhun Mirzəyevin  "Fəryad",  Ənvər Əblucun  "Ağ atlı 
oğlan",  Gülbəniz  Əzimzadənin  "Ümid"  filmləri  tamaşaçının  rəğbətini 
qazanmışdır.1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət 
qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. 
1990-cı  ildən  sonra  Azərbaycan  kinosunda  (1990-2000)  çəkilən 
filmlərin  sayı  əvvəlki  illərə  nisbətən  az  olmuşdur.  Bununla  belə,  Azər-
baycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət 
edərək,  estetik  tələblərə  cavab  verə  biləcək  filmlər:    “Yarasa”  (rejissor 
A.Salayev),  “Özgə  vaxtı”  (rejissor  H.Mehdiyev),  (Vaqif  Mustafayevin 
filmləri) çəkmişlər. 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  Azər-
baycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, 
incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azər-
baycan  kinematoqrafiya  xadimlərinin  xalqımızın  keçmiş  və  müasir 
həyatından  onlarca  yüksək  keyfiyyətli  ekran  əsərləri  yaratdıqlarını 
xüsusi vurğulamışdır. 
Hələ  1970-80-ci  illərədə  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə 
kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə 
yanaşan  Heydər  Əliyev  Azərbaycan  Prezidenti  seçildiyi  gündən  res-
publikanın  kino  sənəti  xadimlərindən  öz  qayğı  və  məhəbbətini  əsir-
gəmədi.  Heydər  Əliyev  Azərbaycan  kino  sənətinin  dəyərli  ənənə-
lərindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yük-
sək qiymətləndirmişdir. 
Xalqımız Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən 
bəhs  edən  sənədli  filmlərə  maraqla  baxır.  Heydər  Əliyev  haqqında 
çəkilən  dəyərli  filmlərdən  silsilə  filmlər  yaratmış  tanınmış  rejissor 
Andrey Karpov tərəfindən çəkilmiş “Azərbaycan Respublikasının Pre-
zidenti Heydər Əliyev” filmidir. 
MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratma-
ğı  qarşısna  məqsəd  qoymuş  A.Karpov  birinci  olaraq  Azərbaycan 
Prezidenti Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının 
gərgin,  mənalı,  keşməkeşli  həyatının  ən  vacib  anları  ardıcıllıqla 


 
 
15 
canlandırmış  bu  filmin  çəkilişində  Azərbaycan  kino-televiziya  xa-
dimləri də iştirak etmişlər. 
Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladları-
nın, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. 
Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir. 
Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən 
ikinci  film  N.  Səfərovun  ssenarisi  əsasında  operator  O.  Şixəliyevin 
çəkdiyi  “Hamıya  nümunə  olan  ömür  yolu”  filmidir.  Bu  əsərdə  Heydər 
Əliyevin  1990-cı  ildən  sonrakı  fəaliyyəti  öz  yığcam  ekran  ifadəsini 
tapmışdır. 
Son illərdə ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər 
Əliyevin  fəaliyyətindən  bəhs  edən  silsilə  filmləri  diqqəti  cəlb  edir. 
Xüsusən onun çəkdiyi “Həqiqət anı” filmi tamaşaçıların marağına səbəb 
olmuşdur. 
Bundan  başqa,  Vaqif  Mustafayev  Azərbaycan  xalqının  ümum-
milli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı 
“H.Əliyev” filminin 9-nu çəkmişdir. Bunlar aşağıdakılardır: 
“General”,  “Birinci”,  “Moskva,  Kreml”,.  “Lider,.  “Tale”, 
“Əsl  məhəbbət  haqqında”,“Bir  həsədin  tarixi”,.  “Professional”, 
“Patriot”. 
Onlardan “Əsl məhəbbət haqqında” film böyük uğur qazanmış-
dır.  Bu  film  Moskvada  keçirilən  4-cü  Avrasiya  teleforumunda  əsas 
mükafata və xüsusi mükafata layiq görülmüşdür. “Bir həsədin tarixi” 
filmi  2002-ci  ildə  Yekaterinburqda  keçirilən  sənədli  filmlər  fes-
tivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya 
Teleforumunda  “Qran-Pri”  mükafatına  layiq  görülüb.  Bu  filmlər 
müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilmişdir. 
Bakıda  məşhur  dünya  neft  şirkətləri  ilə  bağlanmış  saziş  Vaqif 
Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır. 
1996-cı ildə Hüseyn Mehdiyevin "Özgə vaxt" filmi, I Beynəlxalq 
Мadrid Kinofestivalında "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktrisa" 
nominasiyaların  qalibi  olur."Qızıl  Sibilla"  və  "Gümüş  Sibilla" 
mükafatlarına layiq görülür. Bu film 30-dan artıq ölkədə festivallarda 
nümayiş  olunur.1998-ci  ildə  isə  Yavər  Rzayevin  "Sarı  Gəlin"  filmi 


 
 
16 
Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis 
etdiyi "Azadlıq" mükafatını və Rusiyanın "Kinoşok" Festivalında "Ən 
yaxşı ssenari" nominasiyasının qalibi olur. 
 
2000-ci illər 
 
2005-ci  ildə  rejissor  Oqtay  Mirqasımovun  "Ovsunçu"  filmi  Ka-
zanda  keçirilən  "Qızıl  minbər"  Birinci  Beynəlxalq  İslam  Kino  Fes-
tivalında  ən  yüksək  mükafata  "Qran-pri"-yə  layiq  görülmüşdür.Eldar 
Quliyevin "Girov" filmi isə 2005-ci ildə İsveçdə Geteborq Ekzayl Film 
Festivalında, 2006-cı ildə Misirdə Qahirə Beynəlxalq Kino Festivalında, 
2007-ci ildə Çexiyada "Karlova Varı" Beynəlxalq Kino Festivalında və 
2008-ci  ildə  Polşanın  Varşava  və  Krakov  şəhərlərində  nümayiş 
etdirilmiş və mükafatlara layiq görülmüşdür. 
2007-ci  ilin  fevralın  23-də,  Azərbaycan  Respublikasının  Prezi-
denti  İlham  Əliyev  "Azərbaycanda  kino  sənətinin  inkişaf etdirilməsi 
haqqında" sərəncam imzalamışdır. 
 
2010-cu illər 
 
2013-cü  ildə  Bakıda  Mədəniyyət  və  Turizm  Nazirliyinin  teatr, 
musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 
6-cı təqdimetmə mərasimində "Dolu" filmin yaradıcı heyətinə "Zirvə" 
mükafatı verilib. 2014-cü ildə Elçin Musaoğlunun "Nabat" filmi 63-cü 
Mannheym-Heydelberq  Beynəlxalq  Film  Festivalında  3  mükafata 
layiq görülmüşdür. 
2015-ci  ildə  "Yaddaş"  Sənədli  Filmlər  Studiyası  tərəfindən 
"Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən III hissə – 15 sənədli 
film təhvil verilmişdir."Axınla aşağı" bədii filmi aprel-may aylarında 
ABŞ-ın  Los  Anceles  şəhərində  keçirilən  "SEEfest"  festivalında  "Ən 
yaxşı tammetrajlı debüt film" mükafatını qazanmışdır. 
Bu günədək Azərbaycanda 3 mindən artıq film istehsal olunmuş-
dur. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə