Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə4/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   ...   37

 

 

12 



Hüseyn  Cavid  adına  mükafatın  laureatı  olmuş  bu  gəncin 

həm  də  Cavid  ruhunun  daşıyıcılarından  biri  olduğuna 

şübhə etmirəm.  

*** 

Və  nəhayət,  oxucuları  çox  intizarda  saxladığıma, 

hətta  ön  sözə  də  ön  söz  yazmaqla  metafizik  təfəkkürün 

bütün  naqisliklərini  biruzə  verdiyimə  görə,  onlardan  bir 

daha  üzr  istəyir  və  onları  Cavidlə  Cabbarlının  müştərək 

dünyasına  dəvət  edirəm.  Bu  dünya  –  iki  müxtəlif  fikir 

mərkəzindən  yayılan  dalğaların  görüşündən  doğur.  Və  bu 

görüşün yaratdığı interferensiya mənzərəsi əslində üçüncü, 

yeni bir dünya, yeni fikir zolağıdır. Bu kitab həmin zolağa 

müəyyən  işıq  salır,  lakin  burada  əsl  səyahətə  çıxmaq 

sonrakı  mərhələnin  işidir.  Həyatın  axarı  şərait  yaratsa, 

müəllif bu mövzuya bir də qayıdacağını nəzərdə tutur.  

 

 

 

 

 


 

 

13 



 

 

 

 

Ön söz əvəzi: 

Bədii sehrə işiq fəlsəfədən düşür 

 

Sənətdə, fəlsəfədə orta əsrlərin əzəli-əbədi problemi 

-  həyat  və  ölüm,  əsarət  və  azadlıq,  zülm  və  haqq  münasi-

bətləri öz təhlil və təkzibini son yüzillikdə hamıdan çox iki 

mütəfəkkirin  dünyagörüşündə  tapdı:  Caviddə,  bir  də  Cab-

barlıda. 

Bu vaxta qədər həm Cavid, həm də Cabbarlı barədə 

çox  əsərlər  yazılıb.  Lakin  vahid  tipoloji  müstəvidə  və  orta 

əsrlərlə  ortaq  kontekstdə  Cavid-Cabbarlı  konsepsiyası 

bizim  milli  ədəbi-fəlsəfi  fikirdə  hələ  də  işlənməmiş  halda 

qalırdı. Oxuçulara təqdim olunan kitab birbaşa bu problemə 

həsr edilib və buradakı təhlillər əvvəldən axıra qədər məhz 

xatırlatdığımız  həmin  üç  cinahlı  məkanın  bədii-fəlsəfi 

qütbləri arasında cərəyan edir. 

Əsrin əvvəlində iki müxtəlif zəkadan düşən ayrı-ayrı 

işıqlarda görünən iki mənzərə və həmin zəkaların cəmindən 

yaranmış bir gur işıqda görünən vanid məhzərə - sən demə, 

dəqiq  fəlsəfi  açım  və  informasiya  effekti  baxımından 

bunlar bir-birindən nə qədər fərqli imiş!.. 



 

 

14 



Yaxın keçmişə məhz eyni bir vaxtda qoşa çıraqdan - 

həm  Caviddən,  həm  də  Cabbarlıdan  salınan  işıq  problemi 

ilk  dəfədir  ki,  bu  kitabda  toplanan  beş  bədii-fəlsəfi  essedə 

irəli sürülür və ixtisaslı elmi, ədəbi-fəlsəfi həllini tapır. 

Təhlilin  predmetində  sintezə  meyl  onun  üslubunda, 

metodologiyasının  tərzində  və  səpkisində  də  öz  davamını 

tapır: hər yerdə və həmişə məhz filosofun mühakimələri və 

ədəbiyyat tarixçisinin,  filoloqun  müşahidələri  bir-birini ta-

mamlayır. Nəticədə müəllif bu vaxta qədərki neçə-neçə tə-

zadda,  «əyintidə»  harmoniyanı,  neçə-neçə  məchulluqda, 

xaosda  örtülü,  ilahi  sahmanı  və  nizamı  tanımaqda  bizə 

kömək edir. 

Ziddiyyətdə  harmoniyanı,  müxtəliflikdə  ümumiliyi 

bir  proses  kimi  göstərməyə  müəllif,  hər  şeydən  əvvəl,  iki 

böyük 

sənətkar  arasında  mürəkkəb  münasibətlərin 



məzmununun,  alt  qatının  təhlilində  nail  olur.  «Bu  iki 

sənətkar arasında xeyli böyük fərqlər və hətta ziddiyyətlər 

görmək  mümkündür.  Lakin  bu  böyük  düha  sahiblərinin 

ideya dünyasına daxil olduqda fərqlərin daha çox metod və 

təzahür fərqi olduğu, ideyaların dərinliyində isə ağlasığmaz 

bir yaxınlıq və hətta eyniyyət mövcudluğu aşkara çıxır». 

Müəllifə  görə,  hər  iki  sənətkarın  yanaşı,  qoşa 

millətin  başına  dolaşdığı  orbitdə  səmtlər  fərqlidir,  yollar 

eyni;  coğrafi  qütblər  fərqlidir,  fəlsəfi  ünvanlar  eyni.  Lakin 

nə  səmtlərin,  nə  də  qütblərin  yerdəyişməsi  onların  vəhdə-




 

 

15 



tindən, bütövlüyündən yaranan cəmin məzmununda mahiy-

yət dəyişməsinə gətirib-çıxarmır. Cinahların (toplananların) 

yerdəyişməsi,  qütb  və  səmt  fərqləri  özünü  yalnız  estetik 

indeksdə  -  Cavid-Cabbarlı  qütblərinin  təşkil  etdiyi  bədii 

strukturda, 

məzmununda  filosof-sənətkar  nisbətinin 

(faizinin)  qarşılıqlı  münasibətində  özünü  göstərir:  hansı 

daha əvvəl filosofdur, sonra sənətkar və, əksinə. 

Xalqın  milli  taleyinə  maraqda,  bu  taleyə  xidmətdə 

göstərdiyi tarixi missiyada həm Cavidi, həm də Cabbarlını 

birləşdirən eyni  hüdudların  sənədi  və təfsilatı  kimi  müəllif 

kitabda maraqlı ədəbi-fəlsəfi paralellərin bütöv bir silsiləsi-

ni bizə təqdim edir. Lakin müəllifin təhlilinə məxsus yenili-

yin, orijinallığın daha qabarıq ifadəsi bu dahiləri birləşdirən 

yox, ayıran xüsusiyyətlərin şərhində özünü göstərir. 

Haradadır  həqiqət?  Və  hansı  cinahdadır  milli, 

mənəvi,  tarixi  nicata  aparan  yol?  Yaxınlaşan  «burcua 

kabusu»ndan  milli  taleyi  və  milli-etnik  «mən»i  necə 

qoruyaq?  -  bu  səngərdə  onlar  hər  ikisi  hələ  bir  yerdədir. 

Total,  mütləq  mülkiyyətçilikdə  burcua  kabusunu  hər  ikisi 

tanıyır.  Lakin  artıq  elə  həmin  kabus  əks  rəngə,  qırmızı, 

bolşevik,  sosialist  örtüyə  və  tülə  bürünəndə,  onda 

mahiyyətcə eyni, milli yaddaşa eyni dərəcədə yad tipacı və 

tipologiyanı  -  «kommunizm  kabusu»nu  da  görməkdə  və 

tanımaqda  onlar  bir-birindən  ayrılırlar.  Şübhəsiz,  «burcua 

kabusun»da  da,  bolşeviksayağı  «kommunizm  kabusu»nda 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə