Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə14/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 

 

54 



Götedə  insan  iki  qütbün  -  Allah  və  Mefistofelin 

arasındadır  və  onun  hansı  səmtə  meyl  edəcəyi  izlənilir. 

Burada  insan  nuru  məhz  Allahın  hümməti  ilə  kəşf  edir. 

Caviddə isə insan özü müstəqil bir qütbdür. Digər qütbü isə 

İblis  təşkil  edir.  Beləliklə,  Caviddə  İblis  və  Allah  heç  də 

eyni tərtibli obrazlar deyil. Allah hər iki qütbü ehtiva edən 

mürəkkəb, daxili ziddiyyətli vəhdət rəmzidir. Allah və İblis 

arasındakı  ənənəvi  əkslik  saxlanılır,  lakin  bu,  iki  qütb 

arasındakı əkslik deyil, tam ilə hissə (yarımçıq) arasındakı 

əkslikdir. İnsan İblisə tapınanda, maddi dünyanın, mövcud 

ictimai  mühitin    ritminə  daxil  olub  onun  fəal  ünsürünə 

çevriləndə,  o  da  yarımçıq  və  naqis  olur.  İblis  bütün  əsər 

boyu  bu  yarımçığı  qabartmaqla,  maddi  aktiv  dünyanı, 

mənəviyyatsız dünyanı ön plana çəkməklə dünyanın o biri 

qutbünü,  mənəvi  dəyərləri,  mələyə  tapınan  insanı  kölgədə 

qoymağa  çalışır.  İblis  Allahı  heç  də  insan  naminə  deyil, 

özünü təsdiq etmək naminə, tək hakimiyyətlilik ehtirası ilə 

ifşa  edir.  İblis  real  ictimai  qüvvələri  təmsil  etdiyinə  görə, 

hadisələrin  fəal  iştirakçısıdır  və  ya  bilavasitə  subyekt 

olmasa  da,  müşayiətçisidir,  şərait  yaradan  və  təhrik 

edəndir. 

Düzdür, H.Cavid Xeyiri də hər halda rəmziləşdirmək 

üçün  proloqda  Mələk  obrazından  istifadə  edir,  lakin  əsər 

başlandıqda onun insanla (Arif) eyniyyət təşkil etdiyi aydın 

olur.  Buna  görə  də,  əsərin  əsas  dramatik  xətti  İnsan-İblis 



 

 

55 



(ictimai  mühit)  əksliyi  ilə  bağlıdır.  Mələk  obrazına 

müraciət  isə,  görünür,  simmetriya,  forma  bütövlüyü 

naminədir. 

Götenin  "Faust"  əsəri  nəinki  ümumiyyətlə  dinin, 

Allah  ideyasının  əleyhinə  yazılmayıb,  burada  hətta 

yuxarıda  danışdığımız  mənada  Allaha  qarşı  üsyan  da 

yoxdur.  Bununla  belə,  bu  əsər  kilsə  inkvizisiyasını  tənqid 

etməklə  (kilsənin  mövqeyinə  görə,  elmi  yaradıcılıqla 

məşğul  olan, "ruhunu  şeytana  satan"  Faust  nəticə  etibarilə 

cəhənnəmə getməli idi, əsərin ifşa obyekti olmalı idi, yazıçı 

isə,  əksinə,  onu  müdafiə  edir)  dinə  qarşı  mübarizədə 

müəyyən bir mərhələdir. 

Bayronun  "Qabil"i,  bu  baxımdan,  daha  ardıcıldır.   

Təkcə  müstəqillik və  

  

itaətsizliyin  deyil, həm də idrakın 



və biliyin rəmzi olan Lüsiferin öz rəmzi əksliyi olan Allaha 

qarşı çıxışı ilk növbədə məhz insanları yaradıcı düşüncədən 

məhrum etməyə çalışan, kortəbii itaətə və miskinliyə sövq 

edən  kilsə  inkvizisiyasına  qarşı  mübarizədir.  Bu  mübarizə 

ümumiyyətlə  Allaha,  onun  mövcudluğu  ideyasına  qarşı 

yox,  elmin,  biliyin  əleyhinə  çıxış  edən,  insanların  heç 

olmasa  öz  yaradıcılıqları  ilə  sonsuzluğa,  əbədiyyətə 

qovuşmalarına  mane  olan  Allaha  -    kilsəyə  qarşı 

mübarizədir.  Müəllif  Allahın  adilliyi  haqqındakı  dini 

təsəvvürləri  sarsıtsa  da,  yuxarıda  göstərdiyimiz  kimi, 

ilahiyyət çərçivəsindən tamamilə kənara çıxa bilmir. 



 

 

56 



Əslində  isə  "İblis"  əsəri  H.Cavidin  "idealizm 

cəbhəsindən  çıxış  etməsi"  haqdakı  qənaətə  heç  bir  əsas 

vermir.  İxtiyar  şeyxin  və  əsərin  əvvəlində  Arifin  tutduğu 

mövqelər  idealist  xarakter  daşısa  da,  əsər  özü  ümumən 

materialist  mövqedən  yazılmışdır.  Belə  ki,  başlıca  ideyası 

insanların  fərdi  hərəkət  və  fəaliyyətinin,  düşüncə,  istək  və 

amallarının (ictimai şüur) tam müstəqil xarakter daşımayıb 

mövcud  mühitdən  (ictimai  varlıq)  asılı  olduğunu,  habelə 

insanların  azadlıq  haqdakı  düşüncələrinin  fəaliyyətlə 

birləşməsinin  zəruriliyini  açıb  göstərmək  olan  bir  əsər 

əslində tarixə materialist münasibətin mükəmməl nümunəsi 

sayılmalıdır.  

Digər tərəfdən də, "İblis"də materiatast dünyagörüşü 

hazır,  kənardan  verilmiş  bir  təlim  kimi  təqdim  olunmur. 

Əsərin  qəhrəmanı  Arif  ardıcıl  idealist  mövqedən  ardıcıl 

materializmədək  bütün  mövqe  çalarlarını  real  həyati 

sarsıntılarla yaşayır. Düzdür, o, materializmi, həm də onun 

primitiv  və  bayağı  formasını  İblisdən  öyrənir  (Allahı  atıb 

altun və qurşunu tutmaq), lakin hadisələrin sonrakı davamı 

göstərir  ki,  Arif  altun  və  qurşun  bataqlığından  da  çıxmaq, 

yalnız  ideyadan,  ya  da  yalnız  maddilikdən  bəhrələnməyin 

məhdudluğunu  dərk  etmək,  əqidə  müəyyənliyi,  ideya 

saflığı  ilə  maddi  zəminin,  real  gücün  vəhdətinə  cəhd 

göstərmək əzmindədir). 

Beləliklə,  "şərin  əsil  baisi  Allahdır"  ideyası 



 

 

57 



H.Cavidin  "İblis"  faciəsi  üçün  səciyyəvi  deyil.  Əsər  daha 

ciddi fəlsəfi qayəyə malikdir. 

Geniş  yayılmış  olan  digər  bir  fikir  -"Şər  insanın 

təbiətindədir" ideyasının "İblisə" nə dərəcədə xas olduğunu 

araşdırmazdan  əvvəl,  Qərbi  Avropa  ədəbiyyatında  bu 

ideyanı  doğrudan  da  ifadə  edən,  habelə  İblis-Mefistofel 

obrazı  ilə  bilavasitə  bağlı  olan  bəzi  məşhur  nümunələri 

yada salaq. 

F.M.Klingerin  "Faust,  onun  həyatı,  fəaliyyəti  və 

cəhənnəmə  atılması"  əsərində  Faust  müxtəlif  ölkələrdəki 

dəhşətli  qaydalarla  tanış  olaraq,  ümumiyyətlə,  insan 

təbiətinin naqisliyi qənaətinə gəlir və ümidsizlik içərisində 

özünü İblisin hakimiyyətinə verir, İblisə satılır (bu qənaət o 

dövrün xristian   aləmi   üçün   çox   səciyyəvidir).   Faust   

məğlub  olur.  Çünki  iblis  hər  yerdə,  o  cümlədən  insan 

mənəviyyatında  hakimdir.  Bu  sonluq  bədbin  sonluqdur. 

Lakin,  bununla  belə,  ədəbi  tənqid  əsərin  əsasən  müsbət 

səciyyəsini  verir.  Çünki  burada  mövcud  cəmiyyət,  ictimai 

mühit  ifşa  olunur.  Düzdür,  bu  ifşa  əsassız  olaraq, 

ümumiyyətlə  insanın  ifşasına  çevrilir,  lakin,  görünür,  o 

dövr  (XVIII  əsr)  üçün  bu  problemin  sadəcə  qoyuluşu  da 

müəyyən irəliləyiş idi. 

İblis-şər  insan  təbiətinin  zəruri  ünsürüdürmü,  yoxsa 

insan iblis-şərdən uzaq ola bilərmi və hansı yolla? Məhz bu 

yolun  tapılması,  "çıxış  yolu"  məsələsi  o  dövrün  ən  ciddi 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə