Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə7/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 

 

25 



İnsanın  keçirdiyi  ən  adi  hiss  və  həyəcanlardan  ən 

mürəkkəb  fikirlərə  qədər,  adi  bir  təbiət  mənzərəsindən 

tutmuş  insan  taleyinə  və  hətta  bəşəriyyətin  böyük 

problemlərinə  qədər,  bir  sözlə,    insanı  duyğulandıran  və 

düşündürən  nə  varsa  –    hamısı  bədiiləşərək  ədəbiyyatın 

mövzusuna  çevrilə  bilər.  Burada  duyğu  və  düşüncələrin 

özü ilə bərabər, onları doğuran hadisələr, gerçək durumlar, 

proseslər də qələmə alınır...      Hadisələrdən yenə ideyaya 

qayıdılması,  bədii  əsərin  ideya  məzmununun  açılması  isə 

çox vaxt oxucunun öhdəsinə düşür, lakin oxucu tam sərbəst 

buraxılmayıb, müəyyən emosional-psixoloji hala yönəldilir 

ki, bu da hadisədən mahiyyətə, ideyaya keçid üçün bir növ 

hazırlıq  mərhələsidir.  İdeya  hamı  üçün  əsasən  eyni 

yönümdə,  lakin  hər  bir  oxucunun  səviyyəsinə  uyğun 

dərəcədə  hadisələrin  gedişindən,  təhkiyənin  özündən 

intixab olunur. 

Ədəbiyyatın  əhatə  dairəsinin  böyük  bir  zolağı 

fəlsəfənin  problematikası  ilə  üst-üstə  düşür.  Ədəbiyyat 

üçün bu zolaqdan kənarda da kifayət qədər böyük meydan 

var  və  sənətkarlar  çox  vaxt  məhz  sənət  üçün  spesifik 

sahələri  (duyğulandırma  zonası)  qələmə  almağı  üstün 

tuturlar...  Fəlsəfi  zonaya  çox  az-az  sənətkar  daxil  olur. 

Necə ki, dənizin dayaz yerində üzə bilənlərin heç də hamısı 

dərin  sahələrə  baş  vurmur.  Çünki  bu,  təhlükəlidir.  Bu 

dərinliyə  girmək  rahat,  oradan  çıxmaq  isə  çətindir.  Ona 



 

 

26 



görə də, bir çox hallarda fəlsəfi mövzulara girişən yazıçılar 

qoyduğu  problemlərin  içində  itib-batır,  ideya  aydınlığı 

olmadığından  oxucunu  da  özü  ilə  bərabər  burulğana  salır, 

çıxışsız  qoyurlar.  Halbuki,  əsas  vəzifə  məhz  çıxış  yolunu  

göstərməkdir. 

Azərbaycan  ədəbiyyatında  fəlsəfiliyə  meyl  həmişə 

olub. Lakin iki sənətkarın yaradıcılığında fəlsəfi zona əsas 

yaradıcılıq  sahəsidir.  Cavid  və  Cabbarlı,  demək  olar  ki, 

bütün yaradıcılıqlarını fəlsəfi problemlər üzərində qurublar. 

Başqa  sözlə,  bədii  forma  açıq-aşkar  fəlsəfi  təfəkkür 

səviyyəsində qoyulan problemlərin təsvir üsulu kimi ortaya 

çıxır.  Bu  problemlər  bir  qayda  olaraq    maddiliyin  (altun, 

var-dövlət,  vəzifə,  hakimiyyət,  güc,  zor)  və  mənəvinin 

(haqq-ədalət,  gözəlliyə  pərəstiş,  ülvi  duyğular,  insani 

ləyaqət,  sevgi)  konkret  təzahürləri  arasında  mücadilə 

formasında ortaya çıxır. Lakin maddi–mənəvi qarşıdurması 

ancaq  şəxsi  münasibətlər  miqyasında  qalmır,  ictimai 

prizmadan keçərək sosial qarşıdurmalara gətirir. İnsanların 

problemləri  cəmiyyətin  problemləri  səviyyəsinə  qaldırılır 

və  fərdi  müstəvidəki  münasibətlərə  həm  mənəvi,  həm  də 

ictimai-siyasi ziddiyyət səviyyələrindən nəzər salınır... 

Cavid  də,  Cabbarlı  da  tərəddüd  etmədən  sosial 

fəlsəfənin ən aktual problemlərinə birbaşa müdaxilə edir və 

çox  vaxt  problemin  olduqca  dərin  qatlarına  enirlər.  Lakin 

adi  oxucu  nəzərləri  üçün  bu  dərin  qatlardan  müəllif 



 

 

27 



tərəfindən kəsik xətlərlə cızılmış çıxış konturlarını görmək 

çətindir.  Təəssüf  ki,  çox  vaxt  tənqidçilər  də  bu 

məqamlardan  sükutla  keçirlər.  Cabbarlı  dühası  bəzən  adi 

bir  hadisənin  təsvirində  elə  dərinliklərə  və  ənginliklərə 

girir,  şaquli  ox  boyunca  elə  vüsətlə  manevr  edir  ki,  onu 

izləmək çox vaxt peşəkar tənqid üçün də çətin olur. 

* * * 

Cavidin 


«İblis»ində 

kapitalizm 

cəmiyyətinin 

çatışmazlıqları,  naqis  ictimai  mühitin  mahiyyəti  konkret 

hadisələrlə  yanaşı,  ümumiləşmiş  İblis  obrazı  ilə  təqdim 

olunur.  Bu,  bir  tərəfdən,  insanların  hesablaşmalı  olduğu 

reallıqdır  (acı,  sərt,  lakin  real  bir  dünya),  digər  tərəfdən, 

insanın  qəbul  etmədiyi  bir  reallıqdır.  İnsan  naqis 

cəmiyyətdə  gedən  prosesləri  mənən  qəbul  etmir,  lakin 

gerçəkliklə hesablaşmamaq da mümkün deyil... 

Şekspirin  Hamleti  belə  reallıqla  barışmadığından, 

ölməyi  üstün  tutur.  Lakin  ölüm  yolunu  seçməzdən  qabaq 

tərəddüdlər  keçirir,  çıxış  yolu  axtarır...  Böyük  filosof-tən-

qidçi Lev Şestov «olum, ya ölüm» dilemmasının əsər boyu 

ancaq tərəddüdlər, çaşqınlıq və daxili mübarizə kontekstin-

də davam etməsi, real həyat müstəvisində isə tam bir fəa-

liyyətsizlik  və  qətiyyətsizliyin  hökm  sürməsini  bir  çatış-

mazlıq  kimi  qeyd  edir.  Bəli,  Hamlet  əlində  qılınc  vuruşur. 

Lakin  kiminlə,  nə  üçün?  Və  nəhayət,  zəmanənin  haq-

sızlıqlarına qarşı mübarizə meydanında deyil, ədalətsiz bir 




 

 

28 



dueldə ölümə çatır... Əlbəttə, ölümün əsl səbəbi bu dueldən 

çox-çox əvvəl, daha dərin qatlarda baş qaldırmışdır. Lakin 

fikirdə,  mənəviyyatda  gedən  dramatik  proseslərlə  ictimai 

həyatın reallıqları arasında heç bir uyğunluq yoxdur. 

Bütün  böyük  dramaturqlar  əslində  həmişə  eyni 

sualları  qoyurlar.  Lakin  öz  dövrlərinin  dilində.  Şekspirin 

«olum,  ya  ölüm?»  kimi  qoyduğu  sual  fəlsəfənin  həmişə 

aktual  problemlərindən  birinin  konkret  bədii  ifadə  forması 

idi.  Problem  isə  bundan  ibarətdir:  Mühitə,  cəmiyyətə, 

bəşəriyyətə  uyğunlaşmaq  («palana  bürünüb  elnən 

sürünmək», təslim olmaq), yoxsa mühiti, cəmiyyəti özünə, 

öz  sosial  və  mənəvi  ideallarına  uyğunlaşdırmaq?!  Birinci 

variantı  seçib  yaşamaq,  «olmaq»,  əlbəttə,  asandır.  İkinci 

yol  çox  çətindir.  Burada  «olmaq»  üçün  dövrün  nəbzinə 

uyğun üsul, ideya və iradə tapılmadıqda, o, həmişə «ölüm» 

yolu  olur  (Düzdür,  bu  iki  variantın  keçidində  üçüncü  – 

aralıq variantlar da var. Naqis mühiti qəbul etməmək, lakin 

ona  qarşı  aktiv  mövqe  tutmadan,  özünü  «kənara  çəkmək», 

«çıxdaş  olmaq»  variantı.  Məsələn,  Kefli  İskəndərin 

sərxoşluq yolu. Lakin bu yol öz təkamülündə istər–istəməz 

ikinciyə  keçidlə  nəticələnməlidir.  Zira  sərxoşluq  da həyatı 

inkarın,  «ölüm»  yolunun  bir  formasıdır.  Yaxud 

L.Tolstoyun  «Canlı  meyit»  pyesində  Protasov  cismən  sağ 

olsa  da,  yaşadığı  mühit  üçün,  onu  vaxtilə  tanıyanlar  üçün 

ölmüşdür. O, əvvəllər özünün də daxil olduğu naqis ictimai 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə