Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti



Yüklə 0,85 Mb.
səhifə9/37
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51542
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 

 

33 



daha  çox  dərəcədə  fərqlənməyə  başladı.  Cavid  yenə  də 

milli  məni  kapital  dünyasının  təsirlərindən  qorumaq 

istiqamətindəki  bu  mübarizəni  davam  etdirmək,  Cabbarlı 

isə kapital kabusunun qarşısını mahiyyətcə guya ona qarşı 

dayanan  yeni  ictimai  reallığın  –  kommunizm  kabusunun 

vasitəsilə kəsmək mövqeyindən çıxış etdi. 

Cavid hətta sosializm mərhələsini də kapital dünyası-

nın ümumi  meyllərindən fərqli, müvəqqəti bir hadisə kimi 

«diqqətdən  kənarda»  qoyaraq,  məhz  ümumi  problemləri 

araşdırmaqda davam edirdi. Cari zamana olan bu etinasızlı-

ğı  o,  məkanı  genişləndirmək,  hadisələrin  vaqe  olduğu 

məmləkətləri  mücərrədləşdirmək,  planetar  miqyas  seçmək 

hesabına  kompensasiya  edirdi.  Lakin  o  vaxt  Cavidin  nə 

üçün məhz belə bir yol seçdiyini başa düşmək çox çətin idi. 

Bunun  əsl  səbəblərini  başa  düşmək,  məhz  həmin  dövrdə 

yaşanan həyati gerçəkliyin heç də əsl böyük həqiqət olma-

yıb,  bu  böyük  həqiqətdən  müvəqqəti  bir  sapıntı  olduğunu 

dərk etmək üçün zamana ehtiyac var idi. İndi biz, böyük bir 

zaman  keçdikdən  sonra,  böyük  ictimai-iqtisadi  çevrilişlər, 

təbəddülatlar  epoxası  arxada  qaldıqdan  sonra,  yeni  əsrin 

zirvəsindən rahatca keçmişə nəzər salaraq, Cavidin cari hə-

yata,  çağdaş  proseslərin  işıqlandırılmasına  nə  üçün  bu  qə-

dər etinasızlıqla  yanaşdığını  daha aydın  cavablandıra  bilə-

rik. Cavidin yerdə baş verən proseslərin içərisinə nüfuz et-

mək naminə, qərar tutduğu uca səmalardan nə üçün enmək 



 

 

34 



istəmədiyini  anlamaq  o  dövrün  hətta  ən  böyük  sənətkarı 

üçün də, görünür, çox çətin idi. O vaxtın bir sıra ədəbiyyat-

çıları Cavidin öz zəmanəsinə qatılmadığını, cari proseslərə 

biganə qaldığını ideoloji mövqedən, soyuqqanlılıqla tənqid 

edir, onu xalqın, cəmiyyətin problemlərindən uzaq bir “bur-

jua şairi” kimi təqdim etməklə guya sualın cavabını tapmış 

olurdular.  Lakin  belə  izah  C.Cabbarlını  qane  etmirdi. 

Cabbarlı  üçün  istedadına,  böyüklüyünə  şübhə  etmədiyi  və 

ideyalarını  şəksiz  bölüşdürdüyü  Cavidin  təhkiyə  və  təsvir 

sərbəstliyi  və  real  cismani  həyatın  təfərrüatlarına  sayğısız 

münasibəti çox təəccüblü görünürdü. 

Cabbarlı suallarında israrlı idi. O, burada nə isə gizli 

bir  səbəb  olduğunu  və  bu  səbəbin  məhz  fəlsəfə  ilə 

bağlılığını  bir  sövq-təbii  ilə  duysa  da,  konkret  izah  tapa 

bilmədiyindən  həyəcanlanır  və  bəzən  çox  kəskin  tənqidi 

mövqe tuturdu: «Ya Cavid həyatı olduğu kimi götürəmiyor 

və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün 

quraşdırıyor...» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). 

Lakin  Cabbarlı  Cavidi  tənqid  edə-edə  əslində  onun 

mahiyyətinə hamıdan çox yaxınlaşır. O, Cavidi onu təriflə-

yənlərdən  daha  yaxşı  başa  düşür.  Tənqid  edə-edə  axtarır, 

axtara-axtara  mətləbin lap astanasına  gəlib  çıxır.  Bəli,  Ca-

vid  cismən  içərisində  olduğu  həyatı  təsvir  etmirdi.  Zaman 

və  məkan müəyyənliyindən kənara çıxırdı. Bu isə sənətin, 

xüsusən, realistik sənətin əsas prinsipləri ilə uzlaşmırdı. Zi-



 

 

35 



ra,  «ən  gözəl  əsər  mühitin,  cəmiyyətin  hal  və  keyfiyyətini 

bəyan edənlərdir» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). Bəs 

zaman  və  məkanın  hüdudlarından  kənara  çıxan,  lokal  mü-

hitin, cari həyatın konkret rənglərinin, cizgilərinin fövqün-

də duran əsərlər nə ilə səciyyələnir? Məhz burada Cabbarlı 

qoyduğu sualların cavabını özü verir: «... Bir əsər bir fikir 

ifadəsi  üçün  yazılırsa,  o  artıq  sənət  və  ədəbiyyat  deyil, 

bəlkə də fəlsəfədir.» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). 

Bəli, fəlsəfə! 

Cabbarlı  Cavidi  sənət  prinsiplərindən  uzaqlaşmaqda 

təqsirləndirir.  Lakin  Cavid  sənətdən  hansı  səmtə  doğru 

uzaqlaşır? Aşağıyamı enir, «burcua idealogiyasınamı» qul-

luq edir? Yox, Cabbarlı belə mücərrət və əsassız ittihamlar-

dan çox uzaqdır. O, əsl səbəbi axtarır və tapır da! Fəlsəfəyə 

doğru!? Lakin nə kimi bir fəlsəfəyə? Bax, əsil sual da elə 

budur.  Sualın  düzgün  qoyulması  mahiyyətin  dərkinə 

açardır. 

* * * 


Hələ  XIX  əsrdə  böyük  M.F.Axundovun  qoyduğu 

sual: «Qərbdə təhsil almağa gedən gənclərimiz oradan bizə 

nə  gətirəcəklər?»,  -  sualı  XX  əsrdə  daha  kəskin  və  daha 

ciddi  şəkildə  qarşıya  çıxır  və  getdikcə  aktuallaşırdı.  Sovet 

dövründə  gənclərimizin  təhsil  almaq  üçün  daha  Parisə 

deyil, Moskvaya getməsi «Qərb kabusu» problemini aradan 

götürmürdü; problem aktuallığını yenə də saxlayırdı. Lakin 



 

 

36 



Cavid də, Cabbarlı da bu mənada Moskvanın adını çəkmir, 

yenə  Parisdən  danışırdılar.  Düzdür,  Moskva  kapital  dün-

yasını təmsil etmirdi, lakin Qərb əxlaqının təmsilçisi olaraq 

qalırdı.  Ona  görə  də,  «Aydın»da,  «Uçurum»da,  «Afət»də, 

«Sevil»də  qoyulan  problemlər  sovet  dövründə  də,  indinin 

özündə  də  həmin  böyük  milli-mənəvi  problemin  işıqlandı-

rılmasına xidmət edir. Sadəcə olaraq, bu gün həmin məsə-

lələr  daha  kütləvi  və  daha kəskin  formalarda  təzahür edir. 

Ona  görə  də  Qərb  dünyası  qarşısında  ucaldılmış  ideoloji 

çəpərlər götürüldükdən sonra böyük sel halında hücum çə-

kən  və  bəzən  də  məqsədyönlü  diversiya  səciyyəsi  daşıyan 

«kütləvi  mədəniyyətin»  qarşısını almaq  üçün  yeni tipli çə-

pərlərə ehtiyac vardır. Lakin hələ bu yeni çəpərlər çəkilənə 

qədər  böyük  babalarımızın  bizə  bu  günümüz  üçün  miras 

qoyduğu  əsərlərin  xidmətindən  istifadə  etməliyik.  Ədəbiy-

yatımız  həmin  xətti  günün  rənglərinə  uyğunlaşdıraraq  da-

vam etdirməli, elmi fikir, təbliğat, publisistika birləşərək bu 

istiqamətdə vahid müdafiə cəbhəsi yaratmalıdır. Lakin çox 

təəssüf ki, əsrin əvvəllərində qadınları gözləyən bədbəxtli-

yin,  faciənin  timsalı  kimi  yaradılmış  Gültəkinlər  əsrin  so-

nunda həmin bu obrazı yaradan aktrisanın dilindən az qala 

qadınlarımızın idealı kimi təqdim edilir. Və əgər aktrisanın 

bu  etirafı  normal  qarşılanırsa,  deməli,  mühit  yaxşılığa 

deyil, pisliyə doğru dəyişilmişdir. 

Bu  gün  «Aydın»ın  yeni  quruluşda  tamaşası  özü  ilə 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə