Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

norması ilə tətbiq edilib və ona yalnız yeni Konstitusiyanın qəbul vasitəsilə yenidən baxıla 



bilər, bu isə xüsusilə mürəkkəb bir prosedurun tətbiqini nəzərdə tutur. Bununla belə, o qeyd 

etdi  ki,  milli  qanunvericiliyi  Konvensiyaya  uyğun  hala  gətirmək üçün istifadə  ediləcək 

vasitələri,  mahiyyət  etibarı  ilə,  Nazirlər Komitəsinin nəzarəti  altında  hakimiyyət  orqanları 

seçməlidirlər. Hökumətlər qanunvericiliyin 1 saylı Protokolun 3-cü maddəsinə uyğunluğunu 

təmin etməyə  imkan  yaradan  bütün  mümkün  vasitələrin tətbiqini tədqiq etmək  imkanına 

malikdirlər  və  o cümlədən  bunu  hər  hansı  siyasi  proses  vasitəsilə  və  ya  Konstitusiyanı 

Konvensiyaya uyğun tərzdə şərh etməklə edə bilərlər (

yenə orada

, 111-ci bənd). 

C.  Yaşayış yeri səsvermə hüquqlarından istifadənin şərti kimi  

1.  Xaricdə yaşayan vətəndaşların səsvermə hüququ 

27.  1961-ci ildən  başlayaraq  bir  sıra  işlərdə  Komissiya  yaşayış  yeri  meyarı  əsasında 

səsvermə  hüququna  qoyulmuş  qadağalar  barəsindəki  şikayətləri  açıq-aydın  əsassız  şikayət 

elan etdi (Komissiyanın  bu  işlərdəki qərarlarına  bax: 



X.  və  başqaları  Belçikaya  qarşı



X. 



Birləşmiş Krallığa qarşı

 (11 dekabr 1976-cı il); 



X. Birləşmiş Krallığa qarşı

(28 fevral 1979-cu 

il); 

X.  Birləşmiş  Krallığa  qarşı

  (13 may  1982-ci il); 



Polaçço  və  Qarofalo  İtaliyaya  qarşı



Lukş Almaniyaya qarşı

). 

28.  Daha  sonra  Məhkəmə  yaşayış  yeri  meyarının  tətbiqinin  1  saylı  Protokolun  3-cü 



maddəsinə  uyğun  olduğunu  təkrarən  bildirdi.  Belə  məhdudiyyəti  bir  sıra  səbəblərlə 

əsaslandırmaq  olar:  birincisi,  ölkə  ərazisində  yaşamayan  vətəndaşların  öz  ölkələrinin 

gündəlik problemləri ilə  əlaqələri,  bu  əlaqələrin mütəmadiliyi  və  onların  bu  problemlər 

barəsində məlumatları daha az olur; ikincisi, parlament seçkisində namizəd qismində iştirak 

edənlər seçki məsələlərini xaricdə yaşayan vətəndaşlara asanlıqla təqdim edə bilməzlər, həm 

də  sonuncuların  namizədlərin seçilməsinə  və  ya  onların  seçki  platformalarının  tərtib 

olunmasına  təsiri  az  olur;  üçüncüsü,  şəxsin  parlament  seçkilərində  səsvermə  hüququ  ilə 

həmin səsvermə sayəsində seçilən siyasi qurumların aktlarının birbaşa təsirinə məruz qalması 

arasında  sıx  əlaqə  olur;  və  dördüncüsü,  qanunverici  orqanın  xaricdə  yaşayan  vətəndaşların 

seçkilərə  təsirini məhdudlaşdırmaqdan  ibarət  qanuni  marağı  elə  məsələlərlə  əlaqədardır  ki, 

onlar fundamental əhəmiyyət daşısa da, ilk növbədə ölkə ərazisində yaşayanlara təsir göstərir. 

29.  Hətta müvafiq şəxs öz mənşə ölkəsi ilə bütün əlaqələri kəsməyibsə belə və yuxarıda qeyd 

edilən amillərin bu şəxsə aidiyyəti olmasa belə,  qanunvericilikdə hər bir ayrıca hal həmişə 

nəzərə alına bilməz və orada yalnız ümumi normalar təsbit olunmalıdır (



Hilbe Lixtenşteynə 

qarşı

  (qərardad); 



Doyl  Birləşmiş  Krallığa  qarşı

  (qərardad); 



Şindler  Birləşmiş  Krallığa 

qarşı

, 105-ci bənd). 

30.  Buna görə də Məhkəmə öz mənşə ölkəsini tərk etmiş vətəndaşların şikayətlərini əsassız 

hesab edib (



Hilbe Lixtenşteynə qarşı

 (qərardad)). O, iki işdə bu faktı xüsusi olaraq nəzərə aldı 

ki, ölkədə yaşamayanlar mühacirət etdikdən sonra birinci on beş il ərzində milli seçkilərdə 

səs  verə  bilərdilər  və  istənilən  halda,  onlar  yaşamaq  üçün  öz  mənşə  ölkələrinə  qayıtdıqları 

təqdirdə  hüquqları  bərpa  olunurdu,  buna  görə  də  Məhkəmə  qərara  aldı  ki,  bu  tədbir qeyri-

mütənasib deyil (



Doyl Birləşmiş Krallığa qarşı

 (qərardad); 



Şindler Birləşmiş Krallığa qarşı

108-ci bənd).  Yuxarıda  qeyd  edilən  sonuncu  işdə  Məhkəmə  bu  faktı  da  əhəmiyyətli  hesab 



etdi  ki,  parlament  toqquşan  maraqları  bir  neçə  dəfə  tarazlaşdırmağa  çalışmış  və  ölkədə 

yaşamayanların səsvermə hüquqları məsələsini ətraflı şəkildə müzakirə etmişdi; parlamentin 

rəylərindəki təkamül ölkədə yaşamayan vətəndaşların səs vermələrinə ilk dəfə icazə verildiyi 

dövrdən bəri səsvermənin müddəti barəsindəki müddəalarda sonradan edilmiş dəyişikliklərdə 

öz əksini tapmışdı. 

11 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

31.   



Şindler Birləşmiş Krallığa qarşı

 məhkəmə işində Məhkəmə qeyd etdi ki, şəxsin mənşə 

ölkəsinin  və  yaşadığı  ölkənin  siyasi  həyatında  iştirakı  baxımından  miqrasiyanın  yaratdığı 

problem barəsində Avropa səviyyəsində məlumatlılıq artmaqdadır. Bununla belə, araşdırılmış 

materialların  heç  biri  bu  qənaətə  gəlmək üçün əsas təşkil  etmir  ki,  qanunvericiliyin  indiki 

vəziyyətində  dövlətlər  ölkədə  yaşamayan  vətəndaşların  səsvermə  hüququnun 

məhdudlaşdırılmamasını  təmin etmək  öhdəliyini  daşıyırlar.  Üzv  dövlətlərin 

qanunvericiliyində  və  praktikasında  ölkədə  yaşamayan  vətəndaşların  səsvermə  hüququnu 

məhdudlaşdırmamaq  istiqamətində  aydın  tendensiya  mövcud  olsa  da  və  dövlətlərin  böyük 

əksəriyyəti  bu  hüququn  məhdudlaşdırılmamasının  lehinə  olsalar  da,  bu,  ölkədə  yaşamayan 

vətəndaşların  səsvermə  hüququnun  məhdudlaşdırılmaması  məsələsində  ümumi  yanaşmanın 

və  ya  konsensusun  mövcud  olduğu  qənaətinə  gəlmək üçün yetərli  deyil.  Buna  görə  də 

Məhkəmə  bu nəticəyə  gəldi  ki,  bu  məsələni nəzarət  altında  saxlamağa  ehtiyac  olsa  da,  bu 

sahədə  dövlətlərə  verilən qiymətləndirmə  sərbəstliyinin  hüdudları  geniş  olaraq  qalır  (

yenə 

orada


, 109-115-ci bəndlər). 

2.  Müəyyən ərazilərlə bağlı xüsusi hallar  

32.   


Pi Fransaya qarşı

 məhkəmə işində Məhkəmə potensial seçici ilə müvafiq ərazi arasında 

kifayət qədər ciddi əlaqənin  olması  ideyasına  bir  daha  qayıtdı.  Fransanın  kontinental 

ərazisindən  olan  Fransa  vətəndaşının  Yeni  Kaledoniya  Konqresinə  seçkilərdə  səs  vermək 

hüququ belə bir əsasa görə rədd edilmişdi ki, o, ən azı 10 il həmin ərazidə yaşadığını sübut 

edə  bilməyib.  Məhkəmənin rəyi bundan ibarət  oldu  ki,  müvafiq  ərazidə  müəyyən müddət 

ərzində  yaşaması  tələbi belə  bir məsələnin  həllinə  yönəlib  ki,  seçkilər  "müvafiq"  əhalinin 

iradəsini  əks etdirməli  və  əraziyə  son  dövrlərdə  gələn  və  həmin  ərazi  ilə  ciddi  əlaqələri 

olmayan  şəxslərin kütləvi  surətdə  səs  verməsi seçkilərin nəticələrinə  təsir  göstərməməlidir. 

Bundan  başqa,  səsvermə  hüququnun  məhdudlaşdırılması  Yeni  Kaledoniya  vətəndaşlığının 

müəyyənləşdirilməsinin birbaşa nəticəsi idi. Ərizəçi Yeni Kaledoniyadakı siyasi qurumların 

aktlarının təsirinə orada yaşayan vətəndaşlarla eyni dərəcədə məruz qalmırdı. Müvafiq olaraq

ərazidə  müəyyən müddət  yaşama  şərti  əsaslı  idi  və  qanuni məqsəd  daşıyırdı.  Yeni 

Kaledoniyanın tarixi və statusu (ərazi tam suverenlik əldə etməyə doğru keçid mərhələsində 

və öz müqəddəratını təyin etmə prosesində idi)on illik yaşayış tələbi kimi məhdudiyyətə haqq 

qazandıran "yerli tələblərin" əsasını təşkil edən amil sayıla bilərdi, belə ki, bu şərt həm də 

qanlı münaqişəni yumşaltmağa şərait yaradırdı. 

33. 


Sevinger  Niderlanda  qarşı

  məhkəmə  işi  müəyyən  muxtariyyətə  malik olan Aruba 

adasının sakinlərinin Niderland parlamentinə seçkilərdə iştirak edə bilməməsi ilə əlaqədar idi. 

Lakin onlar Aruba parlamentinə  seçkilərdə  səs  verə  bilərdilər,  sonuncu  isə  Niderland 

parlamentinə  xüsusi  nümayəndələr  göndərmək səlahiyyətinə  malik  idi.  Məhkəmənin rəyi 

bundan ibarət  oldu  ki,  bu  yolla  Arubada  yaşayan  Niderland  vətəndaşları  Niderland 

parlamentinin aşağı palatasının qəbul etdiyi qərarlara təsir göstərə bilərdilər və parlamentin 

qəbul etdiyi aktlar onlara Niderlandda yaşayan Niderland vətəndaşları ilə eyni dərəcədə təsir 

göstərmirdi. Məhkəmə həmçinin 1 saylı Protokolun 3-cü maddəsi ilə birgə götürülməklə 14-

cü maddə üzrə şikayəti rədd etdi. O, bu qənaətə gəldi ki, Aruba parlamentinin üzvlərinə səs 

vermək hüququna yalnız Arubada yaşayan Niderland vətəndaşları malik idilər və buna görə 

də onların durumu digər Niderland vətəndaşlarının durumuna bənzər deyildi. 

34.  Müvafiq  dövlətin  ərazisində  səsvermənin  coğrafi  və  ərazi  meyarı  əsasında  təşkilinə 

gəlincə, Məhkəmə qəbul etdi ki, şəxsin adının bir seçici siyahısından çıxarılıb digərinə əlavə 

edilməsi aşağıdakı qanuni məqsədləri daşıyır: seçici siyahılarının zaman və nəzarət məsələsi 

baxımından  qənaətbəxş  şəkildə  tərtib  olunmasını  təmin etmək,  səsvermə  ilə  bağlı 

əməliyyatların  düzgün  təşkilinə  şərait  yaratmaq  və  saxtakarlıq  imkanını  aradan  qaldırmaq. 

Qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində bu rəsmiyyətlərin yerinə yetirilməsi 

12 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə