Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   ...   5   6   7   8   9   10   11   12   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

76.  



Rusiya Kommunist Partiyası və başqaları Rusiyaya qarşı

 məhkəmə işində Məhkəmə belə 

bir məsələni araşdırdı ki,hətta bilərəkdən manipulyasiya hallarının baş verməsinin sübutları 

olmasa belə, 1 saylı Protokolun 3-cü maddəsi əsasında dövlət onun nəzarətində olan kütləvi 

informasiya  vasitələrində  işıqlandırmanın  obyektiv  və  "azad  seçki"  ruhuna  uyğun  olmasını 

təmin etməkdən ibarət  pozitiv  öhdəlik  daşıyırmı?  O,  bu  qənaətə  gəldi  ki,  seçkilərlə  bağlı 

hüquqi  müdafiə  vasitələri  sisteminin  mövcudluğu  dövlətin  prosessual  xarakterli  pozitiv 

öhdəliyini yerinə  yetirmiş  hesab  edilməsi üçün kifayətdir.  Bu  öhdəliyin  substantiv  (maddi 

hüquqi) aspektinə və dövlətin audiovizual medianın neytrallığını təmin etməyə borclu olduğu 

barədə iddiaya gəlincə, o hesab etdi ki, müxalif partiyaların və namizədlərin müəyyən qədər 

televiziya efirinə çıxmasını və medianın redaksiya müstəqilliyini və neytrallığını təmin etmək 

üçün müəyyən addımlar atılmışdı. Bu tədbirlər, ola bilsin ki, faktiki bərabərliyi təmin etmirdi, 

amma hesab etmək olmazdı ki, dövlət bu sahədə pozitiv öhdəliklərini 1 saylı Protokolun 3-cü 

maddəsinin pozuntusunu təşkil edəcək dərəcədə yerinə yetirməyib. 

77.  Nəhayət, 

Oran  Türkiyəyə  qarşı

  məhkəmə  işində  ərizəçi  şikayət  etmişdi  ki,  siyasi 

partiyalardan fərqli olaraq müstəqil namizəd qismində onun seçki ilə bağlı çıxışları Türkiyə 

radio və televiziyasında ümummilli miqyasda yayımlanmayıb. Məhkəmə hesab etdi ki, siyasi 

partiyalardan fərqli olaraq müstəqil namizəd qismində ərizəçi öz çıxışını yalnız namizədliyini 

irəli sürdüyü dairədəki seçicilərə  ünvanlamalı  idi.  Bundan  əlavə,  onun  seçki  təşviqatının 

bütün  digər  metodlarından  istifadə  etməsinə  maneə  yaradılmamışdı  və  həmin metodlar 

müvafiq dövrdə heç bir partiya ilə bağlılığı olmayan bütün müstəqil namizədlər üçün əlçatan 

idi. Məhkəmə bu qənaətə gəldi ki,1 saylı Protokolun 3-cü maddəsi pozulmayıb. 

F.  ...deputat vəzifəsinin icrasına qədər 

78.  1984-cü ildə  Komissiya  işlərdən  birində  bildirdi  ki,  şəxsin  seçkidə  namizəd qismində 

iştirak hüququnun təmin edilməsi yetərli deyil və xalq tərəfindən seçildiyi halda o həm də 

parlamentdə  deputat yerinə  sahib  olmaq  hüququna  malikdir.  Başqa  cür  düşünmək seçkidə 

namizəd qismində  iştirak  hüququnu mənasız  etmiş  olardı  (

M.  Birləşmiş  Krallığa  qarşı

Komissiyanın  qərarı).  Lakin  həmin  işdə  o  hesab  etdi  ki,  seçilmiş  parlament  üzvünün  artıq 



xarici ölkənin qanunverici orqanının üzvü olması səbəbindən deputat yerini tuta bilməməsi 1 

saylı Protokolun 3-cü maddəsinə uyğun olan məhdudiyyətdir. 

79.  Türkiyəyə qarşı qaldırılmış üç işdə Məhkəmə siyasi partiyaların ləğv edilməsinin həmin 

partiyalara mənsub  olan  parlament  üzvləri üçün nəticələrini  araşdırdı. 



Sadak  və  başqaları 

Türkiyəyə  qarşı  (№  2)

  məhkəmə  işində  siyasi  partiya  dövlətin  ərazi  bütövlüyünü  və 

vahidliyini pozan hərəkətlərinə görə ləğv edilmişdi. Həmin partiyaya mənsub olan parlament 

üzvləri  avtomatik  olaraq  deputat  yerlərini  itirmişdilər.  Məhkəmə  hesab  etdi  ki, 

müxalifətçiparlament  üzvünün  ifadə  azadlığına  müdaxilə  xüsusilə  ciddi nəzarət tələb  edir. 

Ərizəçilərin parlamentdəki yerlərini itirmələri  bu  və  ya  digər siyasi fəaliyyətlərdə  şəxsən 

iştirak  etmələrindən  asılı  olmayaraq  avtomatik  surətdə  baş  vermişdi.  Beləliklə,  bu,  həddən 

artıq sərt tədbir idi və qarşıya qoyulan qanuni məqsədə mütənasib deyildi. 

80.  

Kavakçı Türkiyəyə qarşı

 məhkəmə işində mənsub olduğu partiyanın yekun qərarla ləğv 

edilməsi ilə  əlaqədar olaraq ərizəçinin  siyasi  hüquqlarına  müvəqqəti məhdudiyyətlər 

qoyulmuşdu.  Məhkəmə  hesab  etdi  ki,  bu  tədbirlərin məqsədi Türkiyənin siyasi rejiminin 

dünyəvi xarakterini qoruyub saxlamaqdır və dünyəvilik prinsipinin Türkiyənin siyasi rejimi 

üçün  mühümlüyünü  nəzərə  alaraq müəyyən  etdi  ki,  görülmüş  tədbir  iğtişaşın  qarşısını 

almaqdan  və  digər  şəxslərin  hüquq  və  azadlıqlarını  qorumaqdan  ibarət qanuni məqsədlər 

daşıyırdı. Bununla belə, həmin sanksiyanın mütənasibliyinə gəlincə, siyasi partiyanın ləğvinə 

dair  qüvvədə  olan  konstitusiya  normalarının  tətbiq dairəsi  olduqca  geniş  idi.  Partiya 

üzvlərinin bütün hərəkətləri və çıxışları partiyanın adına yazıla və partiya konstitusiyaya zidd 

23 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

fəaliyyətlərdə  təqsirkar  sayıla  bilərdi  ki,  bununla  da  onun  ləğvi  barəsində  qərar  çıxarıla 



bilərdi.  Hüquqa  zidd  hesab  edilmiş  fəaliyyətlərdə  partiya  üzvlərinin  iştirak  dərəcəsi nəzərə 

alınmır  və  bu  əsasda  onlar  arasında  fərq  qoyulmurdu.  Bundan  əlavə,  ərizəçi ilə  müqayisə 

edilə bilən vəziyyətdə olan müəyyən partiya üzvləri, xüsusən partiyanın sədri və sədr müavini 

cəzalandırılmamışdılar. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəldi ki, sanksiya mütənasib 

deyildi və 1 saylı Protokolun 3-cü maddəsi pozulmuşdu. 

81.  Eyni partiyadan olan və deputat yerini itirən digər parlament üzvünə aid başqa bir işdə 

Məhkəmə  yenə  də  1  saylı  Protokolun  3-cü maddəsinin  pozulduğunu  müəyyən  etdi,  amma 

onu da məmnunluqla qeyd etdi ki, konstitusiyaya parlament üzvlərinin statusunu gücləndirən 

dəyişiklik  edilib  və  güman  ki,  bununla  da  bu  cür  əsaslara  görə  parlament  üzvlərinin 

deputatlıqdan məhrum edilməsi halları az-az baş verəcək (



Sobacı Türkiyəyə qarşı

). 


82.  

Likurezos  Yunanıstana  qarşı 

məhkəmə  işində  Məhkəmə  peşə  fəaliyyəti ilə  məşğul 

olanların  parlament  üzvü  ola  bilməməsi barədə  yeni müddəanın  seçkilərdən qabaq elan 

edilmədiyini  və  həm  öncə  deputat  seçilmiş  olan  ərizəçi,  həm də  ona səs  verənlər üçün 

gözlənilməz  olduğunu  müəyyən  etdi.  O  hesab  etdi  ki,  ərizəçinin  statusunu  2003-cü ildə 

qüvvəyə  minmiş  yeni  konstitusiya  maddəsi  əsasında  qiymətləndirməklə  və  həmin  tarixdən 

əvvəl deputat seçilmiş olan ərizəçinin parlamentə tamamilə qanuni şəkildə seçildiyini nəzərə 

almamaqla  hakim  ərizəçini deputat yerindən məhrum  etmiş  və  onun seçicilərini  dörd  il 

ərzində  onları  təmsil etməsi  üçün  azad  və  demokratik  şəkildə  seçdikləri  namizədlərindən 

məhrum  etmiş,  bununla  qanuni  gözlənti prinsipinə  məhəl  qoymamışdı.  Analoji  olaraq, 



Pasxalidis, Kutmeridis və Zaxarakis Yunanıstana qarşı

 məhkəmə işində Məhkəmə müəyyən 

etdi  ki,  seçkilərdən  sonra  gözlənilmədən səslərin  sayının  hesablanması  ilə  bağlı  presedent 

hüququndan  geri  çəkilmə  və  bunun nəticəsində  parlamentə  seçilmiş  bir  neçə  üzvün 

deputatlıqdan məhrum olması 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasına səbəb olub. 

83.  


Paunoviç və Milivoyeviç Serbiyaya qarşı

 məhkəmə işində Məhkəmə siyasi partiyaların 

istifadə etdiyi tarixi göstərilməyən məktubların imzalanması praktikası ilə bağlı qərar çıxardı, 

partiyanın  parlamentə  seçilmiş  üzvləri deputat fəaliyyətinə  başlamazdan  əvvəl bu cür 

məktubları imzalamalı idilər ki, bununla da partiya öz üzvlərini istənilən vaxt onların iradəsi 

əleyhinə deputatlıqdan kənarlaşdıra bilərdi. Məhkəmə ilk növbədə bu mövqeyini bildirdi ki, 

hətta  deputatlıqdan  istefa  məktubu partiya tərəfindən təqdim  edilmiş  olsa  belə,  parlament 

üzvünü  deputatlıqdan  məhrum  etmək  hüququna  yalnız  parlament  malikdir.  Beləliklə, 

parlament  üzvünün  istefasının  qəbul edilərək  deputatlıqdan  məhrum  edilməsi  dövlət 

tərəfindən  həyata  keçirilir.  Buna  görə  də,  deputat  yerini  itirmiş  parlament  üzvünün  şikayət 

ərizəsi  şəxs  meyarına  görə  (ratione  personae) qəbul edilən  hesab  olundu.  Daha  sonra 

Məhkəmə  müəyyən  etdi  ki,  etiraz  edilən  praktika  daxili  qanunvericiliyə  ziddir,  belə  ki, 

qanunvericilik deputatlıqdan istefa üçün parlament üzvünün şəxsən müraciət etməsini tələb 

edirdi.  Beləliklə,  1  saylı  Protokolun  3-cü maddəsi  pozulmuşdu. 



Okketto  İtaliyaya  qarşı

 

məhkəmə işi (qərardad) şəxsin Avropa Parlamentindəki yerindən imtina etməsi ilə əlaqədar 



idi.  Mənsub  olduğu  siyasi  hərəkatın  həmtəsisçisi ilə  razılaşmanın  nəticəsi olaraq deputat 

yerindən imtina etdiyi barədə  sənədi  imzaladıqdan  sonra  ərizəçi fikrini dəyişmişdi.  Lakin 

həmin  deputat  yeri  siyahıdakı  növbəti  namizəd tərəfindən  artıq  tutulmuşdu.  Məhkəmə 

müəyyən etdi ki, seçkidən sonra namizəd qanunverici orqanda deputat yeri tutmaq hüququna 

malikdir,  amma  bu  onun  öhdəliyi  deyil.  İstənilən  namizədseçilərək  sahib  olduğu  deputat 

yerindən imtina edə bilər və bu imtinanın qeydə alınması barədə qərar ümumi seçki hüququ 

prinsipinə  zidd  sayılmır.  O  əlavə  etdi  ki,  ərizəçinin istefa qərarını  geri  götürməsini qəbul 

etməkdən imtina edilməsi qanuni məqsədlər  daşıyırdı,  yəni seçki prosesində  hüquqi 

müəyyənliyin təmin edilməsinə  və  digər  şəxslərin  hüquqlarının,  xüsusən  ərizəçinin  öncə 

sahib olduğu deputat yerini tutduğu elan edilən şəxsin hüquqlarının qorunmasına yönəlmişdi. 

Ərizəçi istəyini  yazılı  formada  və  birmənalı  şəkildə  ifadə  etmiş  və  bildirmişdi  ki, 

24 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə