Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
65 
arasından  maraqlı  görünən  aĢağıdakılara  yenə  diqqət  yetirək. 
Bunlar jurnalistlərə müraciətlərdən seçmələrdir: 
 “Gərək mənə sual verəndən soruĢaydım. Təəssüf ki, mənə sual 
verən  adamın  özündən  soruĢa  bilmədim  ki,  axı  sual  nədən 
ibarətdir?” (Ostin, Texas, 08.01.01) 
 “Fikrimcə  əgər  siz  danıĢdığınıza  həqiqətən  əmin  olsaydınız, 
sizin  suala  cavab  vermək  mənim  üçün  çox  daha  asan  olardı. 
Mən sizin  suala cavab verə  bilmərəm.” (Reynoldsburq, Ohaya 
04.10.00). 
 “Mənim  üzündən  oxumağı  bacarmadığımı  bilən  qadın.  Axı 
mən  onunla  heç  vaxt  görüĢməmiĢəmsə,  o  bunu  hardan  bilə 
bilərdi?” (Oranj, Kaliforniya. 15.09.00). 
 Siyasət  haqqında:  “Qanunsuz  hərəkətlər  haqqında  elə 
danıĢmalıyıq ki, sanki ondan bizdə heç yoxdur” (20.05.96). 
 “Fikrimcə, biz artıq daha böyük azadlıqlara və demokratiyaya 
doğru  yönəlmiĢ  dönülməyəcək  bir  yola  girmiĢik.  Ancaq  yenə 
də bu yol dəyiĢdirilə bilər” (22.05.98). 
 “Biz  terroru  hər  iki  tərəf  üçün  qəbul  olunan  səviyyəyə  qədər 
endirmək  yolunda,  tərəflərlə  əməkdaĢlıq  etməyə  hazırıq” 
(VaĢinqton, 02.10.01). 
 “Amerikanın  ən  böyük  nailiyyəti  odur  ki,  burda  hər  kəs  səs 
verməlidir” (Ostin, 08.12.00). 
 “Biz  istəyirik  ki,  iĢ  tapa  bilən  hər  kəs,  iĢ  tapa  bilsin”  (“II  60 
dəqiqə” veriliĢi, 05.12.00). 
 “Ticari  münasibətlərin,  ticarətin  özündən  qat-qat  böyük 
olduğunu  da  anlamaq  vacibdir”.  (Amerika  qitəsindəki  ölkə 
rəhbərlərinin Kvebek-Sitidəki görüĢündə çıxıĢından, 21.04.01). 
 Təhsil  haqqında:  “Açıqcası  müəllimlər,  bizim  uĢaqlara  təhsil 
verənlər arasında yeganə peĢə sahibləridir” (18.09.95). 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
66 
 “Ġstərdim ki, BuĢ administrasiyası haqqında danıĢarkən, bizim 
bütün diqqətimizi məhz nəticə üzərində topladığımızı desinlər, 
çünki  mən  nəticəyə  inanıram,  gərgin  diqqət  və  enerjini  bizim 
uĢaqlara  oxumağı  öyrətməyə  sərf  etməyin  böyük  nəticəsinə 
inanıram,  çünki  bizim  təhsil  sistemimiz  uĢaqlara  və  onların 
valideynlərini  diqqətlə  yanaĢır,  buna  əyani  sübutu  kimi  həmin 
sistemin  Amerika  kimi  ölkədən  bizim  görmək  istədiyimiz  bir 
ölkə  yaratmasını  göstərmək  istərdim:  elə  ölkə  ki,  insanlar 
oxumağı və gözləməyi bacarır”. (VaĢinqton, 11.01.01). 
 “Bütün 
təbəqələri  əhatə  edən  təhsil  sistemi,  bizim 
demokratiyanın  əsaslarında  biridir.  Son  nəticədə,  məhz  təhsil 
müəssisələrində  bizim  uĢaqlarımız  məsuliyyətli  vətəndaĢa 
çevrilib,  opportunist  (prinsipsiz,  hər  Ģəraitlə  razılaĢan) 
cəmiyyətimizin  bir  parçası  olmaq  üçün,  bütün  imkanlardan 
istifadə edib, hər cür lazımi vərdiĢlərə yiyələnirlər”. (15.05.02). 
 Elm  haqqında:  “Təbii  qaz  -  yerüstü  sərvətdir.  Mən  onun 
təbiətdə yerüstü sərvət olduğu haqda danıĢmağı sevirəm, çünki 
biz  ona  hətta  qonĢumuzda  belə  rast  gələ  bilərik”.  (Ostin, 
20.12.00). 
 “Mən  insanlarla  kölələrin  sülh  içərisində  birgə  yaĢamasına 
inanıram”. (Saqino, 29.09.00). 
 Xarici  siyasət:  “Biz  Afrika  ilə  ədalətdən  danıĢmağa  çox  vaxt 
sərf etdk. Afrika çarəsiz xəstəlikdən əziyyət çəkən bir xalqdır”. 
(Mətbuat konfransındakı çıxıĢdan, 14.09.00). 
 “Mən  Meksikanın  yeni  prezidenti  Visent  Foksla  BirləĢmiĢ 
ġtatları neftlə təmin etmə haqqında söhbət etdim. Beləliklə biz 
bundan  sonra  neft  tədarükü  ilə  bağlı  xaricdən  asılı 
olmayacağıq”. (Ġlk prezident debatlarından, 10.03.00). 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
67 
 “Fransızların  problemi  ordadır  ki,  onların  iĢ  adamları  ilə 
danıĢmağa sözləri yoxdur”. (Toni Bleyerlə söhbətlərdən). 
 “Sizdə də zəncilər var?” (BuĢun Braziliya prezidenti Fernando 
Kardozoya sualı, San-Paulo Ģtatı, 28.04.02). 
 “Xaricdən  idxal  etdiyimiz  malların  böyük  hissəsi  bizə 
kaloniyalardan gəlir”. (NPRs Morninq Editinq, 26.09.00). 
 “Mən  anlayıram  ki,  Yaxın  ġərqdə  gərginlik  bütün  regionda 
gərginliyə gətirib çıxaracaq”. (VaĢinqton, 13.03.02). 
 Mütəxəssislər  BuĢun  intellektual  səviyyəsini  rəqəmlərlə  ifadə 
etməyə  çalıĢmıĢdılar.  Pensilvaniyalı  alimlərin  hesablamalarına 
görə, BuĢun əqli inkiĢaf əmsalı yalnız 91 bal təĢkil edir. Bu isə 
orta  amerikalının  səviyyəsindən  də  aĢağıdır.  Son  yarım  əsrdə 
ABġ dövlətinin baĢında dayanan prezidentlərdən heç biri Corc 
BuĢ qədər aĢağı intellekt əmsalına malik olmayıb.  
 Bu gün əlbəttə ki, heç kim dövlətlərimizin, Platonun arzuladığı 
kimi  filosoflar  tərəfindən  idarə  edilməsini  istəməz,  ancaq  ən 
azından BuĢ kimi adamların yerinə baĢında parlaq fikirləri olan 
adamların keçməsi heç də pis olmazdı. Amerikalı psixoloqların 
fikirləri  tam  məntiqli  səslənir-  intellektin  həddindən  artıq 
yüksək  olması  siyasətçilərə  ziyandır.  Bu  ölkədə  dövlət 
xadimlərinin 
ortabab 
əqlə  malik  olması  daha  çox 
arzuolunandır.  Səfehlər  siyasi  hiyləgər  oyunda  çaĢa  bilər, 
həddindən  artıq  ağıllı  olanları  isə  tabeliyində  olanlar  və 
seçicilər  baĢa  düĢə  bilməzlər.  Hər  Ģeyi  öz  adı  ilə  adlandırsaq, 
onda ən yaxĢı çıxıĢ yolu babatlıq, orta dərəcədə olmaqdır. Həm 
də  Amerika  həyatına  diqqətlə  nəzər  salanda  bunun  yalnız 
siyasətdə  yox,  həm  də  cəmiyyət  həyatının  bütün  sahələrində 
xarakterik  olduğunu  görürük.  Ġngilis  filosofu  və  tarixçisi 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə