Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
76 
motorlaĢdırılmıĢ  Dallas  polis  idarəsi  dəstəsi,  təhlükəsizlik 
xidməti  avtomobili  və  Məxfi  Xidmət  agentlərindən  ibarət  idi. 
Kortejin  önündə  təhlükəsizlik  xidməti  avtomobili,  sonra  altı 
polis  motosikli,  fərqləndirici  iĢarələri  olmayan  baĢ  maĢın  və 
1961-ci  il  modelli  prezident  "Linkoln"u  gedirdi.  Ġsti  havaya 
görə təhlükəsizlik agenti Louson "Linkoln"un orqanik ĢüĢədən 
olan  üstünü  çıxarmağı  qət  etdi.  Prezident  avtomobilini  soldan 
və sağdan cəmi dörd motosikletçi müĢayiət edirdi, maĢında isə 
iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz 
nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-
da  Kennediyə  snayper  tüfəngindən  iki  dəfə  atəĢ  açıldı;  birinci 
mərmi prezidentin boynuna, ikincisi isə baĢına dəydi. Prezident 
mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük 
yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 
25 dəqiqə ərzində Kennedini xilas etməyə çalıĢdılar, lakin saat 
1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni 
Abraham  Zapruder  kameraya  çəkmiĢdir.  Həmin  gün  saat 
13:46-da  Senat  iĢini  dayandırdı,  bir  dəqiqə  sonra  Nyu-York 
birjası  bağlandı.  Saat  13:49-da  SĠTA  sui-qəsd  haqqında  xəbər 
verdi.  Saat  15:41-də  tabut  VaĢinqtona  uçan  prezident 
təyyarəsinə  yükləndi.  VaĢinqtonda  tabut  gücləndirilmiĢ 
mühafizə altında Endrüs hava bazasına çatdırıldı. 
 Kennedinin vəfatından sonra ABġ Ali Məhkəməsinin sədri Erl 
Uorrenin  rəhbərliyi  altında  yaradılmıĢ  komissiya  (Uorren 
komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi 
Osvald  tək  hərəkət  etmiĢdir.  Lakin  növbəti  araĢdırmada 
Nümayəndələr  Palatası  qərara  aldı  ki,  Kennedinin  meyitinin 
yarılması standartlara uyğun Ģəkildə aparılmamıĢdır. Noyabrın 
25-də  Kennedi  Arlinqton  milli  qəbiristanlığında  torpağa 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
77 
tapĢırıldı. Qəbirin üzərində Jaklin Kennedinin təklifi ilə daimi 
od yandırıldı. 
 Noyabrın  29-da  yeni  Prezident  Lindon  Conson  qətlin  təhqiqi 
üçün komissiya yaradılması haqqında sərəncam verir. Uorrenin 
komissiyasına altı senator və konqresmen, o cümlədən gələcək 
prezident  Cerald  Ford,  Mərkəzi  KəĢfiyyat  Ġdarəsinin  sabiq 
baĢçısı  Allen  Dalles  və  daha  34  adam  daxil  idi.  Federal 
Təhqiqat  Bürosunun  80  agenti  komissiyanın  sərəncamına 
verilmiĢdi.  On  aydan  sonra,  1964-cü  il  sentyabrın  24-də 
komissiya  470  səhifəlik  ilk  raportunu  Prezident  Consona 
təqdim  etdi.  Raporta  ifadələrdən,  sənəd  və  fotoĢəkillərdən 
ibarət  26  cild  əlavə  olunmuĢdu.  Ġstintaqın  qəti  rəyi  sadə  idi: 
yeganə  qatil  bir  neçə  il  Belorusiyanın  paytaxtı  Minskdə 
yaĢamıĢ  sabiq  desantçı  Li  Harvi  Osvald  olmuĢdur.  Sənəddə 
sui-qəsd olduğuna dair dəlil-sübutlar yoxdur.  
 Prezidentin  qətlindən  tezliklə  sonra  Osvaldın  özü  sui-qəsdin 
qurbanı  oldu.  Osvald  polis  məntəqəsindən  həbsxanaya 
aparılarkən  yerli  gecə  klubunun  sahibi  Cek  Rubi  kütlənin 
arasından  çıxaraq,  onu  güllələmiĢdi.  Milyonlarla  amerikalı 
Osvaldın öldürülməsini birbaĢa translyasiyada gördü. Ötən illər 
ərzində  Dallas  faciəsinin  ən  müxtəlif  versiyaları,  o  cümlədən 
bu  cinayətdə  "Moskvanın  əli"  olduğu  barədə  versiya  irəli 
sürüldü. Bunun təsdiqi üçün belə bir fakt  gətirilmiĢdi- Osvald 
32  ay  Sovet  Ġttifaqında  yaĢamıĢdır.  Lakin  sonralar  qətlin 
səbəbləri çox diqqətlə və dərindən araĢdırıldıqda paradoksal bir 
fikir ağla gəldi: Kennedinin öldürülməsi çoxlarına sərfəli idi.  
 Bəzilərinin  fikrincə,  ABġ-ın  xəzinə  biletlərinin  buraxılmasına 
baĢlamaqla  Con  Kennedi  Federal  Ehtiyat  Fondunun 
"mənafeyinə  toxunmuĢdu".  Gözəgörünməz  hökmdarların 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
78 
əlində  alətə  çevrilən  bu  fond  təkcə  ölkədə  deyil,  dünyada  da 
maliyyə  vəziyyətini  ancaq  onların  nəzarətində  olan  banknotlar 
buraxılması  ilə  idarə  etməyə  imkan  verirdi.  Bu  versiyanın 
xeyrinə  olaraq  belə  bir  dəlil  irəli  sürülür:  Kennedinin 
ölümündən 
sonra 
vitse-prezident 
Lindon 
Conson 
ictimaiyyətdən 
xəbərsiz, 
Federal 
Ehtiyat 
Fondunun 
banknotlarına  yenidən  qayıtmıĢdır.  BaĢqalarının  fikrincə, 
Kennedini  mütəĢəkkil  cinayətkarlığa  müharibə  elan  etdiyinə 
görə aradan götürdülər. Üçüncülər qəti əmindirlər ki, Kennedi 
Vyetnamla  bağlı  problemlərin  zor  gücünə  həllinin  fəal 
əleyhdarı  idi  (qətldən  üç  gün  sonra  Lindon  Conson  ABġ 
qoĢunlarının  Vyetnamdan  çıxarılması  haqqında  Kennedinin 
direktivini  ləğv  etdi,  1964-cü  ildə  Prezident  olduqda  isə  orada 
Amerika  hərbi  qüvvələrinin  sayını  xeyli  artırdı).  Kimlərsə 
hesab  edirlər  ki,  Kennedini  hər  Ģeyə  qadir  Mərkəzi  KəĢfiyyat 
Ġdarəsini zəiflətmək cəhdlərinə görə qətlə yetirdilər. O, MKĠ-ni 
"darmadağın  etməklə"  hədələyirdi.  Prezident  təkcə  hədələrlə 
kifayətlənməmiĢ, MKĠ-nin direktoru Allen Dallesi də, onun ən 
yaxın adamlarını da vəzifələrindən kənarlaĢdırmıĢdı.  
 Ġlk  baxıĢdan  fantastik  görünən  daha  bir  versiya  mövcuddur. 
Onun  müəllifi-  xüsusi  xidmət  orqanlarının  sabiq  əməkdaĢı 
Milton  Kuper  qətlin  sadalanmıĢ  səbəblərinin  mümkünlüyünü 
inkar  etməsə  də,  bu  qənaətdədir  ki  ən  baĢlıca  səbəb  belədir: 
Kennedi  ABġ-ın  hakim  elitasının  yadplanetlilərlə  əlaqəyə 
girdiyini öyrənmiĢdi və bu faktı açıqlamaq niyyətində idi.  
 Faciənin  "alternativ"  versiyalarına  görə,  prezidentə  iki  və  ya 
daha çox adam atəĢ açmıĢdır. Snayperin inanılmaz bacarığı da 
Ģübhə  doğururdu.  Odur  ki  sual  doğurdu:  o,  Prezidentin  maĢın 
karvanı  hərəkətdə olduğu halda dalbadal  iki dəqiq  atəĢ açmaq 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə