Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
62 
müharibəyə  baĢlamasaq,  məğlub  olmaq  təhlükəsi  ilə  üz-üzə 
qalacağıq”;  “Bizim  düĢmənlərin  ixtiraçılıq  qabiliyyətləri  var, 
onlar  zirək,  bacarıqlıdırlar,  ancaq  biz  də  pis  deyilik.  Onlar 
bizim  xalqa,  ölkəyə  ziyan  vurmaq  üçün  daimi  olaraq  nə  isə 
fikirləĢib tapırlar. Biz də belə edirik”; “Demokratiyanın təbiəti 
belədir-  bəzən demoqogiyaya təmiz siyasət  də daxil ola bilir”; 
“Ətraf  mühiti  çirklənmə  deyil,  su  və  havanın  təmiz  olmaması 
təhlükəsi  təhdid  edir”;  “Məndə  alınan  məlumatları  təhlil  edən 
analitik  deyiləm.  Bilirsiniz,  mən  özüm  haqqında,  özüm  üçün, 
nə  üçün  bu  iĢləri  etməyim  haqqında  fikirləĢməyə  vaxt  sərf 
etmirəm”; 
“Mən 
baĢ 
verənləri 
zövqümə 
uyğun 
qiymətləndirmək  üçün  baĢlıqlara  baxmaqla  kifayətlənirəm. 
Məqalələri  özüm  çox  az  halda  oxuyuram,  məqalələrin 
məzmunu haqqında mənə ola bilsin ki, bunları oxuyan adamlar 
məruzə edirlər”. 
 Kremldə  BuĢla  Vladimir  Putinin  görüĢündəki  maraqlı 
mənzərəni tele və fotoobyektivlərin sayəsində çoxları seyr etdi. 
DanıĢıqlar stolunun arxasına keçməzdən öncə mizin üstündəki 
vazadan  bir  konfet  götürən  Amerika  prezidenti  onu  təzəcə 
ağzına atmıĢdı ki, Rusiya prezidenti rəsmi danıĢıqları açıq elan 
etdi  və  sözü  həmkarına  verdi.  Təzəcə  sümürməyə  baĢladığı 
konfeti  tələsik  ağzından  çıxararaq  masanın  üstünə  qoyan  BuĢ 
bu 
məqamda 
müəllimin  gözlənilmədən  sinif  otağına 
girməsindən özünü itirən Ģagirdə oxĢayırdı.  
 Bu,  yöndəmsiz  və  biçimsiz  hərəkətlərilə  məĢhur  olan  ABġ 
prezidentini  səciyyələndirən  mənzərələrdən,  sadəcə  növbətisi 
idi. Bundan bir az qabaq Amerika prezidentinin bulka yeyərkən 
boğularaq huĢunu itirməsi faktının nə qədər ĢaĢırdıcı olduğunu, 
yəqin,  xatırlayırsınız.  Doğrudur,  bu  səhnəni  BuĢun  sevimli 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
63 
itlərindən  baĢqa,  heç  kəs  görməmiĢdi,  amma  əvəzində  bir 
müddət teleekranlar qarĢısına sifətindəki göyərti ilə çıxan ABġ 
prezidenti  bunun  səbəbini  uzun-uzadı  izah  etməli  oldu.  Ağ 
Evin  o  vaxtkı  sahibinin  hərəkət  və  davranıĢındakı  maraqlı 
cəhətlər  o  qədərdir  ki,  artıq  bu  barədə  kitablar  yazılmağa 
baĢlayıb. 
 Bir  dəfə  Corc  BuĢdan  soruĢmuĢdular  ki:  “Peyğəmbər 
kimdir?”. Corcun cavabı belə olmuĢdu: “Bu, gəlirlərin xərcləri 
üstələməsi  kimi  bir  Ģeydir.  Biz  buna  bənzər  nəyisə  artıq  uzun 
illərdir heç görmürük də”. 
 BuĢun  nitqi  təzadlar,  yersiz  ifadələr,  düzgün  olmayan 
cümlələrlə  doludur.  Ötənlərdə  prezident  Tayvanı  dövlət 
adlandırmaqla  beynəlxalq  qalmaqala  səbəb  olmuĢdu.  Pekin 
bununla  bağlı  VaĢinqtondan  rəsmi  izahat  tələb  etdikdən  sonra 
ABġ qiyamçı adanı əvvəlkitək Çinin əyaləti saydığını bir daha 
təsdiqləməli  olmuĢdu.  Yaponiyaya  səfəri  zamanı  nitqində 
buraxdığı  bir  səhvlə  isə  bu  ölkənin  iqtisadiyyatında  güclü 
silkələnmə  yaratmıĢdı.  BuĢ  guya  baĢ  nazir  Koidzumi  ilə 
söhbətində iyenanın devalvasiyası haqda danıĢdığını deməsi ilə 
dərhal  Yaponiyanın  birjalarında  yaranan  ajiotaj  milli  pulu  az 
qala dəyərdən salmıĢdı. Əgər mütəxəssislər BuĢun deflyasiyanı 
nəzərdə  tutduğunu  vaxtında  üzə  çıxara  bilməsəydilər,  bunun 
nəticələri  daha  ağır  olacaqdı.  Ġngilis  dilində  cinsləri 
qarıĢdıranlara  bir  təskinlik  vermək  istəyirəm  -  BuĢun 
ingiliscəsində  üçüncü  Ģəxsin  təkində  Ģəxs  əvəzliyi  həm  qadın, 
həm də kiĢi cinsində eyni cürdür. 
 Son zamanlarda BuĢ yeni bir söz öyrənmiĢdi- “dəhĢət”. Amma 
prezident  bu  təyini  yaxĢı  mənada  iĢlədirdi-  lap  bizim 
çayxanalardakı  kimi.  BuĢun  nitqində  “dəhĢət”  sözü  “yaxĢı”, 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
64 
“əla”,  “gözəl”,  “ürəyəyatan”,  “gözəgəlimli”,  “cazibədar” 
məfhumlarının  hamısını  sıradan  çıxarmıĢdı.  BuĢ  üçün 
Əfqanıstanda  savaĢan  ABġ  hərbçiləri  də,  həyat  yoldaĢı  Lora 
da,  Texas  və  Alyaska  Ģtatları,  senator-demokrat  Ted  Kennedi 
və  nəhayət,  beysbol-  bütün  bunlar  dəhĢətdir.  Və  prezidenti 
dəhĢətə  gətirən  Ģeylərin  və  adamların  siyahısı  sürətlə 
böyüməkdə idi.  
 Onun  əhatəsindəki  adamlar  prezidentin  nitqindəki  məĢhur 
“buĢizmləri”- məsələn, “Gənc və cahil olduğum vaxt mən gənc 
və  cahil  idim”,  “Ailə  elə  bir  yerdir  ki,  burada  millət  inam, 
qanadlar  isə  arzu  tapır”  kimi  anlaĢılmaz  cümlələri  sadə 
amerikalılara  çatdırmaq  üçün  dəridən-qabıqdan  çıxırdılar. 
Onlar  prezidentin  dizleksiya,  dəyiĢik  əvəzlik  sindromu  və  ya 
sadəcə  savadsızlığını  ört-basdır  etmək  sahəsində  bir  növ 
ixtisaslaĢmıĢdılar. Bir dəfə BuĢ Nebraskada çıxıĢ edərkən “irsi 
qazanc  vergisi”  (“death  tax”)  birləĢməsi  ilə  “ölüm  hökmü” 
(“death  penalty”)  ifadəsini  qarıĢdıraraq  kənd  təsərrüfatı 
sahəsində  çalıĢanların  ölüm  hökmünün  nə  dərəcədə  ədalətsiz 
olduğunu bildiyini demiĢdi. 
 Jurnalistlər  dəfələrlə  bildiriblər  ki,  prezident  bir sual  üzərində 
düĢündüyü  vaxt  uzun  bir  “e”  səsi  ifadə  edir.  Səsin  uzunluğu 
sualın  çətinliyindən  asılı  olaraq  prezidentin  növbəti 
nəfəsalmasınadək  davam  edə  bilirdi.  BuĢ  danıĢanda  jestlərdən 
çox  fəal  Ģəkildə  istifadə  edirdi.  Bu,  söz  bazası  o  qədər  də 
zəngin  olmayan  adamlar  üçün  xarakterik  keyfiyyət  sayılır. 
Ümumiyyətlə, BuĢ o qədər də dərin biliyə malik adam deyildir. 
Onun  necə  bir  əqli  səviyyəyə  malik  olmasını  bilmək 
üçün bushisms.com saytına  girmək  kifayətdir.  Həmin  fikirlər 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə