AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
biznesə sərf edir, ikinci yarısinı isə dividendləri ödəməyə verir.
Dividendlərin bə’ziləri ödənmədikcə, investorların kompaniyaya
marağı heç ola bilər.
KORPORASİYALARIN
MÜSBƏT VƏ MƏNFİ
CƏHƏTLƏRİ
B
iznesin korporasiya forması fərdi mülkiyyət və şəriklik
forması ilə müqayisədə irimiqyaslı iqtisadi fəaliyyət üçün
daha çevik alətdir.
Birincisi, ona görə ki, korporasiyanın özünün qanuni yeri var,
0
öz sahiblərinin keşiyində durur və onlar biznes agentləri kimi
hərəkət edərkən, korporasiya onları qanun əsasında fərdi
məs’uliyyətdən azad edir.
İkincisi, aksiya payçıları sahiblərinin məs’uliyyəti məhduddur;
onlar korporasiya borcları üçün məs’uliyyət daşımırlar. Əgər payçı
10 pay aksiya üçün 100 dollar ödəyirsə, korporasiya isə
müflisləşməyə uğrayırsa, onda payçı ancaq investisiya etdiyi 100
dolları itirə bilər.
Üçüncüsü, korporasiya aksiyası əvəz oluna bilər. Buna görə də
konkret bir şəxsin ölümü və ya marağının sönməsi ilə bağlı
korporasiyaya heç bir zərər dəymir. Aksiya sahibi istədiyi zaman
öz aksiyasını sata bilər və yaxud öz varislərinə verə bilər.
Lakin korporasiya biznes təşkilatının zərərli və faydalı
cəhətləri də vardır.
Mənfi cəhətlərdən biri vergi qoyulması ilə bağlıdır. Ayrıca
qanuni gerçəklik kimi, korporasiya vergilər ödəməlidir. Borc
iltizamnamələrindən gələn faizlərin işlənməsindən fərqli olaraq,
payçılara verilən dividendlər korporasiya üçün biznes xərclərindən
çıxılan vergi deyil. Korporasiya mənfəətləri dividend formasında
ayrı-ayrı fərdlərə verilirsə, həmin fərdlərdən dividendlərə görə
yenə vergi alınır. Bu, «ikiqat vergiqoyma» kimi tanınır.
Başqa bir qiymət o faktla nəticələnir ki, mülkiyyət hüququ
idarəetmədən ayrılır. Bu, idarəetməni asanlaşdırsa da, bə’zi
menecerlər öz şəxsi mənafeləri üçün aksionerlərdən daha artıq
hərəkət etməyə meyl edirlər.
MÜLKİYYƏTİN
VƏ
NƏZARƏTİN
AYRİL.MASI
B
əlkə də iri korporasiyanın nəzərə ən çox çarpan cəhəti onda
çoxlu səhmdarların (əslində, mülkiyyətçilərin) olmasıdır.
Böyük bir kompaniyanın sahibi milyon və ya daha artıq adam ola
81
IV HİSSO; KİÇİK BİZNESDƏN KORPORASİYAYA DOGRU
bilər, onlardan çoxunun payı (səhmi) 100-dən az olur. Tipik
şəkildə, korporasiyanın müdirləri və menecerləri ümumi səhmin 5
faizindən az hissəsinə malik olurlar. Səhmin bir neçə hissəsinə
fərdlər, banklar və yaxud təqaüd fondları sahib olur, lakin bu
səhmdarlar, adətən, tam gəlirin ancaq bir hissəsinə aid edilirlər.
1980-ci illərin ortalarında Birləşmiş Ştatlarda 40 milyondan artıq
şəxs ümumi səhm sahibi idi.
Bütün ölkənin hər bir hissəsində səhmdarlar yaşadıqları halda
onlar öz biznesləri haqqında hər şeyi tam təfərrüatı ilə bilə bilməzlər
ki, onu müdrikliklə idarə etsinlər. Belə halda nüfuzlu müstəqim
nəzarət korporasiya direktorları şurasının əlində olur.
Siyasətlə məşğul olmaqdan başqa şura idarə nəzarətini Baş İcra
Mə’murunun (CEO) ixtiyarına verir. Sədr və ya prezident olan bu
şəxs adətən prezident müavinlərinə nəzarət edir. Prezident
müavinləri korporasiyanın müxtəlif sahələrini idarə edir və bu
haqda Baş İcra Mə’muruna hesabat verirlər. Şuranın sədri əksər
hallarda təcrübəli icraçı olur və şuranın icra komitəsi ilə birgə
prezidentə və prezident müavinlərinə məsləhətlər verir və bu və ya
digər məsələni təqdir edib-etmədiyini söyləyir. Baş İcra Mə’muru
direktorlar şurasının inamını əldə saxladıqca, ona kompaniyanı
idarə etmək işində böyük azadlıq verilir.
Direktorlar şurasının quruluşu və rolu kompaniyadan
kompaniyaya dəyişir. Say artdıqca, şura üzvlərinin ancaq az bir
hissəsi korporasiyanın daxili mə’murları olur. Direktorların
bə’ziləri şuranın nüfuzu üçün seçilir, başqaları isə müəyyən bacarıq
və qabiliyyət tə’min etmək və ya borcu öz üzərinə götürən
müəssisələri təmsil etmək üçün seçilirlər.
Şura ayda və ya rübdə bir dəfə görüşür, idarəetmə qərarları ilə
bağlı siyasəti müzakirə edir və icra haqqında hesabat verir. İllik
iclaslarda ehtiyac olduqda yeni direktorlar əlavə edilir və əsas
siyasət qərarları verilir.
Son illərə qədər adamların ancaq az bir hissəsi normal şəkildə
illik korporasiya iclaslarında iştirak edirdi. Onlar direktorların
seçkisində və müəyyən yüksək dərəcədə vacib olan məsələlərdə
«e’tibarnamə əsasmda» başqalarının əvəzinə də səs verirdilər. Bu o
deməkdir ki, bülleten formasım doldurub poçtla göndərirdilər. İndi,
bir neçə yüz nəfərin iştirak etməsi qeyri-adi hal deyil. Bir çox
hallarda onlar idarə edənlərdən çox maraqlı suallar soruşurlar. Son
illərdə Əmanət və Mübadilə Komissiyası (SEC) qayda çıxardı ki.
82
AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
hər bir korporasiya illik iclasın yazılı qeydlərini hər bir səhmdara
göndərməlidir. Eyni zamanda administrasiyaya seçilən qruplara icazə
verilməlidir ki, səhmdarlara təyyarə ilə siyahı göndərsinlər və beləliklə
onların dünyagörüşünü hərtərəfli təmsil edə bilsinlər.
Birgə hərəkət etmək yolu ilə fərdi və müəssisə səhmdarları
korporasiya administrasiyası üzərində böyük nüfuza malik ola bilərlər.
Bu yolla onlar öz aksiyalannı satmaq və ya almaqla aksiyanın qiymətini
aşağı da sala bilərlər, yuxarı da qaldıra bilərlər. Bə’zi hallarda onlarla
eyni cəbhədə olmayanlara arxa çevirərək, administrasiyanın tərkibinin
dəyişdirilməsinə təzyiq də göstərə bilərlər.
MONOPOLIYA
TƏHLÜKOSİ
1 Q
əsrin sonlarında çoxları korporasiyanı monopo-
J- 2/ “Lz U-liyanm əsas aləti hesab edirdilər. Ümumi şəkildə
təsdiq olunurdu ki, kapitalın ciddi artımı ilə bağlı olaraq,
korporasiyalar rəqiblərlə birləşərək və ya qiymətlərə nəzarət etmək
üçün onlarla gizlicə danışıqlar aparmaq yolu ilə əsil rəqabətə əngəl
törədərlər.
Nəzəri cəhətdən monopoliya o zaman mövcud olur ki, bir firma
istehlak mallarının bütün istehsalına və satışına nəzarət edir. Buna
baxmayaraq, təcrübədə tez-tez ümumi satışın xüsusi faizinə (əksər
hallarda 33 faiz) nəzarət etməkdən istifadə edilir ki, monopoliyanın
tə’yini də buna əsaslanır.
Həm nəzəriyyədə, həm də təcrübədə iri kompaniyalar açıq
bazarda aksiya satmaq yolu ilə kiçik kompaniyaları özlərinə tabe
edərək, monopoliyalara çevrilə bilər. Belə olduqda, nəhəng
kompaniyalar qiymətləri qaldırırlar və ərzağa ehtiyacı olan adamları
məcbur edirlər ki, ərzaq almaq üçün onlar əvvəllər xərclədikləri
puldan daha artıq məbləğdə pul xərcləsinlər.
Birləşmiş Ştatlar kompaniyaları get-gedə böyüyür - bir milyard
dollardan artıq gəliri olan cari korporasiya nəhəngləri 19-cu əsrin
sonlarında yaranmış nəhənglərin inkişafını dayandırır, lakin bu heç
də monopoliya şəraitinin artırılması demək deyil.
Əmin olmaq üçün onu demək lazımdır ki, son 100 ildə bir çox
adamlar daxili rəqabətin zəifləməsi və əsas sənaye sahələrini bə’zi
iri korporasiyaların öz nəzarəti altına alması kimi qiymətləndirilən
məsələlərə görə narahatdırlar. Bir çox əsas sənaye sahələri,
məsələn, avtomatika və polad istehsalı sənayesi ən’ənəvi şəkildə bir
83
Dostları ilə paylaş: |