Böyüklərdə Təməl Həyat Dəstəyi



Yüklə 4,51 Mb.
səhifə3/3
tarix18.01.2023
ölçüsü4,51 Mb.
#98741
1   2   3
THD - handout (05.11.21)

İki dəfə nəfəs ver.

10. Döş qəfəsi kompressiyaları və tənəffüsü 15:2 nisbətində icra et.


Böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda hava yolunun yad cisimlə tıxanması
Tam tıxanma əlamətləri varsa (danışa, öskürə, nəfəs ala bilmir, rəngi göyərir), lakin huşu aydındırsa aşağıdakı addımları icra edin:

  • iki kürək sümüyünün arasına əlin bilək hissəsi ilə, qüvvət istiqaməti aşağıya və irəliyə olacaq formada 5 dəfə kürəyə vurma icra edin. Hər vurmanın tıxanmanı aradan qaldırıb qaldırmadığını yoxlayın.

  • Əgər icra olunan beş kürəyə vurma ilə hava yolu tıxanması aradan qalxmırsa, 5 qarın təzyiqi (Heimlich manevrası) icra edin. Əllərinizi yumruq formasında birləşdirib, qarnın tam ortasına, içəri və yuxarıya doğru təzyiq edin. Yad cisim çıxmırsa, növbəli olaraq 5 kürəyə vurma və 5 qarın təzyiqi icra etməyə davam edin.

  • Xəstə yardım zamanı huşunu itirərsə, ehtiyatla yerə uzandırın, təcili yardım xidmətinə xəbər verin və Təməl Həyat Dəstəyi icrasına başlayın.



Körpələrdə hava yolunun yad cisimlə tıxanması

Tam tıxanma əlamətləri varsa (öskürə, nəfəs ala bilmir, rəngi göyərir),huşu aydındırsa aşağıdakı addımları icra edin:



  • Başı aşağıda olacaq vəziyyətdə alt çənə nahiyəsindən dəstəkləyərək yerin ağırlıq qüvvəsindən faydalanın. Körpəni bir dizinizin üzərində, başını eyni tərəfdəki əlinizlə tutaraq qolunuzun üstünə uzandırın, digər əlinizin bilək hissəsi ilə iki kürək sümükləri arasına 5 dəfə qüvvətli vurmalar icra edin.

  • Yad cisim çıxmayıbsa, supin pozisiyada və başı aşağıda olacaq vəziyyətdə digər qolunuz və diziniz üstünə çevirin, kürək və ənsə nahiyəsindən dəstəkləyin. Xəncərəbənzər çıxıtının 1 barmaq yuxarısına, döş sümüyünün aşağı yarısına 5 torakal təzyiq icra edin. Təzyiqlər döş qəfəsi kompressiyalarına bənzər, lakin daha qüvvətli və daha az tezlikdə icra edilməlidir. Kürək və döş qəfəsi vurmalarına növbəli olaraq yad cisim çıxana və ya körpənin huşu itənə qədər davam edin.




  • Huş itərsə kömək çağırın və Təməl Həyat Dəstəyi icrasına başlayın.


Mənbə:

  • ILCOR-International Liaison Committee on Resuscitation 2020

  • ERC-Resusitation Guideline 2021

Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə