Böyüklərdə Təməl Həyat Dəstəyi


Uşaqlarda (1-8 yaş) və körpələrdə (29 gün-1 yaş) Təməl Həyat Dəstəyi



Yüklə 4,51 Mb.
səhifə2/3
tarix18.01.2023
ölçüsü4,51 Mb.
#98741
1   2   3
THD - handout (05.11.21)

Uşaqlarda (1-8 yaş) və körpələrdə (29 gün-1 yaş)
Təməl Həyat Dəstəyi


1.

Təhlükəsizliyi təmin et

2.

Huşu yoxla

3.

Hava yolunu aç

4.

Tənəffüsü yoxla

5.

5 xilasedici nəfəs ver

6.

Həyat əlamətlərinə bax

7.

Kömək çağır (103,113)

8.

15 döş qəfəsi kompressiyası et (CPR)

9.

2 dəfə nəfəs ver

10.

Döş qəfəsi kompressiyaları və tənəffüsü 15:2 nisbətində icra et

  1. Təhlükəsizliyi təmin et

Mövcud vəziyyətdə xilasedicinin, zərərçəkmişin, ərtafdaki insanların və ətraf mühitin təhlükəsizliyi təmin olunmalıdır.
2. Huşu yoxla
Uşaqlarda “Necəsən?Yaxşısan?” deyə çiyninə toxunaraq huşu yoxlayın (böyüklərdəki kimi).
Körpələrdə ayağın alt səthinə yüngülcə toxunaraq körpənin reaksiyasına baxılaraq huşu yoxlayın.
3. Hava yolunu aç
Uşaqlarda hava yolunun açıqlığının təmin olunması boyüklərdə olduğu kimidir(baş geri-çənə yuxarı).
Körpələrdə hava yolunu neytral pozisiyada çənəni yuxarı qaldıraraq açın.
4. Tənəffüsü yoxla (10 saniyə)
Uşaq və körpələrdə Bax-Dinlə-Hisset üsulu ilə tənəffüsun olub-olmadığı müəyyənləşdirin.
5. Beş (5) xilasedici nəfəs ver
Uşaqlarda nəfəs vermə aktı böyüklərdə olduğu kimidir.
Körpələrdə nəfəs verərkən başı neytral pozisiyaya gətirin,ağzınızı körpənin ağız və burnunu əhatə edəcək formada yerləşdirin. Normal bir nəfəs alın, hava sızması olmadığından əmin olun və döş qəfəsini yüksəldəcək qədər nəfəs verin. Ağzınızı körpədən uzaqlaşdırın və içəridəki hava bayıra çıxarkən döş qəfəsinin enməsini gözləyin. Yenidən normal nəfəs alın və ümumi beş tənəffüsü tamamlamaq üçün təkrar körpənin ağzından nəfəs verin.

6. Həyat əlamətlərinə bax
Tənəffüsdən sonra həyat əlamətlərinin olub-olmadığına baxın (tənəffüs,nəbz,bədən hərəkətləri və s.).

  • Nəbzi uşaqlarda yuxu arteriyasından, körpələrdə bazu arteriyasından yoxlayın.

  • Əgər nəbz var (>60/dəq), tənəffüs yoxdursa,2-3 saniyə fasilə ilə süni tənəffüs verin,2 dəqiqədən bir nəbzə baxın.

  • N əbz yoxdursa və ya 60/dəqiqədən azdırsa CPR-a (döş qəfəsi kompressiyaları) başlayın.


7. Kömək çağır (103,113)
5 xilasedici tənəffüsdən sonra həyat əlamətləri yoxdursa, ərtafdakılara 103-ə (113) zəng etmələrini bildirin,təksinizsə özünüz zəng edin.
8. 15 döş qəfəsi kompressiyası et (CPR)
Uşaqlarda döş qəfəsi kompressiyasını tək və ya iki əllə,döş qəfəsi hündürlüyünün 1/3-ni çökdürəcək qədər edin.Uşaqlarda döş qəfəsi kompressiyalarının dərinliyi 5 sm, tezliyi 100–120 /dəqiqə olmalıdır.


Körpələrdə döş qəfəsi kompressiyasını döş sümüyünün aşağı yarısından,döş qəfəsi hündürlüyünü 1/3-ni endirəcək qədər,tezliyi 100-120/dəqiqə olacaq formada edin.Tək xilasedici olduğunda CPR-ı iki barmaqla, iki xilasedici olduğunda döş qəfəsini əllə əhatə edərək baş barmaqlarla edin.




  1. Yüklə 4,51 Mb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə