Böyük maarifçilərin əhatəsində



Yüklə 174,13 Kb.
səhifə3/3
tarix11.12.2023
ölçüsü174,13 Kb.
#146461
1   2   3
Böyük maarifçilərin əhatəsində

Mətbuatın söz meydanında

Bakı və Tiflis şəhərlərində çıxan bütün rus qəzetlərində Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluq, qardaşlıq həmrəylik və s. kimi aktual problemlərlə bağlı məqalələrlə çıxış etmişdir. O, çar üsul-idarəsinə, çarizmə, milli qırğına qarşı çıxışlar etməklə, millətləri, xalqları milli barışığa çağırmışdır.




Ömrünün sonuna kimi maarifçiliyə davam

Fevral burjua inqilabından (1917) sonra Hüseyn Minasazov müvəqqəti hökumətə qarşı tənqidi çıxışlar etmişdir. Daha sonralar, 1929 ildən ömrünün sonuna kimi o, respublikada nəşriyyat sahəsində, sonra isə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tarix-etnoqrafiya şöbəsində elmi əməkdaş işləmişdir. Bu illərdə publisist "Bir inqilabın yüz ili", kəndli hərəkatına həsr edilmiş elmi işi və "SSRI Elmlər Akademiyasının dərsi" adlı monoqrafiyalarını yazıb tamamlamışdır. Hər iki elmi işin əlyazması dövlət arxivində saxlanılır.


Hüseyn Minasazov öz məqalələrində "Rossiya" və "Novoe vremya" qəzetlərinin şovinist əqidəli rəhbər və işçilərini tənqid atəşinə tutmuşdur. 1908–10 illərdə Hüseyn Minasazov bir xeyriyyəçi kimi xarici şəhər və dövlətlərdə oxuyan müsəlman ali məktəb tələbələrindən yüzlərlə məktub almışdır. "Doğma müsəlmanların müəllim seminariyası" adlı məqaləsində Minasazov tələb etmişdir ki, Dağıstanda əhalinin savad alması üçün Qori müəllimlər seminariyasının nəzdində dağlılar üçün ayrıca şöbə açılsın.


Hüseyn Minasazov həm də tərcüməçi idi. 1911–14 illərdə C.Məmmədquluzadənin "Poçt qutusu", 1915 ildə İ.Aşurbəyovun tipoqrafiyasında görkəmli Azərbaycan pedaqoqu M.T.Sidqinin "Kəlbə Nəsir" nağıl-şeir toplusu onun redaktorluğu ilə işıq üzü görmüşdür.
Kitabın üz qabığında bu sözlər yazılmışdır: Bu kitabdan gələn qonorar yazıçıların ehtiyaca malik uşaqlarına verilsin.


Hüseyn Minasazov 1932 ildə Bakıda vəfat etmişdir.
Yüklə 174,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə