Böyük maarifçilərin əhatəsində



Yüklə 174,13 Kb.
səhifə2/3
tarix11.12.2023
ölçüsü174,13 Kb.
#146461
1   2   3
Böyük maarifçilərin əhatəsində

Mətbuatın söz meydanında

Bu dövrdə gürcü ədəbiyyatının klassiklərindən İ.Çavçavadzenin vəhşicəsinə öldürülməsi onu sarsıtmışdır. 1907 il sentyabrın 5-də Gürcüstanın ən məşhur qəzeti olan "Isari" də ("Strela") bütün Azərbaycan gəncləri adından başsağlığı vermiş, iki gündən sonra isə bu görkəmli şəxsiyyəti qətlə yetirən caniləri hiddətlə ifşa etmişdir.


Hüseyn Minasazov Tiflisdə dövlət orqanlarından, Poliqrafiya və Tipoqrafiya Nazirliyindən "Oqni" jurnalının çapı üçün icazə almışdır (1907). O, yeganə azərbaycanlı publisistdir ki, həmin jurnalın birinci nəşrini redaktə edib rus variantını buraxmışdır. Bu jurnal tez bir vaxtda məşhurlaşmış, yayılma miqyası genişlənmişdir. Qısa bir müddətdə "Oqni", "Rus", "Svobodnaya mısl", "Odesskoe obozrenie" və s. jurnallar öz baş məqalələrini "Zakavkazskoe obozrenie" jurnalına həsr etmişdilər. Burada V.Pşavelanın, İ.Nakaşidzenin, C.Məmmədquluzadənin siyasi felyetonları, Hüseyn Minasazovun siyasi xarakterli məqalə və məlumatları da çap olunmuşdur.


Hüseyn Minasazovun mahir bir jurnalist-publisist kimi yetişməsində Peterburq mühitinin çox böyük təsiri olmuşdur. O, 1909 ildə Peterburqa getmiş, elə həmin ildə K.Abaşidze, Qr. Diasamidze, V.Eqorov, V.Ostrovski və başqa ədiblərin əməkdaşlığı və yaxından iştirakı ilə ilk dəfə rus dilində "Ejenedelnoe obozrenie" qəzeti buraxılmışdır.


Bakı və Tiflis şəhərlərində çıxan bütün rus qəzetlərində Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluq, qardaşlıq həmrəylik və s. kimi aktual problemlərlə bağlı məqalələrlə çıxış etmişdir. O, çar üsul-idarəsinə, çarizmə, milli qırğına qarşı çıxışlar etməklə, millətləri, xalqları milli barışığa çağırmışdır.


Mətbuatda jurnalist və publisist yaradıcılığından başqa, Minasazov xalqın inkişafı istiqamətində, teatr, dram əsərlərinin yaranması, ictimai-siyasi və mədəni-ədəbi, əhalinin incəsənət və maariflənməsi yönümündə böyük işlər görmüşdür.


1907 ildə Hüseyn Minasazov "Qafqazda uşaqların təhsil və savad məsələlərinin təminatı" qərarını bir qrup rus, gürcü və s. ziyalıların birgə səyi nəticəsində həyata keçirmişdir. 1907 ilin axırlarında Hüseyn Minasazov "Zakafkaziye" qəzetinin müxbiri kimi Təbrizə yola düşmüş, orada, yəni Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırmışdır.



Yüklə 174,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə