Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


Bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır



Yüklə 2,08 Mb.
səhifə18/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   13   14   15   16   17   18   19   20   21

Bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır:


The RICE Procedure

R Rest the injured part. zədələnmiş nahiyəyə istirahət verin

I Apply Ice or a cold compress. buz və ya soyuq yaş sarğı (kompres) tətbiq edin

C Compress the injury. Zədələnmiş nahiyəni sıxın

E Elevate the injured part. Zədələnmiş nahiyəni qaldırın
Məqsəd zədələnmiş nahiyənin şişməsini və ağrını azaltmaqdır.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351)N.P.Paleyev Bakı-1991
888) Diz oynağının zədələnmələrində göstərilən ilk yardım tədbirlərindən biri düzgün deyil?
A) Zədələnmiş nahiyəyə isidici kompres qoymaq

B) Zədələnmiş nahiyəni qaldırmaq

C) Zədələnmiş nahiyəni sıxmaq

D) Zədələnmiş nahiyəyə buz qoymaq

E) Zədələnmiş nahiyəyə istirahət vermək

Diz oynağının əzilmələrində,bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır:


The RICE Procedure

R Rest the injured part. zədələnmiş nahiyəyə istirahət verin

I Apply Ice or a cold compress. buz və ya soyuq yaş sarğı (kompres) tətbiq edin

C Compress the injury. Zədələnmiş nahiyəni sıxın

E Elevate the injured part. Zədələnmiş nahiyəni qaldırın
Məqsəd zədələnmiş nahiyənin şişməsinin qarşısını almaq və ağrını azaltmaqdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
889) Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir:
A) 15%

B) 10%


C) 2%

D) 20%


E) 0.5%
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
890) İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?
A) 6%-li

B) 5%-li


C) 1%-li

D) 10%-li

E) 3%-li
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
891) Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanma müddəti nə qədərdir?
A) 6 saat

B) 48 saat

C) 12 saat

D) 2 saat

E) 24 saat
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki, gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.
Ədəbiyyat: Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
892) Mastit nəyin iltihabıdır?
A) Piy vəzilərinin

B) Limfa damarlarının

C) Süd vəzisinin

D) Tər vəzilərinin

E) Limfa düyünlərinin
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.
Ədəbiyyat: Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
893) Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?
A) 3 saat

B) 1,5 saat

C) 2 saat

D) 30 dəq

E) 40 dəq
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75)M.M.Abakumov.Moskva-1985
894) Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?
A) Hidrogen peroksid məhlulu ilə

B) Brillyant yaşılı ilə

C) Furasillinlə

D) 0,5%-li naşatır spirti ilə

E) Kalium permanqanat məhlulu ilə
Biksi doldurmazdan əvvəl içərisi və bayırı 0.5%-li naşatır spirti ilə silinir.
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov.Moskva-1985
895) Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?
A) Süd vəzinin əməliyyatlarında

B) Qarın boşluğu orqanlarında

C) Döş qəfəsi orqanlarında

D) Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda

E) Neyrocərrahi əməliyyatlarda
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.
Ədəbiyyat: Ədəbiyyat: : Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov.Moskva-1985
896) Təzə yaranın xarakterizə edən kliniki simptomlar hansılardır?
A) Qızartı,qızartı,iltibah

B) Ağrı,temperatur,qanaxma

C) Ağrı, yara ağzının açıq olması və qanaxma

D) Ağrı, qızartı, flüktuasiya

E) Ödem,qızartı,temperatur
Kliniki olaraq yaraların 3 xassəsi vardır: ağrı, yara ağzının açıq olması və qanaxma
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
897) Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?
A) Əməliyyatdan 5 gün əvvəl

B) Əməliyyatdan 4 gün əvvəl

C) Əməliyyatdan 7 gün əvvəl

D) Əməliyyatdan 3 gün əvvəl

E) Əməliyyatdan bir gün əvvəl və əməliyyat günü
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991
898) Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?
A) 5

B) 6


C) 4

D) 7


E) 8
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhrizdə olur və o, sutka ərzində hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını və xüsusi çəkisini ayrıca təyin edirlər.
Ədəbiyyat: Ədəbiyyat Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
899) Drenaj və tamponları kim dəyişməlidir?
A) Palata tibb bacısı

B) Mama


C) Həkim

D) Baş tibb bacısı

E) Tibb bacısı
Drenajlar və tamponların işlədilməsi sırf həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
900) Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?
A) 16-25

B) 17-50


C) 18-65

D) 16-35


E) 18-40
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.Hər donor 8 həftədən bir (ildə 5-6 dəfə) qan verə bilər.
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
901) Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?
A) 3%-li xloramin məhlulunda saxlanılmalıdır.

B) Zibil qabına atılmalıdır.

C) Xüsusi konteynera yığılıb məhv edilməsi üçün xüsusi ayrılmış məntəqələrə təhvil verilməlidir.

D) 1%-li soda məhlulunda 1 gün saxlayıb,təkrar istifadə edilməlidir.

E) 5%-li lizol məhlulunda 6 saat saxlanılmalıdır.

Sarğı materialı irinlə çirklənibsə xüsusi konteynera yığılıb məhv edilməsi üçün xüsusi ayrılmış məntəqələrə təhvil verilməlidir, infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsuldan istifadə olunur.


Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
902) Sorulan sintetik saplara hansı saplar aid edilir?
A) Neylon

B) Kapron

C) Lavson

D) Vikril

E) Dakron
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov.Moskva-1985
903) Əməliyyat blokunda neçə qoruyucu zona vardır
A) 3

B) 5


C) 2

D) 1


E) 4
Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı(material otağı)
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 4) M.M.Abakumov.Moskva-1985
904) Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır?
A) 2

B) saymamalıdır

C) 3

D) 1


E) 5
Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234) M.M.Abakumov.Moskva-1985
905) Toxumalar arasına qanın toplanması necə adlanır?
A) Mioma

B) Osteoma

C) Hematoma

D) Teratoma

E) Qlioma
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu vaxt kapilyarlar partlayır və toxuma arasına qan yığılır ki, bu da hematoma adlanır.
Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
906) Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?
A) Plazma bulanlıq, fibrin lopalarla

B) Qan üç qatlı, plazma isə şəffafdır

C) Plazma şəffafdır

D) Plazma sarı rəngdə, şəffaf

E) Plazma çəhrayı rəngdə
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, sapa və çöpəbənzər liflər topalarla və qan laxtaları ilə rast gəlinir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
907) Resus amili qanın hansı elementində yerləşir?
A) Trombositlərdə

B) Leykositlərdə

C) Limfositlərlə

D) Eritrositlərdə

E) Plazmada
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165
908) Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?
A) Həkim anestezioloq

B) Palata tibb bacısı

C) Mama

D) Qəbul şöbəsinin həkimi



E) Müalicə həkimi
Premedikasiya xəstənin dərmanlarla əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
909) Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?
A) Epitelizasiyanı sürətləndirmək üçün

B) Yaranı təftiş etmək üçün

C) Çapıq əmələ gəlməsi üçün

D) Qanaxmanı dayandırmaq üçün

E) Yara ifrazatını çıxarmaq üçün
İrinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Yarada drenaj qoymaqla qramullyasiya əmələ gəlməsi prosesini sürətləndirməkdir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
910) Məhdud irinlik necə adlanır?
A) Fleqmona

B) Abses


C) İnfiltrat

D) Fistula

E) Yara
İrinləmə deməkdir. Abses məhdudlaşmış iltihblı irinlik olub toxumaların əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339
911) Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?
A) USM

B) Angioqrafiya

C) Rentgenoqrafiya

D) Flüoroqrafiya

E) Sistoqrafiya
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
912) Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?
A) 1

B) 10


C) 5

D) 8


E) 15
Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.
Ədəbiyyat: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
913) Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?
A) Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən təcrid edilmiş sınıqlar

B) Qasıq qabarının sınığı

C) Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar

D) Büzdüm sümüyünün sınığı

E) Oturaq sümüyünün sınığı
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir.

Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən az 2 yerdən qırılır.Bir tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır.


Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
914) Qanın maksimal saxlanma müddəti neçə gündür?
A) 14 gün

B) 7 gün


C) 21 gün

D) 16 gün

E) 28 gün
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
915) Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?
A) 0, -2 0C

B) +17, -20 0C

C) -2, -0 0C

D) 4-6 0C

E) 0, -15 0C
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-60C-də saxlanılır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
916) Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?
A) Sünbülvari

B) T-şəkilli

C) Dairəvari

D) Sapandvari

E) Spiralvari
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
917) Donor kimə deyilir?
A) Qanını və ya orqanını digər insana verən şəxsə

B) Qan köçürülən şəxsə

C) İnfuzion maye köçürülən şəxsə

D) Qan azlığı olan şəxsə

E) Qanaxmaya meyilli şəxsə
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
918) Resipient kimə deyilir?
A) Qan köçürülən şəxsə

B) Qan itirməsi olan şəxsə

C) Qanaxmaya meyilli şəxsə

D) Orqan və ya qanını digər insana verən şəxsə

E) Sağalan şəxsə
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346
919) Reinfuziya nədir?
A) Auto qanın köçürülməsi

B) Konservləşdirilmiş qanın köçürülməsi

C) Util qanın köçürülməsi

D) Birbaşa qanın köçürülməsi

E) Cift qanının köçürülməsi
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
920) Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədiləmütləq işlədilməlidir?
A) Novakain 0,5%

B) Fentanil 0,005%

C) Atropin 0.1%

D) Lidokain 1%

E) Analgin 50%
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin məhlulu 0,5-1 ml işlədilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
921) Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?
A) 40 gün

B) 6 saat

C) 20 gün

D) 10 gün

E) 5 gün
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
922) Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar?
A) 5

B) 20


C) 7

D) 10


E) 2
Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır. Kraft paketləri 5 dəfə istifadə etmək olar.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
923) Alətlərdə sterilizasiyadan əvvəl gizlin qanın olmasını hansı sınaqla yoxlayırlar?
A) Volkoviç

B) Benzidin

C) Oberst

D) Zimnitski

E) Mikulic
Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-

li hidrogen peroksidlə qarışdırılır.


Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.60)
924) Jane şprisi hansı məqsədlər üçün işlədilir?
A) Boşluqları yumaq üçün

B) Əzələ daxili inyeksiyalar üçün

C) Dəri içi sınaq üçün

D) Vena daxili inyeksiyalar üçün

E) Dərialtı inyeksiyalar üçün
Tutumu 50-200 ml olan Jane şprisləri mövcuddur.Şprisin bəzilərinin konusu ortada,bəzilərininki isə bir qədər kənarda yerləşir.Konusu kənarda olan şprisləri işlətmək daha rahatdır.Şprislərdən boşluqları yumaq üçün istifadə edilir.
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.31)
925) Endocərrahlıqda işlədilən endoskopik alətlər necə sterilizasiya olunur?
A) Quruducu şkafda

B) Soyuq üsulla

C) Qaynadılmaqla

D) Alovla

E) Avtoklavda
Soyuq qazla optik sistemli endoskopik alətlər onların yardımçı vasitələri 2 saat müddətində xüsusi hermetik kameralarda sterilizasiya edilir.
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.67)
926) Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?
A) 45º

B) 55º


C) 15º

D) 37º-38º

E) 10º
Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra iynənin yerinə isitqaç qoyulur və ya yod xətləri çəkilir.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.156)
927) Panlı əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan 2 saat əvvəl

B) İmalə olunmur

C) Əməliyyatdan 1 sutka əvvəl

D) əməliyat olunan gün səhər

E) Əməliyyatdan əvvəlki gün axşam və əməliyyat günü səhər
Planlı əməliyyatda xəstə əməliyyatdan əvvəl tam sanitar işlənmədən keçirilir,əməliyyatdan əvəlki gün axşam yüngül yemək verilir (kəmşirin çay, suxari, mannı sıyığı və s) sonra bağırsaqlar təmizləyici imalə olunur həmçinin əməliyyat günü səhər yenidən təmizləyici imalə olunur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
928) Təxirəsalınmaz əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan olunan gün

B) İmalə olunmur

C) Səhər, əməliyyat olunan gün

D) Əməliyyatdan 6 saat əvvəl

E) Əməliyyatdan 2 saat əvvəl
Təxirəsalınmaz əməliyyat zamanı aparılan hər bir prosedura vaxtın uzanmasına, bu da xəstənin hər an vəziyyətinin pisləşməsinə və ölümünə səbəb olduğu üçün heç bir prosedura aparılmır. Həmçinin təmizləyici imalə.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
929) Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Dərinin silinməsi və ağların dəyişdirilməsi

B) İmalə və əməliyyat sahəsinin işlənməsi

C) Hissəvi sanitar təmizlənmə

D) Tam sanitar işlənmə

E) Sanitar təmizlənmə aparılmır
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və əməliyyata hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam sanitar işlənmə apaılır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
930) Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Dərinin silinməsi və ağların dəyişdirilməsi

B) Bağırsaqların və sidik kisəsinin boşaldılması

C) Sanitar işlənmə aparılmır

D) Hissəvi sanitar işlənmə

E) Tam sanitar işlənmə
Fövqəladə(təcili təxirəsalınmaz) əməliyyat o deməkdir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
931) Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
A) Əməliyyatdan 1 sutka əvvəl

B) Səhər, əməliyyat olunan gün

C) Əməliyyat stolunda

D) Axşam vaxtı

E) Əməliyyat otağında
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
932) Əməliyyatönü dövrün əsas məqsədi nədir?
A) Xəstənin vəziyyətinin qiymətləndirilməsi

B) Xəstənin vəziyyətinin yaxşılaşdırılması

C) Xəstənin əməliyyata hazırlanması

D) İnfeksiya ocaqlarının sanasiyası

E) Ürək-damar sisteminin müayinəsi
Əməliyyatönü dövrün əsas məqsədi əməliyyatın yaxşı keçirilməsi və əməliyyatdan sonrakı ağrılaşmaların qarşısının alınmasıdır. Bu dövrdə yanaşı gedən xəstəliklər aşkarlanır, orqan və sistemlərin fəaliyyəti yoxlanılır və xəstə əməliyyata hazırlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
933) Əməliyyatönü dövr nə vaxt qurtarır?
A) Xəstəlik başlanan andan

B) Əməliyyat başlanan andan

C) Diaqnoz dəqiqləşdirilən andan

D) Xəstəxanaya adaxil olan andan

E) Əməliyyata 30 dəqiqə qalmış
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
934) Növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?
A) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir

B) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi

C) Əməliyyat günü, səhər yeməyi

D) Əməliyyatdan əvvəlki gün saat 22.00

E) Əməliyyatdan əvvəlki gün saat 20.00 qədər
Planlı əməliyyat zamanı növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahar yeməyindən sonra saat 20.00- ə qədər yüngül yemək (kəmşirin çay suxarı ilə,mannı sıyığı və s)yeməlidir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
935) Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
A) Əməliyyatdan sonrakı dövr

B) Operativ gediş

C) Əməliyyatın sonu

D) Müdaxilə

E) Əməliyyatın gedişi
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması adlanır.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
936) Toxumaları aralayan alət hansıdır?
A) İtiuclu qayçı

B) Koxer sıxıcısı

C) Kəsici iynə

D) Skalpel

E) Farabef qarmağı
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin və patoloji proses yaxşı görünsün.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
937) Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?
A) Vena daxilinə 5%-li qlükoza yeritmək

B) Sidikqovucular vermək

C) Qarnın aşağı hissəsinə soyuq qoymaq

D) Dərialtına 0,1%-li - 1,0 atropin yeritmək

E) Sidik kisəsinə kateter qoymaq
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
938) Hemorraidal qanaxma zamanı ilk yardım hansıdır?
A) Vikasol tabletkası qəbul etmək

B) Vanna etmək

C) Təcili hospitalizə etmək

D) Mədəni yumaq

E) Pəhriz
Hər hansı bir müvəqqəti üsulla hemorraidal qanaxmanı saxlamaq mümkün olmadığı üçün xəstə təcili hospitalizə olunmalıdır.
Ədəbiyyat: H.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh 226
939) Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?
A) 20

B) 15


C) 5

D) 2


E) 40
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.
Ədəbiyyat: В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
940) Donmalar zamanı hansı ilk tibbi yardım göstərilir?
A) Zədələnmiş nahiyəni əllə ovuşdurmaq

B) Zədələnmiş nahiyəni spirtlə ovuşdurmaq

C) Zədələnmiş nahiyəni 20 0 C temperaturlu suya salmaq

D) Zədələnmiş nahiyəni yun parça ilə ovuşdurmaq

E) Vişnevski məlhəmi ilə sarğı qoymaq

Zədələnmiş nahiyəni sürtmək və ona təzyiq göstərmək olmaz . Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmaq olmaz. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir. Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 200C olan suya salmaq lazımdır. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-410C-ə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun istiliyi 410C artıq olmasın və bu temperaturda qalsın.


Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
941) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Suluqları kəsmək

B) Turna qoymaq

C) Soyuq su altında saxlamaq, aseptik sarğı qoymaq

D) Streptosid tozu səpmək

E) Vişnevski məlhəmi ilə sarğı qoymaq
I, II dərəcəli termiki yanıqlar səthi yanıqlara aiddir. Zərərçəkmişin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır. Yanan hissəni soyutmaq lazımdır. Ən azı 20 dəqiqə ərzində yanan nahiyəni soyuq (8-150C) su axını ilə soyutmaq,yanan yerə aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
942) Uzunmüddətli sıxılma sindromu zamanı göstərilən ilk tibbi yardım tədbirlərindən biri səhvdir.?
A) Ətrafın immobilizasiyası

B) Ətrafa turnanın qoyulması

C) Ətrafa isti kompresin qoyulması

D) Ətrafa sıxıcı bint sarğısının qoyulması

E) Zədələnmiş ətrafın ehtiyatla azad edilməsi
Zərərçəkənin ətrafı dağıntı altından ehtiyatla azad edilməmişdən qabaq və ya etdikdə dərhal sonra zədələnmiş ətraflara turna qoyulur. Turnanın qoyulması zədələnmiş nahiyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan turna zədələnmiş ətrafda şişkinliyin azalmasına səbəb olur. Eyni zamanda qoyulan turna qanaxma təhlükəsini aradan qaldırır.

Hadisə yerində zərərçəkmişə mütləq ağrıkısicilər yeridilməlidir.İmkan varsa ətrafın əsasından novokain anesteziyası(naqil tipli) aparılmalıdır. Əsasən bərk əzilmiş ətrafa amputasiyanı gecikdirmək məqsədilə əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur.

Digər halllarda hadisə yerində ilk yardım aşağıdakı ardıcıllıqla göstərilməlidir.Turnanın qoyulması , ətrafı dağıntı altından ehtiyatla azad edilməsi,sıxılmış ətrafa sıxıcı bint sarğısının qoyulması ,soyuğun tətbiqi ,immobilizasiya,turnanın açılması ,çoxsaylı zədələnmələr olduqda yaraların mexaniki təmizlənməsi,antiseptik,fermentativ,dehidratasion bint sarğılarının qoyulması.İmkan olduqda ətrafın zədələnmiş seqmentinin üzəri buz qovuğu ilə örtülməsi və nəqliyyat immobilizasiyası həyata keçirilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
943) Vena daxili infuziya zamanı hava embaliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
A) Maye köçürüləcək damarlar dəyişdirilir

B) Sistem və iynə steril olur

C) İti uclu iynələrdən istifadə olunur

D) Kiçik diametrli iynələrdən istifadə olunur

E) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görədə sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma yaranmasın.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008.Səh. 62
944) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olmalıdır?
A) Sol böyrü üstə və ayaqlar qarına yığılmış vəziyyətdə

B) Diz-dirsək vəziyyətində

C) Arxası üstə

D) Qarın üstə

E) Sağ böyrü üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
945) Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
A) 33-35o C

B) 37-38 o C

C) 38-40 o C

D) 42-44 o C

E) 40-41 o C
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 o C -yə qədər qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
946) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
A) 15 dəqiqə

B) Buz əriyənə qədər

C) 1 saat

D) 30 dəqiqə

E) 45 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan asılı olaraq müxtəlif ola bilər.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
947) Venadan qan götürərkən turna nə vaxt açılır?
A) Venapunksiyadan sonra

B) İynəni çıxarmamışdan qabaq

C) 3 dəqiqə sonra

D) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra

E) İynəni çıxarandan sonra
Iynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
948) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
A) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi

B) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur

C) Yara üzərinə məlhəm qoyulur

D) Tikişlərin bir qisminin sökülməsi

E) Drenajla yaranın yuyulması
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
949) Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir?
A) Hər gün

B) Ayda bir dəfə

C) İki həftədən bir

D) Həftədə bir dəfə

E) İldə bir dəfə
Əməliyyat bloku həftədə bir dəfə böyük tibb bacısının qrafiki əsasında əməliyyat təyin olunmayan gün əsaslı olaraq təmizlənilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
950) İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olur?
A) 100-120°

B) 150-160°

C) 180-220°

D) 120-140°

E) 160-180°
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə steriliasiya olur.
Ədəbiyyat: V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
951) Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
A) Pervomurda

B) 70°-li etil spirtində

C) Yodonatda

D) Süleymani məhlulunda

E) Briliant yaşılında
Ketqut və ipək tikiş sapları sterilizasiyadan sonra xüsusi şüşələrdə 70°-li etil spirtində saxlanılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
952) Dezinfeksiya nədir?
A) Bütün mikrobların,virusların,məhvi

B) Patogen mikrobların zərərsizləşdirilərək məhv edilməsi

C) Yarad olan mikrobların məhvi

D) Bütün mikrobların hətta sporəmələgətirənlərin məhvi

E) Mikrobların yaraya düşməsinin qarşısının alınması

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182


953) Sterilizasiya nədir?
A) Patogen mikroqanizmlərin məhvidir

B) Mikrobların yaraya düşmə yollarında məhvidır

C) Bütün mikrobların sporları ilə məhvidir

D) Mikrobların yarada məhvidır

E) Mikrobların yaraya düşməsinin qarşısının alımasıdır
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlşmış şüaların) təsiridən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
954) Antiseptika nədir?
A) Yaradakı mikrobların məhvidir

B) Patogen mikrobların məhvidır

C) Alətlərin dezinfeksiyasıdır

D) Mikrobların yaraya düşmə yollarında məhvidir

E) Alətlərin sterilizasiyasıdır
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
955) Aseptika nədir?
A) Alətlərin sterilizasiyası

B) Mikrobların yaraya düşməsinin qarşısını alan profilaktik tədbirlərdir

C) Patogen mikrobların məhvi deməkdir

D) Alətlərin dezoinfeksiyası

E) Yaradakı mikrobların məhv olunması tədbirləri kompleksi
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur aseptik şərait yaradılır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
956) Əməliyyatda iştirak edən tibbi heyət hansı geyimdə olmalıdır?
A) Fərqi yoxdur

B) Steril xalat, kalpak, maska və baxildə

C) Xüsusi geyimdə

D) Təmiz xalatda

E) Steril xalatda
Əməliyyatda iştirak edən tibbi heyət steril xalat, kalpak , maska və baxildə olmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
957) Biksin universal yığımı necə olmalıdır?
A) Sarğı otağına lazım olan bütün materiallar bir biksə yığılır

B) Bir əməliyyatda lazım olan ancaq sarğı materialları bir biksə yığılır

C) Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır

D) Bir neçə əməliyyata lazım olan sarğı materialları, əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır

E) Əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır
Ədəbiyyat: М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32
958) Qanın uyğunlaşma sınağı planlı hemotransfuziya zamanı necə aparılır?
A) Donorun və resipientin qan zərdabları qarışdırılır

B) Donorun qan damarına resipientin qanı vurulur

C) Donorun qanı üzərinə resipientin qanı tökülür

D) Donorun qanı üzərinə resipientin zərdabı tökülür

E) Resipientin qan zərdabı ilə donorun qanı qarışdırılır
Resipientindən 2-3 ml qan götürülərək üzərinə 4%-li natrium-sitrat sentrafuqadan keçirilir. Alınan zərdabın üzərinə 2-3 damcı köçürüləcək qandan əlavə edilir və aqqlutinasiya reaksiyasının alınmasına nəzarət olunur
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 314
959) Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?
A) Təmiz və irinl yaralar eyni vaxtda sarınır

B) Əvvəlcə təmiz sonra isə irinli yaralara sarğı əməliyyatı aparılır

C) Irinli yaralar palatada sarğı əməliyyatından keçirilir

D) Ardıcııllığa riayət olunmur

E) Əvvəl irinli sonra təmiz yaralar sarınır
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
960) Arterial turna düzgün qoyulduqda nə baş verir?
A) Ətraf sianozlaşır

B) Turnadan aşağı nahiyədə temperatur yüksəlir

C) Qanaxma dayanır və periferik nəbz itir

D) Turnadan aşağı nahiyədə bütün hissiyat itir

E) Turnadan aşağı nahiyədə nəbz vurur
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz vurğusu itir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
961) Kimə universal donor deyilir?
A) IV qrup RH(-)qana mənsub şəxs

B) II qrup RH(+)qana mənsub şəxs

C) IV qrup RH(+)qana mənsub şəxs

D) I qrup RH(+) qana mənsub şəxs

E) I qrup RH (-) qana mənsub şəxs
RH (-) qani olan xəstələrə RH (+) köçürüldükdə, onların qanında anticismciklər hazırlanır. Bu hala rezus amillə qanın immunizasiyası deyilir. Belə immunizasiya RH (+) döl ilə hamiləlik zamanı RH (-) qadınlarda ola bilər. RH (-) qan köçürüldükdə qanda anticisimciklər əmələ gəlmir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 82
962) Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
A) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir

B) Cərrah geyindikdən sonra əllərini yuyur

C) Əməliyyat otağının xadiməsi

D) Cərrahın assisteti

E) Cərrah özü geyinir
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra onu yalnız steril xalat, kalpak vəəlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilərki,cərrahın sterilliyi pozulmasın.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
963) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
A) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır

B) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır

C) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır

D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır

E) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkənin ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzəri aseptik sarğı qoyulur. Zərərçəkənə qida və mayelərin qəbulu dayandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
964) Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
A) Tənəffüs pozğunluqları zamanı istifadə oluna bilər.

B) Uzunmüddətli əməliyyat önü hazırlıq lazım deyil.

C) Ürəyin fəaliyyətini artırır.

D) Tənəffüs orqanlarının fəaliyyətini artırır.

E) Hemodinamikaya nəzarəti asanlaşdırır.
Yerli anesteziya zamanı anesteziya edici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilərək yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
965) İnfiltrasion anesteziyada hansı preparatdan istifadə edilir?
A) Novokain 0,5-0,25%

B) Dikain 0,25%

C) Novokain 2%

D) Lidokain 10%

E) Sofkain 1%
Bu üsulla əməliyyat nahiyyəsində toxumalar qat-qat 0,5%-0,25% -li novokain məhlulu yeridilməsindən ibarətdir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
966) Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
A) Yarımoturaq vəziyyətdə

B) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə

C) Qarnı üstə uzanmışvəziyyətdə

D) Böyrüüstə uzanmış vəziyyətdə

E) Yeritməklə
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda əməliyyatlar zamanı aparılır. Anesteziyadan sonra xəstədə arterial təzyiqin aşağı düşdüyünə görə xəstələr onurğa beyin anesteziyasından sonra dərhal uzandırılmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
967) İki atmosfer təzyiqdə ağların avtoklavda strelizasiya müddəti nə qədərdir?
A) 20 dəqiqə

B) 15 dəqiqə

C) 45 dəqiqə

D) 60 dəqiqə

E) 30 dəqiqə
Ağlar 2 atmosfer təzyiqdə, 132 o C temperaturda 20 dəqiqə sterilizasiya olunmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
968) Ağların steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?
A) Bioloji müayinə üsulu

B) kimyəvi üsulla nəzarət

C) Fiziki üsulla nəzarət

D) Texniki nəzarət

E) Bakterioloji nəzarət
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət aparılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
969) Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) Antibiotiklərdən istifadə etmək

B) Avtoklavlaşdırma

C) Formalik buxarı ilə təsir etmək

D) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq

E) 70%-li etil spirtində saxlamaq
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
970) Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
A) Hidrogen-peroksid

B) 10%-li natrium-xlorid

C) Yodonat

D) Pervomor

E) Kalium-permanqanat məhlulu
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
971) Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir?
A) Benzoy turşusu

B) Pervomur (C-4)

C) Formalin

D) Lyuqol məhlulu

E) Brilliyant yaşılı
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
972) Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
A) Karbol turşusu

B) 5%-li yodun spirtli məhlulu

C) Efir

D) Pervomur



E) 3%-li hidrogen peroksid
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
973) Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
A) Aspirin

B) Tiomoçevina

C) Nişasta

D) Kükürd

E) Benzoy turşusu
Quruducu şkafda 180-220 0C-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Ədəbiyyat: Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
974) Halloidlər qrupuna hansı aiddir?
A) Furasilin

B) Brilliyant yaşılı

C) Yodonat

D) Metilen abısı

E) Hidrogen-peroksid
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
975) Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
A) Qanın yavaş axması

B) Qanın damcı ilə axması

C) Qanın daxilə axması

D) Qanın yara səthinin örtməsi

E) Nəbzvari al rəngdə qanın axması
Arteriyanın divarının zədələnməsi zamanı olan qanaxma arterial qanaxma adlanır. Arteriya damarlarında axan qan arterial qandır ki, bu da al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
976) Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
A) Diurezin çoxalması

B) Dəri örtüyünün avazıması

C) Arterial təzyiqin artması

D) Temperaturun yüksəlməsi

E) Dərinin hiperemiyası
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
977) Arterial qanaxmanın müvəqqəti dayandırılması üsullarından biri düzgün deyil?
A) Ətrafı maksimum büküb qanaxmanı saxlamaq

B) Damarların tikilməsi

C) Yaraya sıxıcı sarğı qoymaq

D) Ətrafa immobilizasiya şinasının qoyulması

E) Ətrafı yuxarı qaldırmaq
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə zərərçəkmiş tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da onun ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və zərərçəkmişi tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları sklet sümüklərinə birbaşa sıxmaq ,ətrafları yuxarı qaldırmaq,ətrafları maksimal büküb qanaxmanı saxlamaq, yaraya sıxıcı sarğı qoymaq,ətrafa tarım sarğı turna qoymaq ,ətrafı immobilizasiya sınası ilə hərəkətsizləşdirmək lazımdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
978) Mexaniki antiseptikaya aiddir:
A) Yaraların I-li cərrahi işlənməsi

B) Yaraya bakteriofaq vurmaq

C) Eyni qrupdan qan köçürmək

D) Yaraya sarğı qoyulması

E) Yaraların spirtlə dezinfeksiyası
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
979) Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?
A) İsitqac qoymalı

B) Ağrıkəsici vurmalı

C) Soyuq qoyub təcili yardım çağırmalı

D) İmalə etməli

E) Masaj etməli
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh.209
980) Yumşaq toxumaların zədələnməsində göstərilən ilk yardım tədbirlərindən biri səhvdir?
A) Zədələnmiş nahiyəni sıxmaq

B) Zədələnmiş nahiyəyə istirahət vermək

C) Buz və ya soyuq yaş sarğı (kompres) tətbiq etmək

D) Zədələnmiş nahiyəni qaldırmaq

E) Zədələnmiş nahiyəni hərəkət etdirmək


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə