Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

 

 

1. Əgər İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki, onun bayrağı altında üzən və 



ya bu dövlətdə qeydiyyatda olmasını bəyan edən və ya ona məxsus olmayan və ya xarici dövlətin 

bayrağı  altında  üzməsinə  baxmayaraq,  bayrağı  göstərməkdən  imtina  edən  və  həqiqətdə  həmin 

İştirakçı  dövlətə  məxsus  olan  gəmi  miqrantların  dənizlə  sərhəddən  qanunsuz  keçirilməsində 

iştirak edir, onda bu İştirakçı dövlət həmin gəminin bu məqsədilə istifadə edilməsinin qarşısını 

almaq məqsədi ilə digər İştirakçı dövlətlərdən yardım istəyə bilər. Bu cür yardım haqqında sorğu 

alan İştirakçı dövlətlər mümkün qədər malik olduqları vasitələrlə belə bir yardımı göstərirlər. 

2. Əgər İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki, beynəlxalq hüquqa əsasən 

azad  gəmiçiliyi  həyata  keçirən  və  digər  İştirakçı  dövlətin  bayrağı  altında  üzən  və  ya  bu  cür 

dövlətdə  qeydiyyatda  olmasını  təsdiq  edən  işarələrə  malik  olan  gəmi  miqrantların  dənizlə 

sərhəddən  qanunsuz  keçirilməsində  iştirak  edir,  onda  həmin  İştirakçı  dövlət  bayrağın  məxsus 

olduğu dövləti bu barədə məlumatlandıra bilər, qeydiyyatın təsdiq edilməsini xahiş edə bilər və 

bu,  təsdiq  edildiyi  təqdirdə,  bayrağın  məxsus  olduğu  dövlətdən  bu  gəmi  barəsində  lazımi 

tədbirlərin  görülməsinə  icazənin  verilməsini  xahiş  edə  bilər.  Bayrağın  məxsus  olduğu  dövlət 

sorğu edən dövlətə xüsusilə aşağıdakıları etməyə icazə verə bilər: 

a) həmin gəmiyə daxil olmaq

b) həmin gəmiyə baxış keçirmək

c) həmin gəminin miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində iştirak etməsinə dair 

sübutlar  aşkar  olunduğu  təqdirdə,  bayrağın  məxsus  olduğu  dövlətin  icazə  verdiyi  qaydada 

gəmiyə, habelə gəminin göyərtəsində olan şəxslərə və yüklərə dair müəyyən tədbirlər görmək. 

3.  Bu maddənin 2-ci bəndinə uyğun olaraq hər hansı bir tədbir görmüş İştirakçı dövlət bayrağın 

məxsus olduğu maraqlı dövləti təxirə salmadan nəticələr haqqında məlumatlandırır. 

4.   İştirakçı  dövlət  digər  İştirakçı  dövlətdən  həmin  dövlətdə  qeydiyyatda  olmasını  və  ya  onun 

bayrağı altında üzməsini bəyan edən gəminin buna hüququnun olub-olmamasını müəyyən etmək 

üçün  aldığı  sorğuya,  habelə  bu  maddənin  2-ci  bəndinə  uyğun  olaraq  icazə  haqqında  edilmiş 

sorğuya təxirə salmadan cavab verir. 

5.   Bayrağın  məxsus  olduğu  dövlət  bu  Protokolun  7-ci  maddəsinə  uyğun  olaraq  öz  icazəsini 

onunla  sorğu  alan  dövlət  arasında  razılaşdırılmış  şərtlərlə,  o  cümlədən  məsuliyyətə  və  qəbul 

edilməli səmərəli tədbirlərin miqyasına aid olan şərtlərlə ötürə bilər. İştirakçı dövlət, insanların 

həyatı  üçün  birbaşa  təhlükə  yaradan  halları  aradan  qaldırmaq  üçün  lazım  olan  və  ya  müvafiq 

ikitərəfli  və  ya  çoxtərəfli  sazişlərdən  irəli  gələn  tədbirlər  istisna  olmaqla,  bayrağın  məxsus 

olduğu dövlətin buna birbaşa icazəsi olmadan əlavə tədbirlər görmür. 

6.  Hər bir İştirakçı dövlət yardım haqqında sorğular, gəminin qeydiyyatının və ya onun bayrağı 

altında  üzməsinə  hüququnun  təsdiq  edilməsi,  habelə  lazımi  tədbirlərin  görülməsi  üçün  icazə 

almaq  haqqında  sorğuları  alan  orqan  və  ya  lazım  gəldikdə  orqanlar  təyin  edir.  Bu  cür  təyinat 

haqqında bildiriş Baş katibin vasitəsi ilə təyinatın edildiyi tarixdən etibarən bir ay ərzində digər 

İştirakçı dövlətlərə göndərilir. 




7.  Əgər  İştirakçı dövlətin kifayət qədər şübhə etməyə əsası varsa ki,  gəmi miqrantların dənizlə 

sərhəddən  qanunsuz  keçirilməsində  iştirak  edir  və  onun  mənsubiyyəti  məlum  deyil  və  ya 

mənsubiyyəti məlum  olmayan gəmiyə bərabər tutula bilər, onda həmin İştirakçı  dövlət gəmiyə 

daxil ola bilər və ona baxış 

keçirə  bilər.  Əgər  bu  şübhəni  təsdiq  edən  sübutlar  aşkar  edilibsə,  onda  bu  cür  İştirakçı  dövlət 

daxili və beynəlxalq hüququn müvafiq müddəalarına əsasən lazımi tədbirlər görür. 

 

 

Maddə 9  



Ehtiyat tədbirləri 

 

 

1.   İştirakçı dövlət bu Protokolun 8-ci maddəsinə uyğun olaraq hər hansı  bir gəmiyə dair tədbir 



görəndə: 

a) gəminin göyərtəsində olan şəxslərin təhlükəsizliyini və onlarla insani rəftar edilməsini təmin 

edir; 

b) gəmini və ya onda olan yükü təhlükə altına qoymamaq vacibliyini lazımi qaydada nəzərə alır; 



c) bayrağın məxsus olduğu dövlətin və ya digər hər hansı bir maraqlı dövlətin kommersiya və ya 

hüquqi maraqlarına xələl gətirməmək vacibliyini lazımi qaydada nəzərə alır; 

d)   imkan  daxilində  gəmiyə  dair  görülən  hər  bir  tədbirin  ekoloji  təhlükəsizlik  tələblərinə  cavab 

verməsini təmin edir. 

2.   Əgər  bu  Protokolun  8-ci  maddəsinə  uyğun  olaraq  görülmüş  tədbirlər  əsasında  motivlər  öz 

əsasını tapmazsa, onda gəmi dəymiş hər bir zərərə və itkiyə görə kompensasiya alır, bir şərtlə ki, 

həmin gəmi görülən tədbirlərə bəraət qazandıran hər hansı bir əməl törətməmiş olsun. 

3.  Bu  Fəslə  uyğun  olaraq  qəbul  edilmiş  və  ya  həyata  keçirilmiş  istənilən  tədbir  aşağıda 

göstərilənlərə xələl gətirməmək və təsir etməmək zərurətini lazımi qaydada əks etdirir: 

a)  beynəlxalq  dəniz  hüququna  uyğun  olaraq  sahilyanı  dövlətlərin  həyata  keçirdiyi 

yurisdiksiyasına, onların hüquq və öhdəliklərinə; və ya 

b) bayrağın məxsus olduğu dövlətin gəmi ilə əlaqədar inzibati, texniki və sosial məsələlərə dair 

nəzarətinə və yurisdiksiyasının həyata keçirilməsi səlahiyyətlərinə. 

4.  Bu Fəslə uyğun olaraq dənizdə görülən istənilən tədbir yalnız hərbi gəmilər və ya hərbi uçuş 

aparatları yaxud dövlət xidmətində olmasını bildirən aydın xarici nişanı olan və həmin məqsədlə 

icazə almış digər gəmi və təyyarələr tərəfindən həyata keçirilir. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə