Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

3.   Bu  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  qəbul  edilmiş  düzəliş  İştirakçı  dövlətlər  tərəfindən 

ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. 

4.   Bu  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  qəbul  edilmiş  düzəliş  İştirakçı  dövlətə  münasibətdə,  bu  cür 

düzəlişin qəbul və ya təsdiq edilməsi haqqında sənədin və ya ratifikasiya fərmanının Birləşmiş Millətlər 

Təşkilatının Baş katibisaxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir.

 

5. Düzəliş qüvvəyə mindiyi zaman, həmin düzəlişə bağlı olması haqqında öz razılıqlarını ifadə 



edən  İştirakçı  dövlətlər  üçün  məcburi  olur.  Digər  İştirakçı  dövlətlərin  bu  Protokolun 

müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı 

davam edir. 

 

 



Maddə 19  

Ləğvetmə 

 

 



1.   İştirakçı  dövlət  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə  yazılı  bildiriş  göndərməklə  bu 

Protokolu  ləğv  edə  bilər.  Bu  cür  ləğvetmə  Baş  katib  bildirişi  aldığı  tarixdən  etibarən  bir  il 

müddət bitəndən sonra qüvvəyə minir. 

2.   Regional  iqtisadi  inteqrasiya  təşkilatı,  onun  üzvü  olan  bütün  dövlətlər  bu  Protokolu  ləğv 

etdikdən sonra, həmin Protokolda İştirakçılığını başa çatdırır. 

 

 



Maddə 20  

Depozitari və dillər 

 

 



1.  Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi təyin edilir. 

2.   Bu  Protokolun  ingilis,  ərəb,  Çin,  rus  və  fransız  dillərində  olan  mətnləri  autentikdir,  mətnin 

əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. 

BUNUN  TƏSDİQİ  OLARAQ,  hökumətləri  tərəfindən  lazımi  qaydada  buna  vəkil  edilmiş 

aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar. 

 

 



Birləşmiş  Millətlər  Təşkilatının  Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı 

Konvensiyasını tamamlayan, 

Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı 

  

PROTOKOL 

 

 

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir

 

 

 



PREAMBULA 

 

 



Bu Protokolun İştirakçı dövlətləri, 

miqrantların  quru,  dəniz  və  hava  ilə  sərhəddən  qanunsuz  keçirilməsinin  qarşısının  alınması  və 

onunla  mübarizə  aparmaq  üçün  hərtərəfli  beynəlxalq  yanaşmanın,  o  cümlədən  əməkdaşlıq, 

məlumat mübadiləsi və digər lazımi tədbirlərin, habelə milli, regional və beynəlxalq səviyyədə 

sosial-iqtisadi tədbirlərin görülməsi vacibliyini bəyan edərək

Ali  Məclisin,  beynəlxalq  miqrasiya  sahəsində  və  miqrasiyanın,  xüsusilə  də  yoxsulluqla  və 

aidiyyəti  olan  şəxslərin  beynəlxalq  miqrasiyadan  gələn  mənfəətinin  böyük  həcmdə  artması  ilə 

əlaqədar olan köklü səbəblərin aradan qaldırılmasına yardım etmək məqsədi ilə üzv dövlətləri və 

Birləşmiş Millətlər Təşkilatının bütün sistemini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə 

israrlı  çağırışını  və  müvafiq  hallarda  regionlararası,  regional  və  subregional  mexanizmlərlə 

miqrasiya  və  inkişaf  üzrə  məsələlərin  müzakirəsinin  davam  etməsi  haqqında  tövsiyəsini  əks 

etdirən 1999-cu il 22 dekabr tarixli 54/212 saylı Qətnaməsinə istinad edərək, 

miqrantlarla insani rəftarın və onların hüquqlarının tam müdafiəsinin təmin edilməsi ehtiyacına 

əmin olaraq

digər  beynəlxalq  forumlarda  keçirilən  işlərə  baxmayaraq,  miqrantların  sərhəddən  qanunsuz 

keçirilməsinin  bütün  aspektlərinə  və  bununla  bağlı  digər  məsələlərə  toxunan  universal  sənədin 

mövcud olmamasını nəzərə alaraq, 

müvafiq  dövlətlərə  böyük  zərər  yetirən  və  bu  Protokolda  qeyd  olunan  miqrantların  sərhəddən 

qanunsuz  keçirilməsindən  və  bu  fəaliyyətlə  bağlı  mütəşəkkil  cinayətkar  qrupların  fəaliyyətinin 

əhəmiyyətli dərəcədə genişlənməsindən narahatlıq keçirərək




həmçinin  miqrantların  həyat  və  təhlükəsizliyinə  təhlükə  yarada  biləcək  sərhəddən  qanunsuz 

keçirilməsindən də narahatlıq keçirərək, 

Ali  Məclisin  transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı  hərtərəfli  beynəlxalq  konvensiyanın  və 

xüsusilə miqrantların qeyri-qanuni daşınmasına və sərhəddən keçirilməsinə, o cümlədən dəniz ilə 

daşınmasına qarşı mübarizə üzrə beynəlxalq sənədin işlənib hazırlanması üçün hökumətlərarası 

açıq  tərkibli  xüsusi  komitənin  yaradılması  haqqında  qərarını  əks  etdirən  1998-ci  il  22  dekabr 

tarixli, 53/111 saylı Qətnaməsinə istinad edərək, 

Birləşmiş  Millətlər  Təşkilatının  transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı  Konvensiyasının, 

miqrantların  quru,  dəniz  və  hava  ilə  sərhəddən  qanunsuz  keçirilməsinə  qarşı  olan  beynəlxalq 

sənədlə  tamamlanmasının  bu  cür  cinayətlərin  qarşısının  alınmasına  və  onlarla  mübarizəyə 

yardım edəcəyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər: 

I. ÜMUMİ MÜDDƏALAR 

Maddə 1 

Birləşmiş  Millətlər  Təşkilatının  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı" 

Konvensiyası ilə əlaqə 

 

 



1.   Bu  Protokol  Birləşmiş  Millətlər  Təşkilatının  transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı 

Konvensiyasını tamamlayır. O, həmin Konvensiya ilə birlikdə şərh edilir. 

2.   Əgər  digər  qayda  nəzərdə  tutulmayıbsa,  Konvensiyanın  müddəaları  bu  Protokola 

mutatis  mutandis 

tətbiq edilir.

 

3.   Bu  Protokolun  6-cı  maddəsinə  uyğun  olaraq  cinayət  kimi  müəyyən  edilmiş  cinayətlər, 



Konvensiyaya uyğun olaraq, cinayət kimi tanınmış cinayətlər hesab olunur. 

 

 



Maddə 2  

Məqsəd 

 

 



Bu  Protokolun  məqsədi  miqrantların  sərhəddən  qanunsuz  keçirilməsinin  qarşısını  almaq  və 

onunla  mübarizə  aparmaqdan,  habelə  bu  məqsədlərə  nail  olmaq  üçün  sərhəddən  qanunsuz 

keçirilmiş miqrantların hüquqlarının müdafiəsi zamanı İştirakçı dövlətlər arasında əməkdaşlığın 

təşviq edilməsindən ibarətdir. 

 

 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə