Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə25/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əhmədov Qoşqar

Teymur oğlu

(1917-1975)

1917-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində kəndli ailəsində anadan olmuşdur.7 illik təhsilini öz kəndlərində başa vurduqdan sonra, 1930-cu ildə Bakı şəhərinə gəlmiş, indiki M.Sabir adına texnikuma daxil olmuşdur. O, burada riyaziyyat-la dərindən maraqlanmağa başlamışdır.Texnikumu əla qiymət-lərlə bitirib, Gədəbəyə qayıtmış və Xar-xar 7 illik məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1935-ci ildə yenidən Bakı şəhərinə gəlmiş və  Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olunmuşdur. Bu dövrdə onun riyazi təfəkkürünün inkişafına akademik Ə.Hüseynov, professor Maq-sud Cavadovun və başqalarının böyük təsiri olmuşdur. Uni-versiteti fərqlənmə diplomu ilə bitirmişdir. Q.Əhmədov 1941-ci ildə ordu sıralarına getmiş, elə həmin il F.Dzerjinski adına Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1946-cı ilədək Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini işləmişdir. Ordudan tərxis olunandan sonra ADU-nun aspiran-turasına qəbul olmuş, həmin il irəli çəkilərək Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir. O, 1950-ci ildə “Nüvə parametrdən polinomial asılı olan bir neçə sinif qeyri-xətti inteqral tənliklərin cırlaşmış nüvələr üsulu vasitəsilə araşdırılmasına dair” mövzusunda namizədlik, 1960-cı ildə isə “Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1961-ci ildə professor elmi adını almışdır. 1958-ci ildən ömrünün sonunadək ADU-nun “Diferensial və inteqral tənliklər” kafedrasına rəhbərlik etmişdir.

1961-ci ildə universitetdə təşkil olunmuş hesablama mər-kəzinin direktoru təyin olunmuş,1969-cu ildə Azərbaycan Elm-lər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor Q.Əh-mədov 1965-ci ildə Azərbaycanda ilk dəfə "Optimal idarəetmə-nin riyazi əsasları" üzrə elmi seminar təşkil etmiş və burada ri-yaziyyatın müxtəlif yeni sahələri (optimal idarəetmə nəzəriy-yəsi, meyl edən diferensial tənliklər nəzəriyyəsi, dayanıqlıq nə-zəriyyəsi) öyrənilmişdir. Diferensial və inteqral tənliklər sahə-sində böyük mütəxəssis kimi tanınmış Q.Əhmədov 70-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 60-dan çox elm-lər namizədi hazırlanmışdır. Q.Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun elmi rəhbərliyi ilə yetişmiş alimlər hazırda respublikamızın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Şimali Qafqazın ali məktəblərində, elmi-tədqiqat müəssisələrində müvəffəqiyyətlə çalışırlar. Q.T.Əhmədov respublikamızda riyaziyyatın tədrisi metodikasının inkişafına, orta məktəblərdə riyaziyyatın təd-risinin keyfiyyətinin artırılmasına böyük diqqət və qayğı göstə-rmişdir.

Q.Əhmədovun xidmətləri bir sıra hökumət mükafatları ilə qiymətləndirilmişdir.

O, 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə