Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə22/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   18   19   20   21   22   23   24   25   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əfəndiyev Məmməd

Rəşid oğlu

(1987-1977)

1887-ci ildə Şəki (Nuxa) şəhərində yazıçı ailəsində anadan olmuşdur. Atası Rəşid Əfəndizadə ailəsi ilə birlikdə 1892-ci il-də Tiflisə köçür. O, balaca Məmməd üçün əvvəlcə Tizenxauze-nin (Alman qadını) pansion məktəbində, 1998-ci ildə isə gimnaziyada təhsil almasına şərait yaradır. 1908-ci ildə gimna-ziyanı bitirib və həmin il Peterburq Universitetinin Fizika-riya-ziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olur. Universiteti bitirdikdən sonra 1914-cü ildə yenidən Tiflisiə qayıdır və icti-mai əsaslarla Zaqafqaziya müəllimlər seminariyasında riyaziy-yat dərsi deyir. 1915-ci ildə Şəki gimnaziyasında müəllim, 1917-ci ildə isə gimnaziyanın müdiri olur. O, 1920-ci ildə Şəki qəza maarif şöbəsi məktəblər bölməsinin müdiri vəzifəsinə irəli çəkilir. Elə həmin il Azərbaycan Xalq Maarif komissarlığının sərəncamı ilə Bakıya çağırılır. Ümumtəhsil məktəbləri üçün müəllim hazırlayan bir illik ali kursda mühazirəçi təyin olunur. Bununla da onun fəaliyyətinin yeni mühüm mərhələsi başlayır. Metodik ədəbiyyatların rus dilindən Azərbaycan dilinə tərcümə-si ilə məşğul olur. 1931-ci ildə respublikada ilk pedaqoji institut yaradılır və M.Əfəndiyev Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilir. Bu dövrdə o, riyaziyyat üzrə dərsliklər komissiyasına rəhbərlik edir və özü ali və orta məktəblər üçün bir neçə dərslik yazır. Riyazi analiz, analitik həndəsə üzrə Azər-baycan dilində ilk mühazirələri M.Əfəndiyev oxumuşdur. 1930-1936-cı illərdə M.Əfəndiyev Riyaziyyat kafedrasının müdiri, Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1941-ci ildə o, Azərbaycan Dövlət Universitetinin Riyaziyyat kafedrasına müdir seçilmişdir. Riyazi analiz kursunun mürək-kəb mövzularına aid çəkdiyi şəkillər, fikrini dəqiq ifadə etmək bacarığı ona müəllimlər müəllimi şöhrətini qazandırmışdır. M.Əfəndiyevin “Adi diferensial tənliklər”, “Evdə riyaziyyat”, “Cəbrə aid proqram və tapşırıqlar”, “Riyazi analizdən kontrol tapşırıqları” və s. kitabları, onlarla məqalələri mütəxəssislərin və riyaziyyat həvəskarlarının fəaliyyətinə böyük kömək göstər-mişdir.

M.Əfəndiyev respublikamızda elmi kadrların yetişdirilmə-sinə əməli köməklik göstərmişdir. Bilavasitə onun rəhbərliyi və yaxından iştirakı ilə çoxlu riyaziyyat müəllimləri yetişdiril-mişdir. Onların bir çoxu respublikamızın ali məktəblərində, el-mi-tədqiqat müəssisələrində işləyirlər.

Xidmətləri nəzərə alınaraq Azərbaycanda Sovet hakimiy-yətinin qurulmasının 10-cu ildönümü münasibətilə M.Əfəndi-yevə dosentlik, 1944-cü ildə isə Ali Attestasiya Komissiyası tərəfindən professor (namizədlik dissertasiyası müdafiə etmə-dən) elmi adı verilmişdir.

M.Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti partiya və hökü-mətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 1943-cü ildə Azərbaycan SSR Əməkdar elm xadimi kimi fəxri ada layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, 1958-ci ildə Lenin Ordeni və bir sıra başqa medallarla təltif olunmuşdur.

Əfəndiyev Məhəmməd Rəşid oğlu 01 iyun 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə