Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

 
282 
onu  nadan  bilməyəsən.  Əgər  bir  dəfə  nadanlıq  etsə,  İslama  görə 
hörmətini saxlayasan. 
Səndən kiçiyin haqqı budur ki, ona lütf və məhəbbətlə təlim verəsən, 
xətalarından  keçəsən,  pərdəni  aradan  götürməyəsən,  onunla  nəzakətlə 
rəftar edəsən, işlərində ona kömək edəsən. 
Səndən borc istəyənin haqqı budur ki, imkan dairəsində ona köməklik 
göstərəsən. 
Borc  istədiyin  kəsin  haqqı  budur  ki,  sənə  borc  versə  qəbul  edəsən, 
ona  təşəkkür  edib  minnətdar olasan.  Əgər, verə  bilməsə, üzrünü  qəbul 
edəsən. 
Səni  Allaha  xatir  sevindirən  kəsin  haqqı  budur  ki,  əvvəl  Allaha 
təşəkkür edəsən, sonra ona. 
Sənə  pislik  edənin  haqqı  budur  ki,  onu  əfv  edəsən,  amma  bilsən  ki, 
bağışlamaq  onun  zərərinədir,  ondan  intiqam  al  (ki,  bunun  vasitəsi  ilə 
ağlı başına  gəlsin.) Allah-təala buyurub:  ”Zülm  görərkən intiqam alan 
şəxs hücuma məruz qalmaz.” 
Dindaşlarının  haqqı  budur  ki,  onların  asayişi  məqsədini  güdəsən, 
günahkarları  ilə  mehriban  rəftar  edəsən,  onlara  lütf  göstərəsən,  islaha 
ehtiyacı  olanları  islah  edəsən,  yaxşı  əməl  sahiblərinə  “çox  sağ  ol” 
deyəsən, onlara azar-əziyyət yetirməyəsən, özün üçün istədiyin şeyləri 
onlar  üçün  də  istəyəsən,  özün  üçün  istəmədiyini  onlar  üçün  də 
istəməyəsən,  onların  yaşlılarını  özünə  ata  əvəzi,  cavanlarını  qardaş, 
qoca  qadınlarını  anan  yerində,  uşaqlarını,  azyaşlılarını  övladların 
yerində biləsən. 
(Xüsusi  şərtlərlə  İslamın  himayəsində  olan)  zimmi
 
kafirin  haqqı 
budur  ki,  Allahın  onlardan  qəbul  etdiyini  sən  də  qəbul  edəsən  və  nə 
qədər  ki,  Allahla  bağladıqları  əhd-peymana  sadiqdirlər,  onlara  zülm 
etməyəsən. 


 
283 
YETMİŞDƏN YUXARI TƏRKİBLİ 
NƏSİHƏTLƏRDƏN İBARƏT BÖLMƏ 
Əmirəl-mömininin yetmiş fəziləti var ki, səhabələrdən heç 
biri bu məsələdə ona şərik deyil 
◘“Məkhul”  rəvayət  edir  ki,  bir  gün  həzrət  Əmirəlmöminin  Əli  (ə) 
belə  buyurdu:  “Peyğəmbərin  (s)  ən  yaxın  dostları  bilirlər  ki,  öz 
aralarında  mənim  fəzilətlərimə  çata  biləcək  bir  kəs  yoxdur  və  mənə 
yetmiş  fəzilət  məxsusdur  ki,  bu  məsələdə  heç  kəs  mənə  şərik  deyil.” 
Ərz  etdim:  “Ey  Əmirəlmöminin  (ə),  məni  onlardan  agah  edin.” 
Buyurdu: “Həmin fəzilətlər bunlardır: 
1.  Bir  göz  qırpımı  miqdarında  da  olsa  heç  vaxt  Allaha  şərik 
qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm.  
2. Heç vaxt şərab içməmişəm.  
3.  Allahın  Rəsulu  (s)  körpə  ikən  məni  atamdan  alıb  özünün 
həmsüfrəsi, həmdəmi, həmsöhbəti edib.  
4. Mən bütün kişilərdən qabaq İslamı qəbul etdim.  
5.  Həzrət  Peyğəmbər  (s)  mənə  buyurub:  ”Ey  Əli!  Sənin  mənə  olan 
nisbətin  Harunun  Musaya  olan  nisbəti  kimidir.  Fərq  yalnız  bundan 
ibarətdir ki, məndən sonra peyğəmbər gəlməyəcək.  
6.  Mən  Peyğəmbərdən  (s)  ayrılan  axırıncı  kəsəm  və  onun  mübarək 
bədənini də aramgahına (məzar – red.) mən qoydum.  
7.  Həzrət  Rəsul  (s)  hicrət  etdiyi  gecə  öz  yatağında  məni  yatırtdı  və 
əbasını  mənim  üzərimə  atdı.  Müşriklər  evə  hücum  edən  zaman  məni 
Məhəmməd (s) zənn edib oyatdılar. Mənə dedilər: “Dostun hara gedib? 
Dedim:  “İş  dalınca  gedib.”  Dedilər:  “Əgər  o  qaçsaydı,  bu  da  onunla 
qaçardı.”  
8.  Həzrət  Rəsul  (s)  mənə  min  bab  elm  öyrətdi  ki,  hər  bir  babdan  da 
min bab açılır. Bunu məndən başqa heç kəsə öyrətməyib.  
9.  Həzrət  Rəsul  (s)  mənə  deyib  :  “Ey  Əli!  Qiyamət  günü  mənim 
minbərim bütün peyğəmbərlərin minbərindən yuxarı, sənin minbərinsə 
bütün vəsilərin minbərindən üstün olacaq.”  
10.  Həzrət  Rəsuldan  (s)  eşitdim  ki,  belə  buyurdu:  “Ey  Əli!  Qiyamət 
günü mənə əta olunacaq hər bir şeydən sənə də əta edəcəklər.”  
11.  Həzrət  Rəsuldan  (s)  eşitdim  ki,  belə  buyurdu:  “Ey  Əli!  Sən 
mənim qardaşımsan, mən də sənin. Behiştə daxil olana qədər sənin əlin 
mənim əlimdə olacaq.”  
12.  Allahın  Peyğəmbərindən  (s)  eşitdim  ki,  belə  buyurdu:  “Ey  Əli! 
Sənin ümmətimdən ötrü məsəlin Nuhun gəmisi kimidir. Ona minən hər 
kəs nicat tapar və ondan uzaqlaşan da qərq olar.”  


 
284 
13.  Peyğəmbər  (s)  əmmaməsini  başıma  bağladı,  düşmənə  qalib 
gəlməyimdən  ötrü  dua  etdi,  mən  də  Allahın  izni  ilə  düşmənə  qalib 
gəldim. 
14.  Bir  dəfə  Həzrət  Rəsul  (s)  mənə  buyurdu  ki,  südü  qurumuş 
qoyunun  döşünə  əl  çəkim.  Mən  ərz  etdim:  “Ya  Rəsuləllah,  siz  əl 
çəkiniz.” Buyurdu: “Ey Əli, sənin işin, mənim işimdir.” Mən də əlimi 
qoyunun  döşünə  çəkdim.  Ondan  süd  gəlməyə  başladı.  Ondan  həzrət 
Rəsula (s) içirtdim. Sonra qoca bir arvad gəlib susuzluqdan şikayət etdi. 
Süddən  ona  da  verdim.  Peyğəmbər  (s)  buyurdu:  “Mən  Allah-təaladan 
istədim ki, sənin əlinə bərəkət versin, O da qəbul etdi.” 
15.  Peyğəmbər  (s)  mənə  vəsiyyət  edib  buyurdu:  “Ey  Əli!  Səndən 
başqa mənə heç kəs qüsul verməsin və övrətimi səndən başqa heç kəs 
örtməsin.  Əgər  səndən  başqa  bir  kəs  mənim  övrətimi  görsə,  hər  iki 
gözü  kor  olar.”  Mən  dedim:  “Ya  Rəsuləllah,  bəs  sizi  necə  çevirim?” 
Buyurdu: “Sənə kömək  göstəriləcək.” And olsun Allaha, o Həzrətə (s) 
qüsul  verərkən  hansı  üzvünü  çevirmək  istəyirdimsə  mənim  üçün 
çevrilirdi.  
16.  Mən  ona  qüsul  vermək  istəyərkən  əynində  olan  paltarını 
çıxartmaq  istədim.  Mənə  belə  dedilər:  “Ey  Məhəmmədin  vəsisi!  Onu 
çılpaq etmə elə əynindəki köynək qala-qala ona qüsul ver.” And olsun 
onu  (s)  peyğəmbərliyə  təyin  edən  Allaha,  mən  onun  heç  bir  övrətinin 
üzərini  açmadan  ona  qüsul  verdim.  Allah,  bu  şərəfi  o  Həzrətin  (s) 
səhabələri arasında yalnız mənə bəxş etdi. 
17.  Allah-təala  Fatimənin  yalnız  mənimlə  evlənməsinə  razı  oldu. 
Məndən qabaq Əbu-Bəkr və Ömər bu barədə Peyğəmbərə (s) müraciət 
etmiş,  lakin  rədd  cavabı  almışdılar.  Amma  Allah  yeddi  asimanın 
fövqündə  onu  mənə  zövcə  etdi.  Peyğəmbər  (s)  buyurdu:  “Xoş  sənin 
halına,  ey  Əli!  Allah  cənnət  qadınlarının  sərvəri  olan  Fatiməni  sənə 
zövcə etdi. Fatimə mənim bədənimin bir parçasıdır.” Mən dedim: “Ey 
Allahın  rəsulu!  Məgər  mən  səndən  deyiləmmi?”  Buyurdu:  “Bəli,  ya 
Əli! Sən məndən, mən də səndənəm. Biz səninlə sağ əllə sol əl kimiyik. 
Mən dünya və axirətdə səninləyəm və sənə ehtiyacım var.” 
18.  Peyğəmbər  (s)  mənə  buyurdu:  “Ey  Əli,  axirətdə  “həmd  bayrağı” 
sənin əlində olacaq və Qiyamət günündə də məxluqatın mənə ən yaxın 
olanısan.  Mən  peyğəmbərlərin  arasında,  sən  isə  övsiyaların  və 
canişinlərin  arasında  olacaqsan.  Sənin  başına  nurdan  tac  qoyulmuş 
olacaq.  Allah  məxluqatının  əməllərini  haqq-hesab  edənə  qədər  yetmiş 
min mələk sənin yanında olacaq. 
19.  Peyğəmbər  (s)  mənə  buyurub:  ”Tezliklə  peyman  sındıranlar 
(nakisin), zülmkarlar (qasitin) və dindən çıxanlarla (mariqin) müharibə 
edəcəksən.  Onlardan  səninlə  döyüşən  hər  bir  nəfərə  görə  şiələrindən 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə