Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə88/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

 
271 
Belə  kəsləri  Allah-təala  fasiqlər  zümrəsinə  aid  edib  buyurur:  “Onlar 
fasiqlərdir”
1
(1) 
◘Ey  Kumeyl!  Namaz  qılıb,  oruc  tutub,  sədəqə  verməyin  elə  də 
mühüm  deyil,  mühüm  olan  odur  ki,  namaz  pak  qəlblə,  Allah  yanında 
bəyənilmiş əməllərlə, xüzu-xüşu və təvazökarlıqla yanaşı olsun və bax 
gör ki, nədə (necə paltarda), nəyin üzərində namaz qılarsan. Çünki əgər 
onlar  səhih  və  halal  yoldan  ələ  gətirilmiş  olmazsa,  namazın  qəbul 
olunmaz.  
◘Ey  Kumeyl!  Dil  (sözü,  danışığı)  qəlbdən  çəkib  çıxarır,  qəlb  də 
(yəni, onun pak olub-olmaması) yeməkdən asılıdır. Elə isə bədəninə və 
qəlbinə verdiyin yeməyə nəzarət et, çünki, əgər o, halal olmasa, Allah 
sənin şükr və təsbihini qəbul etməz. 
◘Ey  Kumeyl!  Bil  və  agah  ol!  Biz  yaradılmış  olan  heç  bir  varlığın 
əmanətini qaytarmamağa icazə vermirik. Hər kəs məndən bu məsələyə 
icazə verməyim barədə hədis rəvayət etsə, yalan demişdir. And içirəm 
ki,  Həzrət  Rəsul  (s)  dünyadan  getməmişdən  bir  saat  öncə  üç  dəfə 
təkrarən mənə belə buyurdu:  “Ey Əbəlhəsən, əmanəti sahibinə  qaytar, 
istər  yaxşı  adama  olsun,  istər  pisə,  istər  az  olsun,  istərsə  də  çox,  istər 
sap olsun, istərsə də iynə.” 
◘Ey  Kumeyl!  Adil  imamsız  müharibə,  cihad  və  fazil  imamsız 
qənimət caiz deyil. 
◘Ey Kumeyl! Din  yalnız Allah tərəfindəndir və Allah rəsul, nəbi və 
vəsidən başqa heç kəs vasitəsi ilə dinini ayağa qaldırmaz. 
◘Ey  Kumeyl!  Allah-təala  böyük,  səbirli,  əzəmətli  və  mehribandır. 
Allah  bizi Özünün  əxlaqına  uyğun  tərbiyələndirdi  və  göstəriş  verdi ki, 
onu əxz edək və camaata öyrədək. Biz heç bir yanlışlığa yol vermədən 
bunu yerinə yetirdik, təkzib və inkar etmədən bunu təsdiq etdik və heç 
bir şəkk-şübhə olmadan qəbul etdik. 
◘Ey  Kumeyl!  And  olsun  Allaha!  Mənə  itaət  edib,  sözümə  qulaq 
asmaqdan ötrü sözbazlıq etmirəm və heç kəsə var-dövlət və vəzifə söz 
verməmişəm  ki,  sözümdən  çıxıb  mənə  qarşı  itaətsizlik  göstərsinlər. 
Mən  ərəbin  rəzil,  alçaq  və  şəxsiyyətsizlərinə  Əmirəlmöminin  (ə) 
olmaqdan ötrü üz tutacaq deyiləm. 
◘Ey  Kumeyl!  Arzusuna  çatanlar  bu  fani  və  keçib  gedən  dünyada 
arzuya çatıblar, biz isə öz istəklərimizə əbədi axirətdə çatacağıq. 
◘Ey  Kumeyl!  Bu  iki  dəstə  insanın  hər  ikisi  üzü  axirətə  tərəf  gedir. 
Bizim  rəğbət  bəslədiyimiz  şey  Allahın  razılığı  və  behiştin  uca 
məqamlarıdır. Allah bunları təqvalı olanlara əta edər. 
◘Ey Kumeyl! Behiştə getməyən kəsi qəmli əzab və zillətlə müjdələ! 
                                                 
1
 “Həşr”, 19. 


 
272 
◘Ey Kumeyl! Mən Allahın verdiyi tövfiq sayəsində hər bir halda ona 
həmd və səna edirəm. İstədiyin vaxt qalxa bilərsən. 
Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən 
◘Qədir-xum  günü  həzrət  Peyğəmbərin  (s)  göstərişinə  əsasən  onun 
üçün  hazırlanmış  minbərə  qalxıb  xütbə  oxudu.  Xütbə  əsnasında  əlli 
dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, 
xilafətə  təyin  olunması  barədə  onlara  göstərişlər  verdi  və  bu 
məsələlərdə çoxlu təkid edib bu məsələni onlara tamam-kamal çatdırdı. 
İndi  biz  o  həzrətin  (s)  misilsiz  və  qiymətli  sözlərindən  bəzilərini  sizə 
təqdim edirik: 
◘Ey  camaat!  Allah  onu  (Əlini  (ə))  sizə  rəhbər  təyin  edib.  Ona  itaət 
etmək ənsar, mühacir və tabeindən olan saleh əməl sahiblərinə, şəhərli 
və kəndli, ərəb və əcəm, azad və qul, kiçik və böyük, ağ və qara dərili 
və  yeganə Allaha sitayiş edən hər kəsə vacibdir. Onun hikməti  rəvan, 
danışığı  haqq,  fərmanı  itaət  olunmalıdır.  Onunla  müxalifət  edən 
məlundur. Ona itaət edən Allahın rəhmətinə qovuşar. 
◘Ey camaat! Bura mənim dayanacağım axırıncı yerdir. Eşidin və itaət 
edin.  Öz  Pərvərdigarınızın  fərmanı  qarşısında  baş  əyin.  Allah  sizin 
yeganə məbudunuz və  yeganə rəbbinizdir. Ondan sonra itaət olunmalı 
kəs onun elçisi Məhəmməddir (s). Məndən sonra itaət olunmalı şəxs isə 
Əlidir.  O  sizin  vəliniz,  rəhbəriniz  və  imamınızdır.  İmamət  nəsli 
Qiyamətə  qədər  mənim  nəslimdən  və  onun  övladlarındandır.  Allahın 
halal  etdiklərindən  başqa  halal  və  Onun  haram  etdiklərindən  başqa 
haram yoxdur. 
◘Ey  camaat!  Allah  bütün  elmləri  mənə  öyrətmiş,  mən  də  Allahın 
mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm. 
◘Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin 
və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin. 
◘Ey  camaat!  Allahın  onu  üstün  tutduğu  kimi  siz  də  üstün  tutun  və 
onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib təyin edib. 
◘Ey camaat! Bilin ki, o, Allah tərəfindən təyin olunmuş bir imamdır. 
Buna  görə  də  Allah  onun  vilayətini  inkar  edənləri  bağışlamaz  və  heç 
vaxt onların bu günahlarından keçməz! 
◘Ey  camaat!  Allah  bu  fəzilət  və  üstünlüyü  mənə  əta  edib  və  bunun 
vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib. 
◘Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra 
bütün  insanlardan  –  istər  kişi  olsun,  istərsə  də  qadın  -  üstündür.  Allah 
bizim  vücudumuzun  bərəkətinə  görə  məxluqatına  ruzi  verir  və  onları 
saxlayıb yaşadır. 


 
273 
◘Ey camaat! Bilin ki, o, “Cənbillah”dır. (yəni, onun vilayətini qəbul 
etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda 
buyurur:  

”Cənbillah” barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!

 
◘Ey camaat! Quran üzərində dərindən düşünün,  onun ayələrini dərk 
edin,  onda  olan  möhkəm  ayələrə  nəzər  salın  və  mütəşabih  ayələrin 
ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən 
başqa  (yəni,  Əlidən  (ə)  başqa)  kimsə  sizə  Allahın  nəhy  etdiklərini 
bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz. 
◘Ey  camaat!  Əli  (ə)  və  nəslimdən  olan  pak  imamlar  “siqli-əsğər” 
(yəni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Quran isə  “siqli-
əkbər”dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların 
hər  biri  digərindən  xəbər  verir.  Bunların  heç  biri  Behiştdəki  Kövsər 
Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz. 
◘Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən 
sonra  ümmətim  arasında  və  Allahın  kitabının  təfsirində  mənim 
canişinimdir.  Allahın  fərmanına  əsasən  deyirəm:  “İlahi,  onunla  dost 
olanla dost, düşmən olanla da düşmən ol!” 
◘Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil 
etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə 
və  onları  öz  imamı  kimi  qəbul  etməsə,  o  həmin  kəslərdən  olacaq  ki, 
onların əməlləri batil və özləri də etibardan düşmüş kəslərdir. 
◘Ey  camaat!  Əli  (ə)  mənə  sizin  hamınızdan  artıq  kömək  edib  və 
mənim  üçün  sizin  hamınızdan  daha  yaxın  və  daha  layiqlidir.  Mütəal 
Allah da, mən də ondan çox razıyıq. 
◘Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən 
ötrü  döyüşçüdür.  O,  pak  təqvalı  və  hidayət  olmuş  hidayətçidir.  Sizin 
peyğəmbəriniz  (s)  peyğəmbərlərin  ən  üstünü,  Əli  (ə)  vəsilərin  ən 
üstünü,  onun  mənim  nəslimdən  olan  övladları  da  canişinlərim  və 
imamların ən üstünüdür. 
◘Hər  bir  peyğəmbərin  canişinləri  onun  öz  sülbündəndir.  Mənim 
canişinlərim isə Əlinin sülbündəndir. 
◘Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. 
Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil 
olar və hədərə gedər, qədəmləriniz titrəyər. 
◘Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman 
gətirin! 
◘Ey  camaat!  Mən  sizi  qorxudub  çəkindirirəm.  Mən  Allahın  sizin 
üçün  göndərdiyi  elçisiyəm.  Məndən  öncə  də  peyğəmbərlər  gəlib 
getmişdir.  Məgər  ölsəm  yaxud  öldürülsəm  keçmiş  cahiliyyətinizə 
gerimi dönəcəksiniz? 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə