Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə93/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

 
285 
yüz  min  nəfərinə  şəfaət  edəcəksən.”  Dedim:  “Ey  Rəsuləllah,  peyman 
sındıranlar kimlərdir? “ Buyurdu: “Təlhə və Zübeyr. Tezliklə onlar sənə 
Hicazda  beyət  edib,  İraqda  isə  həmin  peymanı  sındıracaqlar.  Belə 
etdikləri  zaman  onlara  qarşı  vuruş.  Çünki  sənin  onlarla  döyüşün  yer 
əhli  üçün  paklıq  və  təharətdir.”  Dedim:  “Zülmkarlar  kimlərdir?” 
Buyurdu:  “Müaviyə  və  yaxınları.”  Dedim:  “Bəs  dindən  çıxanlar 
kimlərdir?  “  Buyurdu:  “Zus-sədiyyə  yoldaşları.  Onlar  dindən  oxun 
yaydan  çıxdığı  kimi  çıxacaqlar.  Onları  öldür.  Çünki  onların  ölümündə 
yer əhlindən ötrü fərəc və açılış, dindən çıxmışlardan ötrü təcili əzab və 
sənin üçün isə Allah-təala yanında xüsusimükafat var.” 
20.  Peyğəmbər  (s)  mənə  belə  buyurdu:  “Sənin  ümmətimdən  ötrü 
məsəlin Bəni-İsrailin “Hittə qapısı” kimidir. Sənin vilayətini qəbul edən 
şəxs Allah-təalanın ona buyurduğu kimi həmin qapıdan daxil olub.” 
21.  Peyğəmbər  (s)  belə  buyurdu:  “Mən  elm  şəhəri,  Əli  isə  onun 
qapısıdır. Şəhərə onun qapısından başqa bir yerdən daxil olmaq olmaz.” 
Sonra  buyurdu:  “Ey  Əli!  Sən  mənimlə  bağladığın  peymana  sadiq 
qalacaqsan,  mənim  sünnəmə  uyğun  döyüşəcəksən,  mənim  ümmətimsə 
sənə qarşı çıxacaq.” 
22.  Həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  eşitdim:  “Allah-təala 
Həsən və Hüseyni sənin və Fatimənin nurundan xəlq edib. Bu iki nəfər 
iki  qulaqdan  asılmış,  hərəkət  edən  iki  sırğaya  bənzəyir.  Bu  iki  nəfərin 
nuru  şəhidlərin  nurunun  yetmiş  min  qatına  bərabərdir.  Ey  Əli!  Allah-
təala mənə vəd verib, bu iki nəfərə elə bir kəramət əta edəcək ki, bu cür 
nuru heç bir peyğəmbərə və rəsuluna əta etməyib.” 
23.  Peyğəmbər  (s)  hələ  sağlığında  öz  üzüyünü,  zirehini,  belbağısını 
mənə  əta  etdi.  Bütün  səhabələrinin  yanında,  hətta,  əmim  Abbasın 
hüzurunda öz qılıncını mənə bağışladı. Allah-təala bütün bunlar vasitəsi 
ilə məhz məni Peyğəmbər (s) yanında xüsusi imtiyaz sahibi etdi. 
24.  Allah-təala  öz  Peyğəmbərinə  (s)  belə  vəhy  etdi: 

Ey  möminlər! 
Elə  ki,  Allahın  rəsulu  ilə  xüsusi  söhbət  etmək  istədiniz,  bu  söhbətdən 
qabaq sədəqə verin.

 
Bu  zaman  mənim  bir  dinarım  var  idi.  Onu  on  dirhəmlə  əvəz  etdim. 
Hər  dəfə  Peyğəmbərlə  (s)  xüsusi  söhbət  etmək  istəyərkən  həmin 
dirhəmlərin  birini  sədəqə  verirdim.  And  olsun  Allaha,  o  Həzrətin  (s) 
səhabələrindən heç biri nə məndən əvvəl, nə də məndən sonra bu əməli 
yerinə yetirdi. Bundan sonra Allah-təala belə vəhy etdi: 

Xüsusi  söhbət  etməzdən  qabaq  sədəqə  verməkdən  qorxdunuzmu?! 
Buna əməl etmədiniz, amma Allah sizi bağışladı.

 
Məgər, günah etməyən bir kəsdən ötrü bağışlanma varmı?! 
25. Allah Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: “Nə qədər ki, 
mən  daxil  olmamışam,  Behişt  bütün  peyğəmbərlərə  haramdır  və  nə 


 
286 
qədər ki, sən daxil olmamısan bütün vəsi və canişinlərə behiştə getmək 
haramdır.  Ey  Əli!  Allah  mənə  sənin  barəndə  bir  bəşarət  verib  ki,  onu 
məndən  öncə  heç  bir  peyğəmbərə  verməyib.  Həmin  bəşarət  budur  ki, 
sən  bütün  övsiyə  və  canişinlərin  sərvəri,  Həsən  və  Hüseyn  də  bütün 
behişt cavanlarının sərvəridirlər.” 
26.  Qardaşım  Cəfər  Behiştdə  maləklərlə  bir  yerdə  pərvaz  edir  və 
Allah onu dürr, yaqut və zəbərcəddən olan iki qanadla zinətləndirib. 
27. Əmim Həmzə behişt şəhidlərinin sərvəridir. 
28. Peyğəmbər (s) belə buyurdu: “Allah-təala sənin barəndə mənə vəd 
verib  ki,  məni  peyğəmbər,  səni  isə  mənim  vəsim  və  canişinim  etsin. 
Məndən  sonra  tezliklə  sən  mənim  ümmətimdən  Musanın  Firondan 
gördüklərini görəcəksən. Sən mənimlə görüşənədək bütün bunlara döz 
və Allahın savabına ümidvar ol. Mən isə, səninlə dostluq edənlə dost, 
düşmənçilik edənlə düşmənəm. 
29. Həzrət Peyğəmbərin  (s) belə buyurduğunu eşitdim: “Ey Əli! Sən 
Kövsər hovuzunun sahibisən. Səndən başqa onun başqa sahibi yoxdur. 
Bəziləri  yanına  gəlib  səndən  su  istəyəcək,  sən  isə  onlara  belə 
deyəcəksən:  “Yox,  heç  zərrə  qədər  də  olmaz!”  Onlar  da  üzüqara  geri 
qayıdarlar.  Mənim  və  sənin  şiələrin  sənə  yaxınlaşan  zaman  isə  onlara 
belə deyəcəksən: “Ləzzətlə və doyunca için.” Onlar içdikcə üzləri ağ və 
parlaq olar. 
30.  Həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  eşitdim:  “Qiyamət 
günü  mənim  ümmətim  beş  dəstədən  ibarət  olmaqla  beş  bayraq  altında 
birləşəcəklər.  Birinci  bayraq  altında  mənim  hüzuruma  gələn  dəstənin 
bayraqdarı  bu  ümmətin  fironu  Müaviyədir.  İkinci  dəstənin  bayraqdarı 
bu  ümmətin  “Samiri”si  olan  Ömər  ibn  Asdır.  Üçüncü  dəstənin 
bayraqdarı  bu  ümmətin  “Casliq”i  olan  Əbu  Musa  Əşəridir.  Dördüncü 
bayraqdar “Əbul-Əvər Silmi”dir. Beşinci bayraqdar isə sənsən, ya Əli! 
Sənin bayraqdar olduğun dəstədə olanların hamısı möminlərdir, sən də 
onların imamı. Həmin vaxt Mütəal-Allah ilk dörd dəstəyə belə buyurur: 

Geri  dönün  və  özünüzə  nur  axtarın.  O  zaman  aralarına 
qapısının içəri tərəfində rəhmət, bayır tərəfində əzab olan bir sədd 
çəkilər.

1
(1) 
Onlar  (içəridə  olanlar)  mənim  şiələrim,  mənimlə  dostluq  edər, 
Siratdan və rəhmət qapısından qayıdan kəslərlə mənimlə birgə döyüşən 
kəslərdir.  O  zaman  (səddin  bayır  tərəfində  olanlar)  onları  çağırıb 
deyərlər: 

Məgər  biz  sizinlə  birlikdə  deyildikmi?!  Onlara  belə  cavab 
verərlər: “Bəli, lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz 
                                                 
1
 “Hədid”, 13. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə