Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

 
65 
 
◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs 
bu  işə  başlayan  kimi  onun  üçün  yazılan  savab  altmış  illik  ibadətdən 
üstündür. 
 
◘Allahın  məni məhz  onun  üçün  göndərdiyi  elm  və  hidayət  müxtəlif 
yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bəziləri münbitdir. Suyu 
özünə  çəkir,  gözəl  yaşıllıqlar  yetirir.  Eyni  zamanda  sudan  müəyyən 
miqdarını  özünə  çəkib  müəyyən  qablarda  onu  su  anbarı  şəklində 
qoruyub  saxlayır.  Beləliklə  də  Allah  insanlara  mənfəət  yetirir;    həmin 
su anbarlarından içməli  su kimi və əkin biçin işlərində istifadə  edirlər. 
Bu yerlərin bəziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə 
də  suyu  özündə  qoruyub  saxlayır.  İnsanların  da  bəzisi  din  elmlərini 
öyrənib ona əməl edir və eyni zamanda onu həm də  yayırlar.  Bəziləri 
də nə əməl edirlər, nə də tədris. 
 
◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, 
Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də 
odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm 
də onun vasitəsi ilə düzgün qəzavət edir. 
 
◘Hər  kim  ki,  insanları  haqqa  dəvət  edir,  haqqa  gələnlərin  əməlləri 
miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin 
də  savabları  öz  yerində  qalar.  Hər  kim  də  ki,  insanları  haqq  yoldan 
azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah 
yazılar və eyni zamanda onların öz günahları da yerində qalar. 
 
◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. 
Digər insanlarda isə xeyir yoxdur. 
 
◘Elm  öyrənib  zöhdə  riayət  etməyən  kəs  Allahdan  uzaq  düşməkdən 
başqa  bir  şey  əldə  etməyib.  (Zöhd  odur  ki,  əlinə  gələn  şey  üçün 
sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.) 
 
◘Səhl  ibn  Səd  deyir:  “Bir  kişi  Peyğəmbərin  (s)  hüzuruna  gəlib  ərz 
etdi:  “Mənə  elə  bir  əməl  öyrət  ki,  həm  Allah  yanında,  həm  də  camaat 
nəzərində  sevimli  olsun.  Buyurdu:  “Dünyaya  könül  bağlama,  Allah 
yanında  əziz  olarsan.  Camaatın  da  malına  göz  dikmə,  camaat  səni 
sevsin.” 
 


 
66 
◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, 
qəbirlərdən  behiştə  doğru  pərvaz  etsinlər,  orada  istədikləri  şəkildə 
dövrə  vursunlar  və  müxtəlif  nemətlərdən  bəhrələnsinlər.  Məlaikələr 
onlardan  soruşar:  “Siz  kimin  ümmətindənsiniz?”  Cavab  verərlər: 
“Məhəmməd (s) ümmətindən.” Soruşarlar: “Siz Allah, sizin  dünyadakı 
əməliniz nə idi?” Cavab verərlər: “İki xüsusiyyət səbəb oldu ki, Allah 
Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah 
qarşısında  günah  etməkdən  çəkinərdik  və  aza  da  qane  olardıq.” 
Məlaikələr deyər: “Bəli, siz bu məqama layiqsiniz.” 
 
◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri 
sakit. Danışan Qurandır, sakit isə ölüm. 
DÖRDÜNCÜ FƏSİL 
Əli ibn Əbitalibdən (ə) nəql olunan şiə hədisləri 
◘Həzrət Əli (ə) buyurub: “İnsanların iki qismi var ki, onların yoldan 
azmasına  mən  səbəb  olaram,  halbuki,  məndə  təqsir  yoxdur:  Biri 
(mənim  barəmdə)  qabağa  gedən  (həddi  aşan)  dost,  biri  də  geri  qalan 
(məndən üz döndərən) düşmən.” 
(Şeyx  Səduq  “Əmali”  kitabında  bu  hədisi  nəql  etdikdən  sonra  yazır: 
“Bu  sözü  Həzrət  (ə)  üzürxahlıqla,  onun  barəsində  həddi  aşanlar  və 
ifrata  varanlardan  ötrü  deyib  ki,  bilsinlər  ki,  o  Həzrət  (ə)  onların  bu 
əqidəsinə nifrət edir.”) 
Bunun  ardınca  Həzrət  (ə)  buyurur:  “And  olsun  öz  canıma!  Əgər  İsa 
da  (ə)  nəsranilərin  ifratçı  sözləri  qarşısında  sükut  etsəydi  Allah  ona 
əzab verərdi.” 
 
◘Səbir  iki  növdür:  Biri  bəla  gələn  zaman  dözümlü  olmaq.  Bu  çox 
yaxşıdır.  Lakin  bundan  da  üstünü  haram  iş  qarşıya  çıxarkən  səbirli 
olmaqdır. 
 
◘Allahı zikr (yad) etmək də iki növdür: Biri müsibət üz verən zaman, 
digəri - bundan da üstün olanı - insanı günahdan saxlayıb onu harama 
düşməkdən çəkindirən zikr. 
 
◘Həzrət  Əlidən  (ə)  soruşdular:  “Xeyir  nədir?”  Buyurdu:  “Xeyir  bu 
demək  deyil  ki,  var-dövlətin  və  övladın  çox  olsun.  Xeyir  budur  ki,  
elmin  çox,  əməlin  kamil  olsun,  Allah  da  sənin  ibadətinlə  fəxr  etsin. 
Allah  da  sənin  o  ibadətinlə  fəxr  edər  ki,  yaxşı  iş  görən  zaman  Allaha 
şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən. 


 
67 
 
◘Dünyada  iki  qisim  insandan  başqa  heç  kəsdə  xeyir  yoxdur.  Biri 
günahlarını  tövbə  vasitəsi  ilə  aradan  aparanlar,  digəri  isə  xeyir  işlər 
görməyə  sürətlə  tələsənlər.  Təqva  vasitəsilə  görülən  heç  bir  ibadət  az 
deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?! 
 
◘Məhəmmədin  (s)  dostu  o  kəsdir  ki,  onunla  qohum  olmasa  da, 
Allahın  fərmanlarına  itaət  etsin.  Düşməni  o  kəsdir  ki,  qohum  olsa  da 
günahkar olsun. 
 
◘Əli (ə) oğlu Həsənə (ə) buyurub: “Allahdan elə qorx ki, sanki, bütün 
insanların  ibadəti  ilə  Onun  dərgahına  getmisən,  lakin  səndən  qəbul 
edəcəyinə arxayın deyilsən və Onun rəhmətinə elə ümidvar ol ki, sanki, 
bütün insanların günahları ilə Onun dərgahına getmisən və ümidvarsan 
ki, səni bağışlayacaq.” 
 
◘Dünya  keçid  yeridir.  Axirət  isə  mənzil.  Dünyada  olan  insanlar  iki 
firqədir.  Biri  özünü  dünyaya  satır  və  həlak  edir.  Digəri  isə  öz  canını 
dünyadan alır və azad edir. 
 
◘Dünya  və  axirət  iki  barışmaz  düşmən  və  iki  müxtəlif  yoldur. 
Dünyanı  dost  bilən  axirətə  düşməndir.  Dünya  və  axirət  şərq  və  qərb 
kimidir. Hansına tərəf yaxınlaşsan o birisindən uzaqlaşırsan. 
 
◘Qənaət (qane olma) və itaət izzət və ehtiyacsızlığa, hərislik (tamah) 
və günah isə zillət və bədbəxtliyə səbəb olur. 
 
◘And olsun Allaha, mən əlimi əjdəhanın ağzına apararam, lakin heç 
dünyaya  yeni  gəlmişin  də  qabağında  açmaram;  o  ki  qalsın  hər  əlinə 
gələni  dəyərsiz  hesab  edib  tərəddüd  etmədən  əta  edənin  qabağından. 
Günəş bulud arxasında olsa da hamı onun işığından istifadə edir. 
 
◘Əli  (ə)  öz  səhabələrindən  birinə  buyurub:  Məbada  ümdə  səy  və 
himmətini  arvad-uşağına  sərf  edəsən.  Əgər  onlar  Allahın 
dostlarıdırlarsa,  Allah  heç  vaxt  öz  dostlarını  başlı-başına  buraxmaz. 
Əgər  Allahın  düşmənləridirlərsə  nəyə  görə  Allahın  düşmənlərindən 
ötrü təlaş göstərirsən?! (Yəni, dini və əxlaqi vəzifələrindən qabaq onlar 
barəsində düşünmə.) 
 
◘Oğlu İmam Həsənə (ə) buyurub: “Oğul! Var-dövlət yığmaqdan ötrü 
səy  göstərmə!  (Məqsəd  onu  qeyri-şəri  olaraq  cəm  etməkdir.)  Çünki 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə