Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 
89 
◘Qiyamət  günü  üç  dəstə  insan  müşkdən  də  ətirli  təpənin  üstündə 
qərar  tutaraq  məhşərin  vahiməsindən,  haqq-hesabdan  amanda  olarlar; 
Allah  xatirinə  Quran  oxuyanlar,  namaz  qılanların  ondan  razı  olduğu 
imam-camaat və məsciddə Allah rizasından ötrü azan deyənlər. 
 
◘Üç  nəfər  hesabsız  behiştə  daxil  olar.  Birincisi,  (fəqirliyin 
şiddətindən)  köynəyini  yuyub,  geyinməyə  başqa  bir  paltar  tapmayan 
şəxs, digəri odur ki, mətbəxində iki növ xörək bişirməsin. Üçüncüsü isə 
odur ki, bu gün yeməyə bir şeyi var, sabahın dərdini çəkmir. 
 
◘Üç  nəfər  hesabsız  cəhənnəmə  gedər;  başı  ağarmış  zinakar,  aqq-
valideyn və şərab içən. 
 
◘Əgər  Allah  bir  bəndəyə  xeyir  vermək  istəsə  onun  dünyaya  olan 
rəğbətini  azaldar,  ona  din  elmi  verər  və  ona  eyiblərini  göstərər.  Hər 
kəsə  bu  üç  xüsusiyyət  verilsə  ona  həm  dünya,  həm  də  axirət  xeyri 
verilib. 
 
◘Dünyaya  könül  bağlayan  hər  bir  kəs  üç  şeyə  düçar  olar;  sonsuz 
qəm-qüssəyə,  (heç  vaxt  baş  tutmayacaq)  xam-xəyallara  və  çata 
bilməyəcəyi ümidlərə. 
 
◘Üç  şey  həlakətə,  üç  şey  isə  nicata  səbəb  olar.  Həlakətə  səbəb  olan 
şeylər bunlardır: paxıllıq, həvayi-nəfsə itaət etmək və özünü bəyənmək. 
Nicata  səbəb  olan  şeylər  isə  bunlardır:  gizlində  və  aşkarda  Allahdan 
qorxmaq,  yoxsulluq  və  varlılıq  zamanı  orta  həddə  riayət  etmək,  qəzəb 
və xoşhal olan zaman ədalətli olmaq (yəni, nə qəzəb onu haqq yolundan 
yayındırsın və nə də fərəh və sevinc). 
 
◘Peyğəmbərdən  (s)  soruşdular:  “Fəqirlik  nədir?”  Buyurdu:  “Allahın 
xəzinələrindən  biri.”  Yenə  də  soruşdular:  “Fəqirlik  nədir?”  Buyurdu: 
“Haqq-təala  tərəfindən  olan  bir  lütf.”  Üçüncü  dəfə  də  təkrar  etdilər. 
Buyurdu:  “Elə  bir  şeydir  ki,  Allah  onu  risalət  məqamına  malik  olan 
peyğəmbərdən  və  Allah  yanında  xüsusi  hörmətə  malik  olan 
möminlərdən başqasına verməz.” 
Sonra  yenə  də  buyurdu:  “Fəqirlik  ölümdən  daha  şiddətlidir.  Həzrət 
İbrahimə (ə) vəhy oldu: “Biz səni yaratdıq və Nəmrudun atəşi vasitəsi 
ilə səni imtahan etdik. Əgər fəqirliklə imtahan edib səndən səbri alsaq 
onda  nə  edəcəksən?”  İbrahim  peyğəmbər  (ə)  ərz  etdi:  “Pərvərdigara! 
Məgər  fəqirlik  Nəmrudun  atəşindən  də  yandırıb-yaxandır?”  Xitab 
olundu:  “And  olsun  Öz  izzət  və  cəlalıma!  Göylərdə  və  yerdə 


 
90 
fəqirlikdən  də  şiddətli  bəla  yaratmamışam.”  Soruşdu:  “Ac  insanı 
doyuran kəsin mükafatı nədir?” Buyurdu: “Bağışlanma.” 
Sonra  Peyğəmbər  (s)  əlavə  etdi:  “Əgər  Allahın  rəhməti  mənim 
ümmətimin fəqirlərinin əlindən tutmasa, onlar küfr sərhədlərini aşarlar. 
(Bu  hədisdən  belə  nəticəyə  gəlmək  olur  ki,  fəqirlik  çox  çətindir,  lakin 
səbir  və  lazımı  vəzifələri  yerinə  yetirməklə  yanaşı  olsa  yüksək  və 
dəyərli məqama səbəb olar.) 
 
◘Fəqirlər Peyğəmbərə (s) ərz etdilər: “Varlılar behişti özlərinə nəsib 
etdilər.  Çünki,  həcc  və  ümrə  ziyarətlərini  yerinə  yetirirlər,  sədəqə 
verirlər,  bizim  isə  bu  ibadətə  imkanımız  çatmır.”  Peyğəmbər  (s) 
buyurdu:  “Sizlərdən  hər  hansı  biriniz  Allaha  xatir  fəqirliyə  səbr  etsə 
ona  heç  bir  varlının  sahib  olmadığı  üç  mükafat  əta  olunar.  Birincisi 
budur:  Behiştdə  bir  mənzil  var.  Həmin  mənzil  behişt  əhli  üzərində 
parlaq  bir  ulduz  kimi  saçır.  Bu  mənzilə  daxil  olmaqdan  ötrü 
peyğəmbər,  fəqir,  fəqir  şəhid,  ya  da  fəqir  mömindən  başqa  heç  kəsə 
icazə  verməzlər.  İkincisi  budur:  Fəqirlər  varlılardan  beş  yüz  il  əvvəl 
behiştə daxil olarlar. Üçüncüsü isə budur: (Allah fəqirlərin ibadətlərinə 
daha  artıq  savab  verər.)  Məsələn,  əgər  fəqir  və  varlı  hər  ikisi 
“Sübhanəllahi-vəlhəmdu  lillahi-və  la  ilahə  illəllahu-vallahu  əkbər” 
desə,  on  min  dirhəm  pul  infaq  etsə  də  varlının  savabı  fəqirdən  azdır. 
Həmçinin digər yaxşı işlər də bu cür. 
Fəqirlər dedilər: “İndi razı olduq.” 
 
◘Qiyamət günü peyğəmbərlərdən başqa üç dəstə insan da şəfaət edər; 
alim, mömin və imanlı xidmətçi (yəni,  camaatın xidmətində duran) və 
səbirli fəqirlər. 
 
◘Atalar  üç  cürdür.  Biri  insanın  yaradılış  vasitəsi  olan  (doğma  ata), 
ikincisi qayınata, üçüncüsü isə insana elm öyrədən müəllim, ya ustad. 
 
◘Dünyanın  zinəti  üç  şeydir;  var-dövlət,  övlad  və  qadın.  Axirətin  də 
zinəti  üç  şeydir;  elm,  pəhrizkarlıq  və  sədəqə.  Bədənin  də  zinəti  üç 
şeydir; az yemək, az yatmaq və az danışmaq. Qəlbin də zinəti üç şeydir; 
səbr, sükut və şükür. 
 
◘Gün  ərzində  bir  dəfə  yemək  yeyən  ac  deyil  (yəni,  ac  hesab 
olunmur),  iki  dəfə  yeyən  abid  deyil,  üç  dəfə  yeyəni  dördayaqlıların 
yanına bağlayın. (Burada məqsəd ətdən hazırlanmış xörəkdir. Red.) 
 


 
91 
◘Allah  mənə  üç  imtiyaz  verib,  Əli    onların  üçünə  də  şərikdir.  Üç 
imtiyaz  da  Əliyə  verib,  lakin  mən  onlara  şərik  deyiləm.  Soruşdular: 
“Müştərək  olan  üç  imtiyaz  hansılardır?”  Buyurdu:  “Biri  “Həmd” 
bayrağıdır  ki,  Əli  onun  bayraqdarıdır.  Digəri  “Kövsər”  hovuzudur  ki, 
Əli  onun  saqisidir.  Üçüncüsü  isə  behişt  və  cəhənnəmin  ixtiyarıdır  ki, 
Əli onları ayırandır. Əliyə məxsus olan üç imtiyaz isə bunlardır: Mənim 
kimi  qayınatası  var,  Fatimə  kimi  həyat  yoldaşı  var,  Həsən  və  Hüseyn 
kimi övladları var ki, mən bunların heç birinə sahib deyiləm. 
 
◘Əql  üç  hissədən  ibarətdir;  üçünə  də  sahib  olan  aqildir,  heç  birinə 
malik  olmayan  axmaq.  Həmin  üç  hissə  bunlardır;  Allahı  səhih  və 
doğru-düzgün şəkildə tanıma, Allaha gözəl itaət və Allah barəsində xoş 
gümanda olmaq. 
 
◘Üç  şey  hafizəni  qüvvətləndirər;  misvak  (dişləri  yumaq),  oruc  və 
Quran oxumaq. 
 
◘Hər kəs bığını qısaltsa Allah ona üç nur əta edər. Biri üzündə olar, 
digəri qəbrində, üçüncüsü isə qiyamətdə ona verilər. Eyni zamanda, üç 
əzabı  da  ondan  götürər;  birincisi  qəbir  əzabı,  ikincisi  Nəkir  və 
Münkərin əzabı, üçüncüsü isə Qiyamət çətinliyini. 
 
◘Əllər  üç  cürdür;  alan,  verən,  qoruyan.  Bunların  ən  üstünü  verən 
əldir. 
 
◘Əllər  üç  qismdir.  Birincisi  Allahın  əlidir,  bəxşiş  əta  edəndir  və 
hamıdan yüksəkdədir. İkincisi kərimlərin əlidir və bu ikinci dərəcəlidir. 
Üçüncüsü  isə  hamısından  aşağı  olan  əldir.  Bəs  elə  isə  bacardığınız 
qədər dilənməkdən özünüzü saxlayın.  And olsun canım  əlində olduğu 
Allaha!  Bir  kəs  ip  götürüb  həmin  ipin  arasında  ucları  bir-birinə 
çatmayacaq  qədər  odun  toplayıb  aparıb  onu  bazarda  xurmanın  dörddə 
birinə  satsa  camaat  qarşısında  əlini  açıb  dilənməkdən  (bir  şey 
verəcəklər, ya yox) qat-qat yaxşıdır. 
 
◘Quran öyrənənlər üç dəstədir. Bir hissəsi Quranı özləri üçün qazanc 
vasitəsi qərar veriblər. Bu vasitə ilə padşahların hüzuruna yol tapıb var-
dövlət ələ keçirirlər, yaxud da onu təkəbbür və böyüklük vasitəsi qərar 
verirlər.  Digər  hissəsi  diqqətlərini  yalnız  onun  (Quranın)  sözlərinin 
düzgün  oxunuşuna  yönəldirlər,  mənalarına  isə  fikir  vermirlər.  Üçüncü 
dəstə  isə  Quranı  öz  dərdlərinin  dərmanı  qərar  veriblər.  Onun 
təlimlərinin  kölgəsi  altında  gecələr  oyaq,  gündüzlər  susuz  olar, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə