Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 
68 
sənin varisin bu iki nəfərdir: Ya həmin var-dövləti Allaha itaət yolunda 
sərf  edib  sənin  əzab-əziyyətinə  səbəb  olmuş  şeyi  öz  xoşbəxtliyi  üçün 
istifadə edəcək, ya da günah işlərə sərf edib, sənin yığdığın var-dövləti 
öz itaətsizliyi yolunda xərcləyəcək. Hər bir halda yaxşı deyil ki, bu iki 
halı özündən artıq tutasan və bu yükü öz üzərinə götürəsən. 
 
◘Dünya  barəsində  buyurub:  “Dünya  barəsində  nə  deyim  ki,  əvvəli 
əziyyətdir,  axırı  yoxluq.  Halalının  haqq-hesabı  var,  haramının  əzabı. 
Onda ehtiyacsız olanlar əziyyət çəkir, möhtaclar qəm-qüssə. Arxasınca 
gedəndən  qaçır,  ondan  üz  döndərənə  tərəf  gedir.  Bəsirət  gözünü 
açanları görən, ona gözünü dikənləri isə kor edir. 
 
◘Əql artdıqca danışıq azalar. 
 
◘Əql  iki  növdür:  Firti  (yəni  yaradılışdan  insanın  zatında  olan)  və 
kəsbi  (yəni  təcrübə  vasitəsilə  əldə  olunan).  Günəş  işığı  kor  insanın 
halına  fayda  vermədiyi  kimi  fitri  olan  əqli  də  işlətməsən  kəsbi  olan 
əqlin faydası olmaz. 
 
◘Cahilanə danışıqda xeyir olmadığı kimi, hikmətamiz danışıqdan da 
çəkinməkdə xeyir yoxdur. 
 
 
 
BEŞİNCİ FƏSİL 
Sünni və şiələrin Həzrət Əlidən (ə) nəql etdikləri hədislər 
◘İki  nəfər  mənim  belimi  sındırdı;  fasiq  alim  və  cahil  abid.  Biri 
insanların əqidəsini korlayır, digəri isə öz ibadəti ilə camaatı aldadır. 
 
◘Hər şeydən dəyərsiz ən cahil insandır. Hər kəsin dəyəri onun elmi, 
biliyi qədərdir. 
 
◘Elmin  şərafətində  bunu  qeyd  etmək  kifayətdir  ki,  ona  malik 
olmayanlar  da  malik  olduqlarını  iddia  edir  və  onu  (elmi)  hər  kəsə  aid 
etsələr  xoşhal  olar.  Cəhalətin  rəzilliyində  də  bunu  qeyd  etmək 
kifayətdir  ki,  ona  malik  olanlar  da  ondan  imtina  edir  və  hər  kəsə  aid 
etsələr qəzəblənər. 
 


 
69 
◘Əql  iki  növdür;  zati  və  təcrübi.  Hər  ikisi  faydalıdır.  Lakin  dindar 
(dini olan) əql sahibinə etibar daha çoxdur. Əql və kərəmini əldən verən 
kəsin sərmayəsi günahdır.  
 
◘Hər kəsin dostu onun əqli və hər kəsin düşməni onun cəhalətidir. 
 
◘Ağıllı  və  müdrik  təkcə  o  deyil  ki,  xeyir  və  şəri  tanısın.  Həm  də  o 
kəsdir ki, iki şərin arasında nisbətən yüngül olanını seçsin. 
 
◘Müdrik insanlarla oturub-durmaq insanın şərəfini artırar. Kamil əql 
tüğyankar nəfsi cilovlayar. Ağıllı insan gərək özünün dini, fikri, əxlaqi 
və ədəbi eyiblərini bir-bir yadda saxlasın, yaxud yazsın və onları aradan 
qaldırmaqdan ötrü çalışsın. 
 
◘İnsanın  istəkləri  iki  növdür.  Bir  qismi  onun  imkanı  xaricindədir. 
(Yəni,  onları  ələ  gətirmək  qeyri-mümkündür.)  Nə  qabaqlar  onu  əldə 
edə  bilib,  nə  də  sonralar  əldə  edə  biləcək.  Digər  qismi  isə  yeməlidir, 
lakin onun da müəyyən vaxtı var. Əgər yer və göy əhli nə qədər kömək 
edib səy göstərsələr də vaxtı çatmamış ələ gəlməz. Elə isə bu insanın işi 
nə qədər təəccüblüdür?! Bir şey əldə edib tapanda elə sevinir ki, sanki 
heç  vaxt  əldən  verməyəcək.  Və  bir  şey  əldən  verib  itirəndə  də  elə 
qəmgin  olur  ki,  sanki  bir  daha  heç  vaxt  əlinə  gəlməyəcək.  Əgər  açıq 
gözlə baxsa görüb dərk edər ki, hər şeyin tədbiri Allahın əlindədir. Belə 
olan  halda  əlinə  gələnə  qane  olub,  əliçatmaz  şeylərə  də  əl  uzatmağa 
çalışmaz. Beləliklə də qəlbi bütün əzab-əziyyətlərdən aram olar. 
 
◘Azla  da  olsa  işləri  yoluna  qoy,  lakin  öz  ehtiyac  və  kasıblığını 
bildirmə. 
 
◘Daxilən  sadə,  zahirən  isə  varlı  olun.  Allah-taala  Öz  bəndələrinə 
gözəl  ədəb  öyrədərək  (kasıb,  həyalı  bəndələrinin  xüsusiyyətləri 
barəsində) buyurub: “Onların şiddətli heysiyyətləri olduğuna görə qafil 
insanlar  onları  ehtiyacsız  hesab  edərlər.  Onları  sən  üzlərindən 
tanıyarsan. Camaatdan israrla bir şey istəməzlər.” 
ALTINCI FƏSİL 
Hədislərdən digər nümunələr 
◘Əli  (ə)  buyurur:  “İnsanların  amanda  qalmasının  iki  yolu  var;  biri 
Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ 
də əldədir.” 


 
70 
 
◘Əli  (ə)  buyurub:  “Peyğəmbər  (s)  sünnəsi  iki  növdür.  Biri  dinin 
vacibatlarıdır  ki,  hər  kəs  onlara  əməl  etsə  hidayət  olar  və  hər  kəs  də 
onlardan  əl  çəksə  zəlalətə  uğrayıb  yolunu  azar.  Digəri  isə  müstəhəbbi 
əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması  günah 
deyil.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Bəsrə  şəhərindən  bir  nəfər 
həzrət  Əlinin  (ə)  hüzuruna  gəlib  ondan  mömin  dostlar  və  qardaşların 
hüquqları  barədə  soruşdu.  Həzrət  (ə)  buyurdu:  “Dost  iki  cürdür;  xalis 
və  həqiqi,  səthi  və  zahiri.  Həqiqi  və  xalis  dost  müxtəlif  hadisələr 
müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü 
qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona 
arxayın  oldun,  öz  can  və  malından  onun  yolunda  fəda  etməkdən 
çəkinmə.  Dostluq  elədiyi  kəslərlə  sən  də  dost  ol,  düşmən  olduğu 
kəslərlə  də  düşmən  ol.  Eyiblərini  və  sirlərini  gizli  saxla.  Gözəllik  və 
yaxşılıqlarını  zahir  et.  Lakin,  bil  ki,  belə  insanlar  qırmızı  yaqut  kimi 
nadirdirlər. 
Səthi  və  zahiri  dosta  gəldikdə  isə  ondan  uzaq  gəzmə.  Lakin,  öz 
daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun 
sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.” 
 
◘Əli  (ə)  buyurub:  “İki  şey  insanları  həlak  edib;  yoxsulluqdan 
qorxmaq, fəxr və öyünmək arzusu.” 
 
◘Yenə  buyurub:  “İki  kəs  mənim  belimi  qırıb:  Fasiq  və  dilli-dilavər 
alim,  işi-peşəsi  ibadət  olan  cahil.  Biri  dili  ilə  günahının  üzərini  örtür, 
digəri  isə  ibadəti  ilə  cəhalətinin.  Alimlər  arasında  olduğunuz  zaman 
fasiqdən,  abidlər  arasında  cahildən  uzaq  gəzin.  Lakin  təəssüf  ki,  qafil 
insanlar  bunlara  tez  aldanırlar.  Peyğəmbər  (s)  buyurub:  “Ey  Əli!  Bu 
ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!” 
 
◘Öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. 
Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa 
ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki 
onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə 
yetişdilər, ədavət və kin doğular. 
 
◘Alimlərdən biri nəql edib deyir: “Həccac ibn Yusif Səqəfi (Allahın 
lənəti  olsun  ona!)  dörd  alimə  −  Hüseyn  Bəsri,  Əmr  ibn  Übeyd,  Vasil 
ibn Əta və Amir Şöbiyə yazdı ki, “Qəza və qədər” barəsində bildikləri 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə