Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   4   5   6   7   8   9   10   11   ...   174

 
17 
əmisi  oğlu  Uolter  Reli  nəcib  adamlar  olub,  Oksfordda  oxumuşdular.  Onlar  kral 
sarayından icazə alıb Amerikadakı yeni limanlara və yeni vətənə yol aldılar.  
1583-cü  ildə  Hemfri  Gilbert  Nyufaundlendə  yollandı  və  öz  həyatını  cənub 
istiqamətində məskən salmaq üçün liman axtardıqda itirdi. O, həmişə əlində kitab öz 
gəmisinin  göyərtəsində  oturardı.  Hətta  dəlisov  dəniz  və  naməlum  sahil  onu  ciddi 
surətdə  hədələyəndə  belə  o,  öz  yoldaşlarına  ruh  verərək,  ürəkdən  gələn  inamla 
demişdi: "Biz göylərə dənizdən və qurudan daha yaxınıq".  
Sonrakı 1584-cü ildə Reli cənub istiqamətində Amerikaya iki gəmi göndərdi 
ki,  məskunlaşmaq  üçün  yararlı  sahil  tapsın.  Reli  və  onun  adamları  hələ  də  “El 
Dorado” – ispanca «Qızıl ölkə» deməkdir, haqqındakı arzularla yaşayırdılar.  
İspanların maneəçilik təhlükəsinə baxmayaraq, ingilislər bu dövrlərdən Şimali 
Amerikanın  məskunlaşdırılmasına  başlamağa  cəhd  edildilər.  İlk  məskunlaşma 
ideyasını  Hemfri  Gilbert  həyata  keçirməyə  çalışdı.  O,  kraliça  Elizabetdən  çarter 
alaraq  Nyufaundlenddə  koloniya  yaratmağa  cəsarətli  səy  göstərdi.  Lakin  Gilbert 
gəmi  qəzası  nəticəsində  həlak  oldu  və  onun  mantiyası  özündən  də  daha  fərasətli 
adamın  çiyninə  düşdü.  Birləşmiş  Ştatlar  torpağında  ingilislərin  koloniyalaşmasının 
atası  hesab  olunan  bu  adam  Uolter  Reli  idi.  Ona  da  çarter  verilmişdi.  Relinin  ilk 
koloniyası  158  adamdan  ibarət  idi,  burada  qadın  yox  idi.  Bir  il  sonra  onlar 
çətinliklərlə  üzləşdiyindən  Frensis  Dreyk  tərəfindən  götürülüb  İngiltərəyə  aparıldı. 
Bu  adamlar  özləri  ilə  tütün  və  kartof  gətirdilər  və  ilk  dəfə  İngiltərədə  onlardan 
istifadə  olunmasına,  həmin  bitkilərin  tətbiq  edilməsinə  başladılar.  Relinin  özü  isə 
koloniyasının uğursuzluğundan məyus oldu və yeni bir cəhd etməyi qərara aldı.  
1587-ci ildə o, 150 nəfərlik yeni koloniya göndərdi, onlardan 17-si qadın idi. 
Con  Uaytın  başçılığı  altında  onlar  Roanoka  gəlib  çıxdılar.  Sonra  burada  qubernator 
Uaytın nəvəsi dünyaya gəldi və Virciniya Deya Birləşmiş Ştatlar torpağında doğulan 
ilk  ingilis  uşağı  oldu.  Uşağın  bu  adı  da  təsadüfi  deyildi.  Şimali  Amerikanın  şərq 
sahili  kraliça  Elizabetin  şərəfinə  Virciniya  (“Virgin”  -  bakirə  deməkdir,  kraliçanı 
belə adlandırırdılar) adlanmışdı. Sonra qubernatora İngiltərəyə getmək lazım gəldi və 
İspaniya  ilə  müharibəyə  görə,  o  üç  il  sonra  Roanoka  qayıtdı.  Yeni  sakinlər 
vətənlərindən ərzaq gəlməsini gözləyirdilər. Nəhayət, kömək gəlib çatanda koloniya 
bütünlüklə yoxa çıxmışdı və bu adamların taleyi əsrlər boyu sirr olaraq qaldı.  
1600-cü  ildə  İst  İndiya  Kompaniyası  uzaqda  yerləşən  ölkələrlə  ticarət  üçün 
çarter aldıqdan sonra Qərb dünyasında da iş görmək marağı yarandı. Çünki yeni qitə 
bu vaxtadək qəribə və qonaqpərvər olmayan kimi qalsa da, ən azı ora getmək yolları 
artıq məlum idi. Atlantik okeanından keçən şimal və cənub yolunu dənizçilər yaxşı 
bilirdi.  Soutempton  tacirləri  hələ  1540-cı  ildən  öz  gəmilərini  müntəzəm  olaraq 
Braziliya səfərinə göndərirdi. Nyufaundlend isə bundan da əvvəl yaxşı tanınmış balıq 
ovu  və  ticarət  məntəqəsi  idi.  Əsrin  ikinci  yarısında  buraya  balıq  ovu  üçün  çoxlu 
ingilis  və  fransız  gəmiləri  yollanırdı.  Okean  yolları  yaxşı  tanış  idi.  Şimali 
Amerikanın  sahili  həm  də  müəyyən  dərəcədə  xəritəyə  köçürülmüşdü.  Artıq 
macəraların romantik dövrü də ötüb keçmişdi. İndi gündəlikdə iti düşüncə dövrünün 
tələb etdiyi Şimali Amerikanın Avropa tərəfindən istifadə edilməsi məsələsi dururdu.  
 


 
18 
Şimali Amerikada ilk ingilis koloniyaları 
 
19  dekabr  1606-cı  ildə  London  Kompaniyası  üç  kiçik  gəmidə  105  kolonist 
göndərdi,  onlara  Kristofer  Nyuport  kimi  məşhur  dəniz  kapitanı  başçılıq  edirdi. 
Kolonistlər  Yeni  Dünyaya  yollandı.  Amerika  sahilinə  çatanda  onları  cənnət 
mənzərəsi  -  quşların  cəh-cəhi  və  çiçəklərin  ətri  qarşıladı.  Çesapik  buxtasına  daxil 
olduqda,  onlar  buxtanın  iki  tərəfini  Henri  Burnu  və  Çarlz  burnu  adlandırdılar.  Bu 
adlar  kral  Ceymsin  oğlanlarının  şərəfinə  qoyulmuşdu.  Məskən  salmaq  üçün  isə 
böyük  çayın  buxtaya  daxil  olduğu  yeri  seçdilər,  buraya  isə  kral  Ceymsin  adını 
verdilər.  Otuz  mil  aralıda  onlar  şəhərin  əsasını  qoydular  və  şəhəri  də  öz 
monarxlarının adı ilə adlandırdılar. Bu Yeni Dünyada ingilislərin ilk daimi məskəni 
idi.  Beləliklə,  İngiltərədən  gələnlər  1607-ci  ildə  Ceymstaunda  məskunlaşdılar. 
Onların  içərisində  12  fəhlə,  bir  neçə  xarrat,  dənizçi,  bənna,  bərbər  və  dərzi  var  idi. 
Əllidən  artıq  adam  isə  "kübar"  idi,  onlar  heç  bir  məşğuliyyəti  olmayan,  bekar 
adamlar  idi.  Lakin  koloniyada  bir  neçə  fərasətli  adamlar  var  idi.  Onların  sırasına 
idarəetmə  şurasının  ilk  sədri  olmuş  Uinqfild,  məşhur  dənizçi  və  Relinin  şagirdi 
Qosnold,  bir  çox  əfsanəvi  macəraların  qəhrəmanı  olan  Con  Smit  daxil  idi.  Onlar 
tezliklə  bir  neçə  çadır  və  koma  tikdilər,  bir  kilsə  də  düzəltdilər.  Qubernator 
Uinqfildin  adamları  idarə  etmək  qabiliyyəti  yox  idi.  Adamlar  arasında  sözləşmə, 
dedi-qodu  kəsilmirdi.  Hindu  hücumlarından  daimi  qorxu  da  onların  öz 
bədbəxtliklərinə  əlavə  olunurdu.  Bataqlıqda  yaşamaq  və  vacib  sayılan  ərzaqın 
yoxluğu  ilə  yanaşı,  onlar  malyariyadan  əziyyət  çəkirdilər.  Hər  gecə  üç-dörd  adam 
ölürdü və sentyabrın sonuna kiçik koloniyanın sakinlərinin yalnız yarısı sağ qalmışdı. 
Qosnold da bu kimsəsiz diyarda öz qəbrini tapdı.  
Belə  getsə  bütün  koloniya,  heç  şübhəsiz,  həlak  olacaqdı.  Yalnız  bir  adamın 
cəsarəti  və  igidliyi  hesabına  bu  faciə  baş  vermədi.  Bu  Amerikanın  erkən 
məskunlaşması  tarixinin  ən  nəcib  və  gözə  çarpan  şəxsiyyəti  olan  Con  Smit  idi.  O, 
çox cavan olanda fransız ordusuna qoşulmuşdu və bir neçə il onun sıralarında xidmət 
etmişdi.  Sonra  Aralıq  dənizində  üzmüş,  insan  yaşamayan  adaya  düşmüş,  sonra 
Misirə  gedən  gəmiyə  otura  bilmişdi.  İtaliya  ərazisini  piyada  keçmiş, 
Transilvaniyadakı  bir  döyüşdə  üç  türkü  öldürmüş,  nəhayət  türklər  tərəfindən  əsir 
götürülmüş  və  qul  kimi  satılmışdı.  Qul  sifətində  Cənubi  Rusiyaya  göndərilmiş, 
Naqay  düzənliyində  ağasını  zəncirlə  vurub  öldürərək  qaçmış,  sərgərdan  kimi 
Avropanın bütün ölkələrindən keçərək, doğma vətəninə qayıtdıqdan sonra Virciniya 
kolonistlərinə  qoşulmuşdu.  Amerikada  meşədə  müvəqqəti  də  olsa  yaşaması  onun 
həyat odisseyasının tacına çevrildi. Çikahomini çayını tədqiq edərkən, onu hindular 
əsir  götürmüşdülər.  Onu  əsir  götürənləri  bir  neçə  gün  cib  kompası  və  digər  qəribə 
şeylərlə  əyləndirdikdən  sonra  hindular  onu  ölümə  məhkum  etdilər.  Başı  edam 
kötüyünün  üstünə  qoyulanda,  qəbilə  başçısının  Pokahontas  adlı  balaca  qızı  (Xuan 
Ortizi də eyni adlı qız xilas etmişdi) irəli atılıb, öz başını qurban getməli olan adamın 
başının üstünə qoymaqla Smitin həyatına aman verilməsi barədə yalvarmağa başladı. 
Onun xahişinə əməl olundu və ingilis öz adamlarına qoşulmağa göndərildi.  
Con Smit qəribə fərasətə malik idi və o, Virciniya üçün bütün sakinlərin hər 
birindən  çox  iş  görmüşdü.  Tezliklə  o,  koloniyanın  qubernatoru  oldu,  hindularla 
ticarət aparmaqla, qarğıdalı almaqla kolonistləri aclıqdan xilas etdi. Hər şeydən əvvəl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə