Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   2   3   4   5   6   7   8   9   10   ...   174

 
15 
qarətçilikdən varlanmış adamların üzdüyü qalleonlarla doldu. Hokins və Dreyk kimi 
cəsur ingilis dənizçiləri dəniz quldurlarına çevrildilər. Ayaq dəyməmiş meşələri olan 
Şimali  Amerikaya  isə  diqqət  olduqca  az  idi  və  bu  ərazi  istifadə  edilmək  üçün  öz 
növbəsini gözləyirdi.  
Fransız Jak Kartyerin dəstəsi öz xalqının himayəçisi saydığı dini xadimin adı 
ilə adlandırdıqları Müqəddəs Lavrenti çayı ətrafına daxil olduqdan sonra 1541-ci ildə 
Kvebek  yüksəkliyində  fort  tikdilər.  1562-1564-cü  illərdə  fransız  hüqenotları 
Floridada  məskən  saldılar,  lakin  ispanlar  buranı  rəhmsizcəsinə  dağıtdılar.  1563-cü 
ildə  isə  ispanlar  qayıdaraq  özlərinin  Müqəddəs  Avqustin  fortunu  tikdilər,  bundan 
sonra  fransızlar  burada  yaşamağın  mümkün  olmayacağı  qənaətinə  gəldilər.  XVII 
əsrin ilk illərində fransız kolonistləri Müqəddəs Lavrenti çayının üstündə, Monrealda 
və Kvebekdə, həmçinin sonralar Nova Skotiya adlanan Akadiyada məskən saldılar. 
Bu vaxtlar ingilis məskunları da gəlib çıxmağa başladılar.  
Böyük  kəşflərdə  və  tədqiqatlarda,  heç  şübhəsiz,  ispanlar  bütün  yüzillik 
ərzində birinci yerdə idilər, lakin həmin ərazilərin məskunlaşması məsələsində onlar 
fərqli  rol  oynadılar.  Bu  yüzillik  Avropa  siyasətində  müəyyən  dəyişikliklərin 
getdiyindən  xəbər  verir.  1519-cu  ildə  İspaniya  kralı  V  Karl  Avstriya  ershersoqu, 
Neapol  və  Siciliya  kralı,  Burqundiya  taxt-tacının  varisi,  Niderlandın  ağası  olmaqla 
yanaşı  həm  də  Müqəddəs  Roma  İmperiyasının  imperatoru  oldu  və  öz  qüdrəti  ilə 
bütün  Avropanı  hədələməyə  başladı.  Lakin  bu  nəhənglikdə  səltənəti  bir  yerdə 
saxlamaq  çətin  idi  və  az  sonra  o  xırda  parçalara  bölünməyə  başladı.  1568-ci  ildə 
qiyam  qaldıran  Niderland  İspan  qüvvələrini  darmadağın  etdi  və  ispan  ağalığından 
azad  oldu.  İspaniya  qitəyə  nəzarət  etməkdən  gələn  böyük  gəliri  ardıcıl  olaraq 
itirməyə  başladı.  İngiltərəyə  görə  İspaniyanın  qüdrətinin  sonu  öz  başlanğıcını 
Məğlubedilməz  Armadanın  darmadağın  edilməsindən  götürür,  çünki  bunun 
nəticəsində ingilis donanması Lissabonda yerləşdirildi.  
Bu məsələdə həmçinin İngiltərə ilə Fransa arasındakı münasibətlər də nəzərə 
alınırdı.  Hələ  İngiltərə  kralı  VIII  Henri  və  Fransa  kralı  I  Fransisk  Avropadakı 
qüvvələr  nisbətini  öz  xeyirlərinə  dəyişmək  istəmişdilər.  Müharibələr  Avropanın 
inkişafını dayandırmışdı. 1562-ci ildən Fransada böyük hüqenot vətəndaş müharibəsi 
başlandı və iyirmi ildən artıq bir müddətdə davam etdi. Fransa 1572-ci ilin Müqəddəs 
Varfolomey  gecəsində  öz  tarixini  ləkələdi.  Huqenotları  İngiltərəyə  və  Amerikaya 
qovmaqla,  Fransa  öz  əhalisinin  əməksevər  qaymaqlarından  məhrum  oldu.  Alman 
knyazlıqları isə bütün yüzillik ərzində Reformatsiya mübarizələrindən dağılırdı, onlar 
özlərinə qapılaraq qalmışdılar.  
Yeni  əsr  başlandıqda  ayrı-ayrılıqda  Fransa  və  İngiltərə  Şimali  Amerika 
naminə  bir-birilə  rəqabət  aparmağa  hazır  idi.  Köhnə  Dünyada  olduğu  kimi,  Fransa 
Yeni  Dünyada  da  öz  mənafeyini  güdürdü.  İngiltərə  ticarətçi  xalqa  çevrilmişdi. 
Ölkədə  Tüdor  monarxları  siyasi  absolyutizm  sistemini  qurmuşdular.  Fransa 
Amerikaya  donanma  göndərdi  və  burada  hökumət  postları  yaratdı.  Həmin  vaxt 
İngiltərə  isə  öz  ticarət  kompaniyalarına  litsenziya  verirdi,  Amerikaya  kolonistlər 
göndərirdi, onlar bu yeni torpaqlara əsasən öz şəxsi mənafeləri üçün yayılırdılar. Bu 
mənafelər  isə  müxtəlif  yollarla  əldə  edilirdi.  Fransa  koloniyaları  onlara  qəyyumluq 
edən rəsmi qulluqçuların nəzarətindən əzab çəkirdi. İngilis koloniyaları isə "müdrik 
və sərbəst laqeydliyin" təsiri altında inkişaf edirdi.  


 
16 
Reformasiya  İngiltərə  üçün  də  öz  xüsusi  xidmətini  göstərdi.  Bu  proses  onun 
dini  hisslərinin  deyil,  milli  hisslərinin  gərginliyini  artırdı.  VIII  Henri  monastırları 
dağıtdıqda,  onların  gəlirlərini  müsadirə  etdikdə,  həm  də  İngiltərə  dövlətini 
dünyəviləşdirdi. Kilsənin var-dövləti yerli adamları varlandırdı, bu adamlar bir qayda 
olaraq taxt-tac tərəfindən himayə edilənlər idi.  
Yeni  var-dövlət  zadəganları,  köhnə  qan  zadəganlarını  kölgədə  qoymağa 
başladı. Bu vaxt yeni torpaqların kəşfi ticarətin və dəniz yollarının bütün növlərinin 
inkişafına  şərait  yaratdı:  "Böyük  Elizabetin  geniş  dövrü"  ingilis  tarixində  təkcə 
ədəbiyyatla  deyil,  həm  də  dövlətin  dənizdə  artan  qüvvəsi  ilə,  xüsusən  inadkar  və 
fərasətli  dənizçiləri  ilə  şöhrət  tapdı.  Hokins  qul  taciri  idi,  məşhur  adamlar  olan 
Hemfri  Gilbert  və  Uolter  Reli  onun  əmisi  oğlanları  idi.  Qosnold,  Nyuport,  Frobişer 
və  onlardan  da  yuxarı  olan  Frensis  Dreyk  Horatsio  Nelsondan  əvvəlki  dövrün  ən 
böyük  dənizçiləri  idi.  Dreyk  Amerikada  İspaniya  mövqelərinə  hücum  etməklə,  onu 
zəiflətmək  siyasətini  həyati  praktikaya  daxil  edən  ilk  adam  idi.  Dreyk  Yer  kürəsi 
ətrafına  1580-ci  ildə  başa  çatan  böyük  səyahət  etmişdi,  bu  tarixdə  dünya  ətrafına 
ikinci  səyahət  idi.  İspanlar  onu  həmin  vaxtdan  "Əjdaha"  adlandırırdı.  Bu  ingiliscə 
“dragon” tələffüzdə isə "draqən" kimi səslənməklə Dreyk sözünə yaxın idi. 1588-ci 
ildə o, ispan Armadasını məğlub etmişdi.  
Elizabet  erasının  ədəbiyyatı  da  xalqın  ruhunu  fikir  və  əməlin  hər  bir  yeni 
perspektivi  ilə  ilhamlandırırdı.  Şekspirin  dram  əsərləri  adamları  dini  xürafatın 
təsirindən  azad  edir,  xeyirlə  şərin  mübarizəsinin  dəhşətli  mənzərəsini  açıb  göstərir, 
adamlarda  gələcəyə  inam  yaradırdı.  Elə  buna  görə  də  din  bayrağı  altında  qaniçən 
diktatura  quran  Oliver  Kromvelin  dövründə  Şekspiri  az  qala  ağıla  sığmayan  bütün 
cinayətlərdə 
ittiham 
edirdilər. 
Tüdor 
monarxları 
ölkənin 
qüdrətinin 
möhkəmlənməsinə  yönələn  tədbirlərə  kömək  edirdi,  adamların  varını  və  ticarətini 
əcnəbilərdən  qoruyurdu.  Tacirlər  isə  öz  yüklərini  özləri  qorumağa  öyrənmişdilər. 
Onlar  dəniz  quldurlarından  qorunmaq  üçün  hərbi  gəmilər  qayırtdırırdılar.  Onlar  öz 
talelərini ölkədən kənarda axtarırdılar, əvəzində isə kral tacı ispan sərvət gəmilərini 
axtarmağa,  quldurluq  yolu  ilə  əldə  edilmiş  kətan  və  ipəyi  satmağa  maneçilik 
göstərməklə, onları hiddətləndirirdi.  
İngilislərin  öz-özünü  mühafizə  etməsi  ilə  Fransanın  Amerikadakı  rəsmi 
planları arasında elan olunmamış yarış gedirdi. Devonşirdən olan ingilis dənizçiləri 
yeni  qitədə  ilk  daimi  məskunlar  oldular.  Bu  vaxtlar  İngiltərənin  dənizsevərləri  və 
macəraçıları  ən  çox  burada  mərkəzləşmişdi.  Devonşir  ölkənin  cənubi-qərbində 
yerləşən  qraflıqlar  qrupunun  ortasında  idi.  Buradan  vaxtilə  saksonlar  qədim  kelt 
əhalisini  qovmuşdu,  lakin  güclü  kelt  ruhu  qalırdı,  bu  yerlərin  keltlərə  bəxş  etdiyi 
sehrlilik  hissi  və  təxəyyülə  aludəçilik,  iti  sakson  ağlını  romantika  ilə 
zənginləşdirmişdi.  Onun  yanında  Somerset  uzanırdı,  buradakı  Bristol  limanında 
feodal ağalardan azad olmuş ticarət gedirdi. Məhz bu limandan Kabotlar Kolumbun 
arxasınca, ona yaxın marşrutla üzmüşdülər. Özlüyündə Devonşir iri limanlara malik 
idi və Elizabet dövrünün ən böyük dənizçi adları onlara məxsus idi. Dreyk, Hokins, 
Reli,  Gilbertlər  -  onların  hamısı  Devonşirdən  idi.  Məhz  Plimutdan  çıxan  donanma 
Böyük  Armadanı  tarmar  etmişdi.  İngiltərə  naminə  ilk  dəfə  Yeni  Dünyanı 
məskunlaşdıran  adamlar  macəra  üçün  tərbiyə  olunmuşdular.  Onları  buna  həm 
kitablar,  həm  də  yaşadıqları  yerin  dəniz  havası  öyrətmişdi.  Hemfri  Gilbert  və  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə