Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   10   11   12   13   14   15   16   17   ...   174

 
30 
əliaçıq Allaha dua etməli və Amerikanı fəth edən və məskunlaşdıran öz əcdadlarını 
yaxşı  sözlərlə  yad  etməlidirlər.  Bu  minnətdarlıq  ənənəsini  1620-ci  ilin  dekabrında 
indiki  Massaçusets  ştatının  ərazisinə  gəlib  düşmüş  və  Yeni  Plimut  koloniyasının 
əsasını  qoymuş  ingilis  kolonistləri  bir  il  sonra  yaratmışlar.  Onlardan  yalnız  yarısı 
yaza  salamat  çıxmış,  yayda  qarğıdalıdan  yaxşı  məhsul  götürmüş,  bununla  da 
bütünlüklə  qırılmaq  təhlükəsindən  xilas  olmuşdular.  Ona  görə  də  onlar  Allahın  bu 
mərhəmətini  böyük  təntənə  ilə  1621-ci  ilin  noyabrında  qeyd  etdilər  və  ovladıqları 
vəhşi hinduşka onların bayram süfrəsini bəzəmişdi. İndi 35 milyon amerikalı özlərini 
bu  adamların  nəsli hesab  edir.  Ona  görə  də  ənənəyə  müvafiq  olaraq  amerikanlar  və 
kanadalılar  həmin  gün  hökmən  bayram  süfrəsində  qızardılmış  hinduşka  yeyirlər. 
1998-ci ildə amerikanlar Minnətdarlıq günü 45 milyon hinduşka yemişdilər.  1630-cu 
ildə isə dostları Leydendən onların yanına gəldi və öz yeni vətənlərində özlərini daha 
təhlükəsiz  və  inamlı  hiss  etdi.  Artıq  İngiltərə  və  Hollandiya  arasında  da  səmimi 
münasibətlər  yaranmışdı,  1625-ci  ildə  kral  Ceyms  öldükdən  sonra  taxta  onun  oğlu 
Çarlz çıxmışdı. İki xalq arasında sülh və yaxşı münasibətlər yaranmasının əlamətləri 
görünürdü. 


 
31 
Cənubda və orta ərazilərdə ingilis koloniyalarının güclənməsi 
 
 
Elə  həmin  dövrlərdə  hollandlar  Hadson  çayının  üstündə  çox  artır  və  xeyli 
güclənirdilər.  İngiltərə  ilə  münasibətlərin  yaxşılaşması  Yeni  Niderlanda  da,  işləri 
uğurla  aparmaq  üçün  Hollandiya  Vest  İndiya  Kompaniyasına  da  əlverişli  şərait 
yaradırdı.  Onlar  tezliklə  Manhetten  adasında,  Fort  Amsterdamda  daşdan  anbar 
binaları  və  top  batareyaları  tikdilər.  Buradan  toplar  Şimal  çayının  böyük  buxtasına 
nəzarət  edəcəkdi.  Fort  Oranca,  Cənub  çayının  üstündəki  Fort  Nassauya  səpələnmiş 
ailələr  birlikdə  Fort  Amsterdama  böyük  qüvvə  və  təhlükəsizlik  gətirirdilər.  Burada 
artıq  üç  yüzdən  artıq  sakin  var  idi.  Yeni  qubernatorun  başçılığı  altında  onlar  20-ci 
illərin  sonunda  meşədən  qırdıqları  xeyli  taxta  materiallarını  və  şimal  hindularından 
aldıqları  xəzi  iki  gəmidə  vətənə  yola  saldılar.  Yeni  Plimutun  qubernatoru  Bredford 
isə  Plimutda  ticarət  məntəqəsi  təsis  etdi,  lakin  onlar  hollandların  hücumundan 
qorxurdular. Çünki hollandlar əsasən Lonq Aylenddə idi və bu əraziyə ümumən onlar 
nəzarət edirdi.  
İki  rəqib  koloniyanın  qubernatorları  bir-birilə  çox  ədəb-ərkanla  məktub 
mübadiləsi  etdilər  və  Yeni  Niderlandın  katibi  Plimuta  mərasimə  səfər  etdi  və  çox 
yaxşı  qarşılandı.  Lakin  hər  şey  o  qədər  də  sülhsevər  qaydada  cərəyan  etmirdi. 
Bredford  hollandların  qubernatorunun  nəzərini  ona  cəlb  etdi  ki,  onlar  ingilis  tacı 
tərəfindən  Virciniya  Kompaniyasına  bəxş  edilmiş  ərazinin  sərhədlərindən  içəridə 
məskən salmışlar və buna görə bir gün cavab verməli olacaqlar. Qubernator Minuit 
buna  belə  cavab  verdi:  "Əgər  ingilislər  İngilis  kralı  adından  tələb  edirlərsə,  biz  də 
Hollandiya  dövləti  adından  çıxış  edirik  və  bunu  qoruyacağıq".  Əslində  holland 
gəlmişdi  ki,  ingilislərin  işlərinin  necə  getdiyini  görsün  və  onların  gücü  haqqında 
məlumat  alsın.  Bu  yeddi  il  ərzində  ingilis  koloniyası  xeyli  güclənmişdi.  O,  burada 
geniş,  səkkiz  yüz  fut  uzunluğunda  küçə  gördü.  Digər  küçədə  açıq  yerdə  dörd  top 
qoyulmuşdu. Küçənin başlanğıc küncündə qubernatorun idarəsi var idi. Hər bir evin 
qədim  Babil  şəhərindəki  kimi  kiçik  bağı  vardı.  Başqa  bir  yerdə  isə  platformanın 
üstündə  6  top  yerləşdirilmişdi.  Qonaq  nə  qədər  yaxşı  qarşılansa  da  hər  şey  ondan 
xəbər verirdi ki, Nyu Amsterdam və Nyu Plimut bir-birinə kəskin rəqib olacaqdır.  
1618-ci  ildə  Ceyms  hələ  kral  olduğu  dövrdə  otuzillik  müharibə  başladı. 
Əslində  bu  Avropa  qitəsindəki  protestant  və  Roma  katolik  dövlətləri  arasındakı 
mübarizə  idi.  Çarlz  Roma  katolik  printsessasına  evlənib,  katoliklərlə  protestant 
dövləti  arasında  sövdələşməyə  özünün  hazır  olduğunu  göstərdi.  Parlament  onun 
siyasəti ilə razılaşmayıb, ona pul verilməsi qərarına səs verməkdən imtina etdikdə, o, 
parlamentin  razılığı  olmadan  vergi  yığmağa  başladı.  O,  qanunlara  və  parlamentin 
rəyinə hörmət etmirdi. Ölkənin əsas puritan xadimləri də siyasətə daxil olub, İcmalar 
Palatasını doldurmuşdu. Onlar kilsəni təmizləmək və azadlığı müdafiə etmək işinin 
sadə bir hissəsini həyata keçirirdilər. Nəhayət, Çarlz parlamenti 1629-cu ildə buraxdı. 
On  bir  il  ərzində  parlament  bir  dəfə  də  olsa  yığılmadı.  Pul  qanuni  sənəd  olmadan 
yığılırdı.  Hökumət  istədiyi  kimi  özünü  aparırdı.  Bu  yolla  o,  böyük  inqilaba  gətirib 
çıxardı və nəticədə kral öz başını edam nəticəsində itirdi. Bu vaxt adamların ölkəni 
tərk etməsi başladı. Adamlar indi artıq onlar Hollandiyaya deyil, birbaşa Amerikaya 
yollanırdı.  


 
32 
Torpaqlar  Yeni  İngiltərə  şurasından  1628-ci  ildə  alındı  və  məskunlaşmaq 
istəyənlərin  bir  qrupu  həmin  yayı  Con  İndikotun  başçılığı  altında  Amerikaya 
yollandı. Onlar Salemi seçdilər. Bu böyük Massaçusets buxtasının şimal burnundan 
çox  da  uzaqda  deyildi.  Sonrakı  yayda  bura  daha  iri  məskunlar  qrupu  gəldi.  Onlar 
özlərinə evlər tikib, taxıl yetişdirməyə başladılar. Elə həmin 1629-cu ildə İngiltərədə 
Kompaniya kral sarayından yeni mühüm və nüfuzlu - "Yeni İngiltərədə Massaçusets 
kompaniyası  və  qubernatorluğu"  yaradılmasına  icazə  aldı.  Bu  adamlar  Puritan 
koloniyası üçün o qədər yaxşı məqam olmayan bir dövrdə öz talelərini bu işə bağladı 
və onlar ümid edirdilər ki, bu yolla vicdan azadlığı tapacaq və Amerikada azad bir 
dövlət  quracaqlar.  Bu  kompaniyaya  daxil  olanların çoxu  həm  də  kolonistə  çevrildi. 
Kompaniya  özü  okeanın  o  tayına  köçürüldü,  onun  qubernatoru  və  şurası  başçılıq 
etdikləri bu koloniya üçün gəmi götürdülər. Massaçusets buxtasının qubernatoru və 
kompaniyası,  Virciniya  Kompaniyası  Virciniyaya  Londondan  rəhbərlik  etdiyi  kimi, 
heç  də  işləri  artıq  uzaq  məsafədən  idarə  etmirdi.  Onlar  özləri  mülkiyyətləri  olan 
yerdə yerləşmişdi.  
Az  vaxtda  on  yeddidən  çox  gəmi  və  minlərlə  kolonist  qərbi  və  cənubi 
limanlar  olan  Bristoldan,  Plimutdan,  Soushemptondan  Amerikaya  yol  aldı.  Onlara 
yaxşı  təhsil  görmüş  Con  Uintrop  başçılıq  edirdi  və  o,  qubernator  kimi  bu  vəzifədə 
İndekotu əvəz etdi. Bu gələn adamların üstünü isitmə xəstəliyi aldı. Yer seçildikdən 
sonra Çarlston şəhərini salmağa hazırlıq görülməyə başlandı. Xəstəliklərə 200 nəfərə 
qədər  qurban  vermək  lazım  gəldi.  Yaz  özü  ilə  birlikdə  sağlamlıq  və  ümid  gətirdi. 
Lakin  pis  yeniliklər  də  var  idi.  Bu  da  ondan  ibarət  idi  ki,  Plimutdakı  adamlar  kimi 
onlar  da  açıqca  separatistlərə  çevrildilər  və  Uintrop  İngiltərə  kilsəsinin  üzvlərini 
vətənə  yola  saldı.  Virciniya  isə  məskunlaşdıqda  isə  hələ  Puritan  əhval-ruhiyyəsinin 
bütöv  hərarəti  İngiltərədə  elə  də  hiss  olunmurdu.  Virciniyaya  sonra  gələnlər  də 
Puitanlara  bənzəyən  qruplara  daxil  deyildilər.  Ona  görə  də  virciniyalılar  öz 
adətlərində ingilis vətəndaşlarından fərqlənmirdi və onlara hörmətsizlik etmirdilər.  
Massaçusets körfəzindəki yeni sakinlər isə əksinə elə bil ki, xüsusi sinif üçün 
seçilmişdilər.  Onlar  öz  vicdan  azadlıqları  naminə  həm  kilsədə,  həm  də  dövlətdə  öz 
xüsusi  standartlarını  təsis  etmişdilər.  Onlar  ilk  növbədə  özlərini  ingilislərin  ümumi 
tərkibindən  çıxarmaq  və  Amerikada  özlərinə  "həm  dünyəvi,  həm  də  dini  olan 
müvafiq  dövlət"  yaratmağın  məharətli  planını  qurmuşdular.  Onların  dualarının 
birində deyilirdi ki, "Allah bu kimsəsizliyə seçmə taxıl göndərdiyi kimi, bütün xalqı 
dəyişmişdir". Onlar özlərini də inandırmağa çalışırdılar ki, heç də separatist deyillər. 
Lakin həqiqətdə isə onlar elə ayrıca kilsə yaratdılar ki, bu ana kilsənin hakimiyyətini 
bütünlükdə inkar etdi.  
Puritanlar  öz  kompaniyalarını  yaradıb,  Amerikaya  köçürəndə  Virciniyanın 
əhalisi  yavaş-yavaş  beş  min  nəfərə  çatdı.  Virciniyalılar  harada  olurdularsa,  özlərini 
ingilislər kimi aparırdı. Virciniya Kompaniyasının buraxılıb, koloniyanın kralın əlinə 
keçməsinə də onlar elə bir əhəmiyyət vermədilər. Bu dəyişiklikdən sonrakı ilk dörd il 
ərzində  koloniyanın  assambleyası  çağrılmadı,  onlar  kralın  özü  tərəfindən  təyin 
edilmiş  qubernator  və  şura  tərəfindən  idarə  olunurdu.  Bu  illərdə  kralın  öz  inandığı 
dostlarının  içərisindən  qubernatorlar  seçilirdi.  Koloniyanın  aparıcı  adamları  da 
şuraya üzv təyin edilirdi. Lakin burada heç bir seçki yox idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə