Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Nuklein turşularının və lipidlərin  (triqliseridlərin) mübadiləsi  arasında



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə134/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   136
BIOKIMYA MUHAZIRELER

4.  Nuklein turşularının və lipidlərin  (triqliseridlərin) mübadiləsi  arasında 
əlaqə
Lipidlər ilə NT-ı arasında birbaşa substrat əlaqəsi yoxdur. Ancaq lipidlərin 
(triqliseridlərin)  hidroliz  məhsulları  olan  ali  yağ  turşularının 
β-
oksidləşməsindən 


180 
 
alınan  enerji  nukleoziddifosfatların  və  nukleozidtrifosfatların  sintezi  üçün  əsas 
enerji mənbələrindən biridir. 
5.  Karbohidratların və  zülalların mübadiləsi arasında  əlaqə
Karbohidrat-
ların  dixotomik  parçalanmasından  əmələ  gələn  piroüzüm  turşusu  zülalların 
biosintezində  mühüm  rol  oynayır.  Piroüzüm  turşusu  aminləşmə  yolu  ilə  alaninə 
çevrilir.  Həmçinin  piroüzüm  turşusunun  karboksilləşməsindən  quzuqulağı  sirkə 
turşusu alınır ki, bu maddədən asparagin turşusu əmələ gəlir. Piroüzüm turşusunun 
Krebs  siklinə  qoşulması 
α-
ketoqlutar  turşusunun  sintezi  baş  verir.  Axırıncının 
aminləşməsindən  isə  qlutamin  turşusu  sintez  olunur.  Piroüzüm  turşusunun  başqa 
yollarla  çevrilmələrindən  valin  və  leysin  əmələ  gəlir,  quzuqulağı  sirkə  turşu-
sundan  treonin,  izoleysin  və  lizin, 
α-
ketoqlutar turşusundan prolin, arginin  əmələ 
gəlir.  Karbohidratların  apotomik  parçalanma  məhsullarından  fenilalanin,  tirozin, 
histidin alınır.  
Demək  olar  ki,  karbohidratların  parçalanmasının  aralıq  məhsullarından 
alınan aralıq maddələrdən bir çox zülal aminturşuları alınır ki, onlardan da zülallar 
sintez olunur.   
Bu  əlaqənin  digər  forması  karbohidratların  parçalanmasından  alınan  ATF 
molekullarının zülalların biosintezində enerji cəhətdən əsas rol oynamasındadır.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə