30
Murovdağ və Şahdağın yüksək dağlıq ərazilərində erroziya və buzlaq mənşəli göllər yerləşir.
Kiçik Qafqaz ərazisi üçün ən səciyyəvi göllər bənd tipli (çökək yataqlı) göllərdir. Bu tip göllərə
Göygöl, Maralgöl, Qaragöl və s. aiddir.
Ən mənzərəli və şirin sulu Azərbaycan gölü 1139-cu ildə 1,556 m yüksəklikdə Ağsu çayında baş
verən zəlzələ nəticəsində formalaşan Göygöldür. Digər göllər (Maralgöl, Zəligöl və s.) də zəlzələ
nəticəsində yaranıb. Göygölün sahəsi 0.79 km
2
, həcmi 24 mln m
3
-dir.
Şəmkir çayı üzərində Göygöl adlanan digər bir göl də var. Bu göl adətən çaya daxil olan suyu
tənzimləyir. Maksimal axımı azaldır və aşağı axım dövründə axımı artırır. Gölün sahəsi 0,34 km
2
təşkil edir. Göygöl buzlaq fəaliyyətləri nəticəsində yaranmışdır. Göl 2470 m yüksəklikdədir. Onun
uzunluğu 1250 m, minimal dərinliyi 60 m-dir. Hinaldağ və Göygöl arasında bir sıra kiçik göl
qrupları yerləşir. (
Mənbə: skyscrapercity
)
Candargöl süni gölü Gürcüstanla sərhəddə yerləşir və 10.6 km
2
sahəyə 52 mln m
3
tutuma
malikdir. Onun səth sahəsinin 55%- i Azərbaycana və 45%-i Gürcüstana aiddir. Ölkələrin sərhəddi
g
ölün mərkəzi yaxınlığından keçir. Əsas morfometrik xüsusiyyətləri:səthinin mütləq hündürlüyü –
291 m, səthin sahəsi – 12,5 km
2
, hövzənin sahəsi – 102,4 km
2
, ən böyük dərinlik – 7,2 m, orta
dərinlik – 4,8 m, orta eni– 2,1 km, uzunluğu– 6 km, və həcmi – 52 mln m
3
.
Göl 19-
cu əsrdə dayaz, suyu duzlu olmaqla tez –tez quruyurdu. Suvarma suyunu təmin etmək
məqsədilə 20-ci əsrdə əlavə su kanalı olan Qardabani kanalı çəkildi. Kanal suyu Kür çayından
götürərək gölə axıdır. Gölə axan digər kanal Tbilisi (Samqori) su anbarından başlayır.
Gölün hidroloji rejimi lazimi səviyyədə müşahidə və tədqiq edilmir. Yayda suyun teçmperaturu
30
o
C olur və qışda isə suyun səthi tamamilə buzla örtülə bilər.
Azərbaycan və Gürcüstan hökmətləri arasında Ətraf Mühitin Mühafizəsi sahəsində əməkdaşlığa
dair sazişim 6-cı bəndi Candar gölü da daxil olmaqla transsərhəd sulara həsr olunur. İlk növbədə
antropogen təsirə məruz qalmış sərhədyanı zonanın ekosisteminin mühafizə olunmasının vacibliyi
vurğulanır.
Kür çayı üzərində yerləşən əsas su anbarları haqqında məlumat cədvəl 1.11- də verilir (Mənbə ETSN).
Cədvəl 1.11 Kür çayı üzərində yerləşən əsas su anbarları
No
Su anbarı
Sahəsi(km
2
)
Həcmi (km
3
)
1
Mingəçevir
605.0
15.73
2
Shəmkir
116.0
2.68
3
Yenikənd
23.2
1.58
4
Varvara
22.5
0.06
Ağstafaçay su anbarı eyni adlı çayın üzərində 1969-cu ildə Ermənistanla sərhəddə inşa edilmişdir. Əsas
məqsəd Qazax və Ağstafa rayonlarında suvarılan sahələrini anbardan çıxan sağ və sol kanallar vasitəsilə su
ilə təmin etməkdir. Anbarın həcmi 120 million m
3
(Mənbə: Məmmədov). Sağ kanalın uzunluğu 58,0 km; su
sərfi 27 m
3
/s-dir; o 24 min
hektar sahəni su ilə təmin edir ; kanal Qazax, Ağstafa, Tovuz vəŞəmkir rayonları
ərazilərindən keçir. Sol kanalın uzunluğu 11,06 km; sərfi 12 m
3
/s;o 12min
hektar sahəni su ilə təmin edir.
Tovuz rayonu ərazisində Axincaçay üzərində inşa edilən Axınçaçay su anbarının ümumi həcmi 14 mln m
3
və faydalı həcmi isə 12 mln m
3
-dir. 1966-
cı ildə inşa edilmişdir və 8700 hektar ərazinin suvarılmasına
xidmət edir.
31
Xatınlı su anbarı Tovuzçay Çayı üzərində yerləşir. Həcmi of 4,1 mln m
3
, istifadə oluna bilən həcmi 3.85
mln m
3
(Mənbə: Məmmədov və UNDP/SIDA Layihəsi).
Coğaz su anbarı Ağstafaçayın qolu olan Coğaz çayı üzərində yerləşir. Həcmi 26,0 mln m
3
, istifadə
oluna bilən həcmi 25.0 mln m
3
. 121000
hektar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA
Layihəsi).
İncəçay su anbarı İncəçay üzərində yerləşir. Həcmi 7 mln m
3
, istifadə oluna bilən həcmi 6 mln m
3
.
sahəsi 1,2 km
2
; orta dərinliyi 5,9 m; 400 hektar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA
Layihəsi).
Tovuzçay su anbarı Tovuzçay Çayı üzərində yerləşir. Həcmi 3 7 mln m
3
, istifadə oluna bilən həcmi 35
mln m
3
. sahəsi 8,25 km
2
;3.7 min hek
tar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA
Layihəsi).
Gəncəçay üzərində yerləşən bənd suyun Zurnabad SES-na ayrılmasını təmin edir.
Zəyəmçay çayı üzərində yerləşən su anbarı 14 min hektar sahənin suvarılmasını təmin edəcəkdir. İstifadə
oluna bilən həcmi 138 mln m
3
təşkil edəcəkdir (Mənbə: İmanov). Hal-hazırda Zəyəmçay çayının su
ehtiyatları 11 kanal vasitəsilə irriqasiyada istifadə olunur.
1.3.3
Yeraltı su ehtiyatları
1.3.3.1.Yeraltı su ehtiyatları barədə ümumi məlumat
Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz və Kiçik Qafqaz dağ-qırışıq zonaları və onlar
arasındakı Kür-Araz düzənliyi hüdüdlarında yerləşən 18 yeraltı su hövzələrindən 14-ü transsərhəd
su hövzəsidir. Transsərhəd yeraltı su hövzələrindən olan Gəncə-Qazax yeraltı su hövzəsi Kiçik
Qafqazın Şimali-Şərq ətəkləri ilə Kürçayı və Ceyrangöl yaylası arasında yerləşərək, şimali-qərbdə
Gürcüstanla olan dövlət sərhəddi, cənubi-şərqdə isə Qarabağ düzü ilə şərti olaraq İncəçayla
sərhədlənir. Ərazinin sahəsi 3737 km
2
olmaqla və mütləq səviyyəsi cənub-qərbdə 700 m Kürəkçayın
mənsəbində isə 30m təşkil edir.
Düzənliyin iqlimi quru qış (dağətəyinə söykənən sahələr boyunca) iqlimi ilə müşayət olunan zəif-
isti, zəif-isti səhra və quru-qış (Kür boyu zonalar) iqlim tipləri ilə səciyyələnir.
Havanın orta çoxillik temperaturu 10-14,5
o
C, yağıntının miqdarı 200-400mm təşkil edir. Yağıntılar
əsasən yaz fəslində düşür.
İnzibati cəhətdən düzənlikdə Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz, Şəmkir,
Samux, Goranboy rayonları və Yevlax Göy-Göl rayonlarının bir hissəsini əhatə edir. İri yaşayış
məntəqələrində Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Dəlməmmədli, Goranboy və s. şəhərləri
göstərmək olar.
Gəncə-Qazax yeraltı su hövzəsinin əsas qidalanma mənbəyi olan Ağstafaçay, Həsənsu, Tovuzçay,
Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay və Kürəkçay çayları cənubi Qafqazda iri çaylardan
olan Kür çayının sağ qollarıdır.
Kür çayının uzunluğu 1515 km. Su toplayıcı sahəsi 188 min km
2
təşkil
edir. Çayın mənbəyi
Türkiyə ərazisindədir. Çayın orta axarının bir hissəsi, aşağı axarının isə hamısı Azərbaycan
Respublikası ərazisinə düşür.
Mingəçevir şəhəri rayonunda Kür çayı üzərində 1953-cü ildə iri su anbarı tikilmişdir. 1956-cı ildə
ondan aşağıda Varvara su elektrik stansiyasi inşa olunmuşdur. Kür çayının orta illik su sərfi
Mingəçevir məntəqəsində -307, Yevlaxda -320, Zərdab şəhəri yaxınlığında -339 m
3
/s təşkil edir.